Xeyirin Açarı
Open in Telegram
"Nə xoş o insanın halına ki, Allah Təala xeyirin açarını onun əlində edib." https://www.instagram.com/xeyirinacari/ ⚠️ Kanalda olan bütün paylaşımları götürüb başqa yerdə paylaşa bilərsiniz.
Show more3 009
Subscribers
-124 hours
+47 days
-1730 days
Posts Archive
3 009
📌 Allahın razılığını qazanmaq üçün bəzən mal-pul xərcləməyə ehtiyac yoxdur. Bir müsəlmanı sevindirmək, onu sıxıntısını aradan qaldırmaq, ona gözəl söz söyləmək də Allahın razılığını qazandırır. Bunların əksi də əlbəttə Allahın sevmədiyi əməllərdir. Ona görə də bir müsəlmanı üzməkdən, onu sıxıntı və kədərə salmaqdan şiddətlə çəkinmək lazımdır.
https://t.me/xeyirinacari
3 009
📣 #ELAN
Əssələmu aleykum va rahmətullahi və bərakətuh dəyərli @xeyirinacari üzvləri.
📍Dəqiq bilinməyən bir səbəbdən YOUTUBE kanalınımız bağlanmışdır.
📍Ona görə də yeni YOUTUBE kanalımızı sizə bildirmək istəyirəm. Əvvəlki vidoları in şəə Allah bir-bir yüklənəcək. Vidolar həm teleqramda həm də YOUTUBEda paylaşılacaq. Bəzən teleqramda paylaşılan vidonun həcmi böyük olduğu üçün onu yükləmək hər kəs tərəfindən əlçatan olmur. Ona görə də kim istəsə YOUTUBE kanalımıza abunə ola bilər və videolara da oradan baxa bilər. Linki aşağıda paylaşıram. Allah sizi xeyirlə mükafatlandırsın və öyrəndiklərimizi faydalı etsin. Əmin
https://youtube.com/@xeyrinacari?si=oMqDlhcqu3NBh07G
3 009
Böyük səhabənin fəhmi :
Huzeyfə ibn Yəmənə (radiyallahu anhu) sual verirlər ki: Yaşayan ölü nə deməkdir?
Buyurdu ki: "Bu o kəsdir ki, pisliyi nə əli, nə dili nə də ki, qəlbi ilə inkar edir".
(📚 رواه البيهقي في شعب الإيمان (7184))
✍Bü ümmətin başqa ümmətlərdən üstün edilməsinin ən böyük səbəblərindən biri də, onların yaxşılığı əmr edib pislikdən çəkindirmələridir. Uca Allah buyurur:
"Siz insanlar arasında üzə çıxarılmış ən xeyirli ümmətsiniz. Siz yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha iman gətirirsiniz." (Ali İmran 110)
http://t.me/xeyirinacari
3 009
⚠️ Demokraniyanı tərifləyən və ya "bu, İslamın hökmündən daha yaxşıdır" deyən kəs haqqında.
(📍Şeyx Saleh Fovzan (hafizəhullah)))
https://t.me/xeyirinacari
3 009
📌 Bir-birini Allah üçün sevən müsəlmanlar bu sevgi bağının qorunması və qopmaması üçün əlindən gələni etməlidir. Çünki bu cür sevgi axirətdə fayda verəcək ən böyük əməllərdəndir. Allah üçün olan sevginin yoxa çıxması və zədələnməsi yalnız iblisi və onun dostlarını sevindirər.
http://t.me/xeyirinacari
3 009
📍Birinci səfdə namaza dayanan uşaqları birinci səfdən uzaqlaşmağa heç kəsin haqqı yoxdur.
https://t.me/xeyirinacari
3 009
📌SADİQLİK HƏMİŞƏ QURTULUŞDUR.
💡Əbu Hatim Razi deyir ki, mən imam Əhməddən soruşdum: "Qur'an məxluqdur" fitnəsi zamanı sən Vasiqin qılıncından və Mötəsimin sopasından canını necə qurtara bildin? O mənə belə cavab verdi: Ey əbu Hətim! Əgər sidq (doğruluq) bir yaraya qoyularsa mütləq onu sağaldar.
(📙 تاريخ دمشق" ٥/ ٣٢٠)
(✍ Bunlar doğruya inanmış və doğrunun onları qurtaracağına yəqinliklə iman gətirən kişilər idi. Onların bu sadiqliyinə görə də Allah onları həm onlar həyatda ikən həm də öləndən sonra başqalarından üstün etdi.)
https://t.me/xeyirinacari
3 009
📍Müsəlman heç bir yaxşı əməli kiçik görməməlidir. Çünki o hansı əməlin onu cənnətə salacağını bilmir.
https://t.me/xeyirinacari
3 009
📍Əxlaqının gözəl olmasını buna istəyirsənsə ilk öncə qəlbini təmizləməklə başla.
https://t.me/xeyirinacari
3 009
⛔️ Bir çox insan lənətin nə demək olduğunu dərk etmir. Bir insana lənət etmək onun Allahın rəhmətindən uzaq olmasını istəməkdir. Lənətə düçar olan insan nə dünyada nə də axirətdə nicat tapmaz.
📍Lənətə layiq olmayan birinə lənət etdikdə qorxulur ki, o lənət həmin kəsin özünə qayıtsın. Şəriətdə elə böyük məsəllər var ki, onların həlli yalnız lənətləşməklə həll edilir. Hədisdə deyilir:
Müsəlmana lənət etmək onu öldürmək kimidir.
Dilinizi lənətə öyrəşdirməyin. Bu salehlərin eləyəcəyi iş deyil.
https://t.me/xeyirinacari
3 009
#Osman_ibn _Əffan
Rəşidi xəlifələrinin üçüncüsü və böyük səhabə – Osman ibn Əffan (Allah ondan razı olsun) bir dəfə belə demişdir:
“Həqiqətən, mən Rəbbimlə qarşılaşmaq üçün on şey tədarük etdim (azuqə topladım):
● Mən İslamı qəbul edən dördüncü şəxs idim.
● Mən çətinlik zamanında (Təbuk yürüşündə) qoşunu təchiz edən şəxs idim.
● Mən Allah Rəsulunun (sallallahu əleyhi və səlləm) sağlığında Quranı bir yerə toplamağa başladım.
● Allah Rəsulu (sallallahu əleyhi və səlləm) öz qızını mənə ərə verərək mənə etibar etdi. O vəfat etdikdə isə digər qızını mənə ərə verdi.
● Mən heç vaxt mahnı oxumamışam.
● Mən heç vaxt yalan danışmamışam.
● Sevimli Peyğəmbərə (sallallahu əleyhi və səlləm) sağ əlimlə beyət etdikdən sonra, o əlimlə bir daha heç vaxt cinsiyyət üzvümə toxunmamışam.
● İslamı qəbul etdikdən sonra hər il cümə günü bir qul azad edirdim. Əgər həmin gün qulum yox idisə, imkan düşən kimi başqa vaxt bir qul azad edirdim.
● Mən neçə vaxt zina etməmişəm — ne cahiliyyə dövründə, ne də İslamdan sonra.”
(📚 «Nüzhətül-əsma» səh. 17).
https://t.me/xeyirinacari
3 009
⚠️ Peyğəmbər (salləllahu aleyhi və səlləm) bu hədisdə etməyəcəkləri şeyi uşaqlara vəd verməmələri xüsusunda böyükləri tənbeh etmişdir. Beləcə böyüklər "əhdə vəfa" mövzusunda balacalara nümünə olmuş olarlar. Dinimizdə böyüyə qarşı yalan danışmaq elə kiçiyə qarşı yalan danışmaq kimidir. Kiçik yaşdan yalana öyrədilən uşaq bəlkə də bu pis xüsusiyyəti ömür boyu tərk edə bilmir və sonda bu onun şəxsiyyətinə çevrilir. Sonra bu uşaq evdə də yalan danışır, məktəbdə də, ailədə də, işdə də. Ona görə uşaqlara sözdən daha çox davranış ilə doğruluğun nə olduğu göstərilməlidir.
https://t.me/xeyirinacari
3 009
📍Müsəlmanların dünyada və axirətdə qurtuluşu Quran ilədir. Qurandan uzaq yaşanılan bir həyat xarab bir həyatdır. Əlimizdən telefon düşmür, amma Allahın kitabınının günlərlə üzü açılmır.
https://t.me/xeyirinacari
3 009
📌Belə zamanlarda az bir əməklə böyük savablar qazanmaq olur. Maşın xarab olduğu zaman o işə düşsün deyə onun arxasından itləyən kəsə afərin deyərlər, işləyən bir maşının arxasından itələyən kəsə yalnız gülərlər. İndiki dövrdə islam dini ona kömək edənləri gözləyir. Belə vaxtlarda islam adına etdiyiniz hər bir əmələ Allah qatında çox böyük mükafatlar veriləcək.
https://t.me/xeyirinacari
3 009
⚠️ Əgər müsəlman öz malını könül xoşluğu ilə verirsə yalnız bu vaxtı onun malını götürmək olar. Amma kimisə sənə hədiyyə verməyə məcbur etsən və ya bunu ondan istəsən o vermək istəmədiyi halda utandığı üçün o malı sənə hədiyyə verərsə o zaman onun verdiyi hədiyyəni qəbul etmək halal sayılmır. Çünki o malını öz könül xoşluğu ilə verməyib. Bu məsələyə diqqət etmək lazımdır. Heç kəsi sizə hədiyyə verməyə məcbur etməyin. Özü vermək istəsə götürün, amma vermək istəmirsə ona ağız açıb heç nə istəməyin.
https://t.me/xeyirinacari
3 009
⚠️ Din ilə istehza etmək insanı küfrə salır. Küfrün bu növü indiki dövrdə çox geniş yayılmışdır. İnsanlar din ilə istehza edib gülürlər, bununla bağlı reelslər, şortlar, poskartlar və kinolar çəkilir. Müsəlman kimsə kafirlər qoşulub bu kimi videolara baxıb onlar kimi gülüb onlar kimi küfrə düşməkdən çəkinməlidir.
https://t.me/xeyirinacari
3 009
#Ədəb
📌Nəzakətli ol ki, insanlar səndən uzaqlaşmasınlar. Çünki insanlar nəzakətli (mehriban) olanı sevirlər və onunla rahat olurlar.
İbn əl-Qeyyim demişdir:
"Həqiqətən, insanlar kobud adamdan, o, dində nə dərəcəyə çatmış olsa belə, uzaqlaşarlar. Vallahi nəzakət və xoşrəftarlığın qəlbləri necə cəlb etdiyini, sahibindən pisliyi necə uzaqlaşdırdığını və başqasına çətin olanı onun üçün necə asanlaşdırdığını yalnız Allah bilir."
(📚 مدارج السالكين| ج 3 ص 171)
https://t.me/xeyirinacari
