ShahIntel
Open in Telegram
662
Subscribers
-124 hours
-47 days
-1530 days
Posts Archive
662
🇹🇷🇮🇷 Mahabadda zərərsizləşdirilən dörd PJAK üzvünün şəxsiyyəti müəyyən edilib.
1️⃣ Zərrin Ağbaş (kod adı: Arjin Jiyanda Garzan)
Qrup komandiri Arjin Jiyanda Türkiyənin Tatvan bölgəsində anadan olub. O, 2013-cü ildə PKK-ya qoşulub; Maku, Mərivan, Sarıdaş və Mahabad istiqamətlərində əməliyyatlarda iştirak edib.
2️⃣ Pərəsü Sefayipur (kod adı: Cihan Sirvan)
Mərivan şəhərində anadan olub. 2019-cu ildə PJAK-a qoşulub.
3️⃣ Xəlil Çiçək (kod adı: Baver Cudi)
1992-ci ildə Türkiyənin Muş bölgəsində anadan olub. 2019-cu ildə Almaniyada PKK-ya qoşulub və Türkiyəyə qarşı həyata keçirilən əməliyyatlarda iştirak edib. Xüsusilə tunellərin qazılması və hazırlanması sahəsində ixtisaslaşıb.
2023-cü ildən etibarən fəaliyyətini İran istiqamətində davam etdirib.
4️⃣ Rəsul Yeganə (kod adı: Şahan Qabar)
Xoy şəhərində anadan olub. 2025-ci ildə PJAK-a qoşulub.
@ShahIntel1
662
Repost from Caucasian Live
🇦🇿 Bu Bazar günü Azərbaycanda Prezident seçkiləri keçirilsə, kimə səs verərdiniz?
662
🇹🇷🇮🇷 Banədəki toqquşmalar zamanı İran təhlükəsizlik strukturlarının mənsubu leytenant Afşin Fəthi PJAK silahlıları tərəfindən öldürülüb.
@ShahIntel1
662
🔴 Soyuqbulaq (Mahabad) istiqamətində, Yuxarı Bagərdan kəndi - Ruteh (1990 m) dağı xəttində PJAK ilə SEPAH arasında toqquşma davam edir.
@ShahIntel1
662
🇹🇷🇮🇷 Pavə istiqamətindəki döyüşlərdə iki SEPAH əməkdaşı - Xalid Xalidi və Bürhan Kərsani öldürülüb.
Son olaraq 30 iyunda Mahabad-Piranşəhr xəttində hücumları həyata keçirən PJAK qrupu pusquya salınıb və 4 üzvü öldürülüb.
@ShahIntel1
662
🇹🇷🇮🇷 Banə hadisəsindən dərhal sonra, 27 iyun axşamı Mahabad–Piranşəhr yolunda yerləşən Şarasten istiqamətində, Vəlizadə mədən sahəsində döyüşlər başlayıb.
Şarasten qarşıdurmasından sonra Mahabadın Qaqaş kəndi ətrafında, xüsusilə də Pir Sənan (2220 m), Musa (2398 m), Kani Reş (2347 m) və Dərviş Paşa (2474 m) dağı istiqamətində kürd silahlıları ilə İran SQ arasında döyüşlər qeydə alınıb.
@ShahIntel1
662
🇹🇷🇮🇷 25 iyunda toqquşmalar Asos düşərgəsinin şimalına, İranın Kürdüstan ostanının Banə şəhəri istiqamətinə sıçrayıb.
PJAK-ın silahlı qanadı YRK-nın açıqlamasına görə, SEPAH-a aid üç PUA Şivi kəndi ətrafına zərbələr endirib. 26-dan 27-ə keçən gecə isə kürd silahlıları Banə-Saqqız yolu yaxınlığında yerləşən Səbətli nəzarət məntəqəsinə hücum edib.
Hücum zamanı FARAJA əməkdaşları Məhəmməd Həsən Beygi və müddətli hərbi qulluqçu Martin Əhədi öldürülüb. Daha iki polis əməkdaşı və iki mülki şəxs yaralanıb.
@ShahIntel1
662
🇹🇷🇮🇷 İlk toqquşma 7 iyunda Mərivan yaxınlığında baş verib.
PJAK üzvlərinin Kavxi (2083 m) - Marov (1824 m) dağı istiqamətindən hərəkət etdiyini, yəni PKK-nın Asos düşərgəsindən dəstək aldığını deyə bilərəm. PJAK-ın hərbi qanadı YRK-nın yaydığı açıqlamaya görə, həmin gün İran SQ təşkilatın mövqelərini artilleriya və minaatanlarla atəşə tutub.
Mərivan istiqamətində ikinci toqquşma 16 iyun tarixində qeydə alınıb. SEPAH YRK-nın mövqelərini Katyuşa tipli raketlərlə vurub. Həmçinin bölgədə adı bilinməyən bir qrup yerli sakinlərdən “vergi” toplamağa çalışıb.
İyun ayının ortasında isə toqquşmalar pik həddə çatıb. Xov və Mirabad bölgəsində toqquşmalar zamanı İran sərhədçisi Danyal Nuriyan öldürülüb.
@ShahIntel1
662
🇹🇷🇮🇷 İranın qərbində - Kürdüstan, Qərbi Azərbaycan və Kirmanşah ostanlarında iyunun ilk həftəsindən etibarən silahlı insidentlər qeydə alınır.
Hadisələr əsasən Mərivan, Banə, Mahabad-Piranşəhr istiqaməti və Pavədə baş verir.
Qarşıdurmalarda İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH), sərhəd qüvvələri, FARAJA, PJAK-ın silahlı qanadı YRK və kimliyi tam aydın olmayan “Xori Hiva” adlı yeni qrup iştirak edir.
@ShahIntel1
662
⚡️ 04/04/2026-cı il tarixinə qədər
İran münaqişəsində tərəflərin vizual təsdiqlənmiş hərbi vasitə itkilərinin maliyyə dəyəri:
🇺🇸 ABŞ - 3.4 milyard dollar (47.29%)
🇮🇷 İran - 3.3 milyard dollar (45.90%)
🇮🇱 İsrail - 0.38 milyard dollar (5.32%)
@shahintel1
662
🔴 04/04/2026-cı il tarixinə qədər İran münaqişəsində tərəflərin vizual olaraq təsdiqlənmiş hərbi vasitə itkilərinin statistikası
@shahintel1
662
🔴 03/04/2026-cı il tarixə kimi İran münaqişəsində tərəflərin vizual təsdiqlənmiş hərbi vasitə itkilərinin statistikası
@shahintel1
662
Türkiyə-İraq-İran sərhədinin birləşdiyi nöqtədə yerləşən PJAK-ın Dalamper düşərgəsi və ətrafdakı İran sərhəd postları...
@shahintel1
