ShahIntel
Open in Telegram
662
Subscribers
-124 hours
-47 days
-1530 days
Posts Archive
662
👨⚖️ “Biz sənə haqq ilə müjdə veririk. Ona görə də əsla ümidsizliyə qapılanlardan olma!” (əl-Hicr surəsi, 55-ci ayə)
@shahintel1
662
Repost from Caucasian Live
🇮🇷🤝🇺🇸 Beləliklə, İran uzun müddət ekzistensial təhdid kimi qəbul etdiyi iki əsas rəqibindən — Taliban və Səddam rejimindən — paradoksal şəkildə məhz ABŞ-nin hərbi müdaxilələri sayəsində xilas oldu.
Eyni zamanda, ABŞ-nin regionda uzunmüddətli hərbi və siyasi "bataqlığa" sürüklənməsi Tehran üçün qızıl imkanlar pəncərəsi açdı. Vaşinqtonun resurslarını bu münaqişələrə xərclədiyi dövrdə, İran yaranmış strateji boşluğu fürsətə çevirərək öz regional təsir şəbəkələrini genişləndirmək üçün həm zaman, həm də manevr imkanı qazandı.
Davamı olacaq...
- Nəsir Ağayev | @CaucasianLive
662
Repost from Caucasian Live
🔥 Burada xüsusi vurğulanmalı məqamlardan biri də İranın regional münaqişələrdən strateji divident qazanmaq bacarığıdır.
Tehran bir çox hallarda rəqiblərinin zəiflədilməsi və ya neytrallaşdırılması üçün digər aktorların, xüsusilə də ABŞ-nin hərbi gücündən "proksi" vasitə kimi istifadə etməyi bacarıb. Bu kontekstdə İraq və Əfqanıstan nümunələrinə nəzər yetirməliyik.
1990-cı illərin sonlarında Taliban İran üçün ekzistensial təhlükə idi. 1998-ci ildə Məzari-Şərifdə İran diplomatlarının qətlə yetirilməsi tərəfləri açıq müharibə həddinə gətirmişdi. Lakin 2001-ci ildə ABŞ-nin Əfqanıstana müdaxiləsi və Talibanın hakimiyyətdən uzaqlaşdırılması İranın şərq sərhədindəki bu böyük təhdidi faktiki olaraq aradan qaldırdı.
Oxşar dinamika İraqda da təkrarlandı. 2003-cü ildə ABŞ-nin müdaxiləsi nəticəsində Səddam Hüseyn rejimi və BƏƏS dövlət strukturu məhv edildi. İranın onilliklər boyu qarşısında duran ən böyük regional rəqiblərdən biri siyasi səhnədən silindi.
Beləliklə, 11 sentyabr hücumlarından sonra Vaşinqtonun apardığı hər iki genişmiqyaslı müharibə, paradoksal olsa da, Tehran üçün misilsiz strateji üstünlüklər və manevr imkanları yaratdı.
- Nəsir Ağayev | @CaucasianLive
662
Repost from Caucasian Live
🌎 Rəsmi Tehran regionun müxtəlif nöqtələrində sinxron fəaliyyət göstərə bilən çoxqatlı təsir sistemi formalaşdırdı.
Bu arxitekturanın mərkəzində İran İnqilab Keşikçiləri Korpusu (SEPAH), xüsusilə də onun xarici əməliyyatlar üzrə ixtisaslaşmış qolu olan Qüds Qüvvələri dayanırdı. Qüds Qüvvələri sadəcə hərbi təlim və silah təchizatı ilə kifayətlənmirdi; o, eyni zamanda yerli aktorlarla strateji siyasi əlaqələr qurur, ideoloji koordinasiya aparır, mürəkkəb logistika marşrutları yaradır və İranın regional tərəfdaşlarını vahid şəbəkədə birləşdirirdi.
Livanda fəaliyyət göstərən Hizbullah bu sistemin ən uğurlu və etalon nümunəsidir. 1982-ci ildə İsrailin Livana müdaxiləsindən sonra SEPAH-ın birbaşa dəstəyi ilə təsis olunan Hizbullah, zaman keçdikcə sadəcə silahlı qruplaşma çərçivəsindən çıxaraq siyasi partiya, media şəbəkəsi və geniş sosial infrastruktura malik "paralel dövlət" strukturuna çevrildi.
⚫️ İran bu təşkilat vasitəsilə Livanın daxili qərarvermə mexanizmlərinə təsir edən, hökumət böhranlarını idarə edən və regiondakı digər şiə milis qrupları üçün "master-model" rolunu oynayan bir struktur yaratdı. Hizbullahın nəhəng arsenala sahib olması, Suriya vətəndaş müharibəsində aktiv rol oynaması və digər proksi qruplara təlim keçməsi, İranın asimmetrik şəbəkə modelinin nə dərəcədə dərinləşdiyinin göstəricisidir.
- Nəsir Ağayev | @CaucasianLive
662
Repost from Caucasian Live
🇮🇷 İranın bu geosiyasi, strateji yanaşmasının əsasında iki paralel məntiq dayanırdı.
Birincisi, rəsmi Tehran hesab edirdi ki, ölkənin təhlükəsizliyi yalnız sərhədlər daxilində təmin edilə bilməz. ABŞ, İsrail və rəqib ərəb blokları ilə sistemli qarşıdurma şəraitində, hər hansı bir təhdid daha uzaq coğrafiyalarda – sərhəddən kənarda qarşılanmalıdır.
İkincisi, rejim dərk edirdi ki, 1979-cu ildən sonra formalaşdırdığı ideoloji model yalnız daxili legitimliklə kifayətlənə bilməz. Bu modelin yaşaması və təsir gücünü qoruması üçün regionda özünə sadiq siyasi, dini və silahlı şəbəkələr formalaşdırılmalı idi.
🔥 Beləliklə, İranın hərbi-siyasi doktrinasında “müdafiə” və “inqilabın ixracı” anlayışları zaman keçdikcə vahid bir məna kəsb etməyə başladı. Bu yanaşma daxili sabitliyi qorumaq üçün xarici ekspansiyanı zəruri edən unikal bir strateji sintezə çevrildi.
- Nəsir Ağayev | @CaucasianLive
662
Repost from Caucasian Live
🌎 1980-ci illərin ortalarından etibarən İran yalnız daxili siyasi sabitliyi təmin etməklə kifayətlənmədi. Rejim qısa müddətdə daha iddialı bir strategiya formalaşdırdı: regional müstəvidən başlayaraq qlobal miqyasda təsir dairəsi qurmaq. Bu strategiyanın mərkəzində beynəlxalq münasibətlər nəzəriyyəsində "power projection" (gücün proyeksiyası) adlandırılan konsept dayanırdı.
"Power projection" anlayışını Azərbaycan dilində "gücün sərhədlərdən kənarda tətbiqi" və ya "sərhədlərdən kənarda güc nümayişi qabiliyyəti" kimi izah etmək olar. Hərbi strategiya kontekstində bu termin dövlətin öz ərazisindən kənarda hərbi qüvvə yerləşdirmək, onu davamlı şəkildə təchiz etmək və uzaq coğrafiyalardakı hərbi-siyasi proseslərin gedişatına təsir etmək bacarığını ifadə edir.
Bu termin müasir mənada, xüsusilə İkinci Dünya müharibəsindən sonra, ABŞ-nin qlobal hərbi mövcudluq, dənizaşırı bazalar, təyyarədaşıyan qruplar və ekspedisiya qüvvələri vasitəsilə uzaq məsafələrə müdaxilə istəyi fonunda geniş istifadə olunmağa başlayıb. Yəni bu anlayışın istifadə edilməsinə əsas səbəb böyük dövlətlərin öz maraqlarını minlərlə kilometr uzaqda təmin etmək ehtiyacı ilə bağlıdır.
⚠️ Qısası, "power projection" sadəcə hərbi müdaxilə demək deyil; dövlətin öz sərhədlərindən kənarda siyasi, ideoloji, hərbi və iqtisadi alətlər vasitəsilə təsir qurması deməkdir. İran da bu modeli klassik imperiya üsulu ilə deyil, daha çox asimmetrik və şəbəkə əsaslı bir sistem üzərindən həyata keçirməyə başladı.
- Nəsir Ağayev | @CaucasianLive
662
Repost from Caucasian Live
☪️ Şiəlik burada sadəcə bir etiqad deyil, cəmiyyətin müxtəlif təbəqələrini birləşdirən identifikasiya elementi və yeni hakimiyyətin legitimliyini təmin edən ideoloji çərçivə kimi çıxış etdi.
İran–İraq müharibəsi isə bu ideologiyanın möhkəmlənməsində xüsusi rol oynadı. Rəqib tərəfin sünni və ərəb kimliyi ilə xarakterizə olunması, yeni formalaşan sistem üçün "göydəndüşmə" bir fürsətə çevrildi.
Səkkiz il davam edən bu qanlı müharibə İran cəmiyyətində sarsılmaz bir səfərbərlik və həmrəylik atmosferi yaradaraq, yeni siyasi sistemin möhkəmlənməsinə xidmət etdi. Məhz bu dövrdə Bəsic kimi yarımhərbi strukturlar formalaşdı və dövlətin ayrılmaz hissəsinə çevrildi.
🔥 Nəticədə, 1979-cu il inqilabı ilə təməli qoyulan yeni İran dövlət modeli iki sütun üzərində yüksəldi: daxili konsolidasiya və xarici ekspansiya. Bu gün müşahidə etdiyimiz ABŞ–İran–İsrail qarşıdurması da məhz həmin bu iki strateji xəttin geosiyasi maraqlarla toqquşmasının məntiqi nəticəsidir.
- Nəsir Ağayev | @CaucasianLive
662
Repost from Caucasian Live
🤳 Məsələn, 1979-cu ildə İran əhalisinin təxminən 60%-i kəndli və ya yarı-feodal mühitdə yaşayırdı və bu kütlələrin ortaq sinfi maraqları yox idi. Onları vahid bir ideya ətrafında cəmləmək üçün ən əlverişli vasitə şiə kimliyi hesab edildi. İslamda monarxiyanın qeyri-məqbulluğunu, xüsusilə 12 imamçı şiəlikdə şah və ya imperator hakimiyyətinə yer olmadığını konseptual şəkildə əsaslandıran Ruhulla Xomeyni inqilabın rəhbərliyinə gətirildi.
Xomeyni həm Səddamın BƏƏS rejimi, həm Atatürkçü Türkiyə modeli, həm də de Qoll Fransası ilə əlaqələri olan, müxtəlif dövlət idarəçilik sistemlərinə bələd bir fiqur idi. Başqa sözlə, o, ölkənin bütövlüyünü təmin etmək üçün "ideal rəhbər" profilinə uyğun gəlirdi. Nəticədə İran dövlətçiliyi üçün yeni bir səhifə açıldı: Xomeyni liderliyində, mərkəzində şiəlik faktoru dayanan İslam Respublikası modeli.
- Nəsir Ağayev | @CaucasianLive
662
Repost from Caucasian Live
🇮🇷 İran mövzusuna qayıdası olsaq... Mövcud qarşıdurmanın mahiyyətini dərk etmək üçün ilk növbədə İslam Respublikasının təsisolunma məntiqinə nəzər salmaq lazımdır. 1979-cu il inqilabını yalnız dini və ya ideoloji bir fenomen kimi təqdim etmək hadisəyə kifayət qədər səthi yanaşmaqdır.
İran tarixində mərkəzi hakimiyyətin zəiflədiyi hər dövrdə ölkənin etnik və regional parçalanma riski qabarıq şəkildə özünü büruzə verib. Şah rejiminin süqutu ərəfəsində də alternativ yollar axtaran qüvvələr olduqca çox idi: solçu-marksist təşkilatlar, millətçi hərəkatlar, liberal qruplar və dini çevrələr aktiv fəaliyyət göstərirdi. Hətta o dövrdə İranın sovet tipli sosialist modelə keçidi belə real ehtimallar arasında müzakirə olunurdu.
📹Lakin dövlət aparatının nüvəsi üçün məsələ sadəcə ideoloji seçim deyil, dövlətin bütövlüyünü qorumaq idi. İran elitası yaxşı dərk edirdi ki, mərkəzi hakimiyyətin zəifləməsi ölkənin dağılması ilə nəticələnə bilər. Buna görə də prioritet məsələ yeni bir ideologiya yaratmaqdan çox, dövlətin unitar strukturunu qoruyub saxlayacaq və cəmiyyətin bütün təbəqələrini vahid mərkəz ətrafında birləşdirəcək effektiv bir siyasi modelin tapılması idi.
- Nəsir Ağayev | @CaucasianLive
662
Repost from Caucasian Live
🔥 Bu vəziyyət xüsusilə bizim coğrafiyamız üçün daha təhlükəlidir. Çünki regionumuzdakı dövlətlər hələ də klassik mənada güc siyasəti yürüdür, təsir zonaları uğrunda rəqabət aparır və proksi qüvvələrdən fəal istifadə edirlər. Belə bir mühitdə Realpolitik prinsiplərindən uzaqlaşmaq birbaşa "strateji korluqdur".
Hesab edirəm ki, baş verən prosesləri düzgün oxumaq və anlamaq üçün ilk növbədə romantik, qeyri-real siyasi yanaşmaları tərk etmək lazımdır. Çünki müasir beynəlxalq sistemdə müharibə, diplomatiya, iqtisadi sanksiyalar, təzyiq alətləri və proksi qüvvələr vahid strateji xəttin ayrılmaz tərkib hissələridir.
- Nəsir Ağayev | @CaucasianLive
662
Repost from Caucasian Live
🕚 Son onilliklərdə beynəlxalq münasibətlər barədə rəy formalaşdıran akademik çevrələr, media qurumları və özünü ekspert kimi təqdim edənlərin böyük hissəsi elementar bir həqiqətdən uzaqlaşıb: Realpolitik anlayışı sanki siyasi lüğətdən silinib.
Milli maraqlar, güc balansı, məcburetmə, çəkindirmə və təsir dairəsi kimi real anlayışların yerini emosional ritorika, ideoloji yanaşmalar və şüarçılıq tutub. Bu yanaşma kütlələr üçün cəlbedici görünsə də, dövlət mexanizminin real işləmə prinsiplərini izah etməkdə acizdir.
Bu günə qədər geniş yayılmış səhv qənaətlərdən biri də "sərt güc" (hard power) siyasətinin əhəmiyyətini itirməsi və dövlətlərin yalnız beynəlxalq hüquq çərçivəsində hərəkət etməyə məhkum olması ilə bağlıdır. Halbuki praktika bunun tam əksini sübut edir. İkinci Dünya müharibəsindən sonra yalnız terminlər və üslublar dəyişib, mahiyyət isə eyni qalıb: güc, təzyiq, qorxutma, iqtisadi boğma, infrastrukturun sıradan çıxarılması, proksi qüvvələr, sosial dayaqların məhv edilməsi kimi yanaşmalar hələ də siyasətin tam mərkəzindədir.
Sadəcə, bu fəaliyyətlər artıq "təhlükəsizlik", "stabilləşdirmə", "məhdud müdaxilə" və ya "humanitar narahatlıq" kimi "sehrli" sözlərlə təqdim edilir.
👨⚖️ Həm cəmiyyətlər, həm də bir çox siyasətçilər məhz bu nöqtədə reallıqdan qopublar. Beynəlxalq münasibətlərdə güc amilinin həlledici rolunu qəbul etmək əvəzinə, onlar hüquqi terminologiyanın və ideoloji simpatiyaların labirintində ilişib qalıblar.
- Nəsir Ağayev | @CaucasianLive
662
Repost from Caucasian Live
🇮🇷🇺🇸🇮🇱 İran-ABŞ və İsrail arasındakı qarşıdurmanın mahiyyətini anlamaq üçün əvvəlcə iki əsas suala cavab vermək lazımdır: bu qarşıdurma niyə başladı və tərəflərin strateji məqsədləri nədir?
İlk olaraq vurğulamaq lazımdır ki, hərbi əməliyyatlara baxmayaraq, diplomatik proseslərin tamamilə dayandığını düşünmək yanlış olar. Müxtəlif gizli və ya yarı-rəsmi kanallar vasitəsilə təmasların davam etməsi hər zaman mümkündür. Çünki ABŞ Prezidenti Donald Tramp kimi fiqurlar müharibəni bir məqsəd və ya yekun nəticə deyil, diplomatiyanın sərt forması və davamı kimi görürlər.
💭 Trampın siyasi refleksləri ABŞ tarixindəki "realist məktəbin" nümayəndələrini xatırladır. Onu bu mənada Vilyam Mak-Kinli və Teodor Ruzvelt kimi liderlərlə müqayisə etmək olar.
Onların siyasi fəlsəfəsində müharibə və diplomatiya bir-birinə zidd anlayışlar deyil, əksinə, bir-birini tamamlayan alətlərdir. Diplomatiya nəticə vermədikdə müharibə vasitəyə çevrilir, hərbi güc müəyyən nəticəni təmin etdikdə isə yenidən diplomatiya masasına qayıdılır. Beynəlxalq siyasətin işləmə mexanizmi məhz bu dinamik balans üzərində qurulub və bunu görməmək reallığı inkar etməkdir.
- Nəsir Ağayev | @CaucasianLive
662
Repost from Caucasian Live
🔥 Müasir hərbi doktrinalarda bu model adətən “məhdud müharibə” (limited war) və ya “operativ müharibə” (operational warfare) kimi xarakterizə olunur. Bu yanaşma genişmiqyaslı işğaldan fərqli olaraq, qarşı tərəfin hərbi infrastrukturunu, komanda-idarəetmə sistemini, enerji və logistika şəbəkələrini mərhələli şəkildə sıradan çıxarmağa yönəlmiş koordinasiyalı əməliyyatlar kompleksini ifadə edir.
Başqa sözlə desək, məqsəd qarşı tərəfin ərazisini dərhal işğal etmək deyil, onun hərbi, iqtisadi və siyasi əməliyyat qabiliyyətini sistemli şəkildə sıradan çıxarmaqdır.
⚠️ Bu baxımdan bu gün Yaxın Şərqdə müşahidə etdiyimiz mənzərə beynəlxalq sistem üçün yeni bir hadisə deyil, əksinə son otuz ildə formalaşmış müasir hərbi-strateji modelin davamıdır.
- Nəsir Ağayev | @CaucasianLive
662
Repost from Caucasian Live
🇮🇷🇮🇱🇺🇸 İran, İsrail və ABŞ arasındakı son hərbi gərginliyi qiymətləndirərkən, ilk növbədə hüquqi müstəvidə klassik mənada elan edilmiş bir müharibənin olmadığını qeyd etmək lazımdır.
Buna baxmayaraq, regiondakı hadisələr faktiki olaraq genişmiqyaslı hərbi qarşıdurmanın bütün elementlərini özündə ehtiva edir. Bu qarşıdurma əsasən hava və dəniz əməliyyatları, kəşfiyyat fəaliyyəti, sabotajlar və məhdud zərbələr çərçivəsində cərəyan etdiyindən, onu formal dövlətlərarası müharibə kimi təsnif etmək çətindir.
Mövcud vəziyyət sadəcə Rusiya-Ukrayna müharibəsindəki "xüsusi hərbi əməliyyat" ifadəsi kimi terminoloji manipulyasiya deyil. Həqiqətən də ortada genişmiqyaslı quru əməliyyatı yoxdur və ABŞ Konqresi tərəfindən müharibə qərarı qəbul edilməyib.
🔥 Tarixdə buna bənzər nümunələr kifayət qədərdir. Xüsusilə 1990-cı illərdə və Pax Americana dövründə ABŞ-nin həyata keçirdiyi bir sıra hərbi əməliyyatlar müharibə elan edilmədən aparılıb. Məsələn, 1991-ci ildə İraq ordusunu Küveytdən çıxarmaq üçün icra edilən “Səhra fırtınası” əməliyyatı rəsmi müharibə statusu daşımırdı. Eyni şəkildə, 2001-ci ildə Əfqanıstanda Talibana qarşı başladılan əməliyyatlar və 2011-ci ildə Liviyada Qəddafiyə qarşı NATO müdaxiləsi də məhz bu modelə uyğun idi.
- Nəsir Ağayev | @CaucasianLive
662
İran-İraq sərhədinin Soran rayonu istiqamətindəki vəziyyət...
(Ərbil vilayəti, Kürdistan Muxtar Regionu, İraq Respublikası)
@shahintel1
662
Repost from Caucasian Live
📝 Türkiyənin daxili siyasətində diqqət çəkən və ciddi suallar doğuran məqamlardan biri Özgür Özəlin partiya lideri kimi deyil, radikal təşkilatın təbliğatçısı kimi çıxış etməsidir.
CHP lideri son çıxışlarında siyasi lider mövqeyindən deyil, Türkiyəyə qarşı silahlı mübarizə aparmış Abdullah Öcalan, Cəmil Bayık, Murat Qarailan kimi fiqurların dili ilə danışmağa başlayıb. Onun açıqlamalarında KCK-ya bağlı strukturların - PKK, YPG və PJAK-ın - törətdiyi terror aktları, kütləvi qətllər, mülki əhaliyə qarşı cinayətlər, Suriya və İraqın ərəb bölgələrində möhkəmlənərək enerji resurslarını nəzarət altına alma cəhdləri, eləcə də Türkiyənin ərazi bütövlüyünə qarşı yönəlmiş silahlı fəaliyyətləri barədə hər hansı prinsipial mövqe ortaya qoyulmur. Bunun əvəzində isə təşkilatın manipulyativ və reallıqdan uzaq təbliğat tezisləri yüksək səslə və tənqidsiz formada səsləndirilir. Səbəb də bəllidir: kürdlərin səslərini toplamaq.
Məsələ bununla da yekunlaşmır. CHP-nin mövcud ritorikasında dövlət məsuliyyətini əks etdirən balanslı mövqeyə rast gəlinmir. Açıqlamalarda birbaşa SDQ-nin terminologiyasından istifadə olunur, cihadçı qruplar və İŞİD üzərindən mövqe formalaşdırılaraq Dəməşq hakimiyyətinin legitimliyi sual altına alınır. Halbuki son əməliyyatlar zamanı məhz YPG İŞİD üzvlərinin saxlanıldığı həbsxanaları qəsdən boşaldaraq regionda terror təhlükəsini artırmağa çalışmışdı.
Bu gün beynəlxalq müstəvidə YPG-ni açıq və qeyd-şərtsiz şəkildə müdafiə edən siyasi aktorların sayı minimum səviyyəyə enib. Belə bir şəraitdə Türkiyənin ana müxalifət liderinin tutduğu mövqe təkcə siyasi səhv deyil, eyni zamanda kürd silahlı strukturlarının legitimləşdirilməsinə cəhddir.
Son illər ərzində CHP-nin atdığı addımlara diqqət yetirmək kifayətdir. Bəşər Əsəd devrilməzdən cəmi bir neçə saat əvvəl onunla dialoqa çağırış edilməsi bu xəttin təsadüfi olmadığını göstərir. Bütün bunlar onu deməyə əsas verir ki, burada söhbət nə emosional çıxışlardan, nə də məlumatsızlıqdan gedir. Bu, şüurlu seçimdir.
⚫️ Ən problemli məqam isə budur: Cümhuriyyətin qurucusunun yaratdığı bir partiyanın xarici siyasətdə açıq şəkildə məzhəbçi yanaşmalar sərgiləməsi və terror strukturlarına simpatiya ilə assosiasiya olunan bir xəttə sürüklənməsidir.
Bu, artıq taktiki siyasi çıxış deyil, məqsədli bir seçimdir.
- Nəsir Ağayev I @CaucasianLive
662
🗣 Son dövrdə baş verən hadisələrin mərkəzində yer alan Şeyx Maqsud məhəlləsi adını bölgədə yaşamış Şeyx Muradın oğlundan alır.
Təxminən 14 ildir Suriya Demokratik Qüvvələrinin nəzarətində olan Şeyx Maqsud və ona bitişik yaşayış massivləri bu müddət ərzində:
⚪️Əsəd rejiminin silahlı qüvvələri;
⚪️Azad Suriya Ordusu strukturları;
⚪️müxtəlif silahlı qruplaşmaları
tərəfindən dəfələrlə mühasirəyə və hədəfə alınıb. Lakin bu cəhdlərin heç biri real nəticə verməyib.
Bu uğursuzluqların əsas səbəbi yalnız ərazidə çox sayda mülki şəxsin yaşaması deyil, eyni zamanda illər ərzində sistemli şəkildə formalaşdırılmış hərbi və müdafiə infrastrukturudur.
Çoxqatlı və dərinlik prinsipinə əsaslanan müdafiə xəttinə malik məhəllədə peşəkar snayper qrupları və Tel Rıfat istiqamətindən geri çəkilən təcrübəli döyüşçülər fəaliyyət göstərir.
Qeyd olunan amillər Şeyx Maqsudu adi yaşayış məntəqəsindən çıxararaq möhkəmləndirilmiş müdafiə zonasına çevirir.
Mövcud hərbi-siyasi şərait göstərir ki, bu əraziyə qarşı klassik hərbi müdaxilə ssenariləri indiyədək yüksək itkilər səbəbilə effektiv olmayıb və yaxın perspektivdə də ciddi risklər ehtiva edir.
Qeyd etmək lazımdır ki, hazırda bu ərazidə 200 min insan yaşayır.
662
✅ Yeni məqaləm YeniAvaz-da yayımlanıb.
🔥 “Zap əfsanəsinin sonu: PKK-nın məğlubiyyəti”
“Zap Respublikası”ndan “Midiya Müdafiə Bölgələri”nə qədər uydurulan bütün siyasi konstruksiyalar bir-bir çökməkdədir. PKK-nın 40 ildən artıq ideoloji və hərbi dayaq nöqtəsi sayılan Zap düşərgəsi artıq tam şəkildə boşaldılır...
Bu araşdırmada PKK-nın Zapdakı strukturunun necə çökdüyünü, “Midiya” narrativinin niyə dağılmağa məhkum olduğunu və Türkiyənin “Pəncə” əməliyyatlarının bölgədə yaratdığı yeni reallıqları oxuya bilərsiniz.
🗺️ Həmçinin Zap ətrafındakı Zeyri, Pirsiya, Matin, Bizni, Marin, Barxunaşki, Linki, Ciyuki Baş və Kokə kimi həyati yüksəkliklər xəritə üzərində göstərilir.
🔗 Məqaləni oxu:
https://www.yeniavaz.com/az/news/257226/zap-efsanesinin-sonu-pkk-nin-meglubiyyeti
