Ruslan.bagiyev
Open in Telegram
✅ Ruslan.bagiyev-in rəsmi telegram kanalı. 💻 İnsta: Ruslan.bagiyev
Show moreThe country is not specifiedThe category is not specified
3 401
Subscribers
-324 hours
-297 days
-7730 days
Posts Archive
3 401
Xəzər dənizinin Nardaran qəsəbəsi hissəsində iki bacı boğulub.
“Qafqazinfo” xəbər verir ki, dənizdə batan bacılardan Ayselin 17, Aysunun isə 15 yaşı olub.
Böyük bacının meyiti artıq dənizdən çıxarılıb, balaca bacının axtarışları hələ davam edir.
Qeyd edək ki, Aysel bu il yüksək balla universitetə qəbul olubmuş. Onların atası hərbçi, anası evdar qadındır. Ailə 4 nəfərdən ibarət olub
3 401
❗️Bakıda dənizdə batmış bacılardan ikincisinin də meyiti tapılıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Sabunçu rayonunun Nardaran qəsəbəsində qeyri-çimərlik ərazidə batmış 2008-ci il təvəllüdlü Aysu Asəf qızı Abdullayevanın meyiti FHN Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən bu gün səhər saatlarında batdığı yerdən təxminən 11 km aralıda dənizdə tapılaraq aidiyyəti üzrə təhvil verilib.
"Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək bildirir ki, qeyri-çimərlik ərazilərdə çimmək, habelə küləkli hava şəraitində dənizə girmək həyat üçün təhlükəlidir", - məlumatda qeyd edilib.
Xatırladaq ki, Aysel və Aysun Abdullayeva bacıları iyulun 20-də Xəzər dənizində batıb. Böyük bacı Ayselin meyiti dənizdən çıxarılmışdı.
Boğularaq ölən şəxslər Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə Alayının əməkdaşı Asəf Abdullayevin övladlarıdır.
3 401
Bakıda intihar hadisəsi baş verib.
“Report”un əldə etdiyi məlumata görə, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb.
1991-ci il təvəllüdlü Yolçu Zeynalov iki həftə əvvəl məişət zəminində mübahisədən sonra özünü asıb. Həmin vaxt o, xəstəxanaya yerləşdirilsə də, ötən müddətdə həyatını xilas etmək mümkün olmayıb.
İntihar edən şəxsin Azərbaycanın boks üzrə yığma komandasının keçmiş üzvü olması müəyyənləşib.
Bu yaxınlarda Y.Zeynalovun toyu olmalı imiş.
Qeyd edək ki, Yolçu Zeynalov 75 kq çəki dərəcəsində mübarizə aparıb.
3 401
🇦🇿🇹🇷KİV: Ərdoğan Azərbaycana gələcək.
🔻Türkiyə Prezidenti Zəngilan Hava Limanının açılışında iştirak edəcək
🔸️Zəngilan Beynəlxalq Hava Limanının tikintisi bu ilin sentyabr ayında başa çatacaq.
3 401
🏥😷🇦🇿RƏSMİ❗️Səhiyyə Nazirliyi: "Azərbaycanda koronavirusla əlaqəli sərt tədbirlərin tətbiqi gözlənilmir".
3 401
🇦🇿😷RƏSMİ❗️Bu gündən Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasına giriş zamanı tibbi maskadan istifadə tələb olunur.
3 401
🇦🇿❗️YENİ QƏRAR: Avtomobilə dəyən ziyanı artıq qarşı tərəf deyil, avtomobilin sığortalandığı şirkət qarşılayacaq
— Mərkəzi Bank təsdiqləyib (1 noyabrdan qüvvədə olacaq.
3 401
🇦🇲🪖🇦🇿Ötən gecə Ermənistan Silahlı Qüvvələrinin bölmələri Xocalı rayonunun Şuşakənd kəndi istiqamətində döyüş mövqelərinin yaradılması məqsədilə mühəndis-texniki və tikinti işlərinə başlayıb.
Ermənistanın kapitulyasiyası ilə bağlı Moskva sazişinə zidd olan bu qanunsuz fəaliyyətin qarşısını almaq üçün Azərbaycan Silahlı Qüvvələrinin bölmələri xəbərdarlıq atəşi açıb, bütün zəruri qabaqlayıcı tədbirlər görülüb, o cümlədən Rusiya sülhməramlıları kontingentinin komandanlığı məlumatlandırılıb.
Bir saat sonra hadisə yerinə sülhməramlıların şəxsi heyət qrupu gəlib. Lakin Rusiya sülhməramlıları Ermənistan Silahlı Qüvvələrinin qanunsuz fəaliyyətini, həmçinin aparılan işləri dayandırmaq əvəzinə, erməni quldur dəstələrinin təhlükəsizliyini təmin ediblər və gecə saatlarında işin davam etdirilməsinə şərait yaradıblar.
Xatırladaq ki, Prezident İlham Əliyev ötən müşavirədə Rusiyanın Ermənistan ordusunun bölmələrini beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazisindən çıxarmaq öhdəliyini üzərinə götürdüyünü, lakin sonradan üzərinə düşən öhdəliyi pozduğunu bildirmişdi. Görünür, Rusiya sülhməramlı kontingenti nəinki yaranmış problemin həlli üçün səy göstərmir, əksinə, öz hərəkətləri ilə yaranmış gərginliyi daha da gücləndirir.
Rusiya sülhməramlılarının komandanlığına belə bir sual ünvanlayırıq: Nə baş verir və Rusiya hərbçilərinin hərəkətləri necə başa düşülməlidir?
©️ haqqin.az
3 401
🇦🇿🥀BDU-nun Filologiya fakültəsinin III kurs tələbəsi Esmira Muxtarova vəfat edib.
❗️O, bu ilin aprel ayında beyin iflici keçirmişdi.
🔸️Ruhu şad olsun!
3 401
🇦🇿🏥Səhiyyə Nazirliyi: “Azərbaycanda koronavirusla bağlı vəziyyət pisləşməyə doğru gedir”.
🇦🇿🏥Səhiyyə Nazirliyi: "Bu gün üçün Azərbaycanda meymunçiçəyi qeydə alınmayıb"
😷Azərbaycanda koronavirusun geniş yayılan ştamı məlum olub - "Omikron" ştamı.
😷🦠Koronavirusa yoluxmanın artmasının səbəbləri açıqlanıb:
✔️“İlin əvvəlində “Omikron” ştamının bir neçə növü var idisə, bu gün yeni variantlar meydana çıxır.
🔴İnsanlarda yaranan kütləvi immunitetin zamanla zəifləməsi, yeni ştamın meydana çıxması bugünkü vəziyyətə səbəb olur".
3 401
😷Koronavirusa yoluxmanın artmasının səbəbləri açıqlanıb:
✔️“İlin əvvəlində “Omikron” ştamının bir neçə növü var idisə, bu gün yeni variantlar meydana çıxır.
🔴İnsanlarda yaranan kütləvi immunitetin zamanla zəifləməsi, yeni ştamın meydana çıxması bugünkü vəziyyətə səbəb olur".
3 401
Qazax rayonunda qadın həyat yoldaşı tərəfindən baltalanıb.
“Report”un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Qarapapaq kəndində qeydə alınıb.
Kənd sakini, 1982-ci il təvəllüdlü İlhamə Xasməmmədovaya başından və qollarından baltayla ağır xəsarətlər yetirilib. Hazırda cərrahi əməliyyat olan qadının vəziyyəti ağır olaraq qalır.
Hadisənin həyat yoldaşı tərəfindən qısqanclıq zəminində törədildiyi bildirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.
3 401
🛢️🇦🇿Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,54 ABŞ dolları və ya 1,2% azalaraq, 120,21 dollar təşkil edib.
3 401
🇦🇿⚽️Qarşılaşma Qurban Qurbanovun komandasının 3:2 hesablı qələbəsi ilə başa çatıb.
❗️Qeyd edək ki, bu komandalar arasındakı cavab matçı iyulun 27-də İsverçədə keçiriləcək.
