Ormilitarism
Open in Telegram
1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır
Show more7 294
Subscribers
-424 hours
-87 days
-6430 days
Posts Archive
7 295
Bütün gecə boyu Hizbullah, SEPAH və İraq şiə milisləri İsrailə və ABŞ bazalarına zərbələr endirib.
7 295
Donetsk hava limanına ATACMS və SCALP Storm Shadow raketləri ilə endirilmiş zərbələrin nəticələrinin peyk görüntüsü.
Hər birində Geran-2 kamikadze dronlarının saxlandığı 6 qaraj vurulub və terminalın dağıntı halında olan hissəsində ciddi yanğın qeydə alınıb.
7 295
ABŞ-nin İranın Shahid Bagheri dron daşıyan gəmisinə endirdiyi zərbələrin yeni kadrları başqa rakursdan yayımlanıb, həmçinin Shahid Abu Mahdi al-Muhandis sinfinə aid raket katamaranının vurulması görüntüləri paylaşılıb.
7 295
Repost from Caucasian Live
🇮🇷🇨🇳 Rusiyanın Glonass və ABŞ-ın GPS sistemindən imtinadan sonra İran Çinin Beidou sistemi ilə 12 günlük müharibədən fərqli olaraq raketlərin dəqiqliyini artırıb. İsrailə istiqamətlənən raketlərin dəqiqlik göstəricisi 86% təşkil edib
- WSJ | @CaucasianLive
7 295
İran Hörmüz boğazı vasitəsilə müharibədən əvvəlki dövrlə müqayisədə daha çox neft ixrac edir.
Tankerlərin izlənilməsi ilə məşğul olan "Kpler" firmasının məlumatına görə, fevralın 28-də döyüşlər başlayandan bəri tankerlər hər gün təxminən 2,1 milyon barel İran nefti yükləyiblər ki, bu da fevral ayındakı səviyyədən bir qədər yüksəkdir.
7 295
Rusiya Ukraynadakı müharibə təcrübələrinə əsaslanaraq İrana dronlardan necə istifadə etmək barədə xüsusi tövsiyələr verir.
Məlumata görə, təlimatlar hava hücumundan müdafiə sistemlərindən yayınmaq üçün olan strategiyaları əhatə edir.
7 295
Almaniyanın şərqindəki Drezdenin keçmiş Karola körpüsü yaxınlığında İkinci Dünya Müharibəsindən qalma 250 kiloqramlıq partlamamış bomba tapılıb. Təxminən 18000 sakin və turist təxliyə edilib.
7 295
İspaniya hökuməti İsraildəki səfirini geri çağırıb.
Bu addımdan sonra İspaniyanın Təl-Əvivdəki səfirliyinə müvəqqəti işlər vəkili rəhbərlik edəcək.
7 295
ABŞ Yaxın Şərq əməliyyatlarını dəstəkləmək, o cümlədən təyyarələrin yanacaq doldurulması, qırıcı təyyarələrin yerləşdirilməsi və 500-ə qədər şəxsi heyətin göndərilməsi üçün Rumıniyanın "Mixail Koqelniçanu" aviabazasına müvəqqəti giriş icazəsi istəyib.
Rumıniyanın bu müraciəti təsdiqləyəcəyi gözlənilir.
7 295
Çərşənbə günü Hörmüz boğazında üç yük gəmisi vurulub. Gəmilərdən birində yanğın baş verib və ekipaj üzvləri təxliyə edilib, dənizçilik qurumları isə hadisələrlə bağlı araşdırmalara başlayıb.
Tailand Hərbi Dəniz Qüvvələri daha sonra gəminin "Mayuree Naree" olduğunu müəyyən edib və onun Hörmüz boğazından keçərkən hücuma məruz qaldığını bildirib.
7 295
Kim Çen Şimali Koreyanın yeni 5000 tonluq esminesindən strateji qanadlı raketlərin buraxılışına nəzarət edib.
Available now! Telegram Research 2025 — the year's key insights 
