cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

Sakit Redaktor

"Sakit Redaktor" maraqlı söhbətlər yeridir.

Show more
Advertising posts
514
Subscribers
+324 hours
+87 days
+3430 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

Photo unavailableShow in Telegram
✅ 45 il öncə, 1979-cu ilin bu günü İraqda Səddam Hüseyn hakimiyyətə gəlmişdi. ✅ 1992-ci ilin aprelində İraq prezidenti Səddam Hüseynlə görüşən Azərbaycan Milli Məclisinin büdcə məsələləri üzrə Komissiyasının sədri, deputat Cümşüd Nuriyev xatırlayır ki, "Səddam Hüseyn dərhal Azərbaycanın müstəqilliyinin tanınması barədə göstəriş verdi. ✅ Daha sonra üzərində şəkli olan qızıl saat verdi mənə. Yoldaşıma da eyni qızıl saatdan hədiyyə etdi. Sonra qızıl suyu ilə işlənmiş şəxsi vizitkasını verdi. ✅ Səddamın verdiyi vizitka “bağlı qapıların” açarı sayılırmış. Vizitkanın üstünlüyü o idi ki, mən nə zaman İraq ərazisinə girsəm, birbaşa prezidentin qonağı hesab olunurdum."
Show all...
👍 9👎 1
Photo unavailableShow in Telegram
✅ Müdafiə Nazirliyində mənimsəmə ilə bağlı məhkəmə gedir. ✅ Məlum olub ki, Nəcməddin Sadıkova 6 dəst armudu stəkanın alınması üçün 21 min manat xərclənib.
Show all...
😁 7🤔 3
Photo unavailableShow in Telegram
🇦🇿🇦🇿🇦🇿 Avropa çempionu nə İspaniyadır, nə də İngiltərə! Çempion Azərbaycandır!
Show all...
23🤩 3👏 2
🇪🇸 Tarix kitablarından bilirik ki, 1588-ci ildə İspaniyanın "Məğlubedilməz Armada"sı, yəni böyük donanması ingilislərə məğlub olub. 🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿 Amma o da var ki, həmin hadisədən bircə il sonra İngiltərənin də böyük donanması İspaniya sahillərində darmadağın edilmişdi. 🇪🇸 Həmin döyüşlərdə La-Korunya şəhərinin müdafiəsində Mariya Pita adlı xanım fərqlənmişdi. Əri döyüşdə ölən qadın "şərəfinə varsa, ardımca!" deyərək ispanlara qaz vermişdi. Beləcə, məğlub edilməkdə olan ispanlar qələbə qazanmışdı. 🇪🇸 Bu hadisəni eşidən İspaniya kralı Mariya Pitaya fərdi təqaüd vermişdi. O da əlavə gəlirdən həvəsə gəlib daha 3 dəfə ərə getmişdi. Tarixi mənbələr İspaniya kralının buna reaksiyasına susur. Amma deyilənə görə, "həyat qısa, dəyməz qıza" ifadəsi məhz İspaniya kralının dilindən çıxmışdı.
Show all...
👍 13😁 6
Photo unavailableShow in Telegram
Medianın İnkişafı Agentliyinin Fərdi jurnalist müsabiqəsinin ən yaxşı ictimai-siyasi reportaj nominasiyasında qalib oldum! ✅ Bununla da həmin müsabiqənin 4 qat qalibi adını qazandım!
Show all...
24👏 5🔥 1😎 1
Photo unavailableShow in Telegram
⚫ 1918-ci ilin bu günü görkəmli şair Abbas Səhhət dünyasını dəyişib. ⚫ Həmin vaxtı onun cəmi 44 yaşı vardı. Belə erkən vəfat etməsinin səbəbi erməni terroru olub. ⚫ Ermənilər 1918-ci ilin yazında Şamaxıda qırğın törətmişdilər. 7 min dinc insan qətlə yetirilmişdi. ⚫Bu qırğınlar zamanı Abbas Səhhətin evinə də od vuruldu. Şair əlyazmalarını belə götürməyə macal tapmadı. ⚫ Ailəsi ilə birgə pay-piyada Gəncəyə tərəf üz tutdu. Erməni-bolşevik silahlıları ailəsini yolda yaxalayaraq əmanət və azuqəni əllərindən almışdılar. ⚫ Beləcə, şair Gəncəyə olduqca xəstə və halsız vəziyyətdə çatdı. Abbas Səhhət ağır xəstəliyə düçar olmuş və vəfat etmişdi.
Show all...
💔 19
🇦🇿🇲🇩 Futbol üzrə Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində bu axşam “Zirə” klubu Moldovada "Şerif"in qonağı olacaq. 🇲🇩 Moldova deyirəm. Amma faktiki olaraq Tiraspol şəhərini Moldova dövləti nəzarətdə saxlamır. Real hakimiyyət tanınmamış Dnestryanı Moldav Respublikasına məxsusdur. Guya! Niyə guya? 🟥 Dnestryanı çox maraqlı bir ərazidir. Orada “Şerif” klubu ilə eyni adlı “Şerif” holdinqi var. Onun rəhbəri deyilənə görə, əvvəllər KGB-də çalışıb. Viktor Quşman faktiki olaraq o ərazinin sahibidir. Çünki onun holdinqi çörək zavodu, çaxır zavodu, rabitə, bank, idman, qısası həmin ərazidəki hər şeyin sahibidir. 🟥🇲🇩 Dnestryanı ilə Moldova dövlətinin münasibətləri bizimlə Ermənistan arasındakı kimi kəskin deyil. Ona görə də futbol klubları Avropada da oynayır. Gəliş-gediş də var.
Show all...
👍 6
🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿 1878-ci ilin bu günü İngiltərədə futbol hakimləri ilk dəfə fitdən istifadə edib. ⚽️ Ona qədər hakimlər qışqırırdılar. ⚽️ Görək bu gün hakim final fitini səsləndirəndə İngiltərə sevinəcək ya Niderland? 🇳🇱
Show all...
👍 5
Photo unavailableShow in Telegram
✅ Bu gün Britaniyada Ledi Qodiva günü qeyd olunur. ✅ Deyilənə görə, XI əsrdə yaşamış Ledi Qodivanın əri Koventri şəhərinin qrafı olub. O, ərindən vergilər azaltmağı xahiş edir. Qraf çox içkili olduğundan bir balaca mənasız danışıb. Deyib ki, şəhərdə lüt gəzsən, vergiləri azaldaram. Xanım da eləməyib tənbəllik, tam çılpaq halda ata minərək şəhəri dolaşıb. ✅ Şəhər camaatı bu əməlin xeyirxah niyyətini bilib öz evlərinə getmişdilər və xanımı çılpaq halda görməkdən qaçmışdılar.
Show all...
13👍 4
🇪🇸 Yamal özünü Şah İsmayıl kimi aparır. 17 yaşı olmamış rəqiblərini darmadağın edir!
Show all...
😁 18🔥 3
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.