en
Feedback
Aqro Məkan

Aqro Məkan

Open in Telegram

📰 Xəbərlər 📍 Maraqlı məlumatlar ✍️ Əlaqə: @agro_admin0 ❗Reklam qəbul olunur.

Show more
568
Subscribers
No data24 hours
No data7 days
-830 days
Posts Archive
Süni mayalanma subsidiyası yeni qaydada hesablanacaq. Heyvanların genetik potensialının yüksəldilməsi məqsədilə mövcud süni m
Süni mayalanma subsidiyası yeni qaydada hesablanacaq. Heyvanların genetik potensialının yüksəldilməsi məqsədilə mövcud süni mayalanma subsidiyası diferensiallaşdırılacaq. Yerli cins heyvanların süni mayalanmasından alınan birinci nəsil buzovlara 75 manat, ikinci və sonrakı nəsillərə 150 manat, yerli damazlıq təsərrüfatların yüksək məhsuldar cins heyvanlarından alınan buzovlara 50 manat, embrion köçürmə nəticəsində alınan buzovlara isə 250 manat subsidiya veriləcək. ✅ Bəyən, paylaş, abunə ol. @agro_mekan

Repost from APA
🌾 Kənd təsərrüfatı təyinatlı torpaqların konsolidasiyası qaydası hazırlanacaq 📄 Prezident İlham Əliyevin imzaladığı Fərmana əsasən, Nazirlər Kabineti qaydanı 6 ay müddətində müəyyən edib Azərbaycan Prezidentinə məlumat verməlidir. 🌾 Digər Fərmana əsasən, Nazirlər Kabineti daşınmaz əmlakın dövlət kadastr sənədlərinin məzmununa dair təkliflərini hazırlayıb 6 ay müddətində Prezidentə təqdim edəcək.

Lənkəranda fermerler üçün heyvan xəstəlikləri ilə mübarizə mövzusunda təlim keçirilib.
Lənkəranda fermerler üçün heyvan xəstəlikləri ilə mübarizə mövzusunda təlim keçirilib.

İnsanlarda Qarayaranın Əlamətləri İnsanlara xəstəlik xəstə heyvanla təmas, onun əti, dərisi ilə işləmə və ya yoluxmuş qidanı qəbul etmə zamanı keçir. Əlamətlər xəstəliyin formasına görə dəyişir: 1. Dəri forması (Ən çox təsadüf olunan forma - 95% hallarda): Mikrobun düşdüyü yerdə (əsasən əl, üz, boyun) əvvəlcə qırmızı ləkə və qırmızımtıl qabarcıq (papula) yaranır. Qabarcıq tezliklə qanlı maye ilə dolur (pustula) və partlayır. Yaranın ortasında qara, bərk qabıq (kömürə bənzər) əmələ gəlir (xəstəliyin adı da buradan götürülüb). Yaradan ətrafa doğru güclü ödem (şişkinlik) yayılır. Yaranın özü adətən ağrısız olur (sinir ucları zədələndiyi üçün). Yüksək hərarət, baş ağrısı, halsızlıq və yaxınlıqdakı limfa düyünlərinin böyüməsi müşahidə olunur. 2. Ağciyər forması (Tənəffüs yolu ilə spora yoluxduqda): Qripə bənzər əlamətlərlə başlayır (hərarət, öskürək, halsızlıq). 2–3 gün sonra vəziyyət kəskin pisləşir: şiddətli təngnəfəslik, döş qəfəsində kəskin ağrı. Qanlı bəlğəm gəlməsi və tənəffüs çatışmazlığı baş verir. 3. Bağırsaq forması (Yoluxmuş əti yaxşı bişirmədən yedikdə): Ürəkbulanma, qusma (bəzən qanlı). Şiddətli qarın ağrıları və qanlı diareya (isxal). Yüksək temperatur və ümumi intoksikasiya (zəhərlənmə).

Qarayara (Anthrax) həm heyvanlarda, həm də insanlarda kəskin keçən, zoonoz (heyvandan insana keçən) təhlükəli infeksion xəstəlikdir. Xəstəliyin əlamətləri heyvanlarda və insanlarda fərqli formalarda özünü göstərir. ​Heyvanlarda qarayaranın əlamətləri ​Heyvanlarda xəstəlik daha çox kəskin və ildırımvari formada keçir. Ən çox iribuynuzlu və xırda buynuzlu heyvanlarda, atlarda müşahidə olunur. ​İldırımvari (çox kəskin) forma: ​Qəfil ölüm baş verir (heyvan axşam sağlam görünür, səhər ölü tapılır). ​Heyvan birdən-birə yıxılır, qıcolmalar olur. ​Təbii dəliklərdən (ağız, burun, anal dəlik, balalıq) tünd, çürüməyən, laxtalanmayan qan gəlir. ​Kəskin forma: ​Bədən hərarətinin kəskin qalxması (41-42). ​Güclü təngnəfəslik, nəbzin tez-tez vurması. ​İştahanın kəsilməsi və gövşəmənin dayanması. ​Yeməkdən imtina, süddən kəskin düşmə (süd qanlı və ya sarımtıl ola bilər). ​Bədənin müxtəlif yerlərində (boğaz, döş, qarın altı) isti, ağrılı şilliklərin (şişkinliklərin) əmələ gəlməsi. ​Selikli qişaların göyərməsi. ​Dəri (karbunkul) forması: ​Dəridə sıx, ağrılı bərkimələr (karbunkullar) yaranır, sonradan bu yerlər nekrozlaşır (toxuma ölür) və xora halına gəlir.

‼ Samux rayonunun Alıuşağı kəndində qeydə alınan qarayara hadisəsi ilə bağlı nəzarət, profilaktik tədbirlər həyata keçirilir APA-nın yerli bürosunun xəbərinə görə, artıq kəndə girişdə nəzarət postu yaradılıb. Kəndin giriş-çıxış istiqamətlərində Rayon Baytarlıq İdarəsinin əməkdaşları tərəfindən təsərrüfat və digər nəqliyyat vasitələrinin dezinfeksiyası həyata keçirilir.

Azərbaycanda bu kəndə giriş-çıxış bağlandı. Kənd Təsərrüfatı Nazirliyi Samux rayonu Alıuşağı kəndində baş vermiş hadisə ilə bağlı açıqlama yayıb. “Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə daxil olmuş məlumat əsasında Samux rayonunun Alıuşağı kəndində yerləşən heyvandarlıq təsərrüfatında qarayara xəstəliyinə şübhə yaradan hadisə ilə əlaqədar Gəncə şəhər və Samux rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri (HSBX) idarələrinin əməkdaşları tərəfindən təsərrüfatda ilkin epizootoloji araşdırma və baytarlıq tədbirləri həyata keçirilib. Hadisə yerində təsərrüfatdakı heyvanlara klinik baxış keçirilib, termometriya aparılıb. Ərazi və heyvanların saxlanıldığı sahələrdə dezinfeksiya tədbirləri görülüb, giriş hissəsində dezinfeksiya baryeri hazırlanaraq müvafiq dezinfeksiyaedici məhlulla təmin edilib. Eyni zamanda, xəstəliyin mümkün yayılma riskinin qarşısının alınması məqsədilə təsərrüfat ərazisinə heyvan və nəqliyyat vasitələrinin giriş-çıxışı məhdudlaşdırılıb. Hazırda təsərrüfatda saxlanılan 3 baş iribuynuzlu heyvanda bədən temperaturunun yüksəlməsi müşahidə edilib, həmin heyvanlara baytarlıq mütəxəssisləri tərəfindən zəruri müalicə tədbirləri aparılıb. Bununla yanaşı, hazırkı mərhələdə canlı heyvanlardan laborator müayinə üçün nümunələr götürülməyib. Laborator müayinə məqsədilə məcburi kəsilmiş heyvanın ətindən və hadisə yerindən torpaq nümunələri götürülüb. Bu səbəbdən təsərrüfatda saxlanılan canlı heyvanlarda müşahidə olunan klinik vəziyyətin qarayara xəstəliyi ilə əlaqəli olduğu hazırda laborator müayinələrlə təsdiqlənməyib. Xəstəliyin mövcudluğu və epizootoloji vəziyyət barədə yekun qiymətləndirmə müvafiq laborator müayinələrin nəticələri və sonrakı klinik müşahidələr əsasında təsdiq oluna bilər. Təsərrüfatda epizootik vəziyyət nəzarətdə saxlanılır, heyvanların klinik vəziyyətinin müşahidəsi və zəruri baytarlıq-sanitariya tədbirləri davam etdirilir. Qeyd edək ki, Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi ilə xidməti müqavilə əsasında fəaliyyət göstərən baytarlıq mütəxəssisləri tərəfindən Gəncə şəhəri və ətraf ərazilərdə, həmçinin Samux rayonu ərazisində xüsusi təhlükəli heyvan xəstəliklərinə qarşı profilaktik tədbirlər həyata keçirilir. 2026-cı ilin birinci yarısında dabaq, qarayara, infeksion nodulyar dermatit, xırdabuynuzlu heyvanların çiçəyi, quduzluq və digər xəstəliklərə qarşı planlı peyvəndləmə tədbirləri aparılıb”. Xatırladaq ki, məsələ ilə bağlı Səhiyyə Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi də birgə məlumat yayıb. ✅ Bəyən, paylaş, abunə ol. @agro_mekan

Yeni heyvan satışı bazarı fəaliyyətə başladı. Ağdaş rayonunda yerləşən iri və xırdabuynuzlu heyvan satışı bazarı fəaliyyətini
Yeni heyvan satışı bazarı fəaliyyətə başladı. Ağdaş rayonunda yerləşən iri və xırdabuynuzlu heyvan satışı bazarı fəaliyyətini bərpa edib. qiymətləndirilmədən sonra müasir baytarlıq-sanitariya və biotəhlükəsizlik tələblərinə uyğun yenidən təşkil olunub. Bazarda baytarlıq nəzarətinin həyata keçirilməsi üçün müvafiq şərait yaradılıb, kliniki baxış platforması, dezbaryerlər, izolyatorlar, heyvanların çəkisinin və bədən temperaturunun ölçülməsi üçün müvafiq avadanlıqlar quraşdırılıb. Eyni zamanda, heyvanların saxlanılması, nümayişi, yüklənməsi və boşaldılması üçün xüsusi bölmələr ayrılıb, su və yem təchizatı, işıqlandırma və tullantıların idarə olunması sistemləri tam şəkildə qurulub. ✅ Bəyən, paylaş, abunə ol. @agro_mekan

Tələblərə cavab verməyən heyvan kəsimi məntəqələrinin fəaliyyəti dayandırılacaq. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkə ərazisində fəaliyyət göstərən heyvan kəsimi məntəqələrində növbəti genişmiqyaslı monitorinq və qiymətləndirmə tədbirləri həyata keçirilib. Hazırda ölkə üzrə 98 kəsim məntəqəsindən 84-ü aktiv fəaliyyət göstərməkdədir. Aparılan yoxlamalar zamanı respublika üzrə fəaliyyət göstərən 84 heyvan kəsimi məntəqəsindən 27-sinin sanitar-gigiyenik və sanitar-texniki vəziyyəti qənaətbəxş hesab olunub. 47 məntəqədə vəziyyət qismən qənaətbəxş, 10 məntəqədə isə tam qeyri-qənaətbəxş kimi müəyyən edilib. Monitorinq zamanı baytarlıq-sanitariya və sanitariya-gigiyena normativlərinin pozulduğu məntəqələrin sahibkarlarına nöqsanların qısa müddətdə aradan qaldırılması üçün icrası məcburi göstərişlər verilib. AQTA xəbərdar edir ki, təyin olunmuş vaxt ərzində müəssisəsini texniki və sanitar normativlərə uyğunlaşdırmayan, eləcə də qanunvericiliyin tələblərini pozmaqda davam edən kəsim məntəqələrinin fəaliyyəti dayandırılacaqdır. ©Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi @agro_mekan

Göyçayda virus aşkarlanan meyvə bağlarında mübarizə tədbirləri görülüb. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisinin karantin tətbiq olunan zərərli orqanizmlərdən mühafizəsi və onların yayılmasının qarşısının alınması məqsədilə fitosanitar monitorinqləri davam etdirir. Həmin çərçivədə Göyçay rayonunun Mallı-Şıxlı kəndində fiziki şəxs Mədinə Adil qızı Karahana və hüquqi şəxs “Göynar Agro” MMC-yə məxsus meyvə bağlarında fitosanitar monitorinqlər aparılıb. Şaftalı və nektarin bitkilərindən götürülən nümunələrin laborator müayinəsi nəticəsində karantin tətbiq edilən zərərli orqanizm – gavalının cibcibə virusu aşkarlanıb. Virus ocağının ləğv edilməsi məqsədillə fitosanitar mübarizə tədbirləri görülüb. AQTA meyvəçilik fəaliyyəti ilə məşğul olan bütün təsərrüfat subyektləri sahiblərinə bitkilərdə virus xəstəliklərinə xas əlamətlər müşahidə olunduğu halda, bu barədə dərhal Agentliyin müvafiq regional bölmələrinə məlumat vermələrini tövsiyə edir. Gavalının cibcibə virusunun erkən mərhələdə aşkarlanması və yoluxmuş bitkilərlə bağlı vaxtında tədbirlərin görülməsi zərərli orqanizmin yayılmasının qarşısının alınması, meyvə bağlarının fitosanitar vəziyyətinin qorunması və məhsuldarlığın davamlılığının təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. @agro_məkan

Azərbaycanda taxıl biçini başa çatmaq üzrədir.
Azərbaycanda taxıl biçini başa çatmaq üzrədir.

Təsərrüfatlarda donuzlar arasında epizootoloji monitorinqlər keçiriləcək. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəmizin donuzların Afrika taunu xəstəliyindən azad statusunun qorunub saxlanılması, eləcə də digər xəstəliklər üzrə epizootoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə mütəmadi monitorinqlər aparılır və nəticələr barədə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına hesabatlar təqdim edilir. Bu tədbirlər çərçivəsində avqustun 10–14-də respublikanın bir sıra şəhər və rayonlarında yerləşən təsərrüfatlarda epizootoloji monitorinqlər keçiriləcək. Monitorinqlər təsadüfi seçmə üsulu ilə müəyyən edilmiş ərazilərdə, fərdi və fermer təsərrüfatlarında aparılacaq. Monitorinqlər zamanı ərazilərdə müşahidələr aparılacaq, laborator müayinələr üçün diaqnostik nümunələr götürüləcək, həmçinin baytarlıq norma və qaydalarına əməl olunmasının vacibliyi ilə bağlı maarifləndirmə tədbirləri həyata keçiriləcək. Monitorinqlərdə AQTA-nın, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun, Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin və yerli idarələrinin əməkdaşları iştirak edəcəklər. ©AQTA ✅ Bəyən, paylaş, abunə ol. @agro_mekan

Repost from Papirus
🇲🇩🇺🇦❗️Moldovada fermerlər hökumətdən Ukraynadakı taxılın idxalını dərhal məhdudlaşdırmasını tələb ediblər.

🌱 Fermerlər və alıcılar artıq bir platformada! Bazardone ilə: ✅ Fermerlər məhsullarını rahatlıqla paylaşa bilər. ✅ Alıcılar
🌱 Fermerlər və alıcılar artıq bir platformada! Bazardone ilə: ✅ Fermerlər məhsullarını rahatlıqla paylaşa bilər. ✅ Alıcılar axtardıqları məhsulu birbaşa tapa bilər. ✅ Vaxta qənaət edin, etibarlı əlaqələr qurun. 📲 Tətbiqi yükləyin və kənd təsərrüfatı alış-verişini daha asan edin! https://onelink.to/hya4hh Əlaqə nömrəsi +994 10 232 91 82

Azərbaycanda 3 milyon tondan çox taxıl yığılıb. Kənd Təsərrüfatı Nazirliyi yanında taxıl biçini ilə əlaqədar yaradılmış Mərkə
Azərbaycanda 3 milyon tondan çox taxıl yığılıb. Kənd Təsərrüfatı Nazirliyi yanında taxıl biçini ilə əlaqədar yaradılmış Mərkəzi Qərargahın operativ məlumatına görə, iyulun 27-dək ölkə üzrə payızlıq taxıl sahələrinin 92 faizində biçin başa çatıb. Mövsüm ərzində 883 995 hektar sahədə biçin aparılıb, bu sahələrdən 3 038 467 ton məhsul yığılıb. Hazırda taxıl üzrə orta məhsuldarlıq 34,4 sent/ha təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,6 sent/ha çoxdur. İndiyədək mexanizatorlar tərəfindən 404 326 hektar buğda, 479 669 hektar arpa sahəsi biçilib. Bu sahələrdən 1 491 990 ton buğda, 1 546 477 ton arpa yığılıb. Buğda sahələrinin 88 faizində, arpa sahələrinin isə 95,6 faizində biçin yekunlaşıb. Orta məhsuldarlıq buğda üzrə 36,9 sent/ha, arpa üzrə isə 32,2 sent/ha təşkil edir. ✅ Bəyən, paylaş, abunə ol. @agro_azerbaycan

25-26 iyul tarixlərində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar tədarük və təchizat” ASC-nin təşkilatçılığı ilə payt
25-26 iyul tarixlərində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar tədarük və təchizat” ASC-nin təşkilatçılığı ilə paytaxtda “Kənddən Şəhərə” Mövsüm yarmarkası keçiriləcək.

Qəhvəyi mərmər bağacığına qarşı fitosanitar tədbirlər davam etdirilir. Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasını
+3
Qəhvəyi mərmər bağacığına qarşı fitosanitar tədbirlər davam etdirilir. Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə fitosanitar nəzarət tədbirləri davam etdirilir. Qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsi üzrə Tədbirlər Planına uyğun olaraq, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Gəncə-Daşkəsən regional bölməsinin əməkdaşları tərəfindən Gəncə şəhəri, eləcə də Samux rayonunun Zazalı və Çobanabdallı kəndlərində monitorinqlər aparılıb. Meyvə bağları və parklarda fitosanitar müşahidələr həyata keçirilib, feromon tələlər asılıb. Bununla yanaşı, sakinlərə zərərvericinin yayılma yolları, mübarizə üsulları barədə ətraflı məlumat verilib, maarifləndirici çap materialları paylanıb. ✅ Bəyən, paylaş, abunə ol. @agro_azerbaycan

Operativ məlumat: Azərbaycanda taxıl sahələrinin 86 faizində biçin yekunlaşıb. İndiyədək sahələrdən 2,9 milyon tona yaxın məhsul yığılıb Respublikada taxıl biçini yekun mərhələyə keçib. Kənd Təsərrüfatı Nazirliyi yanında taxıl biçini ilə əlaqədar yaradılmış Mərkəzi Qərargahın operativ məlumatına görə, iyulun 21-dək ölkə üzrə payızlıq taxıl sahələrinin 86 faizində biçin başa çatıb. Mövsüm ərzində 827 625 hektar sahədə biçin aparılıb, bu sahələrdən 2 877 903 ton məhsul yığılıb. Hazırda taxıl üzrə orta məhsuldarlıq 34,8 sent/ha təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,7 sent/ha çoxdur. İndiyədək mexanizatorlar tərəfindən 365 154 hektar buğda, 462 471 hektar arpa sahəsi biçilib. Bu sahələrdən 1 371 200 ton buğda, 1 506 703 ton arpa yığılıb. Buğda sahələrinin 79,4 faizində, arpa sahələrinin isə 92,1 faizində biçin yekunlaşıb. Orta məhsuldarlıq buğda üzrə 37,6 sent/ha, arpa üzrə isə 32,6 sent/ha təşkil edir. Artıq 17 rayonda - Ucar, Ağdaş, Bərdə, Biləsuvar, Cəlilabad, Kürdəmir, Yevlax, Lənkəran, Masallı, Neftçala, Sabirabad, Salyan, Naftalan, Göyçay, Tərtər, Kəlbəcər və Şuşada biçin tam yekunlaşıb, respublikanın 16 rayonunda - Ağsu, Ağdam, Ağcabədi, Ağstafa, Astara, Balakən, Beyləqan, Goranboy, İmişli, Qazax, Qəbələ, Zərdab, Saatlı, Samux, Siyəzən, Şəki rayonlarında taxıl biçini yekunlaşmaq üzrədir. Respublika üzrə biçin prosesinin optimal müddətdə başa çatacağı proqnozlaşdırılır. ✅ Bəyən, paylaş, abunə ol. @agro_azerbaycan

Kəlbəcərdə təsərrüfatlara və tikinti işlərinə baxış keçirilib.
Kəlbəcərdə təsərrüfatlara və tikinti işlərinə baxış keçirilib.

Daha bir heyvan bazarı fəaliyyətə başladı.
Daha bir heyvan bazarı fəaliyyətə başladı.