Dinimiz Nəsihətdir
Open in Telegram
🌼 Hikmət sahibləri demişdir: 🌼 🌼Saleh əməli gizlətmək qurtuluşdur.🌼 🌼Elmi gizlətmək isə həlakdır!🌼 🌼📕 [Ət-Təmhid li-İbn Abdulbər🌼 🌼Kanala Nəzarət Edir 🌼 🌼Mədinə İslam Universitetinin məzunu🌼 🌼Səid Ələkbərov 🌼 https://t.me/dinimiznesihetdir
Show more247
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
Qiyamət günü sıxıcı anlar barədə Aişədən ( Allah ondan razı olsun ) belə rəvayət olunur :
"Bir gün cəhənnəmi xatırlayıb ağladım və Peyğəmbərdən ( sallallahu aleyhi va səlləm ) soruşdum : " Ey Allahın rəsulu Qiyamət günü bizi xatırlayacaqsanmı ?"
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun ) buyurdu : " Üç an vardır ki , o zaman hec kim, hec kimi xatırlamaz :
1) Əməl dəftərləri veriləndə , hətta sağ və ya sol əlinə çatana qədər .
2) Əməllər tərəzidə çəkilməyə başlayandan , qurtarana qədər .
3) Sirata ayaq qoyandan , hətta kecib qurtarana qədər .
( Əbu Davud , Albani hədisi səhihləşdirmişdir )
Ey İnsan ! Nəhayət , sən o sıxıcı anları yaşamağ üçün , soru - suala çəkilməyə , Uca Allahın hüzuruna gətiriləcəksən. Allah , insanı aralarında heç bir tərcüməçi olmadan , sorğuya çəkəcək. Əgər insan Rəbbinə itaət etməyən , zalımlardan , inadkarlardandırsa , Allah ona etdiyi günahları belə xatırladacağ .
Əbu Dərda (Allah ondan razı olsun ) ölüm ayağında ikən ağlayarağ yanındakılara belə deyir :
"Bu anı, bu saatı, bu günü üçün əməl edən bir kişi varmı ? "
𝐓𝐄𝐋𝐄𝐆𝐑𝐀𝐌: https://t.me/dinimiznesihetdir
Repost from Rəbbinə İbadət Et
Əssəlamu əleykum və rəhmətullah və bərəkətuhu hörmətli kanal əhli əziz müsəlmanlar elan səhihdir bacı tanıdığımız bacıdır . Gəlin bacımıza dəstək olaq
Allah Subhənə və Təalə müvəffəq eləsin.
Unutmayaq elanı paylaşmaqlada yardım etmək olar.
Şübhəsiz ki, Allah sədəqə verənləri mükafatlandırar”. (Yusuf 88)
Repost from İSLAMIN FƏZİLƏTİ
Əssələmu aleykum.
Əziz müsəlmanlar!
İnşəAllah 21:30 dərs olacaqdır.
t.me/islamfezileti
Səhər və axşam zikrləri
يَا حَيُّ يَا قَيُّومُ بِرَحْمَتِكَ أَسْتَغِيثُ أَصْلِحْ لِي شَأْنِي كُلَّهُ
وَلاَ تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ
Ya həyyu, ya qayyum! Birahmətikə əstəğisu,
əslih li şə'ni kulləhu və lə təkilni ilə nəfsi tarfətə aynin.
Ey [əbədi] Yaşayan, ey Qəyyum [kainatı yaradan və
onu idarə edən, bəndələrinin işlərini yoluna qoyan və
onları qoruyan]! Mərhəmətinlə kömək diləyirəm.
Mənim bütün işlərimi yoluna qoy! Məni bir göz
qırpımı belə başlı-başına buraxma!
Səhər və axşam zikrləri
Kim bunları yəqinliklə axşam desə, sonra da o gecə ölüm ona gəlsə, Cənnətə daxil olar. Səhər də həmçinin.
اللَّهُمَّ أَنْتَ رَبِّي لاَ إِلَهَ إِلاَّ أَنْتَ خَلَقْتَنِي وَأَنَا عَبْدُكَ، وَأَنَا عَلَى عَهْدِكَ وَوَعْدِكَ مَا اسْتَطَعْتُ، أَعُوذُ بِكَ مِنْ شَرِّ مَا صَنَعْتُ، أَبُوءُ لَكَ بِنِعْمَتِكَ عَلَيَّ، وَأَبُوءُ بِذَنْبِي، فَاغْفِرْ لِي فَإِنَّهُ لاَ يَغْفِرُ الذُّنُوبَ إِلاَّ أَنْتَ
Allahummə, əntə rabbi lə ilahə illə ənt, xaləqtəni və ənə abdukə, və ənə alə ahdikə və və'dikə məs-tətə'tu, əuzu bikə min şərri mə sanə'tu. Əbu'u ləkə bini'mətikə aleyyə, və əbu'u bizənbi. Fəğfir li fəinnəhu lə yəğfiruz-zunubə illə ənt.
Allahım! Sən mənim Rəbbimsən. Səndən başqa məbud yoxdur. Məni Sən yaratdın və mən Sənin qulunam. Gücüm çatan qədər Sənə verdiyim əhdə və vədə sadiqəm. Etdiklərimin şərindən Sənə sığınıram. Mənə verdiyin neməti etiraf edirəm və günahımı boynuma alıram. Məni bağışla! Şübhəsiz ki, günahları yalnız Sən bağışlayırsan! [1]
[1] əl-Buxari, 7/150.
Repost from Dinimiz Nəsihətdir
Əhzəb Surəsi - 56
Doğrudan da, Allah və Onun mələkləri Peyğəmbərə xeyir-dua verirlər. Ey iman gətirənlər! Siz də ona xeyir-dua verib kamil ədəb-ərkanla salamlayın
📤Paylaşaraq Xeyirə Vəsilə Olaq
𝐓𝐄𝐋𝐄𝐆𝐑𝐀𝐌 : t.me/dinimiznesihetdir
Repost from Dinimiz Nəsihətdir
Yağış yağanda edilən dua
اللَّهُمَّ صَيِّبًا نَافِعًا
Allahummə sayyibən nafian.
Allahım, bu yağışı faydalı et! [1]
[1] «Fəthul-Bari», 2/518. [Mişkatul-Məsabih, 1/338.]
𝐓𝐄𝐋𝐄𝐆𝐑𝐀𝐌: https://t.me/dinimiznesihetdir
