Ormilitarism
Open in Telegram
1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır
Show more7 302
Subscribers
-324 hours
-217 days
-6830 days
Posts Archive
7 303
+3
Məhv edilən HC-130J Combat King II axtarış-xilasetmə təyyarələrinin qalıqları yanında yüngül MH-6 Little Bird tipli amerikan helikopterinin qalıqları.
Ehtimal olunur ki, həmin helikopter axtarış-xilasetmə əməliyyatına cəlb olunan NSWDG xüsusi təyinatlı bölmə hərbçilərinin pilotun olduğu ərazini yoxlaması, onun təxliyəsi və sürətli şəkildə geri çəkilməsi məqsədilə istifadə olunub.
7 303
HC-130J təyyarələrinin qum və səhra şəraitində əməliyyat aparması üçün xüsusi hazırlıq.
Bu platforma əsasən axtarış-xilasetmə, xüsusi əməliyyatların dəstəklənməsi və uzaq ərazilərdə logistika təminatı üçün istifadə olunur və çətin relyeflərdə işləmək üçün uyğunlaşdırılıb.Əsas problemlərdən biri qum və tozun mühərriklərə təsiridir. Səhra şəraitində havaya qalxan incə toz hissəcikləri turboprop mühərriklərin daxilinə keçərək aşınmanı sürətləndirə bilər. Bu səbəbdən ekipajlar aşağı hündürlükdə və minimum toz qaldıracaq rejimlərdə işləməyə çalışır, texniki heyət isə filtrasiya və tez-tez texniki baxışlarla riski azaldır. Eniş və qalxma əməliyyatlarında qum örtüklü zolaqlarda təkərlərin batması, sürüşmə və əyləc effektivliyinin azalması mümkündür. HC-130J bu baxımdan güclü şassi, yüksək qanad quruluşu və qısa zolaqlardan istifadə qabiliyyəti ilə üstünlük əldə edir. Pilotlar isə “soft-field” texnikası tətbiq edərək təyyarənin ağırlığını minimum təmasla idarə etməyə çalışır.
7 303
Bunlar HC-130J Combat King konfiqurasiyalı CSAR təyyarələri olub. Ələ keçirilməməli texnologiya məhz bu təyyarələrdədir. Çünki C-130 un özü onsuzda İranda var idi.
7 303
Pilot olmaq sadəcə qırıcını idarə etməkdən ibarət bir peşə olmadığını anlamaq lazımdır.
Bir qırıcını geri yerinə bərpa etmək rahatdır. Bir pilotu isə çətin.
7 303
C-130 təyyarələrinin müvəqqəti gözləməsi üçün İranın cənubundakı boş və uyğun bir ərazini bazaya çeviriblər.
7 303
+2
İranıın canubunda müvəqqəti əməliyyat bazasında ABŞ Hərbi Hava Qüvvələrinə məxsus iki ədəd C-130 Hercules təyyarəsinin yanmış qalıqları.
Bu baza ötən gecə ABŞ Xüsusi Təyinatlı Qüvvələrinin əməliyyatı zamanı istifadə olunub.
7 303
Zabit xilas edildikdən sonra isə gözlənilməz vəziyyət yaranıb.
Komandoları və pilotu təhlükəsiz yerə aparmalı olan iki nəqliyyat təyyarəsi İranda yerdə ikən nasaz vəziyyətə düşüb. Komandanlıq bütün şəxsi heyəti və havaçını çıxarmaq üçün üç yeni təyyarə göndərmək qərarına gəlib və sıradan çıxmış iki təyyarə İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (IRGC) əlinə keçməməsi üçün məhv edilib.
7 303
ABŞ əsgəri İranda
Əməliyyatda ABŞ Hərbi Dəniz Qüvvələrinin SEAL Team Six üzvləri, onlarla qırıcı və zərbə təyyarəsi, helikopterlər, eləcə də kiber, kosmik və digər kəşfiyyat imkanları cəlb olunub.
ABŞ hərbi rəsmisinin sözlərinə görə, pilot 24 saatdan çox müddət ərzində İran qüvvələrindən yayınaraq 2100 m hündürlükdə olan dağ silsiləsinə qalxıb.
ABŞ zərbə təyyarələri pilotun gizləndiyi əraziyə yaxınlaşmalarının qarşısını almaq üçün İran konvoylarını bombalayıb və atəşə tutub. ABŞ xüsusi təyinatlı qüvvələri vurulan pilota yaxınlaşarkən, xilasetmə zonasından İran qüvvələrini uzaq saxlamaq üçün atəş açıblar, lakin birbaşa döyüşə girməyiblər.
7 303
İran üzərində cümə günü vurulan F-15E Strike Eagle təyyarəsinin silah sistemləri zabiti (WSO) tapılmadan əvvəl, Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) İranda dezinformasiya kampaniyası başladaraq ABŞ qüvvələrinin onu artıq tapdığı və Cənubi İranda quru yolu ilə çıxarma əməliyyatı həyata keçirməyə çalışdığı barədə məlumat yaydı.
Bu müddətdə CIA onu tapmaq üçün bir çox imkanlardan istifadə edib. Tapıldıqdan sonra onun dəqiq yeri Pentaqon, ABŞ ordusu və Ağ Evlə paylaşılıb, Prezident Tramp isə Cənubi İranda dərhal xilasetmə əməliyyatı keçirilməsi barədə göstəriş verib.
7 303
ABŞ Prezidenti Donald J. Trampın Truth Social platformasında bu gecə paylaşdığı məlumata görə, təxminən iki gün əvvəl İran üzərində vurulan ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-15E Strike Eagle təyyarəsinin itkin düşmüş silah sistemləri zabiti (WSO) xilas edilib. O əlavə edib ki, zabit xəsarət alıb, lakin vəziyyəti yaxşıdır və sağalacaq.
7 303
Xəbərlərə görə Bəsic qüvvələri ilə ABŞ xüsusi təyinatlı qüvvələri arasında toqquşmalar yaşanır.
Kohgiluyə-Boyer Əhməd vilayətinin qubernatorunun sözlərinə görə İran tərəfində bir neçə itki var. Toqquşmalar göstərilən ərazi daxilində baş verir.
7 303
Repost from 44th Ranger Regiment
ABŞ-nin çox sayda "Black Hawk" helikopteri və xüsusi təyinatlıları yenidən İran ərazisinə daxil olub.
2-ci pilotu təxliyə etmək üçün əməliyyat davam edir.
🌐@GSSR44
Available now! Telegram Research 2025 — the year's key insights 
