Port of Baku - Bakı Limanı
Open in Telegram
390
Subscribers
No data24 hours
-37 days
-1130 days
Posts Archive
🌊⚓ Dəniz nəqliyyatının inkişafına, beynəlxalq ticarətin fasiləsizliyinə və logistika zəncirinin etibarlı fəaliyyətinə töhfə verən bütün dənizçiləri peşə bayramları münasibətilə təbrik edirik.
👧👦 Uşaqlar gələcəyimizin ən qiymətli sərvətidir.
🎈 Onlara hər zaman sağlam, xoşbəxt və qayğı ilə əhatə olunmağı arzulayır, Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edirik.
#BakıLimanı #PortofBaku
⚓️🌊 Bu gün dənizçilik sahəsində çalışan qadınların peşəkarlığını və əvəzsiz rolunu qeyd etdiyimiz gündür. Bu əlamətdar gün münasibətilə bütün xanım dənizçiləri təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayırıq.
#ADY #AzərbaycanDəmirYolları #PortofBaku #BakıLimanı
⚓ 2018-ci ilin 14 may tarixində Prezident İlham Əliyevin iştirakı ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının açılışı olub.
🌍 Hazırda ADY ilə inteqrasiya edilmiş Bakı Limanı regionun aparıcı logistika mərkəzlərindən biri kimi Azərbaycanın tranzit imkanlarının genişlənməsində mühüm rol oynayır.
ADY-nin Bakı Limanında ABŞ nümayəndə heyəti ilə görüş keçirilib
Bu gün Amerika Birləşmiş Ştatları (ABŞ) Dövlət Departamentinin İqtisadi, Enerji və Biznes Məsələləri Bürosunun nümayəndə heyəti Bakı Limanına səfər edib. Dövlət Departamentinin baş məsləhətçisi Rebecca Neffin rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilən görüş zamanı liman texnikalarının imkanları, geostrateji mövqeyi və əldə etdiyi nailiyyətlər iştirakçılara təqdim edilib, qarşılıqlı əməkdaşlıq imkanları geniş müzakirə olunub.
“Bakı Beynəlxalq Dəniz Limanı” MMC-nin direktoru Eldar Salahov son illərdə Bakı Limanında icra edilən və planlaşdırılan infrastruktur layihələri, artan yük həcmləri və müasir liman texnikalarının iş prosesinə cəlb edilməsi istiqamətində atılan addımlar barədə məlumat təqdim edib.
Eyni zamanda, görüşdə Orta Dəhliz çərçivəsində əməkdaşlıq imkanları, regionun ilk Yaşıl Limanı olan Bakı Limanının tranzit potensialının daha da artırılması məsələləri müzakirə olunub.
Sonda qonaqlar limanın terminallarında icra edilən logistik əməliyyatları izləyiblər.
🌺🌸 Baharın müjdəsini verən Novruz bayramı yenilənmə və ümid deməkdir.
Novruzun gəlişi ilə yenilənən həyat hər birimiz üçün uğurlu başlanğıclar, firavanlıq və inkişaf gətirsin.
Bayramınız mübarək!
🌙 Mərhəmət, birlik və mənəvi saflaşma ayını tamamlayan Ramazan bayramı hər evə sevinc və ruzi-bərəkət gətirsin.
Birlik və həmrəylik duyğularımız daha güclü və sarsılmaz olsun.
Bayramınız mübarək!
🌱 Torpaq çərşənbəsi bərəkətin, möhkəmliyin və həyatın rəmzidir.
🌾 Üzərində qurduğunuz hər layihə, atdığınız hər addımda torpağın bərəkəti olsun.
🤎 Torpaq çərşənbəniz mübarək!
#BakıLimanı #PortofBaku #Torpaqçərşənbəsi
🍃⚓️ Yel çərşənbəsi təbiətin oyanışını müjdələyir.
Yenilənmənin və hərəkətin rəmzi olan yel kimi daim yeniliyə və inkişafa doğru gedəsiniz.
✨ Yel çərşənbəniz mübarək!
#PortofBaku #BakıLimanı #Yelçərşənbəsi
✨🌸 Bu gün gücün, zərifliyin və fədakarlığın təntənəsini qeyd edirik.
🌊⚓ Nəqliyyat-logistika sektorunun və ümumilikdə ölkəmizin inkişafında əvəzsiz rolu olan bütün xanımları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, xoşbəxtlik arzulayırıq.
#BakıLimanı #PortofBaku #BeynəlxalqQadınlarGünü
Xocalı soyqırımının 34-cü ildönümündə soydaşlarımızın simasında insanlığa qarşı törədilmiş bu dəhşətli cinayətin günahsız qurbanlarını dərin ehtiramla anırıq.
Prezident İlham Əliyevin rəhbərliyi və birinci xanım Mehriban Əliyevanın mühüm töhfələri ilə azad Xocalı xalqımızın qürur və qəhrəmanlıq simvollarından biri kimi yüksəlir və yüksələcək.
#BakıLimanı #PortofBaku #Xocalı
Bu gün Beynəlxalq Kitab Bağışlama Günüdür.
Kitablar insanları, şəhərləri və limanları bir-birinə bağlayan ən dəyərli körpülərdəndir.
Hər kitab yeni bir düşüncəyə açılan qapı, gələcəyə atılan addımdır.
Bakı Beynəlxalq Dəniz Limanı uşaqlar üçün nəşr etdirdiyi və onlara bağışladığı kitablarla elmin və biliyin limanı kimi hər zaman balacaların yanındadır.
#PortofBaku #BakıLimanı
+2
Qışın ağ nəfəsi Bakı Limanına toxunub ❄️
Dənizlə səmanın qovuşduğu bu sakit mənzərədə liman yenə öz ahəngindədir. Hər mövsüm ayrı bir mənzərə, eyni güc, eyni ritm.
#ADY #PortofBaku #logistics #winter #snow
🌊 Dənizin təmiz enerjisi.
⚓ Bakı Limanında təmiz enerji ilə aparılan əməliyyatlar ətraf mühitə təsirin azaldılmasına töhfə verir.
🌱 2019-cu ildə Xəzər regionunda ilk “Yaşıl Liman” statusunu alaraq, 2035-ci ilə qədər sıfır karbon emissiyasına nail olmağı hədəfləyirik.
☀️ 2024-cü ildə liman ərazisində quraşdırılmış 5,4 MVt gücündə günəş panelləri dekarbonizasiya missiyamızın mühüm elementlərindən biridir.
#PortofBaku #BakıLimanı #GreenPort
“Yüklərin həcmi o qədər sürətlə böyüyür ki, biz Dəniz Limanımızın ötürmə qabiliyyətini artırmaq qərarına gəldik” .
Bu barədə Prezident İlham Əliyev Davosda “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə müxtəlif ölkələri təmsil edən biznes nümayəndələrinin suallarına cavabında deyib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan Aİ-nin “Qlobal Qapılar” adlanan layihəsində önəmli rol oynayır:
“Bu vaxtadək biz əsasən öz nəqliyyat infrastrukturumuza - dəniz limanlarına, hava limanlarına, dəmir yollarına, magistrallara sərmayə yatırmağa nail olmuşuq. Beləliklə demək olar ki, hər bir şey artıq hazırdır”.
Bu gün Azərbaycanda ilk dəmir yolunun - Bakı–Sabunçu–Suraxanı xəttinin açılışı ilə böyük tarixin başlamasından 146 il ötür.
1880-ci il yanvarın 20-də ilk qatar neft daşımaları üçün yola çıxdı. İllərin inkişafı onu yükdaşımalar üçün əvəzedilməz nəqliyyata, sərnişinlər üçün etibarlı yol yoldaşına çevirdi.
Bu gün ADY bu mirası qürurla yaşadır, həm ölkəmizdə, həm beynəlxalq müstəvidə dəmir yollarını Azərbaycanın aparıcı nəqliyyatı kimi inkişaf etdirmək üçün böyük səylə çalışır.
Əsr yarımlıq mirasın keşikçiləri olan dəmiryolçuları təbrik edir, məsuliyyətli və şərəfli işlərində uğurlar arzulayırıq.
#ady146 #AzərbaycanDəmirYolları146
36 il əvvəl canları bahasına azadlığımızın toxumunu səpmiş qəhrəmanlarımızın əziz xatirəsini dərin ehtiramla yad edirik.
Qəhrəmanlar unudulmur.
Bakı Limanı növbəti dəfə “EcoPorts” sertifikatına layiq görülüb
AZCON Holdingə daxil olan “Azərbaycan Dəmir Yolları” QSC-nin strukturunda fəaliyyət göstərən “Bakı Beynəlxalq Dəniz Limanı” MMC (Bakı Limanı) Avropa Dəniz Limanları Təşkilatının (“European Sea Ports Organization” – ESPO) Liman Ətraf Mühitin Təhlili Sistemi (PERS) çərçivəsində “EcoPorts” sertifikatına növbəti dəfə layiq görülmüşdür.
Regionda ilk dəfə olaraq 2019-cu ildə “EcoPorts” sertifikatını əldə etməklə “Yaşıl Liman” statusuna layiq görülən Bakı Limanı bu statusu ətraf mühitin mühafizəsi sahəsində ardıcıl və sistemli şəkildə həyata keçirilən tədbirlər nəticəsində qoruyub saxlamışdır. Ötən dövr ərzində Bakı Limanında ekologiyanın qorunması və davamlı inkişafın təmin edilməsi istiqamətində icra olunan çoxsaylı layihələr Limanın müvafiq resertifikasiya proseslərindən uğurla keçməsini təmin etmişdir.
Qeyd edək ki, Bakı Limanı üçün ətraf mühitin mühafizəsi və davamlı inkişafın təmin edilməsi əsas prioritet istiqamətlərdən biridir. Bu sahədə Liman tərəfindən yerli və beynəlxalq təşkilatlar, habelə aidiyyəti ekspertlərlə mütəmadi və sistemli əməkdaşlıq həyata keçirilir.
#BakıLimanı #PortofBaku
