en
Feedback
Filmlər

Filmlər

Open in Telegram

Səhifədə Yalnız Ən Yaxşı Filmlər Paylaşılmaqdadır... Facebook Səhifəmiz: https://www.facebook.com/Filmlər-556791884468447/

Show more
4 428
Subscribers
-124 hours
-97 days
-1930 days
Posts Archive
The King's Man 3 (6.3) TR Dublyaj Filmin mövzusu: Film, The King's Man təşkilatının yaranma hekayəsindən bəhs edir. Təşkilat, milyonlarla insanın ölümünə səbəb olacaq bir müharibənin daha da böyüməsinin qarşısını almağa çalışacaqdır.

Aksiyon dolu bir film: Uncharted (6.4) TR Dublyaj Mövzusu: Victor Sully, 500 il əvvəl Macellan gizlətdiyi xəzinəni tapmaq üçün bu mövzulara uşaqlığından marağı və bacarığı olan Nathana iş təklif edir. Qarşılarında isə xəzinənin əsl sahibi olduğuna inanan və bu xəzinə üçün hər şeyi edə biləcək Santiago Moncada var. Əgər Nathan və Sully ipucları izləyib, dünyanın ən qədim sirlərindən birinin cavabını tapa bilsələr 5 milyardlıq bir sərvətə sahib olacaqlar.

Biraz Qara komediya, Biraz Qoxu : Ready or Not (6.8) TR Dublyaj Mövzu: Varlı bir ailənin oğlu ilə evlənən gənc bir qadın, yoldaşının ailəsi ilə daha yaxından tanımaq üçün axşam yeməyinə dəvət edilir. Ancaq bilmədiyi bir şey var ki, bu yemək zaman keçdikcə sağ qalmaq mübarizəsinə çevriləcəkdir.

Paralel Dünyalar mövzulu bir film: Everything Everywhere All at Once (8.5) Mövzusu: Vergilərin və maraqsız həyatının içində boğulan bir qadın, dünyanı xilas etməli olduğu bir macəranın içinə düşür. Dünyanı xilas etmək üçün paralel dünyalarda kı özündən kömək almalıdır.

Gözəl İnsanlar, Az Bilinən “Beyin Yandıran” Filmləri sizin üçün seçmişəm, ümid edirəm bəyənərsiniz... Link: https://bit.ly/3FJtXhn

Gözəl İnsanlar, Az Bilinən “Beyin Yandıran” Filmləri sizin üçün seçmişəm. Sizin də bildiyiniz filmlər varsa yazın izləyək... Link: https://bit.ly/3FJtXhn

Mövzudan kənar #ReklamDeyil özümə məxsusdur. Bu qiymətə belə bir PC yoxdur. Amerikadan gəlib tam Orginal bağlı qutuda. ➡️Pros
Mövzudan kənar #ReklamDeyil özümə məxsusdur. Bu qiymətə belə bir PC yoxdur. Amerikadan gəlib tam Orginal bağlı qutuda. ➡️Prosessor: Intel Core i5 10400f Turbo 4.30 GHz ➡️Ana plata: Asus Prime H510M-A ➡️Opertiv Yaddaş: Crucial 16GB 3000 MHz ➡️Videokart: RTX 3050 MSI Ventus 8GB, GTX 1660 SUPER MSI Ventus ➡️Sərt Disk(SSD): 480GBToshiba ➡️Keys: Gamemax Starlight RGB Qiymət: Rtx 3050-li sistem 1750 Azn, Gtx 1660 superli sistem 1650 Azn. Maraqlanan @sunaymammadov ilə əlaqə saxlasın.

Beyin oyunları ilə dolu bir film: Miss Sloane (7.5) TR Dublyaj Mövzusu: Elizabet Sloane, nə yolla olursa-olsun girdiyi işi qazanmağa çalışan lobbiçilik işində peşəkar biridir. Bu dəfə o, Silah almağın nizamlanması üçün bir qanunu ABŞ parlamentinə qəbul etdirmək üçün bir iş alır. Ancaq işi çox çətin olacaq çünki qarşısında güclü və təhlükəli silah lobbisi vardır.

Ürəyinizə toxunacaq bir film: Capernaum (8.4) TR Dublyaj Mövzu: 12 yaşlı Zain kasıb bir ailəsi var və həm özünə həm də ailəsinə baxmağa çalışmasını izləyəcəksiniz. Əsl dram filmi izləmək istəyənlər üçün mükəmməl bir filmdir. Baş roldakı uşaq da mükəmməl oynayır rolunu. İzləyin peşman olmayacaqsınız.

Animasiya filmi: Checkered Ninja (7.2) TR Dublyaj Filmin mövzusu: Bir Ninja oyuncağı sirrli bir şəkildə canlanır və onu düzəldən uşağı döyərək öldürən oyuncaq fabrikinin sahibinin izinə düşür. Bu adamı tapmaqda ona Aske adlı məktəbli uşaq köməklik edəcək və Ninja da Akseyə məktəbdə sevdiyi qıza yaxınlaşmaqda kömək edəcəkdir. Animasiya filmi olmasına baxmayaraq, bəzi səhnələri uşaqlar üçün uyğun deyil.

No Man of God (7.3) TR Dublyaj Mövzu: Agent Bill Hagmaier və məşhur qatil Ted Bundy arasındakı münasibətdən bəhs edir. 1989 - cu ildə ölüm hökmü verilən Bundy, törətdiyi cinayətləri bir tək Bill Hagmaierə etiraf etmişdir. Edama qədər olan müddətdə bu ikili arasındakı qəribə və qarışıq münasibəti gerçək dialoqlar ilə izləcəksiniz. Bu filmi bəyənsəniz, mənim də çox bəyəndim serial olan The Mindhunter (8.6) izləyə bilərsiniz.

The Batman (8.2) TR altyazılı Ən yaxşı Batman filmi olmasa da, məncə ən yaxşı Batmanı izləyəcəyiniz bir film olacaqdır. Bəzi xırda nüanslar olmasa, ən yaxşı Batman filmi olan The dark knight filminə çata bilərdi bu film. İzləməyiniz məsləhətdir

Aksiyon dolu və Əyləncəli bir film: Hitman's Wife's Bodyguard (6.1) Mövzusu qısaca: Hitman's Bodyguard filminin davamı olan bu filmdə, Bu dəfə Avropa xilas edilməlidir. Bol aksiyonlu, güldürən və çox düşündürməyə sadəcə əyləndirən, Həftə sonu üçün ideal bir filmdir.

Bu filmə bir şans verin: Furioza (6.6) Mövzusu: Dawida keçmişdə yaşanan bir hadisə səbəbi ilə həm ailəsindən həm də dostlarından uzaqlaşmalı olur. İllər sonra keçmiş sevgilisi, indi isə bir polis olan Dzika ona geri çevirə bilməyəcəyi bir razılaşma təklif edir. Ya polis müxbiri olacaq ya da qardaşı uzun müddətli həbsə görəcəkdir. Dawidin etməli olduğu şey isə böyük narkotik şəbəkəsinə müxbir olaraq daxil olmaqdır.

Biraz Qorxu, Biraz Sirli, Çərəzlik bir film: Last night in Soho (7.2) Mövzusu: Elli 60-cı illərin dəbinin aşiqi olan bir gənc qızdır. Londonda yeni bir evə köçən Elli, gecələri sirli bir şəkildə zamanda geriyə 60-cı illərə gedərək müğənni olan Sandy adlı bir gənc qızın həyatını yaşamağa başlayır. Zaman keçdikcə bu rəngli dünyanın arxasında dəhşətli bir sirrin olduğunu anlayır.

Fərqli mövzusu olan bir film: Never Let Me Go (7.1) Mövzusu: Ruth, Kathy və Tommy demək olar ki cənnət kimi bir məktəbdə oxumuş, çox yaxın dost olmuşlar. Böyüdüklərində isə onlardan gizlədilən və qəbul edilməsi çox çətin olan dəhşətli bir gerçək ilə üzləşməli olurlar. Film, eyni adlı romandan uyğunlaşdırılıb və bu roman 2005 ci ildə Times jurnalı tərəfindən ingilis dilində olan 100 ən yaxşı roman arasında yer almışdır. Təsiri altında qalacağınız bir film olacaqdır.

Ən gözəl filmlər🤩 Sadəcə istədiyinə toxun⬇️

Detektiv filmi: Death on the Nile (6.6) Filmin mövzusu: Film Agatha Christie-nin romanı əsasında çəkilmişdir. Nil çayı üzərində, lüks bir gəmidə səyahət edən varlı bir qadın olan Linnet cinayətə qurban gedir. Həmin gəmidə olan məşhur detektiv Poirot isə bu cinayəti araşdırmağa başlayır. Qatili tapmaq Poirot üçün çox çətin olacaq çünki, Linneti öldürmək üçün demək olar bütün sərnişinlərin bir səbəbi vardır.

Beyin Yandıran bir film: Enter Nowhere (6.5) Filmin mövzusu: 3 nəfər meşənin ortasında bir evdə sıxışıb qalıblar. Meşədə hansı tərə gedərlərsə getsinlər, yenə bu evin yanına gəlirlər. Hər 3-ündə orda olmasının bir səbəbi olmalıdır. Az bilinən və kiçik büdcəli maraqlı filmlərdən biridir.

Ailəliklə izləyə biləcəyiniz bir film: The Mitchells vs. the Machines (7.7) Qısaca Mövzusu: Robotlar dünyanı ələ keçirir və insanları bir maşın ilə uzay boşluğuna göndərmək istəyir. Mitchell ailəsi isə heç bir xüsusi istedadı olmayan bir ailədir. Robotlar bir tək onları tuta bilmədiyi üçün dünyanın tək ümidi onlardır.