Doğru Yaşam
Open in Telegram
İnsanın düzgün yaşamı onun düzgün baxışa sahib olmasından keçir. Elə isə gəlin baxışımızı düzgün və həqiqi dəyərlər əsasında formalaşdıraq.
Show more997
Subscribers
No data24 hours
-127 days
-2230 days
Posts Archive
997
﷽
İmam Sadiq (ə):
مَنْ عَمِلَ عَلَى غَيْرِ عِلْمٍ كَانَ مَا يُفْسِدُ أَكْثَرَ مِمَّا يُصْلِحُ
"Elmsiz bir işə girişən kəs, düzəltdiyindən çox xarab edər".
📗Kafi, c.1, səh.44
https://t.me/dogru_yasham
997
Məsumlar Allahın yer üzərində xəlifəsi olduqlarından və Onun kəmal və cəmal sifətlərini özlərində əks etdirdiklərindən bu məsələ oların barəsində də keçərlidir. Ona görə də, Həsən ibn Cəhm İmam Rzaya (ə) deyəndə ki, Qurbanın olum, istəyirəm bilim ki, mən sənin yanında hansı dəyərə sahibəm. İmam (ə) onun cavabında buyurdu: "Bunu öyrənmək istəyirsənsə, bax gör mən sənin yanında hansı dəyərə sahibəm".
📗Üyunu-əxbarir-Rza, c.2, səh.49
https://t.me/dogru_yasham
997
﷽
Mən sənin zənninin yanındayam
İmam Rza (ə) :
أحْسِنِ اَلظَّنَّ بِاللَّهِ؛ فَإِنَّ اَللَّهَ عَزَّ وَ جَلَّ يَقُولُ: أَنَا عِنْدَ ظَنِّ عَبْدِيَ اَلْمُؤْمِنِ بِي؛ إِنْ خَيْراً فَخَيْراً وَ إِنْ شَرّاً فَشَرّاً
"Allah haqqında yaxşı gümanda ol. Çünki izzət və cəlal sahibi olan Allah buyurub ki, Mən Mənə iman gətirən bəndəmin gümanın yanındayam. Əgər Mənə gümanı yaxşı olsa, onunla yaxşı davranaram, əgər pis olsa, pis davranaram".
📗
Kafi, c.2, səh.72
https://t.me/dogru_yasham997
﷽
İmam Sadiq (ə):
مَنْ أَرَادَ أَنْ يُعْرَفَ كَيْفَ مَنْزِلَتُهُ عِنْدَ اَللَّهِ فَلْيَعْرِفْ كَيْفَ مَنْزِلَةُ اَللَّهِ عِنْدَهُ فَإِنَّ اَللَّهَ يُنْزِلُ اَلْعَبْدَ مِثْلَ مَا يُنْزِلُ اَلْعَبْدُ اَللَّهَ مِنْ نَفْسِهِ
"Kim Allah qatındakı yerini bilmək istəsə, Allah onun yanında necə bir yeri olduğuna nəzər salsın. Çünki Allah bəndəni (Öz yanında), bəndənin Allahı öz qəlbində yerləşdirdiyi yerə uyğun olaraq yerləşdirər".
📗
Biharul-ənvar,c.68, səh.156
Eyni hədis bir az fərqli ifadə ilə Əmirəlmöminin Əlidən (ə) də nəql olunub. Buyurur:
مَنْ أَرَادَ مِنْكُمْ أَنْ يَعْلَمَ كَيْفَ مَنْزِلَتُهُ عِنْدَ اَللَّهِ فَلْيَنْظُرْ كَيْفَ مَنْزِلَةُ اَللَّهِ مِنْهُ عِنْدَ اَلذُّنُوبِ
"Sizdən kim Allah qatındakı yerini bilmək istəsə, günah astanasında Allahın onun yanında necə bir yeri olduğuna nəzər salsın".
📗Xisal, c.2, səh.610
https://t.me/dogru_yasham997
Dostlar, bu, hədisdən alıntıdır. Bəndə ilə Rəbbi arasında qarşılıqlı münasibətə işarə edir. Aşağıda həmin hədislərdən bir neçəsini sizə təqdim edəcəm.
997
﷽
Əxlaqlı ol ki, günahların ərisin.
İmam Sadiq (ə):
الخُلقُ الحَسنُ يَميثُ الخَطيئةَ كما تَميثُ الشَّمسُ الجَليدَ
"Günəş buzu əritdiyi kimi gözəl əxlaq da günahları əridir".
📗
Kafi, c.2, səh.100
https://t.me/dogru_yasham997
﷽
Ən yaxın yaxınlıq
İmam Əli (ə):
أَقْرَبُ الْقُرَبِ مَوَدَّاتُ الْقُلُوبِ
"Ən yaxın yaxınlıq — qəlblərin sevgisidir".
📗
Qurərul-hikəm,c.1, səh.195
Qısa şərh:
• Bəzi yaxınlıqlar var ki, fizikidir — zaman və məkan yaxınlığı kimi.
• Bəzi yaxınlıqlar var ki, biolojidir — ailə və qohum-əqrəba yaxınığı kimi.
• Bəzi yaxınlıqlar siyasidir — şəxsi mənafe zəmnində yaranır və həmin mənafe durduqca yaxınlıq da davam edir.
• Bəzi yaxınlıqlar da var ki, mənəvidir — qarşılıqlı sevgi, anlayış və səmimiyyət əsasında yaranır. Mənəvi dəyərlər və bu dəyərlərdə ortaq görüşləri onları bir araya gətirir. Məsafənin uzaqlığı onların bir-birinə bağlılığını nəinki zəiflətmir, əksinə daha da möhkəm, daha da sarsılmaz edir, daha da dərinləşdirir. Allaha görə sevib, Allaha görə dostuq edənlərin yaxınlığı məhz belə bir yaxınlıqdır. İmam (ə) da bizi bu kəlamında bir növ sətiraltı belə bir yaxınlıq ardınca olmağa dəvət edir.
https://t.me/dogru_yasham997
﷽
Şeytan İmam Zamanın (ə.f) əli ilə öləcəkmi?
Qurani-Kərimə əsasən, yaranmış hər bir canlının müəyyən bir əcəli vardır və o mütləq ölümü dadacaqdır. İblis də bu qanundan istisna deyil. Hicr surəsinin 36-38-ci ayələrində İblis Allah-təaladan ona Qiyamət gününədək möhlət verməsini istəyir. Yəni bir növ heç ölməmək istəyir, çünki onsuz da Qiyamət baş verdikdən sonra heç bir varlıq ölməyəcək. Allah da onun cavabında "sənə möhlət verirəm, amma Qiyamətə qədər deyil, müəyyən bir günə qədər"— deyir. Bu müəyyən günün isə hansı gün olduğu haqda Quranda bir heç məlumat verilməyib.
Rəvayətlərdə bununla bağlı üç günə işarə olunur: Bəzi rəvayətlərdə həmin günün ilk surun çalındığı və bütün yaranmışların öldüyü gün olduğu qeyd olunur. Bəzi rəvayətlərdə İmam Zamanın (ə.f) əli ilə Kufə məscidində öldürüləcəyi deyilir. Bəzi rəvayətlərdə isə rəcət dönəmində Peyğəmbərin (s) vasitəsilə Beytul-Müqəddəsdə öldürüləcəyi vurğulanır.
Əlbəttə, müfəssirlər arasındakı məhşur rəy budur ki, İblis birinci sur çalışdığında öləcək. Amma hər bir halda bu rəvayətlərdən hər hansısa birinə istinad edib qəti bir fikir söyləmək mümkün deyil. Çünki bu rəvayətlərin hər biri vahid xəbərdir və vahid xəbər də insanda ancaq zənn yaradır. Etiqadın formalaşması üçün isə insanda yəqin hasil olmalıdır.
Bundan əlavə, bizim bədaya olan etiqadımız — hansı ki, Quran ayələrindən və mötəbər rəvayətlərdən qaynaqlanır, bu barədə (İblisin nə zaman öləcəyi haqda) qəti mövqe ortaya qoymağa bizə imkan vermir. Buna görə də, bu kimi məsələlərdə sükut edib, "Allah ən doğrusunu bilir", — demək ən doğrusudur.
https://t.me/dogru_yasham
997
﷽
Mənim üçün nə etmisən?
Allah-təala Musaya (ə) buyurdu:
– Musa, heç mənim üçün bir əməl etmisənmi?
Musa dedi:
– (Ey Rəbbim!) Sənin üçün namaz qılmışam, oruc tutmuşam, sədəqə vermişəm və Səni zikr etmişəm.
Allah-təala buyurdu:
– Namaz ki, (sənin imanıvın) nişanə(si)dir, oruc (səni oddan qoruyan) qalxandır, sədəqə (məhşər günü səni o günün əzabından qoruyacaq) gölgədir, Mənim zikrim isə nurdur. Yaxşı, bəs Mənim üçün nə etmisən?
Musa dedi:
– (Ey Rəbbim!) Özün o əməli mənə göstər ki, o əməl sırf Sənin üçündür.
Allah-təala buyurdu:
– Musa, heç Mənə xatir biri ilə dostluq etmisənmi? Və Heç Mənə xatir biri ilə düşmənlik etmisənmi?
Beləliklə, Musa (ə) anladı ki, ən fəzilətli əməl sən demə, Allah üçün sevmək və Allah üçün düşmənlik etməkdir.
📗
Şeyx Təbərsi, Mişkatul-ənvar, səh.124
https://t.me/dogru_yasham997
﷽
Bilik məsuliyyət gətirir!
İmam Sadiq (ə):
يُغْفَرُ لِلْجَاهِلِ سَبْعُونَ ذَنْباً قَبْلَ أَنْ يُغْفَرَ لِلْعَالِمِ ذَنْبٌ وَاحِدٌ.
"Alimin bir günahı bağışlanana qədər cahilin yetmiş günahı bağışlanar".
📗
Kafi, c.1,səh.47
https://t.me/dogru_yasham997
Tezliklə Rəbbin sənə o qədər əta edəcək ki, razı qalacaqsan.
📖
Zuha / 5
https://t.me/dogru_yasham997
+2
Suni intellektdən yazıma münasibət bildirməsini istədim. O da fikirlərimə münasibət bildirincə ortaya belə bir mənzərə çıxdı😊
https://t.me/dogru_yasham
997
﷽
يَا مَوْلاىَ يَا صَاحِبَ الزَّمَانِ، صَلَواتُ اللّٰهِ عَلَيْكَ وَعَلَىٰ آلِ بَيْتِكَ، هٰذَا يَوْمُ الْجُمُعَةِ وَهُوَ يَوْمُكَ الْمُتَوَقَّعُ فِيهِ ظُهُورُكَ، وَالْفَرَجُ فِيهِ لِلْمُؤْمِنِينَ عَلَىٰ يَدَيْكَ، وَقَتْلُ الْكافِرِينَ بِسَيْفِكَ
Ey mənim Mövlam, ey Zamanın Sahibi! Allahın salamı sənə və ailənə olsun! Bu gün cümə günüdür və bu gün sənin zühur edəcəyin, möminlərin düyünlərinin sənin əlinlə açılacağı, kafirlərin isə sənin qılıncınla məhv ediləcəyi ümid edilən bir gündür.
📖
İmam Zamanın (ə.f) cümə günündə oxunan ziyarətnaməsindən
https://t.me/dogru_yasham997
﷽
İnsanın qəflət etdiyi iki dəyərli nemət
Peyğəmbər (s):
نِعْمَتَانِ مَکْفُورَتَانِ الْأَمْنُ وَ الْعَافِیَةُ
“İki nemət var ki, onların qədri bilinməz: əmin-amanlıq və sağlamlıq”.
📗
Tuhəful-uqul, səh.34
https://t.me/dogru_yasham997
﷽
Allah önündə baş əy ki, ucalasan!
İmam Kazım (ə):
إنّ اللّه لَم يَرفَعِ المُتَواضِعينَ بقَدرِ تَواضُعِهِم، و لكنْ رَفَعَهُم بِقَدرِ عَظَمَتِهِ و مَجدِهِ
"Allah təvazökarları təvazökarlıqları qədər yüksəltməyib, onları Öz böyüklüyü və əzəməti qədər ucaldıb".
📗
Tuhəful-uqul, səh.399
✍ Ona görə də əgər həyatda bir yerə çatsan, demə ki, mən çalışdım, mən əldə etdim, de ki, Allah lütf etdi, Allah ucaltdı.
https://t.me/dogru_yasham