cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

Azərbaycan dili qayda və testlər

Azərbaycan dilindən bütün qaydalar 📚 və maraqlı testlər✏️ . Ödənişsiz zoomla 📋 Azərbaycan dili 📕 dərslərimizə qoşulmaq üçün kanalımıza qatılmağı unutmayın ☺️!

Show more
The country is not specifiedThe language is not specifiedThe category is not specified
Advertising posts
1 756
Subscribers
No data24 hours
No data7 days
No data30 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

Show all...
Feilin şəkillərinin hekayəsi Feilin şəkillərinin hekayəsi feilin sadə şəkillərinə idi hissəciyinin artırılması ilə yaranır. "İdi" həssəciyi feilin əmr şəklinə və xəbər şəklinin keçmiş zamanına artırıla bilmir. Deməli, əmr şəklində olan feillərdən, eləcə də şühudi keçmiş zaman feillərindən feil şəkilçilərinin hekayəsi yarana bilməz. Qalan şəkillərdən (xəbər şəklinin nəqli keçmiş, indiki zaman, gələcək zamanı, arzu, lazım, vacib və şərt şəkli) isə feil şəkillərinin hekayəsi əmələ gələ bilir. Məsələn: almış idi, alır idi, alacaq idi, almaz idi (xəbər); ala idi (arzu); almalı idi (vacib); alası idi (lazım); alsa idi (şərt). "İdi" hissəciyi sonu samitlə bitən feil şəkillərində iki cür - həm ayrı, yəni idi formasında, həm də şəkilçiləşmiş -dı4 formasında yazılır. Məsələn: gələcək idi, gələcəkdi, gələr idi, gələrdi. "İdi" hissəciyi sonu saitlə bitən feillərdə ayrı yazılır və tələffüzü ilə yazılışı arasında fərq olur. Məsələn: gəlməli idi (gəlməliydi), yazası idi (yazasıydı), bilsə idi (bilsəydi) və s. Feil şəkillərinin hekayəsində şəxs şəkilçiləri idi hissəcəyinə və ya onun şəkilçiləşmiş formasına artırılır. Məsələn: I oxu-malı idi-m gəl-ər-di-k yaz-malı idi-m II oxu-malı idi-n gəl-ər-di-niz yaz-malı idi-n III oxu malı idi gəl-ər-di-lər yaz-malı idi Feil şəkillərinin hekayəsində işin üç zamandan (keçmiş, indiki, gələcək) birinin daxilində görüldüyü (təsdiqdə) və ya görülmədiyi (inkarda), bu barədəki məlumatın isə sonradan verildiyi bildirilir.
Show all...
🥺Çalışdıqınız qədər paylaşın.
Show all...
Paylaşaq, dəstək olaq🆘 Könüllü yardım fondu❗️ İbtidai sinifdə oxuyan qazi uşaqlarına məktəb çantası və dərs ləvazimatları verilir. Qazilər bu nömrələr ilə əlaqə saxlasınlar⤵️ ✅Whatsapp( +994 55 938 48 93 ) 📞 Əlaqə ( +994 51 699 74 69 )
Show all...
Şərt şəkli Feilin şərt şəkli hərəkətin icrasının müəyyən şərtlə bağlı olduğunu bildirir və feillərə -sa,-sə şəkilçisi artırmaqla düzəlir. Məsələn: I qaç-sa-m qaç-sa-q gör-sə-m gör-sə-k II qaç-sa-n qaç-sa-nız gör-sə-n gör-sə-niz III qaç-sa qaç-sa-lar gör-sə gör-sə-lər Bu şəklin də inkarı -ma2 şəkilçisi ilə düzəlir. Məsələn: get-mə-sə-m, yaz-ma-sa-n, bil-mə-sə və s. Şərt şəklində olan feillərdən əvvəl bəzən əgər bağlayıcısı da işlənir. Məsələn: əgər bil-sə-m; əgər get-sə-n; əgər oxu-sa. Şərt şəklinin III şəxsinin təkində şəxs şəkilçisi olmur. Şərt şəklində olan feillər müstəqil cümlənin xəbəri ola bilmir, yalnız mürəkkəb cümlədə asılı cümlənin xəbəri olub, hərəkətin icrasını müəyyən şərtlə bağlayır Məsələn: Əgər bizə gəlsən, kitabı gətirməyi unutma. İzahlardan göründüyü kimi, feilin arzu, vacib, lazım və şərt şəkilləri gələcək zamanla bağlı şəkillərdir. Qeyd: Sadə şəkillərdə (formalarda) işlənmiş feillərə -maq2 məsdər şəkilçisi artırmaq olmadığı halda, feilin qrammatik növlərinin sonuna bu şəkilçini artırmaq olur. Məsələn: al-maq (məlum növ), yaz-ıl-maq (məchul növ), yaz-ış-maq (qarşılıq birgəlik növ) və s.
Show all...
Lazım şəkli Lazım şəkli icra ediləcək hərəkətin lazım olduğunu bildirir və feillərə -ası,-əsi (-yası, -yəsi) şəkilçisi ar-tırmaqla düzəlir. Lazım şəklinin inkarını düzəltmək üçün deyil sözündən istifadə olunur. Ona görə də lazım şəklinin inkarında şəxsə və kəmiyyətə görə dəyişən hissə deyil sözü olur. Məsələn: I gəl-əsi-yəm gəl-əsi deyil-əm gəl-əsi-yik gəl-əsi deyil-ik II gəl-əsi-sən gəl-əsi deyil-sən gəl-əsi-siniz gəl-əsi deyil-siniz III gəl-əsi-dir gəl-əsi deyil gəl-əsi-dirlər gəl-əsi deyil-lər Lazım şəklinin inkarının III şəxsinin təkində şəxs şəkilçisi olmur. Əsasən -ası-əsi şəkilçisi ilə işlənir.
Show all...
Vacib şəkli Vacib şəkli icra ediləcək işin zəruri olduğunu bildirir və feillərə -malı, -məli şəkilçisi artırmaqla düzəlir. Məsələn: I get-məli-yəm get-məli-yik bil-məli-yəm bil-məli-yik II get-məli-sən get-məli-siniz bil-məli-dir bil-məli-siniz III get-məli-dir get-məli-dirlər bil-məli-dir bil-məli-dirlər Bu şəklin inkarı da –ma2 şəkilçisi ilə düzəlir. Məsələn: Oxu-ma-malı-dır, yaz-ma-malı-san və s. əsasən -malı-məli şəkilçisi ilə işlənir
Show all...
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.