Əkinçi
Open in Telegram
Müzakirəsinə ehtiyac olan, amma kifayət qədər müzakirə ediləməyən mövzular. Tam videolar: youtube.com/akinchi Dəstək üçün: patreon.com/akinchi
Show more1 327
Subscribers
No data24 hours
-37 days
-530 days
Posts Archive
1 327
“Əgər düşünürsən ki, səndə bu xidmət həvəsi yoxdur və yaxud da ki, bu dəyərləri daşımırsan, ən başlıcası, uşağı sevmirsən, o zaman yaxşı olar ki, başqa bir peşədə reallaşasınız”, - Aynurə Abdullayeva, təhsil mütəxəssisi.
1 327
Yazıçı Qismət Rüstəmov: “Bizə təlqin ediblər ki, yaxşı danışmaq dövlət televiziyasının rəsmi, ütülü dilinə oxşamaqdır.”
1 327
Təhsil məsləhətçisi Əminət Diqanayeva deyir ki, illər keçdikdən sonra bizim ağlımızda müəllimin fənnindən daha çox, onun bizə öyrətdiyi dəyərlər qalır.
1 327
Hüquqşünas Aytac İsmayılova deyir ki, pul qarşılığında elmi əsərlərin yazılması ilk baxışdan adi bir xidmət kimi görünsə də, bu davranış etik deyil və elmə, cəmiyyətə hədsiz zərər vurur.
1 327
Tədqiqatçı Zəhra Murad qaranlıq xüsusiyyətli insanların iş mühitində davranışlarına nümunə göstərir.
1 327
Media mütəxəssisi Lalə Kişiyeva deyir ki, hər kəs dezinformasiyanın qurbanı ola bilər, amma bununla bərabər, bəzi qrup insanlar, bəzi hallarda dezinformasiyaya daha meylli olur.
1 327
İnklüziv təhsil mütəxəssisi Elnarə Məmmədova: “Məhdudiyyət haradan gəlir? Məhdudiyyət insanın bacarığından deyil, infrastrukturdan gəlir. Cəmiyyətin hazırladığı, qurduğu infrastrukturdan.”
1 327
Musiqişünas Sara Timurova deyir ki, musiqi təhsili üçün lazım olan müasir avadanlıqlar çox az məktəbdə var, bir çoxunda isə musiqi otağı və alətlər olmadığından dərslər yalnız nəzəri keçirilir ki, bu da təcrübənin vacib rolunu arxa plana keçirir.
1 327
Riyaziyyatı hansı vasitə ilə daha yaxşı öyrənmək mümkündür? Riyaziyyatçı Afərin Əkbərli izah edir.
1 327
Təhsil eksperti Yalçın İslamzadə deyir ki, cəmiyyət hələ də ali təhsili mütləq dəyər kimi görür, peşə təhsilinə maraq göstərmir, halbuki ölkənin bacarıqlı ustalara və özünü təqdim etməyi bacaran mütəxəssislərə ehtiyacı var.
1 327
Vəkil Aysel Əhmədovanın sözlərinə görə, ölkədə xeyli insan düşünür ki, ailədə oğlan övladı varsa, mülk avtomatik olaraq ona keçməlidir. Əslində isə bu, belə deyil.
1 327
Urbanist tədqiqatçı Ucal Qorçu: “Necə oldu ki, bizim yaxınlarımızla vaxt keçirmə mədəniyyətimiz restoranlarla məhdudlaşdı?”
1 327
Ali təhsil üzrə tədqiqatçı Abbas Abbasovun sözlərinə görə, təhsil sistemlərinin standart imtahanlara həddindən artıq güvənməsi süni zəka dövründə böhrana səbəb olub.
1 327
“Roller Bird” nəşriyyatının təsisçisi Əfsanə Yusif: “Azərbaycanda təhsildə həyəcan əskikliyi var. Biz daha çox yönəlmişik məntiqə. Amma maraq, həyəcan, uşaqların içində qığılcım yaratmaq çatışmır.”
1 327
Gender və inkişaf eksperti Şəmsiyyə Mustafayeva deyir ki, Azərbaycanda ali təhsil alanların daha böyük hissəsinin qadınlar olmağına baxmayaraq, əmək bazarında iştirakda qadınlar üstünlük təşkil etmirlər.
1 327
“Audio Nağıllar” YouTube kanalının təsisçisi Şəbnəm Həsənəlizadə deyir ki, kitab oxumağı uşaqlara cəza vasitəsi kimi tətbiq etdikdə bu, uşaqlarda kitablara qarşı mənfi hisslər oyadır.
1 327
“Niyə uşaqlara erkən yaşdan eksperiment etməyi öyrətməliyik?” mövzusunda yeni videomuzu YouTube kanalımızda izləyə, Spotify və Apple Podcasts vasitəsilə dinləyə bilərsiniz.
@akinchiproject
1 327
“Uşaqların məktəb eksperimentləri üçün artıq bir sıra resurslar var”
İkram Gabiyevin fikrincə, uşaqların erkən yaşlardan eksperiment aparması və real layihələr üzərində işləməsi gələcək bacarıqlarının formalaşması üçün vacibdir.
Tam video.
@akinchiproject
1 327
Süni intellekt dövründə rəqabətdə geri qalmamaq və aktuallığı itirməmək üçün təkcə nəzəri biliklər artıq kifayət etmir. Google şirkətində proqram mühəndisi kimi çalışan İkram Gabiyev hesab edir ki, uşaqlar erkən yaşlardan eksperiment aparmağı, yeni ideyaları sınaqdan keçirməyi və praktik problemləri həll etməyi öyrənməlidirlər.
Qonağımız vurğulayır ki, təhsil sistemində robototexnika, proqramlaşdırma və laboratoriya işlərinə daha geniş yer verilməsi gələcək nəsli sürətlə dəyişən texnologiya mühitinə daha yaxşı hazırlaya bilər.
Video burada.
@akinchiproject
1 327
Uşaqların pulla rəftar etməyi öyrənməsi
Pşəkar kouç Nərgiz Əkbərova deyir ki, büdcə planlaması uşaqlara kiçik yaşdan həm izah edilməli, həm də valideynlərin nümunəsi ilə öyrədilməlidir.
Tam video.
@akinchiproject
