en
Feedback
ShahIntel

ShahIntel

Open in Telegram

OSINT • GEOINT • IMINT • Conflict & Security Analysis

Show more
662
Subscribers
+124 hours
-27 days
-1330 days
Posts Archive
Yeni məqaləm YeniAvaz-da yayımlanıb. 🔥 “Colani İŞİD-ə qarşı koalisiyaya qoşulur” Suriya diplomatik xəritəsində yeni mərhələ başlayır. Şaraa hökumətinin ABŞ rəhbərliyindəki koalisiyaya qoşulması yalnız hərbi deyil, həm də siyasi və iqtisadi reabilitasiya prosesinin başlanğıcıdır. Bu yazıda ABŞ-nin yeni strategiyası, Dəməşqin legitimlik mübarizəsi və Yaxın Şərqdə formalaşan yeni güc arxitekturasının arxa planını oxuya bilərsiniz. 🔗 Məqaləni oxu: yeniavaz.com/az/news/256495/colani-isid-e-qarsi-koalisiyaya-qosulur

⚠️ İki gün öncə məqaləmdə ələ aldığım məsələ - ABŞ-nin Suriyadakı Sayqal hərbi hava bazasına yerləşməsi planı "Reuters" tərəf
⚠️ İki gün öncə məqaləmdə ələ aldığım məsələ - ABŞ-nin Suriyadakı Sayqal hərbi hava bazasına yerləşməsi planı "Reuters" tərəfindən "eksklüziv" olaraq təqdim edildi. Məqaləmdə buradan tanış ola bilərsiniz.

⚡️ ABŞ Suriyanın yeni hökumətini "İŞİD-ə qarşı beynəlxalq koalisiyaya" daxil etməyə hazırlaşır. 🔴Əhməd əl-Şaraanın Ağ Evə səfəri öncəsində diqqət yetiriləsi məqamlarla buradan tanış ola bilərsiniz.

📄 Yeni məqaləm YeniAvaz-da yayımlanıb. 🔥 “Səhranın yeni xəritəsi: ABŞ yerləşir, Colani legitimləşir” Suriyanın səhrasında sakitlik bitir — Sayqal Hərbi Bazası üzərində qurulan yeni geosiyasi model artıq yalnız hərbi yox, həm də diplomatik və strateji qarşıdurmanın mərkəzinə çevrilir. Bu yazıda ABŞ-İsrail planlarının, yeni Suriya hökumətinin, Şaraa səfərinin və bölgədə formalaşan “legitimləşmə” siyasətinin arxa planını oxuya bilərsiniz. 🔗 Məqaləni oxu

Suriyada son vəziyyət...
Suriyada son vəziyyət...

Repost from Caucasian Live
‼️ Yeni məqaləm Daktilo1984-də yayımlanıb. 🔥 Suriyada yeni bir model qurulur - "Süveyda modeli". Şam səhrası artıq yalnız hərbi münaqişələrin deyil, həm də demoqrafik mühəndisliyin, etno-siyasi dizaynın həyata keçirildiyi bir laboratoriyadır. Yeni məqaləmdə: 🔵ABŞ-İsrailin planları; 🔵Druz məsələsi; 🔵Ərəblərin sürgün edilməsi; 🔵Türkiyənin strateji dilemması ilə tanış ola bilərsiniz. 📖 Məqaləni oxu @CaucasianLive

Repost from Caucasian Live
🇸🇾 Colaninin liderliyi artıq keçmiş uğurları ilə ölçülmür, əksinə, yeni böhranların qarşısını hansı dərəcədə ala biləcəyi i
🇸🇾 Colaninin liderliyi artıq keçmiş uğurları ilə ölçülmür, əksinə, yeni böhranların qarşısını hansı dərəcədə ala biləcəyi ilə sınağa çəkilir. Yəni, legitimlik qazanıb-qazana bilməyəcəyi yalnız silahlı güc və ideoloji ritorika ilə deyil, böhran idarəetməsi qabiliyyəti ilə də müəyyən ediləcək. 🔵Bu səbəbdən, Colaninin transformasiyası sadəcə struktur baxımından deyil, eyni zamanda simvolik səviyyədə də əhəmiyyətlidir. Lakin bu simvolizmin arxasındakı məzmun hələ də sınanmağa davam edir. @CaucasianLive

Repost from Caucasian Live
🇸🇾 Buna paralel olaraq, İsrailin druzları yalnız bir azlıq olaraq deyil, eyni zamanda “sosial baryer” kimi formalaşdırmaq i
🇸🇾 Buna paralel olaraq, İsrailin druzları yalnız bir azlıq olaraq deyil, eyni zamanda “sosial baryer” kimi formalaşdırmaq istəyi aydın görünür. 🔵Təl-Əviv rəhbərliyi, ərəb–druz çaxnaşmasını daha da dərinləşdirmək və Süveyda bölgəsindəki etnik münaqişələri daimi hala gətirmək üçün məqsədyönlü sosial mühəndislik strategiyası həyata keçirir. 🔎 Bu strategiya yalnız demoqrafik quruluşun yenidən dizayn edilməsini deyil, həm də ictimai psixologiyanın da ziddiyyətli şəkildə yenidən formalaşdırılmasını əhatə edir. @CaucasianLive

Repost from Caucasian Live
🇸🇾 Colaninin liderliyini simvolik bir legitimliklə təmin etmək üçün həyata keçirdiyi diplomatik gedişlər və media strategiy
🇸🇾 Colaninin liderliyini simvolik bir legitimliklə təmin etmək üçün həyata keçirdiyi diplomatik gedişlər və media strategiyaları da bu çərçivədə dəyərləndirilməlidir. 🔵Qalstuklu müsahibələr, bəyanatlar, yerli məclislərlə inteqrasiya olunmuş idarəetmə formalarının yaradılması cəhdləri və sairə... Bunlar təkcə daxili ictimaiyyətə deyil, həm də xarici müşahidəçilərə və beynəlxalq aktorlara verilən mesajlardır. Lakin bu imic mühəndisliyi, Hicri kimi xarici dəstəkli fiqurlar qarşısında hələlik ciddi bir müqavimət formalaşdıra bilmir. @CaucasianLive

Repost from Caucasian Live
📝 Bu məsələni beynəlxalq münasibətlər nəzəriyyəçisi Yan Klarkın “legitimliyin struktural sahəsi” anlayışı ilə izah edə bilər
📝 Bu məsələni beynəlxalq münasibətlər nəzəriyyəçisi Yan Klarkın “legitimliyin struktural sahəsi” anlayışı ilə izah edə bilərik. 🔵Klarka görə, legitimlik təkcə daxili institusional qaydalarla deyil, eyni zamanda böyük güclərin dəyər verdiyi norma və çərçivələrə uyğunluqla formalaşır. ⚠️ Colaninin Türkiyə mərkəzli siyasi xətti isə, ABŞ və Ərəb blokunun “sabitlik” çərçivəsinə uyğun gəlmədiyi müddətcə, nə qədər praktik uğur qazansa da, sistem baxımından kənarda qalmaq riski daşıyır. @CaucasianLive

Repost from Caucasian Live
🇸🇾 Colaninin İsrailin planlarına qarşı çıxması və Türkiyə ilə qurduğu yaxın münasibət zahirən güclü bir siyasi mövqe kimi g
🇸🇾 Colaninin İsrailin planlarına qarşı çıxması və Türkiyə ilə qurduğu yaxın münasibət zahirən güclü bir siyasi mövqe kimi görünə bilər. Lakin bu mövqenin beynəlxalq sistemdə necə qəbul olunduğu ayrıca müzakirə mövzusudur. 🕵️‍♂️ Hazırda ABŞ və müttəfiqləri Suriyadakı, xüsusilə Süveydadakı hadisələrə “idarəolunan xaos” prinsipi ilə yanaşırlar. Buna müdaxilə edəcək istənilən aktoru isə sistem xaricindəki fiqur kimi təqdim edirlər. ⚠️ Nəticə olaraq, Əhməd əş-Şaraa lider kimi beynəlxalq səviyyədə tam formada legitimlik qazanmaq istəyirsə, qlobal sistemin “simvolik kodlarını” anlamalı və onlara uyğunlaşmalıdır. @CaucasianLive

Repost from Caucasian Live
🔎 Eyni zamanda Qreqori Trivertonun “analitik boşluq” nəzəriyyəsinə də bu məsələdə diqqət yetirmək olar. 🔵Trivertona görə, b
🔎 Eyni zamanda Qreqori Trivertonun “analitik boşluq” nəzəriyyəsinə də bu məsələdə diqqət yetirmək olar. 🔵Trivertona görə, bəzi aktorları sistematik şəkildə prosesdən kənarda saxlamaqla boşluqlar yaratmaq mümkündür. Bu boşluqlardan istifadə etməklə isə, yeni ittifaqlar formalaşdırıla bilər. 💫 Türkiyənin Suriya kontekstində bu prosesdən təcrid edilməsi təkcə geosiyasi marjinallaşma deyil, həm də Colaninin gələcək rolunu yenidən müəyyənləşdirməyə yönəlmiş sistematik bir müdaxilədir. Bu müdaxilə, İsrail və ABŞ-nin Cənubi Suriyanı öz strategiyasına uyğun şəkildə formalaşdırmaq istəyinin nəticəsidir. @CaucasianLive

Repost from Caucasian Live
⚠️ Birinci hissədə bildirmişdim ki, ABŞ artıq Türkiyənin Suriya meydanında rol oynamasını istəmir. Vaşinqtonun mesaj olduqca
⚠️ Birinci hissədə bildirmişdim ki, ABŞ artıq Türkiyənin Suriya meydanında rol oynamasını istəmir. Vaşinqtonun mesaj olduqca açıqdır: Colani yeni dövrün Əsədi ola bilər, amma Türkiyə yeni dövrün Rusiyası ola bilməz. 🔴Qısaca, ABŞ Şaraanı Türkiyə xəttindən qoparıb, ərəb blokuna yaxınlaşdırmaq niyyətindədir. 📝 Bu kontekstdə, Maykl Barnettin "beynəlxalq legitimlik” nəzəriyyəsinə diqqət yetirə bilərik. Barnettə görə, bir aktorun regional lider kimi tanınması yalnız onun daxili potensialı ilə deyil, eyni zamanda xarici aktorların onu hansı siyasi platformada legitimləşdirməsi ilə bağlıdır. 🔵Şaraanın hərbi-siyasi potensialı nə qədər yüksək olsa da, ABŞ onun Türkiyənin dəstəklədiyi bir lider kimi beynəlxalq səviyyədə tanınmasına imkan vermir. Bu yanaşma, Maykl Barnettin nəzəriyyəsində təsvir olunan xarici güclərin öz maraqlarını qorumaq üçün tətbiq etdiyi “geosiyasi balanslaşdırma” davranışıdır. @CaucasianLive

Repost from Caucasian Live
⚡️⚡️⚡️ Lakin ABŞ artıq Türkiyənin Suriya meydanında rol oynamasını istəmir. ⚠️ Verilən mesaj isə olduqca açıqdır: Colani yeni
⚡️⚡️⚡️ Lakin ABŞ artıq Türkiyənin Suriya meydanında rol oynamasını istəmir. ⚠️ Verilən mesaj isə olduqca açıqdır: Colani yeni dövrün Əsədi ola bilər, amma Türkiyə yeni dövrün Rusiyası ola bilməz. 🔴Başqa sözlə, Colaninin siyasi legitimliyi tanına bilər, lakin bu legitimliyin əsası Türkiyə üzərindən deyil, ABŞ-nin istiqamətləndirməsi ilə - ərəb ittifaqı vasitəsilə qurulmalıdır. ✅ Yəni, ABŞ Şaraanı Türkiyə xəttindən qoparıb, ərəb blokuna yaxınlaşdırmaq niyyətindədir. @CaucasianLive

Repost from Caucasian Live
🔥🔥🔥 Digər tərəfdən isə, İsrailin Cənubi Suriya planlarına qarşı çıxan Colani ABŞ-nin diqqətini və təzyiqlərini daha güclü
🔥🔥🔥 Digər tərəfdən isə, İsrailin Cənubi Suriya planlarına qarşı çıxan Colani ABŞ-nin diqqətini və təzyiqlərini daha güclü şəkildə hiss etməyə başlayıb. 🌟 Necə ki, keçmişdə Əsədin arxasında Rusiya dayanırdısa, bu gün Şaraanın arxasında Türkiyə var. Türkiyə, Əhməd əş-Şaraanın rəhbərlik etdiyi struktura həm hərbi, həm də siyasi qoruma zonaları təmin etməyə çalışır. @CaucasianLive

Repost from Caucasian Live
🇸🇾🇸🇾 Süveyda bölgəsində baş verənlər təkcə hərbi baxımdan bölgənin transformasiyası prosesi deyil; eyni zamanda beynəlxal
🇸🇾🇸🇾 Süveyda bölgəsində baş verənlər təkcə hərbi baxımdan bölgənin transformasiyası prosesi deyil; eyni zamanda beynəlxalq səviyyədə həyata keçirilən strateji istiqamətləndirmələrin bir nəticəsidir. 🔥 Bu mərhələdə İsrailin açıq dəstəyini arxasına alan Hikmət Səlman əl-Hicrinin rəhbərlik etdiyi druz silahlıları getdikcə daha kəskin şəkildə etnik və məzhəbi sərhədlər çəkərək nəzarətdə saxladıqları əraziləri genişləndirməkdədir. @CaucasianLive

Repost from Caucasian Live
🇸🇾🇸🇾 Lakin Süveyda bölgəsindəki itki Colaninin strategiyasında ciddi bir qırılma nöqtəsi oldu. Həm simvolik, həm coğrafi,
🇸🇾🇸🇾 Lakin Süveyda bölgəsindəki itki Colaninin strategiyasında ciddi bir qırılma nöqtəsi oldu. Həm simvolik, həm coğrafi, həm də məzhəbi baxımdan önəmli bir bölgənin itirilməsi yalnız onun nəzarət sahəsini daraltmaqla qalmadı, eyni zamanda onun psixoloji üstünlüyünü və ona güvəni də zəiflətdi. 🔵Bu nöqtədə Hel Brandsın “strateji elastiklik” nəzəriyyəsi aktuallaşır. Brandsa görə, bəzi liderlər böhranları transformasiya fürsətinə çevirə bilirlər. 🌟 Görünən odur ki, Əhməd əş-Şaraa məhz bu sınaqdan yenidən keçməli olacaq. Cənubdan aldığı zərbədən sonra Colaninin hansı strateji istiqamətə yönələcəyi hələ də qeyri-müəyyən olaraq qalır. ❔ Əsas sual budur: Şaraa Fəratın şərqindəki ərəb–kürd balansına fokuslanacaq, yoxsa yenidən hərbi cəhətdən təşəbbüsü ələ almağa çalışacaq? 🌟 Hər iki seçim həm taktiki, həm də siyasi baxımdan özündə fərqli risklər və fürsətlər daşıyır. @CaucasianLive

Repost from Caucasian Live
🇸🇾 Suriya vətəndaş müharibəsi başlayanda Colani, İraq-Şam İslam Dövləti (İŞİD) ilə əlaqəli şəkildə Suriyada fəaliyyətə başl
🇸🇾 Suriya vətəndaş müharibəsi başlayanda Colani, İraq-Şam İslam Dövləti (İŞİD) ilə əlaqəli şəkildə Suriyada fəaliyyətə başlayıb, lakin Əbu Bəkr əl-Bağdadinin sərt, mərkəzləşdirilmiş yanaşmasına, özünü xəlifə elan edərək xilafət qurmasına qarşı çıxaraq, 2013-cü ildə "Ən-Nüsra Cəbhəsi"ni qurub. 🔵“Ən-Nüsra” qısa zamanda Suriyadakı ən güclü cihadçı təşkilatlardan birinə çevrilib; lakin beynəlxalq təzyiqlər və yerli əhalinin dəstəyini itirmək təhlükəsi ilə qarşı-qarşıya qaldıqda, Colani 2016-cı ildə “Əl-Qaidə” ilə bütün əlaqələrini kəsdiyini elan edib və bu prosesi "Heyət Təhrir əş-Şam" (HTŞ) təşkilatının yaradılması ilə yekunlaşdırıb. Yeni qurulan HTŞ isə, görünüşdə sələfi-cihadçı imicdən uzaqlaşaraq daha praqmatik mövqedə qərarlaşıb. 🌟 Bu dəyişiklik yalnız təşkilati baxımdan deyil, Colaninin şəxsi kimliyində də əksini tapıb. Son mərhələdə o, klassik silahlı lider profilindən çıxaraq, özünü sivil görkəmli siyasi aktor kimi təqdim etməyə başlayıb, “Şaraa” kimliyi ilə faktiki ölkənin bir nömrəli siyasi lideri obrazına girib. @CaucasianLive

Repost from Caucasian Live
🇸🇾 Əbu Məhəmməd əl-Colani kimi tanınan liderin hərbi-siyasi təkamülü, Yaxın Şərqdə heç bir digər cihadçı liderin yaşamadığı
🇸🇾 Əbu Məhəmməd əl-Colani kimi tanınan liderin hərbi-siyasi təkamülü, Yaxın Şərqdə heç bir digər cihadçı liderin yaşamadığı qədər kəskin dəyişikliklərlə müşayiət olunub. 📝 Colaninin hekayəsi klassik silahlı qruplaşma liderlərindən fərqli olaraq, həm ideoloji, həm də təşkilati baxımdan çoxsaylı dəyişikliklərlə doludur. 2000-ci illərin əvvəlində dini təhsil alan və sahə əlaqələri quran Əhməd, bu dövrdə qlobal cihad anlayışını mənimsəyib. 🏴‍☠️ Daha sonra isə İraqda Əbu Musab əz-Zərkavinin rəhbərlik etdiyi “Əl-Qaidə” strukturlarına qoşulub. Zərkavinin ölümündən sonra həbs olunan Colani, azadlığa çıxar-çıxmaz Suriyaya yönəlib. @CaucasianLive

Repost from Caucasian Live
📚 Bu nöqtədə, Deyvid Kilkullenin “təsadüfi partizan” (accidental guerrilla) nəzəriyyəsi ön plana çıxır. 🔵Kilkullenin sözlər
📚 Bu nöqtədə, Deyvid Kilkullenin “təsadüfi partizan” (accidental guerrilla) nəzəriyyəsi ön plana çıxır. 🔵Kilkullenin sözlərinə görə, xarici dəstəklə qurulan strukturlar zaman keçdikcə öz daxili motivasiyalarını və sosial reflekslərini formalaşdırır. 🌟 Süveydadakı druz gücü də artıq yalnız özünü müdafiə edən bir struktur deyil, eyni zamanda potensial baxımından müstəqil hərbi hakimiyyət roluna bürünməyə meyilli bir qüvvədir. @CaucasianLive