en
Feedback
Azərbaycan Memarlıq və İnşaat Universiteti

Azərbaycan Memarlıq və İnşaat Universiteti

Open in Telegram
1 410
Subscribers
No data24 hours
No data7 days
-1230 days
Posts Archive
Azərbaycan Milli Mətbuatının 150, Azərbaycan Memarlıq və İnşaat Universitetinin 50 və Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) 30 illik yubileyləri münasibətilə sərbəst güləş üzrə yeniyetmə və gənclər arasında Respublika turnirinə start verilib. Turnir Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) ev sahibliyi, AİJA-nın təşkilatçılığı, Milli Olimpiya Komitəsi və Azərbaycan Güləş Federasiyasının dəstəyi ilə həyata keçirilib. AzMİU-nun İdman Korpusunda gerçəkləşən açılış mərasimində universitetin tədris işləri üzrə prorektoru professor Akif Qasımov, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Orxan Naqdiyev, Milli Olimpiya Komitəsinin (MOK) idman idarəsinin müdiri Həsənağa Rzayev, MOK-un mətbuat katibi, “Olimpiya dünyası” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Murad Fərzəliyev, AİJA-nın prezidenti Eldar İsmayılov, vitse-prezident Ramin Allahverdiyev, Olimpiya mükafatçısı Hacı Əliyev və digər qonaqlar iştirak ediblər. Tədbir iştirakçılarının çıxışlarında ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısı xüsusi vurğulanıb, bu qəbildən olan turnirlərin yeniyetmə və gənc idmançıların peşəkar səviyyədə formalaşmasına töhfə verdiyi bildirilib. Prorektor professor Akif Qasımov çıxışında gənc güləşçilər arasında gələcəyin Avropa, dünya və Olimpiya çempionlarının yetişəcəyinə inandığını bildirib, dövlət rəhbərliyinin idmana göstərdiyi dəstəyi yüksək dəyərləndirib. AİJA-nın prezidenti Eldar İsmayılov hər üç yubiley münasibətilə təbriklərini çatdıraraq, turnirdə iştirak edən güləşçilərə uğurlar arzulayıb. Əməkdar jurnalist Murad Fərzəliyev çıxışında Respublika turnirinin gənc idmançılar üçün önəmli imkan yaratdığını qeyd edib, onların gələcəkdə böyük uğurlar qazanacaqlarına əminliyini ifadə edib. Tədbirdə, həmçinin AzMİU-nun 50 illik yubileyi münasibətilə Milli Olimpiya Komitəsinin adından Universitetə xatirə hədiyyəsi təqdim olunub.Azərbaycan Güləş Federasiyasının sərbəst güləş üzrə koordinatoru, Olimpiya mükafatçısı Hacı Əliyev yarışın əhəmiyyətindən danışaraq, iştirakçılara öz tövsiyələrini verib. Daha sonra AzMİU-nun müxtəlif yarışlarda uğur qazanmış idmançı tələbələri mükafatlandırılıb. Rəsmi hissənin sonunda Respublika turnirinə start verilib. Qeyd edək ki, turnirdə ölkənin müxtəlif bölgələrindən 200-ə yaxın yeniyetmə və gənc güləşçi iştirak edir.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İKT mərkəzinin təşkil etdiyi “Rəqəmsal könüllülər” proqramının ikinci dalğası uğurla yekunlaşıb. Proqram çərçivəsində 6 ay ərzində universitetin rəqəmsallaşması istiqamətində dəstək göstərən könüllülərə sertifikatlar təqdim olunub. Təqdimetmə mərasimində İKT mərkəzinin direktoru Sərxan Talıbzadə və Texniki dəstək şöbəsinin müdiri Sənan Süleymanov iştirak edərək könüllüləri təbrik ediblər. Qeyd edək ki, “Rəqəmsal könüllülər” proqramı tələbələrə informasiya texnologiyaları sahəsində praktiki bilik və təcrübə qazandırmaq məqsədilə həyata keçirilir, növbəti 3-cü dalğa sentyabr ayında elan ediləcək.

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) elmi tədqiqat fəaliyyətinin gücləndirilməsi, beynəlxalq elmi mühitə inteqrasiyanın sürətləndirilməsi və elmi nəşrlərin keyfiyyətinin artırılması istiqamətində mühüm təşəbbüslər davam edir. Bu çərçivədə Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun direktoru, görkəmli alim, professor Misir Mərdanovun “Nüfuzlu elmi jurnalın hazırlanması yolları” mövzusunda seminarı təşkil olunub. Seminarda AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova, universitet rəhbərliyi, müxtəlif fakültələrin professor-müəllim heyəti və elmi tədqiqatla məşğul olan əməkdaşlar iştirak ediblər. Seminarı giriş nitqi ilə açan rektor professor Gülçöhrə Məmmədova mövzunun aktuallığını vurğulayaraq bildirib ki, elmin inkişafında və biliklərin paylaşılmasında nüfuzlu elmi jurnallar mühüm rol oynayır. Onun sözlərinə görə, yüksək impakt faktorlu jurnallarda dərc olunan tədqiqatlar bir tərəfdən universitetlərin beynəlxalq reytinqlərdə yer almasına, digər tərəfdən isə dövlətin elm siyasətinin qlobal elmi ictimaiyyətdə tanınmasına mühüm töhfə verir. “Azərbaycan Memarlıq və İnşaat Universiteti olaraq məqsədimiz elmi tədqiqatların keyfiyyətini daha da yüksəltmək, gənc tədqiqatçıları təşviq etmək və elmi nəticələrin beynəlxalq səviyyədə yayımına imkan yaradacaq platformalar formalaşdırmaqdır. Seminar da məhz bu istiqamətdə atılan mühüm addımlardan biridir. Bu baxımdan nüfuzlu elmi platformarda yer alan 3 elmi jurnalı olan ETN Riyaziyyat və Mexanika İnstitutunun təcrübəsi maraqlıdır”, – deyə rektor qeyd edib. Daha sonra seminarın məruzəçisi professor Misir Mərdanov geniş təqdimatla çıxış edib. Alim çıxışında yalnız nüfuzlu elmi jurnalın hazırlanması yolları ilə kifayətlənməyərək, eyni zamanda elmi nəşrlərin dünyada və Azərbaycanda tarixi inkişaf mərhələləri, müasir elmi kommunikasiya mexanizmləri barədə də geniş məlumat verib. Professor Misir Mərdanov qeyd edib ki, elmi jurnalların əsası hələ XVII əsrdə Avropada qoyulub və bu günə qədər həmin jurnallar nəşr olunur. Azərbaycanda isə elmi nəşrçilik ənənələrinin əsasının XIX əsrin sonlarında qoyulduğunu qeyd edən alim son illər bu istiqamətində ciddi irəliləyişlərin müşahidə olunduğunu bildirib. Təqdimat zamanı alim nüfuzlu elmi jurnalların indeksləşdirildiyi əsas beynəlxalq bazalar – “Web of Science”, “Scopus”, “Google Scholar”, DOAJ və digər platformalar barədə danışıb, bu bazaların hər birinin xüsusiyyətlərini və qəbul meyarlarını izah edib. O, H indeksi, impakt faktor, “cite score”, Q1–Q4 kvartilləri kimi göstəricilərin elmi məqalə və jurnalların nüfuzunu qiymətləndirməkdə əsas kriteriyalar olduğunu qeyd edib. “Bu göstəricilər təkcə rəqəmlər deyil, eyni zamanda tədqiqatın keyfiyyəti, aktual mövzulara toxunması və elmi ictimaiyyət tərəfindən nə qədər istinad olunması barədə mühüm siqnallardır. Bir universitetin və ya bir ölkənin elmi nüfuzunu artırmaq üçün məhz bu parametrlərə diqqət etmək vacibdir,” – deyə Misir Mərdanov vurğulayıb. Alim jurnalların müasir tələblərə uyğun təkmilləşdirilməsi üçün praktik tövsiyələr də verib – jurnalın redaksiya heyətinin formalaşdırılması, rəy prosesinin obyektiv təşkili, beynəlxalq müəllif və oxucu auditoriyasının cəlb edilməsi, plagiatla mübarizə, eləcə də jurnalların ingilis dilində dərc olunmasının vacibliyi seminarın əsas müzakirə mövzularından olub. Seminar sual-cavab və müzakirə sessiyası ilə davam etdirilib. AzMİU əməkdaşları müxtəlif texniki və strateji suallar verərək, universitetdə beynəlxalq standartlara uyğun elmi jurnal yaradılması təşəbbüsləri ilə bağlı fikir mübadiləsi aparıblar. Seminar iştirakçıları tərəfindən yüksək qiymətləndirilib və AzMİU-nun elmi potensialının gücləndirilməsi, gənc tədqiqatçıların motivasiyasının artırılması, eləcə də universitetdə elmi fəaliyyətin sistemli və keyfiyyətli şəkildə qurulmasına xidmət edən mühüm tədbir kimi dəyərləndirilib.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq fakültəsinin Mühit dizaynı kafedrasının dosenti, Beynəlxalq Memarlıq Akademiyasının Moskva filialının professoru, Azərbaycan Memarlar Ittifaqı və “ArchIDEA–2025” beynəlxalq dizayn müsabiqəsinin münsiflər heyətinin üzvü Nərgiz Ağayevanın interyer layihəsi və peşəkar fəaliyyəti ilə bağlı müsahibəsi nüfuzlu beynəlxalq dizayn platformalarında – SibHome portalında və “İnteryer Jurnalı”nın 2025-ci il buraxılışında dərc olunub. SibHome portalında yer alan geniş müsahibəsində dosent Nərgiz Ağayeva memarlıq və interyer dizaynının nəzəri və praktik aspektləri, müasir dizayn yanaşmaları, müəllim kimi təcrübəsi və memarlıq peşəsinin cəmiyyətlə qarşılıqlı əlaqəsi barədə fikirlərini bölüşüb. Eyni zamanda müəllifi olduğu və 1 il ərzində üzərində çalışdığı Bakı Ağ Şəhər yaşayış kompleksində yerləşən 153 kv.m sahəsi olan studiya mənzil layihəsi portalda ayrıca təqdim olunub. Layihədə klassik texnika və müasir dizayn trendlərinin sintezi, funksional zonaların bölünməsi, qalereya atmosferinin yaradılması və fərdi üslubun ifadəsi ön plana çıxarılıb. Bildirək ki, SibHome.pro interyer dizaynı və memarlıq sahəsində ixtisaslaşmış nüfuzlu informasiya portalıdır. Portal peşəkar memar və dizaynerlərin layihələrini, müsahibələrini, aktual tendensiyaları və yaradıcılıq təcrübələrini işıqlandırmaqla yanaşı, həmçinin beynəlxalq dizayn müsabiqələrinin təşkili və münsiflər heyətinin təqdimatı ilə də seçilir. Bu baxımdan dosenti Nərgiz Ağayevanın həm müsahibəsinin, həm də müəllifi olduğu layihənin SibHome.pro saytında və onun rəsmi nəşrində dərc olunması müəllimin yaradıcılıq fəaliyyətinə göstərilən peşəkar etimadın və beynəlxalq tanınmanın göstəricisidir. Aşağıdakı linklər vasitəsilə məqalə və layihə ilə tanış ola bilərsiniz: 1. https://sibhome.pro/konkursy/arhideya-2025-konkurs-dizajna/ 2. https://sibhome.pro/poleznoe/persona/nargiz-agaeva-arhitektor-dizajner-dolzhen-byt-sozvuchen-s-mirom/ 3. https://sibhome.pro/inter-er/kvartiry/klassicheskaya-osnova-br-i-sovremennye-trendy/ 4. https://sibhome.pro/images/tpl/magazine/2025/ivd_2025_2_rass.pdf

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Əcnəbi dillər kafedrasının baş müəllimləri Aybəniz Əhmədova, İntizar Əliheydərova, Kəmalə Əsgərova və Səbinə Qasımova Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) nəzdində fəaliyyət göstərən Azərbaycan Dövlət Pedaqoji Kollecində keçirilmiş “Kurikulum və sillabus: Sillabusun hazırlanmasında əsas məqamlar” adlı seminarda iştirak ediblər. Seminar ABŞ-ın Vaşinqton Universitetinin tədqiqat professoru, sosial siyasət, sosial iş, uşaq və ailə rifahı üzrə beynəlxalq mütəxəssisi Aytəkin Hüseynlinin təqdimatında baş tutub. Təqdimatda sillabusun hazırlanma mərhələləri, beynəlxalq təcrübələrə əsaslanan nümunələr və müasir pedaqoji yanaşmalar barədə ətraflı məlumat verilib. Əcnəbi dillər kafedrasının əməkdaşlarının bu seminarda iştirakı kafedranın elmi-pedaqoji fəaliyyətinin və əməkdaşlığa açıq mövqeyinin növbəti müsbət nəticəsi kimi qiymətləndirilir. Gələcəkdə də bu istiqamətdə təşəbbüslərin davam etdirilməsi nəzərdə tutulur.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Elmi Şurasının 2024/2025-ci tədris ilində son iclası keçirilib. İclası giriş sözü ilə açan universitetin rektoru professor Gülçöhrə Məmmədova şura üzvlərini salamlayaraq gündəlikdə duran məsələləri diqqətə çatdırıb. Gündəlik təsdiq olunduqdan sonra iclasın işinə başlanılıb. Tədris işləri üzrə prorektor professor Akif Qasımov 2024/2025-ci tədris ilinin yekunlarına dair geniş hesabatla çıxış edib. O, imtahan sessiyasının mövcud əsasnamələrə uyğun təşkil olunduğunu, texniki və təşkilati işlərin yüksək səviyyədə həyata keçirildiyini qeyd edib. Bildirilib ki, imtahanların obyektiv və şəffaf keçirilməsi üçün tələbələrə hərtərəfli şərait yaradılıb, Apellyasiya Komissiyası və “Qaynar xətt” fəaliyyət göstərib. Prorektor, eyni zamanda tədris prosesində tətbiq edilən yeniliklər, əldə olunan uğurlar, semestrlər üzrə nəticələr və keyfiyyət göstəriciləri barədə də ətraflı məlumat verib. Hesabatın ardından Elmi Şura üzvləri və müvafiq struktur rəhbərləri tərəfindən tədrislə bağlı fikir və təkliflər səsləndirilib, müvafiq qərarlar qəbul olunub. Ardınca Əcnəbi vətəndaşların hazırlığı fakültəsinin dekanı dosent Gülnarə Əsgərəlizadə fakültənin son 5 ildəki fəaliyyəti ilə bağlı hesabatla çıxış edib. Sonra İnşaat kollecinin direktoru dosent Namiq Ağamalıyev kollecin, Fizika-riyaziyyat təmayüllü liseyin direktoru Humay Həsənova isə liseyin fəaliyyəti və qarşıda duran vəzifələr barədə məlumat veriblər. Cari məsələlər çərçivəsində aşağıdakı mövzular müzakirə olunub və qərarlar qəbul edilib: • Magistratura səviyyəsində yeni tədris planlarının təsdiqi; • Kafedraların reytinq qiymətləndirilməsinin təkmilləşdirilmiş meyarları; • AzMİU-da tədris olunan ixtisasların qiymətləndirmə meyarları; • Universitetin Strateji Planına uyğun olaraq struktur bölmələrin əsas performans göstəricilərinin (KPI) formalaşdırılması və illik təhlili; • Əcnəbi dillər kafedrasının müəllimi Leyla Arif qızı Cumayeva tərəfindən hazırlanmış “İngilisdilli mətnlərdə konseptual inteqrasiya” adlı monoqrafiyanın nəşrinə icazə verilməsi; • Müsabiqə işləri. Elmi Şuranın iclası müzakirə olunan məsələlərlə bağlı yekun qərarların qəbulu ilə başa çatıb.

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) akademik heyətin peşəkar inkişafının və tədris prosesində keyfiyyətin artırılmasının dəstəklənməsi məqsədilə keçirilən iki aylıq keyfiyyət təlimləri uğurla başa çatıb. Strateji planlaşdırma şöbəsinin təşkilatçılığı və “TCS” şirkətinin tərəfdaşlığı ilə həyata keçirilən bu proqramın yekununda müəllimlər imtahan veriblər. Təlimlər çərçivəsində iştirakçılar müasir təhsil metodları, keyfiyyət standartları və real iş situasiyaları üzərində işləyərək praktiki biliklər əldə ediblər. Proses boyu interaktiv və tətbiqyönlü yanaşma onların öyrəndiklərini dərhal tətbiq etməsinə şərait yaradıb. Bildirək ki, imtahan mərhələsi ilə yekunlaşan proqramın sonunda uğurlu iştirakçılar sertifikatla təltif olunacaq. Eyni zamanda, təlimlərdə əldə edilən biliklərin universitetdə daha geniş tətbiqi üçün monitorinq və dəstək mexanizmləri də işə salınacaq. Bu təşəbbüs AzMİU-nun təhsil keyfiyyətinin beynəlxalq standartlara uyğun inkişafına və akademik heyətin davamlı peşəkar yüksəlişinə mühüm töhfə verir.

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) elmi inkişaf strategiyasına uyğun olaraq gənc müəllimlər və doktorantlarla mühüm görüş keçirilib. Görüşdə universitetin rektoru professor Gülçöhrə Məmmədova, elm və innovasiya məsələləri üzrə prorektor professor Nigar Aslanova, Doktorantura şöbəsinin müdiri Zöhrab Xəlilov, Elmi-Tədqiqat şöbəsinin müdiri Reyhan Əkbərli, 60-dan çox gənc müəllim və 30-a yaxın doktorant iştirak edib. Görüşü açan rektor professor Gülçöhrə Məmmədova çıxışında AzMİU-nun elmi-tədqiqat potensialının yüksəldilməsi istiqamətində atılan addımlardan danışaraq, universitet rəhbərliyinin gənc alimlərə dəstəyinin davamlı xarakter daşıdığını bildirib. O, DAAB birliyi çərçivəsində dünyaca məşhur universitetlərdə çalışan alimlərlə qurulan əməkdaşlıq əlaqələrinin gənc tədqiqatçıların beynəlxalq elmi mühitə inteqrasiyasında mühüm rol oynayacağını vurğulayıb. Rektor, həmçinin, doktorantlar üçün ikili rəhbərlik modelinin tətbiq olunmasının onların elmi keyfiyyətini artıracağına inam ifadə edib. Prorektor professor Nigar Aslanova çıxışında universitetdə akademik heyətin üçdə bir hissəsinin gənc müəllimlərdən ibarət olduğunu qeyd edərək, bu resursun universitetin gələcəyi baxımından strateji əhəmiyyət daşıdığını bildirib. O, gənc kadrların elmi fəaliyyətə cəlb olunmasını stimullaşdırmaq məqsədilə universitetdə müxtəlif dəstək mexanizmlərinin tətbiq olunduğunu diqqətə çatdırıb. Doktorantura şöbəsinin müdiri Zöhrab Xəlilov son illərdə doktoranturaya qəbul olunanların sayında artımın müşahidə olunmasını təqdirəlayiq hal kimi dəyərləndirərək, bunun gənclər arasında elmi-tədqiqata marağın artdığını göstərdiyini bildirib. Elmi-Tədqiqat şöbəsinin müdiri Reyhan Əkbərli isə gənc alimlərə beynəlxalq indeksli jurnallarda — Web of Science, Scopus və bu kimi kimi reytinq sistemlərində təmsil olunan nəşrlərdə məqalə dərc etməyin əhəmiyyətindən bəhs edib. O, gəncləri bu istiqamətdə təşkil olunan təlim və seminarların imkanlarından yararlanmağa çağırıb və Dayanıqlı İnkişaf Məqsədləri kontekstində mövzu seçiminin beynəlxalq qəbul üçün mühüm olduğunu qeyd edib. Görüşün sonunda gənc müəllim və doktorantların sualları cavablandırılıb, onların qarşılaşdıqları çətinliklər və təklifləri dinlənilib. Belə görüşlərin mütəmadi keçirilməsi AzMİU-nun elmi fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması, gənc tədqiqatçıların dəstəklənməsi və universitetin beynəlxalq reytinqlərdə daha yüksək mövqelərə yüksəlməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İnformasiya texnologiyaları və sistemləri kafedrasının dosenti Sevinc Bəşirova Rusiya Federasiyasının Dubna şəhərində yerləşən Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda təşkil olunan “MDB ölkələrinin gənc alim və tədqiqatçılarının təcrübə proqramın”da iştirak edib. Ezamiyyət müddətində Sevinc Bəşirova İnstitutun bir neçə nüfuzlu laboratoriyasında – İnformasiya Texnologiyaları Laboratoriyası, Nəzəri Fizika Laboratoriyası, Biologiya Radiasiyası Laboratoriyası, Nüvə Problemləri Laboratoriyası, Nüvə Reaksiyaları Laboratoriyası və Neytron Fizikası Laboratoriyalarında aparılan tədqiqat prosesi ilə yaxından tanış olub, elmi heyətlə fikir mübadilələri aparıb və müxtəlif elmi istiqamətlər üzrə araşdırmalar həyata keçirib. AzMİU-nun dosenti, eyni zamanda Dubna Dövlət Universitetində akademik heyətin iştirakı ilə keçirilən elmi seminarda məruzə ilə çıxış edərək öz tədqiqat nəticələrini auditoriyaya təqdim edib. Ezamiyyət çərçivəsində o, Dubna şəhərində yerləşən Xüsusi İqtisadi Zona daxilində fəaliyyət göstərən “Granat Bio Tech”, “Altegra”, “ПСК Фарма”, “Биофармлаб” və “ACE Technology” kimi qabaqcıl sənaye müəssisələrində aparılan innovativ prosesləri yaxından izləyib. Təcrübə proqramının sonunda Sevinc Bəşirova “Разработка радиационно-стойкого покрытия на основе полимера и композитных наноцастиц кремния и золота” adlı tədqiqat layihəsini uğurla tamamlayaraq Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun elmi kollektivi qarşısında təqdimatla çıxış edib. Sonda “MDB ölkələrinin gənc alim və tədqiqatçılarının təcrübə proqramı”nı uğurla bitirdiyinə görə diplomla təltif olunub.