en
Feedback

Don't get caught by a cheater! Telemetrio finds and tags such channels 👉 If you want to see the tag, subscribe 👈

Oğuz rayonu

Oğuz rayonu

Open in Telegram

Oğuz rayonu ilə bağlı xəbərlər 🗞

Show more
189
Subscribers
No data24 hours
-17 days
-430 days
Posts Archive
🚫 Yeniyetmə və gənclərin narkomaniyanın fəsadları barədə məlumatlandırılması məqsədilə polis əməkdaşları tərəfindən təhsil m
+1
🚫 Yeniyetmə və gənclərin narkomaniyanın fəsadları barədə məlumatlandırılması məqsədilə polis əməkdaşları tərəfindən təhsil müəssisələrində aparılan maarifləndirmə işləri davam etdirilir. 📍 Şagirdlərlə növbəti görüş Oğuz Rayon Polis Şöbəsinin təşəbbüsü ilə Kərimli kənd orta məktəbində keçirilib. 📌 RPŞ-nin rəisi polis polkovnik-leytenantı Fərid Fətəliyev “ağ ölüm”ün fəsadları, onunla mübarizə yolları barədə məktəblilərə məlumat verib. 📌 Sonda mövzu ilə əlaqəli videoçarxlar göstərilib və suallar cavablandırılıb.

Oğuz Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin dövriyyəsi və kultivasiyası ilə məşğul olan, eləcədə qanunsuz odlu silah saxlayan şəxslərə qarşı əməliyyatlar keçirilib. Tədbirlərlə Kərimli kənd sakinləri S. İbrahimov, E. İsmayılov və T. Haşımov saxlanılıb. Onlardan narkotik vasitələr, kultivasiya etdikləri narkotik tərkibli bitkilər və odlu silahlar aşkarlanıb. Faktla bağlı cinayət işi başlanıb, məhkəmənin qərarı ilə sözü gedən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Gələcəyimizi narkomaniyadan qoruyaq! 📍Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları Padar kənd tam orta məktəbində "Narkomaniyaya yox deyək!" mövzusunda şagirdlərlə maarifləndirici görüş keçiriblər. 🚫 Yeniyetmə və gənclərimizi "ağ ölüm" bəlasından uzaq tutmaq, onları sağlam gələcəyə yönləndirmək məqsədilə keçirilən görüşdə çıxış edən RPŞ-nin rəisi polis polkovnik-leytenantı Fərid Fətəliyev narkotik vasitələrin sağalmaz zərərləri barədə məktəblilərə ətraflı məlumat verib. ✅ Həmçinin narkomaniyanın fəsadlarını əks etdirən videoçarxlar nümayiş olunub və şagirdlərin sualları cavablandırılıb.

Yeni patronaj modeli Oğuz rayonunda da tətbiq olunur 🩺 Yeni patronaj modeli tibbi xidmətlərin yalnız xəstəlik zamanı deyil,
Yeni patronaj modeli Oğuz rayonunda da tətbiq olunur 🩺 Yeni patronaj modeli tibbi xidmətlərin yalnız xəstəlik zamanı deyil, risklərin erkən aşkarlanması və profilaktik tədbirlərin vaxtında həyata keçirilməsi prinsipi əsasında ailələrə daha yaxın səviyyədə təşkilini nəzərdə tutur. Daha ətraflı: https://tabib.gov.az/media/xeberler/1049

🎒 Yeni tədris ili başlayır – yollarda diqqətli olaq! 🚸 Təhsil müəssisələrinin ətrafında hərəkət intensivliyinin artacağını nəzərə alaraq sürücüləri və piyadaları yol hərəkəti qaydalarına daha diqqətlə əməl etməyə çağırırıq. 🚗 Sürücülər – sürəti azaldın, piyada keçidlərində uşaqlara yol verin, mobil telefondan istifadə etməyin və dayanma-durma qaydalarına riayət edin. 🚶 Piyadalar – səki ilə hərəkət edin, yolu yalnız piyada keçidlərindən keçin. 👨‍👩‍👧‍👦 Valideynlər – uşaqların yolda təhlükəsizliyinə xüsusi diqqət yetirin. 📚 Yeni tədris ilinə təhlükəsiz başlayaq!

Diqqət❗️ Dələduzluq❗️ Gördüyünüz bu tiktok səhifəsi, Oğuz rayonunun adından istifadə edərək, Oğuz və digər rayon sakinlərini
Diqqət❗️ Dələduzluq❗️ Gördüyünüz bu tiktok səhifəsi, Oğuz rayonunun adından istifadə edərək, Oğuz və digər rayon sakinlərini aldadaraq dələduzluq edir. Ünvanın Oğuz olduğunu qeyd edərək, məhsulların və çatdırılmanın ödənişini müştərilərdən mənimsəyir və məhsul göndərilmir. Xahiş olunur bu səhifədəki paylaşımları görüb aldanmayın. Bu xəbəri paylaşın, hərkəsin məlumatı olsun.

☀️ İsti hava şəraiti ilə əlaqədar çimərlik və digər istirahət zonalarında polis əməkdaşları ictimai asayişin qorunması, vətən
☀️ İsti hava şəraiti ilə əlaqədar çimərlik və digər istirahət zonalarında polis əməkdaşları ictimai asayişin qorunması, vətəndaşların təhlükəsiz istirahətinin təmin edilməsi və mümkün xoşagəlməz halların qarşısının alınması məqsədilə gücləndirilmiş rejimdə fasiləsiz xidmət aparırlar. https://www.instagram.com/p/Db0t8fStJ2h/?igsh=YnVhZnB6cWgxcm5x

Oğuzda narkotiklərin satışı ilə məşğul olan şəxslər saxlanılıblar. Ətraflı: https://oxu.az/kriminal/oguzda-narkotiklerin-sati
Oğuzda narkotiklərin satışı ilə məşğul olan şəxslər saxlanılıblar. Ətraflı: https://oxu.az/kriminal/oguzda-narkotiklerin-satisi-ile-mesgul-olan-sexsler-saxlaniliblar

Gələcəyimizi narkomaniyadan qoruyaq! 📍 Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları şəhər ərazisində yerləşən Texniki-Təbiət təmayüllü Liseydə “Narkomaniyaya yox deyək!” mövzusunda şagirdlərlə növbəti maarifləndirici görüş keçiriblər. Yeniyetmə və gənclərimizi “ağ ölüm” bəlasından uzaq tutmaq, onları sağlam gələcəyə yönləndirmək məqsədilə keçirilən görüşdə çıxış edən RPŞ-nin rəisi polis polkovnik-leytenantı Fərid Fətəliyev narkotik vasitələrin sağalmaz zərərləri barədə məktəblilərə ətraflı məlumat verib. ✅ Həmçinin narkomaniyanın fəsadlarını əks etdirən videoçarxlar nümayiş olunub və şagirdlərin sualları cavablandırılıb.

Oğuzda saxlanılan narkokuryerlərdən 13 kq marixuana aşkarlandı. Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib. Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, tədbir zamanı əvvəllər dəfələrlə məhkum olunmuş 39 yaşlı Pərviz Mahmudov və 34 yaşlı Xanlar Abdullayev narkokuryerlikdə şübhəli bilindikləri üçün saxlanılıblar. Onlardan 13 kiloqramdan artıq marixuana aşkarlanıb. Saxlanılan şəxslər narkotikləri satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

photo content

Azərbaycanda hektarlarla ərazini zəbt edənlər SAXLANILDILAR Oğuzda qanunsuz ağac kəsən üç nəfər saxlanılıb. Oxu.Az xəbər veri
Azərbaycanda hektarlarla ərazini zəbt edənlər SAXLANILDILAR Oğuzda qanunsuz ağac kəsən üç nəfər saxlanılıb. Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Oğuz rayonunun Xaçmazqışlaq kəndi ərazisində 15 ədəd qızılağac ağacının kəsilməsi və təbiətə 5 min manatdan artıq maddi ziyan vurulması ilə bağlı araşdırmalar aparılıb. Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə ağacları kəsməkdə şübhəli bilinən kənd sakini, 58 yaşlı A.Məmmədov saxlanılıb. Keçirilən digər tədbir zamanı isə Yaqublu kəndi ərazisində bələdiyyə mülkiyyətində olan 60 hektar ərazinin qanunsuz olaraq zəbt edilməsi, 350 ədəd qaratikan kolunun məhv edilməsi və nəticədə təbiətə 26 min manatdan artıq maddi ziyan vurulması aşkarlanıb. Polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən iki nəfər saxlanılıb. Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

🪵 Oğuzda qanunsuz ağac kəsən 3 nəfər saxlanılıb Oğuz rayonunun Xaçmazqışlaq kəndi ərazisində 15 ədəd qızılağac ağacının kəsi
🪵 Oğuzda qanunsuz ağac kəsən 3 nəfər saxlanılıb Oğuz rayonunun Xaçmazqışlaq kəndi ərazisində 15 ədəd qızılağac ağacının kəsilməsi və təbiətə 5 min manatdan artıq maddi ziyan vurulması ilə bağlı araşdırmalar aparılıb. Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə ağacları kəsməkdə şübhəli bilinən kənd sakini, 58 yaşlı A.Məmmədov saxlanılıb. Keçirilən digər tədbir zamanı isə Yaqublu kəndi ərazisində bələdiyyə mülkiyyətində olan 60 hektar ərazinin qanunsuz olaraq zəbt edilməsi, 350 ədəd qaratikan kolunun məhv edilməsi və nəticədə təbiətə 26 min manatdan artıq maddi ziyan vurulması aşkarlanıb. Polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən iki nəfər saxlanılıb. Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

🪵 Oğuz rayonunda ağacların kəsilməsinə görə cinayət işi başlanıb Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupu
🪵 Oğuz rayonunda ağacların kəsilməsinə görə cinayət işi başlanıb Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan verilən məlumata görə, Oğuz rayonunun Xaçmazqışlaq kəndi ərazisində 30 ədəd qızılağac ağacının kəsilməsi və təbiətə 6 400 manata yaxın maddi ziyan vurulması ilə bağlı istintaq araşdırmaları aparılır. Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə ağacları kəsməkdə şübhəli bilinən Xaçmaz kənd sakini, 34 yaşlı Cəsur Məmmədli saxlanılıb. Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Oğuz rayonunda polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə sosial şəbəkədə qeyri-etik ifadələr işlədən 27 yaşlı M.Cəfə
Oğuz rayonunda polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə sosial şəbəkədə qeyri-etik ifadələr işlədən 27 yaşlı M.Cəfərov saxlanılıb. O, "TikTok" hesabında canlı yayım açaraq əxlaq normaları ilə bir araya sığmayan hərəkətlərə yol verib. Həmin şəxs barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.

🚗 Oğuz rayonunda avtomobil işıq dirəyinə çırpılıb, üç nəfər xəsarət alıb Hadisə gecə saatlarında Qaraməryəm-İsmayıllı -Şəki
🚗 Oğuz rayonunda avtomobil işıq dirəyinə çırpılıb, üç nəfər xəsarət alıb Hadisə gecə saatlarında Qaraməryəm-İsmayıllı -Şəki avtomobil yolunun Oğuz rayonunun Bayan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "VAZ-2107" markalı avtomobil idarəetmədən çıxaraq işıq dirəyinə çırpılıb. Nəticədə sürücü, 23 yaşlı Səddam Allahverdiyev, sərnişinlər - 24 yaşlı Cəmil Şərifli və 25 yaşlı Okan Həmidli müxtəlif dərəcəli xəsarətlər alıblar. Faktla bağlı araşdırma aparılır.

Ramazan təqvimi - Oğuz rayonu 📆 Allah orucunuzu qəbul etsin!
Ramazan təqvimi - Oğuz rayonu 📆 Allah orucunuzu qəbul etsin!

Oğuz rayonunun bir sıra küçə və prospektlərində yollar abadlaşdırılır. Abadlaşdırılma işlərində Oğuz rayon polis şöbəsinin əməkdaşları fəal iştirak etmişdir. t.me/oguzrayon ✅