en
Feedback
𝑪𝒆𝒏𝒏𝒆𝒕 𝑬𝒔̧𝒒𝒊♥︎

𝑪𝒆𝒏𝒏𝒆𝒕 𝑬𝒔̧𝒒𝒊♥︎

Open in Telegram

𝐊𝐢𝐭𝐚𝐛𝐝𝐚𝐧 𝐚𝐥𝛊𝐧𝐭𝛊𝐥𝐚𝐫📚 𝐌𝐨𝐭𝐢𝐯𝐚𝐬𝐢𝐲𝐚 𝐞𝐝𝐢𝐜𝐢 𝐩𝐚𝐲𝐥𝐚𝐬̧𝛊𝐦𝐥𝐚𝐫💜 𝐌𝐚𝐫𝐚𝐪𝐥𝛊 𝐡𝐞𝐤𝐚𝐲𝐞𝐥𝐞𝐫✍️

Show more
The country is not specifiedThe category is not specified
834
Subscribers
No data24 hours
-57 days
-730 days
Posts Archive
Salamun Aleykum hörmətli izləyicilər bu kanal üçün adminka axtarılır gözəl paylaşımlar etməyə istəyən yazsın bu profilə 👇👇👇 @Kanal_admin313

İmam Baqir (ə) belə buyurmuşdur: “Mehdi Kufəyə tərəf yola düşər. Orada ON MİN NƏFƏR silahlı BƏTRİYYƏ onun qarşısını kəsərlər.
İmam Baqir (ə) belə buyurmuşdur: “Mehdi Kufəyə tərəf yola düşər. Orada ON MİN NƏFƏR silahlı BƏTRİYYƏ onun qarşısını kəsərlər. ONLAR QURAN QARİLƏRİ VƏ DİN ALİMLƏRİ olarlar ki, alınları çox səcdə etməkdən qabar bağlayar, üzləri də gecə oyaq qalıb ibadət etməkdən sarı rəngdə olar və nifaq onları başdan ayağa qədər bürümüş olar. Onlar bir səslə deyərlər: “EY FATIMƏNİN (S.Ə) OĞLU! Haradan gəlmisənsə, ora da qayıt, çünki sənə ehtiyacımız yoxdur.” O (ə.s) da Nəcəf şəhərinin arxasında həftənin birinci günü (bazar ertəsi) şam vaxtına qədər onlarla vuruşar və hamısını öldürər.” – İrşad: s.364; Əlamul-Vəra: s.431; Biharul-Ənvar: 52/328 və 2/589; İsbatul-Huda: 3/516; Ğeybəti-Tusi: s.283

#Nəsihət Bir nəfər Bəhlulun yanına gəlib deyir: Mənə bir yol denən ki, günahdan uzaq durum. Bəhlul dedi: Bunu bil ki, günah edən zaman, ya bilmirsən Allah səni görür, deməli kafirsən. Yaxud bilirsən görür, amma günahından da qalmırsan, deməli Allahı tanımamısan, Onu kiçik bilirsən. Bil ki, Allahın böyüklüyünə (Allahu Əkbər) şəhadət vermək, o vaxt həqiqi şəhadət hesab olunur ki, günah eləmiyəsən. Çünki, Allahı böyük bilən kəs, böyüyün hüzurunda ədəbli əyləşir və xəta eləmir. 𝐓𝐞𝐥𝐞𝐠𝐫𝐚𝐦: @hhtcesqi

Dünyanın bütün dərdləri sənin arxanca gəlsə, yenə də "𝐀𝐥𝐥𝐚𝐡𝐢𝐧" sənə yardım edəcəyindən şübhə duyma🤲🌹
Dünyanın bütün dərdləri sənin arxanca gəlsə, yenə də "𝐀𝐥𝐥𝐚𝐡𝐢𝐧" sənə yardım edəcəyindən şübhə duyma🤲🌹

Təmiz ayaqqabı geyinmiş adam palçığı ehtiyatla keçir. Lakin elə ki bir dəfə büdrədi və ayaqqabısını batırdı, daha az ehtiyatlı olur. Ayaqqabısının artıq tamamilə bulaşdığını gördükdə isə cəsarətlə palçığı şapalaqlayır və get-gedə daha da bulaşır. Gənc insan da belədir. Nə qədər ki pis və əxlaqsız işlərdən təmizdir, özünü qoruyur və hər cür pislikdən kənar gəzir. Lakin bircə dəfə səhv etdikdə düşünür ki, özünü qoru, ya qoruma, onsuz da eyni şey olacaq. Və beləcə, əxlaqsızlığın dibinə girir. Belə etmə. Bulaşmısansa – təmizlən və daha da ehtiyatlı ol. .......✍ Lev Tolstoy. 𝐓𝐞𝐥𝐞𝐠𝐫𝐚𝐦: @hhtcesqi

İmam Əli(ə): «Heç bir dostla, naşükr olsa da, əlaqəni kəsmə.»51 3515. İmam Səccad (ə): «Dostun haqqı, onunla mehriban və insafla rəftar etməyindir. Eləcə də, sənə hörmət etdiyi qədər sən də ona hörmət etməlisən. Heç bir bəxşişdə səni qabaqlamağa imkan vermə, əgər qabaqlasa bu yaxşılığının əvəzini çıx. Səni sevdiyi qədər, sən də onu sev. Əgər bir günah etməyi qərara alsa, onu günahdan çəkindir. Onun üçün zəhmət və məhəbbət mənşəyi ol, onun əzabına bais olma.»52 51 Ğurərul-Hikəm,hədis 10196 52 Biharul-Ənvar, c.74, səh.7

Hz. Əzrayil (ə)la bağlı bəzi məlumatlar...Oxuyun və hazır olun!.. Dünyada eyni anda bu qədər ölüm olduğu halda, Həzrət Əzrayil (ə) vəzifəsini necə yerinə yetirir? Hz. Əzrayil (ə)la bağlı bəzi məlumatlarla tanış olaq: 1. Əzrayil (ə) Allahın yaxın mələklərindən biridir ki, vəzifəsi insanların canını almaqdır. 2. Allahın Hz. Əzrayil (ə)ın üzərinə qoyduğu vəzifə - ruhları qəbz etməkdir. O, ruhu cəsədlərdən ayırır. 3. Dünyada eyni anda bu qədər ölüm olduğu halda, vəzifəsini necə yerinə yetirir? - Əzrayil (ə) tək deyil. Bu işdə çox sayda mələk ona yardım edər. Rəhmət mələkləri yaxşı əməl sahiblərinin, əzab mələkləri isə pis əməl sahiblərinin canını alarlar. Ümumilikdə isə Əzrayil (ə) üçün məkan problemi yoxdur. 4. Ölüm nədir? - Ölüm - axirətin darvazası və bütün insanlar üçün İlahi nemətdir. Hamı gərək ölsün. Daha doğrusu, digər dünyaya keçid etsin. (Tebyan) 5. Ölümü niyə nemət adlandırırlar? - Məsələnin aydın olması üçün bir əhvalat danışılır. Keçmiş zamanlarda bir qövm öz peyğəmbərindən istəyir ki, Allaha dua etsin və heç kəs ölməsin. O, dua edir və duası da qəbul olur. O gündən sonra həmin qövmdə heç kəs ölmür və evlər kiçikdən böyüyəyə qədər insanlarla dolmağa başlayır. Bir nəfər məcbur olur ki, öz ailəsindən, ata və anasından başqa, ulu baba-nənələrinin də yemək-içməyini təmin etsin. İnsanlar görürlər ki, vəziyyət çox çətinləşir, çarəsiz peyğəmbərlərinin yanına gəlir və ondan yenə dua etməsini istəyirlər. Deyirlər ki, vəziyyətin əvvəlki halına qayıtmağını istəyirik. Nəhayət, belə də olur. Ən başlıcası 0 ölüm mömin üçün imtahan dünyasından qurtulmaq, imtahanı verib qurtarmaq və əbədi səadətə doğru getmək deməkdir. 6. Həzrət Əzrayil (ə) ruhu necə qəbz edir? - Ölüm mələkləri öz işlərinə ayağın barmaqlarından başlayarlar. Can verən insan ola bilsin ki, bu mələkləri görsün o halda ki, ayaqlarına əl çəkirlər. Ancaq onları görəndə təəccüb edərlər. Yavaş-yavaş sinəyə və boğaza gəlib çatırlar. Hər hissədəki ruhu alırlar və nəhayət ruhunu ağzından, gözündən və qulağından çıxardarlar. Ölü halında əhl-əyalına təhvil verilər. Allah Təala onun ölməsi üçün lazım olanları hazır edər: təsadüf, xəstəlik, təbii fəlakətlər kimi. 7. Ölüm çox qorxuludurmu? - Ölüm mələkləri mömin insanla görüşən zaman, ona salam verirlər. Onunla xoş üzlə rəftar edir və behişti müjdə verirlər. Onunla xoş simada və xoş ətirli halda görüşürlər. Ancaq zalımların ölümü çox qorxulu və ağrılıdır. 8. Ölüm səfərinin təhlükəsiz olması üçün nə etməli? - Hər səfər üçün azuqə və ehtiyat lazımlıdır. Bu səfərin azuqəsi də təqvadır. Dünyaya olan əlaqənizi azaltmaq və həmişə ölümü, Qiyaməti xatırlamaq lazımdır. 9. Can alan zaman ölüm mələyi icazə alırmı? - Hz. Əzrayil (ə)ın heç kəsdən icazə almağa ehtiyacı yoxdur. Ancaq İslam Peyğəmbəri (s)dan icazə almışdı və ondan sonra Əli ibn Əbutalib (ə)dan. 𝐓𝐞𝐥𝐞𝐠𝐫𝐚𝐦: @hhtcesqi

), Həzrət İmam Mehdinin (ə.f) duasından: يَا مَنْ إِذَا تضايقت الْأُمُورِ فَتَحَ‏ لَنَا بَاباً لَمْ‏ تَذْهَبُ‏ إِلَيْهِ‏ الْأَوْهَامُ فَصَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ افْتَحْ لأموري المتضايقة بَاباً لَمْ يَذْهَبْ إِلَيْهِ وَهْمٌ يَا أَرْحَمَ الرَّاحِمِينَ "Ey, işlər sıxıntıya düşdüyü zaman heç kimin xəyalı yetməyən yerdən üzümüzə qapı açan Allahım! Məhəmmədə və övladlarına salam və dualarımızı yetir və çətinə düşmüş işlərimiz üçün heç kimin xəyalı yetməyən yerdən bir qapı aç. Ey, rəhimlilərin ən rəhimlisi!" 📚Qütbüddin Ravəndi (vf. 573 hq), “Qisəsul-Ənbiya”, səh 365.

İlahi əzabdan kim amanda qala bilər ? Həzrət Muhəmməd ( s ) buyurur: "Bilin! Allah-Təala - insanların aləmlərin Rəbbi qarşısında duracaqları gün - namaz qılanlara və səcdə edənlərə əzab verməyəcəyinə, cəhənnəmdə yandırmayacağına öz izzətinə and içib" Ayətullah Cavadi Amuli'nin İbadətlərin hikməti kitabı səh.83 Ərbəin; Şeyx Bəhai, hədis 9 istinadən Hamının qorxacağı gün namaz qılan və səcdə edənlər qorxmazlar. Çünki cəhənnəm odunun səsini eşitməzlər. Quranda - Ənbiya surəsi 102 ayədə Allah buyurur: "Onlar onun uğultusunu belə eşitməzlər." 𝐓𝐞𝐥𝐞𝐠𝐫𝐚𝐦: @hhtcesqi

Eşqi məna eyləsəm, Kərbübəla mənasıdır. Orda hər kim can verib, aşiqlərin ə`lasıdır. Əhli - eşqin zinəti, çün, sidqidir, ixlasıdır. Gər, Hüseyn - ibni - Əliyy, aşiqlərin Mövlasıdır. Həm onun Mövlası, Mövla, Mürtəzadən yazginən. *Allahın salamı olsun sizlərə. Əzalı cümə gününüz mübarək olsun.* 𝐓𝐞𝐥𝐞𝐠𝐫𝐚𝐦: @hhtcesqi

✨İmаm Əlidən (ə) sоruşdulаr:✨ «Аllаhın yаrаtdığı ən gözəl şеy nədir?» Buyurdu: «Söz.» Ərz оlundu: «Bəs, Аllаhın yаrаtdığı ən pis şеy nədir?.» Buyurdu: «Söz.» Sоnrа isə buyurdu: «Üzаğlığı gətirən də, üzü qаrа еdən də sözdür.» - «Tuhəful Uqul hədis 5579»📚

İnsanın hansı problemlə qarşılaşacağı və hansı problemlə imtahan olunacağı, o şəxsin xüsusi şəraitindən asılıdır. Bunu isə Allahdan başqa heç kəs müəyyən edə bilməz. Hər kəsin problemdən narazı olması təbiidir. Amma əmin olmaq lazımdır ki, mehriban Allah hər fərddən ən münasib və ən asan imtahanı alır Ustad Əlirza Pənahian