en
Feedback
• ɴᴏᴛ ᴅᴇғᴛᴇʀɪ🖤

• ɴᴏᴛ ᴅᴇғᴛᴇʀɪ🖤

Open in Telegram

Bəziləri yoxkən belə var kimidir, bəziləri isə əlimizi tutarkən belə yanımızda deyildir.🥀

Show more
9 998
Subscribers
No data24 hours
-527 days
-24830 days
Posts Archive
Görəsən yeni baş verən hadisələri danışım sizə?😁

Önəmli olan zamana buraxmaq deyil, zamanla buraxmamaqdır✨

Bir gün bura mütləq getməliyik..
+3
Bir gün bura mütləq getməliyik..

+5
Sənə qarşı içimdə demək istədiklərim…

Mən evdəyəm. Demək ki hələ vaxtı çatmayıb görüşməyin....

Salam.. Ən çox qorxduğum şeylərdən biri də bir gün mən xaricə getsəm onun qayıtmağı idi. Vəə mən Polşaya gələn günlə onun Azərbaycana gəlməsi eyni gün oldu desəm? Hal-hazırda başqa bir mövzüya görə mənə çoox əsəbidir amma mən daha yaxşı olmasını istəmişdim. Nə necə olacaq bilmirəm , tək bildiyim şey odur ki artıq nələrinsə sonuna gəlirəm..

Dolu Kadehi Ters Tut - Dilerim Ki (Official Audio).mp33.14 MB

Dünən 3391 km filminə getdim.. Film başlayandan sona kimi çox duyğulandım , ağladım. Bəlkədə o qədər duyğusal olmalıq bir şey yox idi , amma mən çox ağladım. Hər kəs o filmi kısa mesafe mahnısı ilə özləşdirir. Və mahnının mənim üçün yerini kanaldakılar məncə bilir. Mən ağlayanda da öz göz yaşımı sildim , üşüyəndədə öz əlimdən özüm tutdum , yıxılandanda özüm qalxdım.. Hər bir xəyalı quraraq özüm etdim bunlar. Bir gün o məsafələrin 0 km olacağına əminəm. Amma artıq gözləməyə gücüm qalmayıb.. tez olması arzuları ilə...

Aylar öncə rəfiqəm mənə məsafədən biri ilə danışdığını deyəndə çox sərt qarşılamışdım. Hətta qarşı çıxmışdım. O isə yagin bir neçə gün danışıb , sağollaşarıq onsuz çox uzaqdayıq demişdi. Bir gün o xəstə olanda onlardaikən gördüm hələdə danışırlar və ona sözüm görürsən xəstəsən , dərmana , qayğıya ehtiyacın var amma o yoxdur demişdim. O sözümlə qəlbini qırsamda məqsədim rəfiqəmi qorumaq idi. Məsafədəsən ağlasan göz yaşını silə bilməyəcək , əlin üşüsə əlini isidə bilməyəcək , yıxılsan qaldıra bilməyəcək demişdim. O isə mənə bir gün gələcəyini söz verib gələcəkdi o demişdi. Elə də oldu. Oğlan evini, işini , həyatını buraxıb rəfiqəmin yanına gəldi. Əlindən tutdu , göz yaşını sildi , yıxılanda qaldırdı. Rəfiqəmin hər xoşbəxt anını görəndə gözlərim yaşarır, nə də olsa nələrdən keçdiyini bilirəm.

Ilk oldu artıq 2024.. İlk öncə hər birinizin yeni ilini təbrik edirəm. İnşAllah bu il çox düşərli olar və gözlədiyinizdən də gözəl keçər🤍❄️ Özlüyümdə 2023 analiz edərkən , necə də çox şeylər yaşadığımın fərqinə vardım.. Neçə yeni tanışlıqlar, xoş anlar , səyahətlər , qəmqin anlar , itirdiyim , qazandığım və ən əsası məqsədimə nail olduğum həmin o il. Uzun illər idi ki hər yeni ilə girəndə məqsədim başqa bir ölkədə təhsil almaq , öz ölkəmi təmsil etmək idi. 2023də mən bunu bacardımm. Bəlkədə bu ilin ən böyük uğuru Avropaya olan səyahətim idi.. 18 yaşında bir qız Polşanın küçələrində tək gəzdi. Orda o qədər şeylərdən keçdim ki, keçirdiyim hər gün xatirəmdə xoş anı kimi qalıb. Təəsüf ki Azərbaycana qayıtmalı oldum. Amma xoş xəbərim o dur ki geri döndüyümə üzülərkən bilmirdim ki bu sadəcə bir başlanğıçdır. 2024dün ilk aylarında yenə gedirəm o sevdiyim ölkəyə🥳 . Bu mənim məqsədimlə bağlı analizim. 2023də mən bu kanalla sağollaşdım. Kimisi üçün sadəcə kanal : mənim üçün bir ailə və ondan qalan tək xatirə. Hə inanırsız onu 2020 dən tanıyıram və artıq 2024də giririk , amma ondan sadəcə mənə xatirə bu kanaldır. Kimə danışsam qəribə gəlir görmədiyim , səsini eşitmədiyim , uzağımda olan ən doğma insan. Bu il söz verib ad günümə , bugünə kimi mənə verdiyi sözləri tutub və mən o qədər əminəm ki elə də olacaq bu sözüdə tutatacaq. Görəsən bu 2024də ad günümüzü bir keçirdə biləciyik? Mənim 20mili yaşlarımın başlanğıcında olacaq mənlə? Bu suallarım cavabı ancaq zamanla tapacam.. 2024dün niyəysə həyatımda böyük rollar oynuyacaqı , böyük dəyişikliklər edəcəyinə əminəm. Bunu ilk səndən başlamaq istəyərdim , həyatımda olmağından. Bu ildə gözləyəcəm) Çoox yıxıldım , çox qalxdım , çox yoruldum , çox dincəldim. Amma 2023 mənə çox uğur gətirdin. Unudulmaz il oldun mənim üçün🙏🤍. Birlikdə daha gözəl illərə🫶

Doğum günün mübarək, 🤍 Sən dünyanın ən mükəmməl qızısan Bir sonrakı ad günündə səni görəcəm söz verirəm #X

2020 də telegram vasitəsi ilə təsadüfən həyatıma biri girdi və il 2023 artıq 4cü ad günüdür ki ötüb keçir.. Və bunlardan sadəcə 2020 də birlikdə keçirə bildik ad günümüzü. İlk dəfə ad günün 8 dekabr olduğunu öyrənəndə xəyal qurmuşdum ki Bakıya qəbul olacam və biz birlikdə keçirəciyik ad günümüzü (aramızda 1 gün var). Amma həyat elə gətirdi ki sadəcə xəyal olaraq qalıb. Bugün kanalın admininin, yaranma səbəbibinin ad günüdür. Deyiləcək o qədər söz var ki amma özünə deyə bilmirəm , çün ki yoxdur. Amma burda olsa idi ona necə dəyər verdiyimi anladıb , ürəkdən təbrik edib , ən xoş arzuları onun üçün diləyərdim. Ayağına heç bir zaman daş dəyməsin , hər zaman öz düz bildiyin yolda əmin addımlarla irəli getməyin arzuları ilə. Yaxşı ki tanımışam səni. Yaxşı ki sənin kimi biri mənim həyatıma çıxıb və həyatımda ki ən vacib qərarlarda böyük rol oynayıb. Bir gün yollarımızın kəsişməsi və birlikdə doğum günü keçirməyimiz arzuları ilə. Ad günün mübarək🤍 #K

Məsafə önəmsiz detaydır. Kanalda ideal oğlan obrazı olan, bu kanalın yaradılma səbəbi mənim tg dan getməyim olub. Geri qayıdanda qatıldığım kanalda admin olduğumu görüb postlarda atmışam, yox olub itdiyim zamanlarda olub. Adminkanızı xaricə köçmək qərarında bir az mənimdə payım ola bilər, çünki ilk mən təhsilimi davam etdirmək üçün gedib sonra yarım qoyub başqa bir sahə üzrə irəlilədim Daha sonra fərqli ölkələrə getdim, bura qayıtmağı heç düşünmürdüm həmişə qısa müddətlik gəlib qayıdacam düşüncəsindəyəm Mentalitetin verdiyi, “1 uşağınız var o da sizi atıb gedib oturub orda” düşüncəsi və qohum nəsihətləri öz yerindədir. Məni başa düşməyə bilərsiz, ama heç vaxt kiməsə pis təsir etmək istəməmişəm. Bir gün bəlkə yenə yollarımız kəsişər admininizi heç vaxt görmədiyini desədə dəfələrlə qarşılaşmışıq😂 hətda qarşısında durub yol verməmişəm sadəcə tanımayıb məni😵‍💫 yazıları uzun müddət sonra oxumuşam, cavab verməyə geciksəmdə cavabsız qoymamağa diqqət edirəm🖤

Guyss 08/09/10 məndə orda olacam gəlin birlikdə əylənək. Dərslər başlamamış bu əyləncəni qaçırmayaq😍

Gənclər necəsiz? Adminkanız gəzir , həyatı reysə salıb. Polşada hər şey yuxu kimi çoox gözəl keçdi. Gəlmişəm sizə ən çox sevdiyim turlardan birini tövsiyə etməyə. Hal-hazırda Zaqatala Balakən və Qax turundayam vəə əminliklə deyə bilərəm ki ən şən,əyləncəli və bol macərəlarla dolu tur keçir. Əmin olun ki Reklam deyil sadəcə Olympos traveldən heyran qaldığım üçün sizlərlə bölüşmək istədim. Təcrübəli və pozitiv tur rəhbəri ilə bol əyləncəyə sizdə qoşulun. Həm telegram kanalını sizlə bölüşürəm @turlar_N1. Tik tok hesabları https://www.tiktok.com/@olympostravel_azerbaijan?_t=8fNgeMQqHMm&_r=1 İnstagram hesabları https: https://instagram.com/olympostravel.az?igshid=MmU2YjMzNjRlOQ== Və nömrələri : +994 70 825 51 88 (Gülçin) +994 70 815 51 88 (Musa)

Cem_Adrian_&_Aylin_Aslım_Herkes_Gider_Mi_Official_Audio.mp34.24 MB

Salamm. Mesaja necə başlayım bilmirəm. Telegrama girəndə 10-cu sinifdə oxuyan bir qız idim. İmtahanlara hazırlaşıb , tək məqsədim universitetə qəbul olmaq idi. 2020-ci ildə düşən karantin mən bu sosial mediaya bağladı. Telegrama sadəcə mafia oynayıb vaxt keçirməyə girmişdim. Bir müddət sonra artıq buralara bağımlılıq yarandı və günümün əksər saatı burda keçirdi. Xaricə getmək qərarı alanda 14 yaşım var idi. Hazırlaşdım İELTS verdim , SAT verdim , FIex qəbul oldum. Düşən karantin hər bir işimə köstək oldu. Mənim ilimdə Flex aparmadı , güclü karona oldu , müharibə başladı və gedə bilmədim. O dövür bu kanalı açdım. 19.10.2020-ci il. Çox yaxşı xatırlayıram bu kanalı mb ilə açmışdım. Çox qorxmuş , çox tək idim. Məqsədim həyatımdan gedən birinin xatirəsini yaşatmaq idi. Bacardımda , kanal hər şeyim olmuşdu. 11-ci sinifdə oxusamda hər günüm kanalda keçirdi. Amma yenədə qəbul oldum universitetə BDU-ya hətta pulsuza. İlk uğurum o idi , amma xaric olan xəyalım çox idi. 3 il ad günümü , xoş günümü , pis günümü , hər xatirəmi kanalda yaşamışam. Bura mənim üçün 3il ərzində yaşatdığım xatirələrdi. 1-ci kursdan işləməyə başladım, məqsədlərimə gedən yol asand olmadı. Çox insan tanıdım, dəstək olanda , köstək olanda. Telegram mənə sayısız çox insan qazandırdı. Çox üzlər gördüm. Hətta burda böyüdüm. Əzimlə çalışan məqsədinə hər zaman çatar. Və mən axır ki uzun yol keçdikdən sonra öz məqsədimə çatdım. Xəyalını qurduğum ölkəyə getməyə şans qazandım. Bəli Axır ki gedirəm. Polşaya gedirəm. Heç asand olmadı , çox yoruldum , tükəndim amma bacardım.. Bu kanal Not defteri içimdən gələn hər şeyi bölüşdüyüm , hər şeyi rahat yaza bildiyim tək yer idi. Qazandırdığı dəyərli insan həmişə mənim üçün ideal oğlan obrazıdır. Özünü görməsəmdə , üz-üzə danışmaq şansım olmasada həmişə mənim üçün ideal olub.Hər zaman uğurlar həyatında gözəl insan. Və gəldik sona. Burdaca xəyallarımı, xatirələrimi qoyub gedirəm. Çoxunun sevimlisi Not Defteri sona gəldi artıq. Özünüzə yaxşı baxın. Sevin , sevilin məqsədlərinizin arxasıyca daim gedin. Hələlik Sizin sevimli adminkanız⚡️

photo content