en
Feedback
869
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
photo content

۶- مُحَمَّدُ بْنُ یَحْیَی عَنْ أَحْمَدَ بْنِ مُحَمَّدٍ عَنْ مُحَمَّدِ بْنِ جَعْفَرٍ عَمَّنْ ذَکَرَهُ عَنِ الْخَشَّابِ عَنْ عَلِیِّ بْنِ الْحَسَّانِ عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ کَثِیرٍ عَنْ دَاوُدَ الرَّقِّیِّ قَالَ: کُنْتُ عِنْدَ أَبِی عَبْدِ اللَّهِ ع إِذَا اسْتَسْقَی الْمَاءَ فَلَمَّا شَرِبَهُ رَأَیْتُهُ قَدِ اسْتَعْبَرَ وَ اغْرَوْرَقَتْ عَیْنَاهُ بِدُمُوعِهِ ثُمَّ قَالَ لِی یَا دَاوُدُ- لَعَنَ اللَّهُ قَاتِلَ الْحُسَیْنِ ع وَ مَا مِنْ عَبْدٍ شَرِبَ الْمَاءَ فَذَکَرَ الْحُسَیْنَ ع وَ أَهْلَ بَیْتِهِ وَ لَعَنَ قَاتِلَهُ إِلَّا کَتَبَ اللَّهُ عَزَّ وَ جَلَّ لَهُ مِائَةَ أَلْفِ حَسَنَةٍ وَ حَطَّ عَنْهُ مِائَةَ أَلْفِ سَیِّئَةٍ وَ رَفَعَ لَهُ مِائَةَ أَلْفِ دَرَجَةٍ وَ کَأَنَّمَا أَعْتَقَ مِائَةَ أَلْفِ نَسَمَةٍ وَ حَشَرَهُ اللَّهُ عَزَّ وَ جَلَّ یَوْمَ الْقِیَامَةِ ثَلِجَ الْفُؤَادِ [۴] . ---------- [۴]: أی مطمئنه. Davud Rəqqi deyir: "İmam Sadiqin (ə) yanında idim. Su istədi. Suyu içərkən hüzünləndiyini və gözlərinin dolduğunu gördüm. Sonra mənə belə buyurdu: "Ey Davud! *Allah (c) Hüseynin (ə) qatillərinə lənət etsin!* Su içən zaman *Huseyni (ə) və Onun Əhli-Beytini xatırlayan və qatillərinə lənət oxuyan* elə bir bəndə yoxdur ki, *Allah  (c) onun üçün yüz min savab yazmasın və  onun yüz min günahını silməsin. (Allah həmin şəxsin məqamını) yüz min dərəcə yüksəldər.* Sanki o, yüz min nəfər (qulu) azad etmişdir. *Allah (c) onu qiyamət günündə qəlbi sevincli halda məhşərə gətirər!"* Şeyx Hürr Amili (r); "Vəsailuş-Şiə"; Əşribətul-mubahə; bab-27; h.1. Şeyx İbn Qavləveyh Qumi (r); "Kamiluz-ziyarat"; bab-34; h. 1. Şeyx Küleyni (r); "Furu'ul-Kafi"; c. 6; səh. 391; h. 6. https://t.me/hocac

قَالَ النبي (ص): مَوْضِعٌ یُقَالُ لَهُ کَرْبَلَاءُ وَ هِیَ دَارُ کَرْبٍ وَ بَلَاءٍ عَلَیْنَا وَ عَلَی الْأُمَّةِ یَخْرُجُ عَلَیْهِمْ شِرَارُ أُمَّتِی لَوْ أَنَّ أَحَدَهُمْ شَفَعَ لَهُ مَنْ فِی السَّمَاوَاتِ وَ الْأَرَضِینَ مَا شُفِّعُوا فِیهِ وَ هُمُ الْمُخَلَّدُونَ فِی النَّارِ. Allah (c) Rəsulu (s) buyurub: "Kərbəla deyilən yer bizə və ümmətə kərb (qəm-qüssə, kədər) və bəla (müsibət) evidir. Onlara (Hüseyn (ə) və əshabına) qarşı ümmətin ən şərli adamları savaşa çıxacaq. Əgər onlardan biri üçün yerlərdə və göylərdə olanlar şəfaət etsələr, onların şəfaəti heç bir fayda verməz! Onlar əbədi olaraq cəhənnəm əhlidirlər!" Şeyx İbn Qavləveyh Qummi (r.ə); Kamiluz-Ziyarat; bab 22; hədis 2 Əllamə Məclisi (r.ə); Biharul-Ənvar; cild 44; səh.264; hədis 22 https://t.me/hocac

photo content

Aşura günü ki, yaxındır. Hər gün 100 dəfə tövhid (Qulhuvallah) surəsinin oxuyub, Həzrəti Seyyidüş-Şühəda (ə) hədiyyə edin. İnşaallah feyzlər sizə qismət olacaq. Və nə qədər yaxşı olar ki, bu nurani əməli 100 dəfə tövhid surəsini tilavət edib, Seyyiduş şuhədanin nurani və mutəhhər ruhuna Həzrəti Hoccət ibnil Həsən əl muntəzər Mehdi (ə.f) tərəfindən yerinə yetirilə Ayətullahül-üzma Vəhid Xorananinin Məhərrəmin 10 günlüyündə sifarişi 💥تا روز « #عاشورا » که نزدیک است، روزى صد مرتبه سوره #توحید را بخوانید و به حضرت #سید_الشهداعلیه السلام هدیه کنید،ان شاءالله فیوضاتى نصیبتان می شود، 🌟و چقدر خوب است که این عمل نورانی" تلاوت صد مرتبه سوره توحید و هدیه کردن به روح مطهر و نورانی حضرت سیدالشهدا علیه السلام" به نیابت ازحضرت #حجت_ابن_الحسن_المنتظر_المهدی عجل الله تعالی فرجه الشریف انجام شود. 🎙 سفارشات آیت الله العظمی وحید خراسانى در ایام دهه اول ماه محرم  ▫️#کلام_فقیه #محرم ☑️ @Fatemyeh_ValiAsr (Şeyx Vəhid Xorasaninin rəsmi səhifəsinə istinadən)

photo content

«۶»- لی، [الأمالی] للصدوق الْقَطَّانُ عَنِ السُّکَّرِیِّ عَنِ الْجَوْهَرِیِّ عَنْ عُمَیْرِ بْنِ عِمْرَانَ عَنْ سُلَیْمَانَ بْنِ عِمْرَانَ النَّخَعِیِّ عَنْ رِبْعِیِّ بْنِ خِرَاشٍ عَنْ حُذَیْفَةَ بْنِ الْیَمَانِ قَالَ: رَأَیْتُ النَّبِیَّ صلی الله علیه وآله آخِذاً بِیَدِ الْحُسَیْنِ بْنِ عَلِیٍّ علیه السلام وَ هُوَ یَقُولُ یَا أَیُّهَا النَّاسُ هَذَا الْحُسَیْنُ بْنُ عَلِیٍّ فَاعْرِفُوهُ فَوَ الَّذِی نَفْسِی بِیَدِهِ إِنَّهُ لَفِی الْجَنَّةِ وَ مُحِبِّیهِ فِی الْجَنَّةِ وَ مُحِبِّی مُحِبِّیهِ فِی الْجَنَّةِ. Allah Rəsulu (s.ə.a.s) İmam Hüseynin (ə) əlindən tutaraq buyurdu: "Ey insanlar! Bu, Hüseyn ibn Əlidir (ə). Onu tanıyın! Canım əlində olana and olsun ki, həqiqətən, Hüseyn (ə) cənnətdədir, Onu (ə) sevənlər cənnətdədir və Onu (ə) sevənləri sevənlər də cənnətdədir!" Əllamə Məclisi (r.ə); "Biharul-Ənvar"; c. 43; səh. 262 https://t.me/hocac

photo content

إِنَّ ٱللَّهَ يُدَٰفِعُ عَنِ ٱلَّذِينَ ءَامَنُوٓاْۗ إِنَّ ٱللَّهَ لَا يُحِبُّ كُلَّ خَوَّانٖ كَفُورٍ Həqiqətən Allah iman gətirmiş kəsləri müdafiə edir. Əlbəttə, Allah heç bir nankor xəyanətkarı sevmir. Həcc surəsi, ayə: 38 https://t.me/hocac

إِنَّا لَنَنْصُرُ رُسُلَنَا وَالَّذِينَ آمَنُوا فِي الْحَيَاةِ الدُّنْيَا وَيَوْمَ يَقُومُ الْأَشْهَادُ Həqiqətən Biz peyğəmbərlərimizə və iman gətirənlərə dünya həyatında və şahidlərin ayağa qalxdıqları gündə mütləq kömək edərik. Ğafir surəsi, ayə: 51

لَنْ يَنَالَ اللَّهَ لُحُومُهَا وَلَا دِمَاؤُهَا وَلَٰكِنْ يَنَالُهُ التَّقْوَىٰ مِنْكُمْ ۚ كَذَٰلِكَ سَخَّرَهَا لَكُمْ لِتُكَبِّرُوا اللَّهَ عَلَىٰ مَا هَدَاكُمْ ۗ وَبَشِّرِ الْمُحْسِنِينَ Allaha əsla onların əti və qanları çatmaz, əksinə Ona sizin tərəfinizdən təqva çatar. Allah onları beləcə sizə ram etdi ki, sizi doğru yola yönəltməsinin müqabilində Allaha təkbir deyəsiniz və Onu uca tutasınız. Və (ey Peyğəmbər, sən) yaxşı işlər görənlərə müjdə ver. Həcc surəsi, ayə: 37 https://t.me/hocac

Repost from Hojaj14
photo content

Allah onlar üçün əcəlin uzanması və nemətlərin çoxalmasında istiğfarı (bağışlanma diləməyi) şərt qoymuşdur. Əgər onlar istiğfar etməsəydilər, Allah onların əcəl və ömürlərini kəsər (yaxud qısaldar), əzab göndərməklə onları kökündən məhv edib aradan aparardı. Bəda Allah təala tərəfindən təqdirdə şərtlənmiş şeylərə məxsusdur. Daha bu bir qərardan başqa bir qərara gəlmək və başqa bir rəyi qəbul etmək mənasında deyildir. Allah təala batil əhlinin dediklərindən çox-çox uca və böyükdür”. 📖 “Təshihul-etiqad”, səh 51. 🖋 Kitabın başqa səhifəsində Şeyx (r.ə) yazmışdır: *"Allah təala bəndələrindən yalnız ölümü yaşamasından daha məsləhətli olanları öldürər. Həmçinin, O, bəndələrindən yalnız yaşaması ölümündən daha məsləhətli olanları dirildər. Allah təalanın Öz yaratdıqları üçün gördüyü bütün işlər onların məsləhəti və tədbirlərində ən doğru olanıdır".* 📖 "Təshihul-etiqad", səh 74. *📌 Hazırlandı: 📖 "ÖLÜMDƏN SONRAKI HƏYAT" (Anar Əhmədov) kitabından.*

*📍İNSANIN ƏCƏLİ📍* *📌PAYLAŞAQ.* 🖋 İnsan üçün dünya həyatının sona çatması, ona verilən möhlətin bitməsi və ölümünün yetişməsinə əcəl deyilir. Başqa sözlə əcəl, insan ömrünün sona çatmasıdır. İnsan üçün iki növ əcəl vardır. Onlardan biri qəti əcəl, digəri isə şərti əcəldir. Qəti əcəl adından bəlli olduğu kimi, heç zaman dəyişməzdir. Yəni, bu əcəl növü səbəblərə bağlı deyildir. Uca Allahın izni ilə insan yalnız şərti əcələ təsir göstərə bilər. Bu mənada ki, Allah onun gördüyü bəzi işlərə görə ölümünü qabağa çəkər və ya təxirə sala bilər. 🖋 Necə ki, İmam Muhəmməd Baqir (ə) *“Əcəlinizi təyin edən Odur. Onun dərgahında bəlli bir əcəl vardır”* (📖 Ənam 2.) ayəsinin təfsirində buyurmuşdur: *“Əcəl iki növdür. Qəti və dəyişməyən əcəl, səbəblərə bağlı olan əcəl”.* 📖 “əl-Kafi”, cild 1, səh 147, hədis 4. 🖋 Həmçinin, İmam Cəfər Sadiq (ə) *“Əcəlinizi təyin edən Odur...* (📖 Ənam 2) ayəsi haqqında buyurmuşdur: *“Qeyri qəti və səbəblərə bağlı olan əcəldən Allah istədiyini önə (həyata) keçirər və istədiyini təxirə salar. Qəti əcəl isə bu qədr gecəsindən növbəti qədr gecəsinə qədər yazılanlardır. Bu elə Allahın sözüdür ki, buyurur: “Onların əcəli gəldiyi zaman bircə saat belə nə yubanar, nə də qabağa keçə bilərlər”.* 📖 Əraf 34. “Təfsirul-Əyyaşi, cild 1, səh 384, hədis 5. 🖋 Deməli, qəti əcəldə məqsəd səbəblər vasitəsi ilə heç zaman dəyişməyən əcəldir. Şərti əcəl isə səbəb və amillərə bağlı olan dəyişə biləcək əcəl növüdür. Bu səbəblər maddi də ola bilər, mənəvi də. Məsələn, maddiyə misal olaraq ağır xəstələnmiş bir şəxsin xəstəlik səbəbindən müəyyən olunmuş bir ölüm vaxtı vardır. Lakin birdən həmin şəxs lazım olan dərman və əlaclardan istifadə etsə, yaxud cərrahiyyə əməliyyatı olunsa, şəfa tapması və yenidən həyat sürməsi mümkündür. Yaxud mənəviyə misal olaraq hədislərdə gəlmişdir ki, bəzi saleh əməllər insanın şərti əcəlini təxirə salar və onun ömrünü uzadar, günahlar isə onun əcəlini tezləşdirər və ömrünü qısaldar. 🖋 Məsələn, İmam Cəfər Sadiqdən (ə) nəql olunmuş hədisdə deyilir: *“Günahı ucbatından ölənlərin sayı öz (qəti) əcəli ilə ölənlərin sayından daha çoxdur. Həmçinin, yaxşılıq səbəbi ilə yaşayanların sayı öz ömürlərini yaşayanların sayından daha çoxdur”.* 📖 “Biharul-ənvar”, cild 5, səh 140, hədis 6, bab 4. 🖋 Başqa bir hədisdə Muaz ibn Müslim belə rəvayət etmişdir: İmam Cəfər Sadiqin (ə) yanında idim. İnsanlar xəstəlik haqqında söz açdılar. İmam (ə) buyurdu: *"Öz xəstələrinizi sədəqəylə sağaldın. Sizdən öz gündəlik qidasının pulunu sədəqə verən biriylə nə olacaq? Həqiqətən, ölüm mələyinə bəndənin canını almaq tapşırığı verilir. Sonra həmin bəndə sədəqə verir və ona (ölüm mələyinə) deyilir: "Onun barəsində olan əmri (geri) qaytar".* 📖 Şeyx Səduq, "Səvabul-əmal və iqabul-əmal", səh 167. 🖋 Bu mövzuda hədislərimiz həddən artıq çoxdur. 🖋 Sözügedən mövzu barədə Şeyx Mufidin (r.ə) izahını qeyd etmək yerinə düşər. Belə ki, Şeyx (r.ə.) yazmışdır: “Bəzən şərt əsasında yazılan bir şey sonradan dəyişir. Allah təala buyurur: *“Əcəlinizi təyin edən Odur. Onun dərgahında bəlli bir əcəl vardır”.* 📖 Ənam 2. Allah burada əcəlin iki növ olduğunu bəyan edir. Onlardan biri şərti əcəldir, hansıki onda artıb-azalma səhihdir (mümkündür). Allah təalanın bu sözünü görmürsən ki, buyurur: *“Uzunömürlünün uzun ömür sürməsi də, onun ömrünün qısaldılması da ancaq Yazıda (Lövhi-məhfuzda) yazılmışdır”.* 📖 Fatir 11. Həmçinin, buyurur: *“Əgər şəhər və kəndlərin əhalisi iman gətirsəydilər və təqvalı olsaydılar, şübhəsiz göydən və yerdən onların üzünə bərəkətlər(in qapılarını) açardıq”.* 📖 Əraf 96. Allah burada bəyan etdi ki, onların (insanların) əcəllərinin uzanması, itaət etmək və bitməsi (yaxud qısalması), günah etməklə şərtlənib. Allah Nuh (ə) peyğəmbərin öz qövmünə belə xitab etməsini xəbər verərək buyurur: *“Rəbbinizdən bağışlanmağınızı diləyin! Həqiqətən, O, çox Bağışlayandır! O, sizin üzərinizə bol-bol yağış göndərər”.* 📖 Nuh 10, 11.

وَمَاذَا عَلَيْهِمْ لَوْ آمَنُوا بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ وَأَنْفَقُوا مِمَّا رَزَقَهُمُ اللَّهُ ۚ وَكَانَ اللَّهُ بِهِمْ عَلِيمًا Əgər Allaha və axirət gününə iman gətirsəydilər və Allahın onların ruzisi etdiklərindən xərcləsəydilər, onlara nə ziyanı olardı?! Allah həmişə onları(n halını) biləndir. Nisa surəsi, ayə: 39 https://t.me/hocac

photo content

۱- مُحَمَّدُ بْنُ یَحْیَی عَنْ أَحْمَدَ بْنِ مُحَمَّدِ بْنِ عِیسَی عَنِ الْحَسَنِ بْنِ مَحْبُوبٍ عَنْ مُعَاوِیَةَ بْنِ وَهْبٍ قَالَ سَمِعْتُ أَبَا عَبْدِ اللَّهِ ع یَقُولُ إِذَا تَابَ الْعَبْدُ تَوْبَةً نَصُوحاً أَحَبَّهُ اللَّه فَسَتَرَ عَلَیْهِ فِی الدُّنْیَا وَ الْآخِرَةِ فَقُلْتُ وَ کَیْفَ یَسْتُرُ عَلَیْهِ قَالَ یُنْسِی مَلَکَیْهِ مَا کَتَبَا عَلَیْهِ مِنَ الذُّنُوبِ وَ یُوحِی إِلَی جَوَارِحِهِ اکْتُمِی عَلَیْهِ ذُنُوبَهُ وَ یُوحِی إِلَی بِقَاعِ الْأَرْضِ اکْتُمِی مَا کَانَ یَعْمَلُ عَلَیْکِ مِنَ الذُّنُوبِ فَیَلْقَی اللَّهَ حِینَ یَلْقَاهُ وَ لَیْسَ شَیْ ءٌ یَشْهَدُ عَلَیْهِ بِشَیْ ءٍ مِنَ الذُّنُوبِ. İmam Sadiq (ə) buyurub: "Bəndə xalis tövbə etdikdə Allah onu sevər və onun günahlarını dünya və axirətdə gizlədər. Mən dedim: Onun günahlarını necə gizlədər? Buyurdu: Onun əməllərini yazan iki mələyə günahlarını unutdurar. Həmçinin, onun bədən üzvlərinə etdiyi günahları gizlətməyi vəhy edər. Yer üzünə də "onun sənin üzərində etdiyi günahları gizlət!" deyə vəhy edər. Bundan sonra o, Allaha, onun günahları barəsində əleyhinə şəhadət verəcək heç bir şey qalmadığı halda qovuşacaq". Ölümdən sonrakı həyat, səh.392, hədis 1 https://t.me/hocac

photo content