cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

Vətən🇦🇿

Qana və torpaqa sadiq qalın,qanda - irqin qüdrəti, torpaqda - ataların mezari var.

Show more
Advertising posts
2 481
Subscribers
-324 hours
-157 days
-4430 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

Repost from CSSC Baku
İran-İsrail qarşıdurması: Son eskalasiyanın nəticələri barədə... Aprelin 1-də iranlı general Məhəmməd Rza Zahedi və İran İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Qüds Qüvvələrinin xüsusi təyinatlılarının bir neçə yüksək rütbəli zabiti İsrailin hava zərbələri nəticəsində məhv edildi. Bununla da Təl-Əviv İranla qarşıdurmanın səviyyəsini daha da yüksəltdi. İran tərəfi demək olar ki, dərhal hücumun cavabsız qalmayacağını bildirdi və bu cavabın ağır olacağı barədə xəbərdarlıq etdi. İsrailə nəyə görə əlavə eskalasiya lazım idi? İsrailin bu addımını həm xarici siyasətdə hazırda ölkənin qarşısında duran hədəflər, həm də sırf Netanyahu hökumətinin maraqları zəruri edirdi. Həmin məqamları aşağıdakı kimi ümumiləşdirmək olar: - İsrailə görə, məhz Zahidi “uzun illərdir ki, İİKK-nın və Qüds Qüvvələrinin Suriya və Livanda etdiyi hər şeyə cavabdeh” idi. - İİKK zabitlərinə göstərmək lazım idi ki, onlar hətta İran ərazisində belə təhlükəsizlik və toxunulmazlıq zonasında ola bilməyəcəklər. - İsrail İrana başa salmaq istədi ki, Təl-Əviv Tehranın “proksi oyununu” qəbul etməyəcək və İranda İsrail ilə bağlı qərar qəbul edənlər şəxsi məsuliyyət daşıyacaqlar. - İsrailin hərəkəti münaqişənin qəsdən genişləndirilməsinə hesablanmışdı. Təl-Əviv ümid edirdi ki, müharibənin coğrafi baxımdan genişləndirilməsi ABŞ və digər Qərb müttəfiqlərini aktiv əməliyyatlara qoşulmağa məcbur edə bilər. - Davam edən müharibə Benyamin Netanyahuya hökumətini hakimiyyətdə saxlamağa və Baş nazir vəzifəsində qalmağa imkan verir. - İsrail bu eskalasiya ilə İsrail İranın nüvə obyektlərinə zərbəni legitimləşdirmək məqsədinə nail olmağa çalışdı və bu legitmliyi təkcə Qərbdən deyil, həm də ərəb ölkələrindən ala bildi. Müxtəlif tərəflər, fərqli mövqelər İranın İsrailə cavab zərbəsinin nəticələri sonuncu üçün paradoksal oldu. Belə ki, Təl-Əviv zərbənin qarşısını mükəmməl şəkildə almaqla qisas üçün daha az legitimlik əldə etdi. Hücum nəticəsində İsrailə dəyən ziyan cüzi oldu. İrana cavabın necə olacağına İsrailin müharibə kabineti qərar vermədi. Cavab tədbirləri üçün bir neçə mümkün ssenari amerikalılarla razılaşdırılaraq müzakirə edildi. Belə hesab edilir ki, İsrailin İrana daha böyük zərbə vurmaqla bağlı təhdidləri Qəzzada daha geniş fəaliyyət azadlığı əldə etmək üçün Netanyahu hökuməti tərəfindən Qərbə qarşı şantaj kimi istifadə olundu. ABŞ hakimiyyəti hesab edir ki, Qəzzada hərbi əməliyyatlar başa çatdıqdan sonra oktyabrın 7-dən əvvəl mövcud olan vəziyyətə qayıtmaq mümkün olmayacaq. Hərbi həll yolu ilə yanaşı, Qəzza probleminin siyasi həlli də zəruri olacaq. Çünki siyasi həll olmadan artıq təhlükəsizlik həlli də mümkünsüz görünür. Hazırda bir çox Qərb tərəfdaşları bəyan edirlər ki, ABŞ balanssız hərəkət edir, İsraili çox dəstəkləyir, ona həddindən artıq manevr azadlığı verir. İran rəhbərliyi hesab edir ki, Amerika donanmasını regiona gətirən 7 oktyabr hadisələri ABŞ-ın Yaxın Şərq işlərinə müdaxiləsini artırdı və hazırda İranın regional strategiyasına maneədir. Rəylərini aldığımız İsrailli ekspertlər iddia edirlər ki, bu yaxınlara qədər Tehran Rusiya və Ukrayna, Ermənistan və Azərbaycan, İran və İsrail qarşıdurmalarını bir araya gətirməyə çalışırdı. Lakin sentyabrın 19-da Azərbaycanın uğurlu və ildırımsürətli hərbi əməliyyatları, oktyabrın 7-də isə HƏMAS-ın uğursuz hücumu, ABŞ tərəfindən hərbi qüvvələrin bölgəyə yeridilməsi - bütün bunlar İran rejiminin planlarını xeyli dəyişdi. Hazırda Tehran qəti şəkildə gərginliyin artmasını istəmir. Rusiyaya gəlincə, təmasda olduğumuz israilli ekspertlər iddia edirlər ki, Kreml hazırda İrana çox ehtiyacı olduğundan İsrail əleyhinə açıqlamalar verir, lakin eyni zamanda Təl-Əvivi belə yanaşmasının müvəqqəti olduğuna inandırmağa çalışır. Öz növbəsində, Netanyahu hökuməti də Moskvanı qəzəbləndirməməyə və bu istiqamətdə vəziyyəti daha da gərginləşdirməməyə səy göstərir. Mövzu ilə bağlı daha ətraflı: https://cssc.az/az/view/2/54/
Show all...
İran-İsrail qarşıdurması: Son eskalasiyanın nəticələri barədə... | CSSC

Aprelin 1-də iranlı general Məhəmməd Rza Zahedi və İran İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Qüds Qüvvələrinin xüsusi təyinatlılarının bir neçə yüksək rütbəli zabiti İsrailin hava zərbələri nəticəsində məhv edildi. Bununla da Təl-Əviv İranla qarşıdurmanın səviyyəsini daha da yüksəltdi. 2020-ci ilin yanvarında İranın xarici hərbi və kəşfiyyat əməliyyatlarına nəzarət edən Qüds Qüvvələrinin rəhbəri Qasım Süleymaninin ABŞ tərə

🤔 2👎 1
Repost from CSSC Baku
Şimal-Cənub nəqliyyat dəhlizi: Bakı-İrəvan rəqabəti Yaxın zamanlarda Azərbaycanın iştirakı ilə həyata keçirilən qlobal əhəmiyyətli layihələrdən biri olan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin (INSTC) inkişafı üzrə mühüm yeniliklər gözlənilir. Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev sözügedən nəqliyyat dəhlizi çərçivəsində daha bir möhtəşəm layihənin icrasına başlanılacağını elan edib. Digər tərəfdən isə INSTC çərçivəsində Hindistan və Ermənistan arasında İrandan keçən ticarət yolunun cari ilin may ayına kimi açılması gündəmdədir. INSTC: İştirakçılar və marşrutlar 2000-ci il 12 sentyabr tarixində Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası Saziş əsasında Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin təməli qoyulub. İndiyədək 13 ölkə (Azərbaycan, Belarus, Bolqarıstan, Ermənistan, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Oman, Rusiya, Tacikistan, Türkiyə, Ukrayna) sözügedən Sazişi ratifikasiya edib. INSTC əsasən Hindistandan və İran Körfəzi regionundan yüklərin Rusiya, Qərbi Avropa, Baltikyanı və Skandinaviya ölkələrinə çatdırılmasına hesablanıb. Hazırda Şimal-Cənub nəqliyyat dəhlizi əsasən üç istiqamət üzrə inkişaf edir: - Şərq marşrutu - Mərkəzi Asiyadan keçməklə; - Mərkəz marşrutu - Xəzər üzərindən keçməklə; - Qərb marşrutu - Azərbaycandan və ya Ermənistandan keçməklə. Azərbaycanla yanaşı INSTC-nin Qərb marşrutuna Ermənistan da iddialıdır. INSTC üzrə Hindistan, İran, Ermənistan, Gürcüstan, Qara dəniz multimodal marşrutunun elan edilməsilə İrəvan dəhlizin Qərb marşrutu uğrunda Azərbaycanla rəqabət iddialarını ortaya qoyub. Lakin Ermənistan strateji dəhlizin ölkə ərazisindən keçməsini istəsə də, bu istiqamətdə kifayət qədər real əməli fəaliyyətlər həyata keçirə bilməyib. Ermənistan - ən məhdud marşrut Ermənistan üzərindən keçən yeni multimodal marşrut hazırda INSTC-nin ən zəif və ən məhdud ötümə imkanı olan marşrutudur. Belə ki: - Ermənistan üzərindən keçən marşrut əsasən dəniz+avtomobil yolu kombinə daşımaları nəzərdə tutur ki, bu da bahalı variant sayılır. Dağlıq relyefə görə, İrandan gələn və Ermənistanın cənubu ilə şimalını birləşdirəcək dəmiryol xəttinin çəkilişi isə səmərəsiz hesab olunur. - Ermənistanın İranla cəmi bir (Aqarak), Gürcüstanla dörd sərhəd keçid məntəqəsi (Bavra, Qoqovan, Baqrataşen, Privolnoe) mövcuddur. Ölkədə istər avtomobil, istərsə də dəmiryolları ilə bağlı vəziyyət heç də ürəkaçan deyil. 2009-cu ildə 556 km-lik Şimal-Cənub avtomobil yolunun tikintisinə başlanılıb və ötən 15 il ərzində yolun cəmi 31 kilometri (5,5%) çəkilib. Halbuki, məhz bu yol ölkənin şimalı (Gürcüstanla sərhəd) ilə cənubunu (İranla sərhəd) birləşdirməli, Ermənistan və Gürcüstan ərazisindən keçməklə Qara dənizə və Avropa ölkələrinə çıxışı təmin etməlidir. Dəmir yollarına gəlincə, Ermənistandan qonşu ölkələrə istiqamətlənən dörd dəmiryol xəttindən üçü fəaliyyətsizdir. - Yeni multimodal marşrutun Ermənistandan sonrakı növbəti dayanacağı olan Gürcüstanda da dəhlizin normal fəaliyyəti üçün müəyyən məhdudiyyətlər mövcuddur. Böyük həcmli yük axınları üçün ölkənin liman infrastrukturunun genişləndirilməsinə ehtiyac var. Bununla yanaşı, Gürcüstan və Rusiya arasındakı dəmir yolu əlaqəsi tamamilə kəsilib. Hazırda Gürcüstanı Rusiya ilə yalnız bir avtomobil yolu əlaqələndirir (Şimali Lars) ki, bu yol da hava şəraiti ilə əlaqədar tez-tez bağlanır. Azərbaycan - daha yaxşı alternativ Günümüzdə fəaliyyət göstərən və öz imkanlarını genişləndirən Azərbaycan üzərindən keçən yollar INSTC-nin Qərb istiqaməti üçün Ermənistan marşrutuna nisbətdə daha yaxşı alternativdir. Çünki: - Yalnız bir yoldan, özü də dağlıq ərazilərdən keçən avtomobil yolundan asıllıq dəhlizin dayanıqlığına ciddi şübhələr yaradır. - Ermənistandan fərqli olaraq, Azərbaycanda INSTC-nin məhsuldar fəaliyyəti üçün lazım olan infrastruktur bazası artıq mövcuddur. Sadəcə mövcud infrastrukturu bir qədər genişləndirməklə təkmilləşdirmək lazımdır ki, hazırda ölkəmizdə həm İran, həm Rusiya, həm də Gürcüstan istiqamətində müvafiq işlər aparılır. Daha ətraflı: https://cssc.az/az/view/2/53
Show all...
Şimal-Cənub nəqliyyat dəhlizi: Bakı-İrəvan rəqabəti | CSSC

Yaxın zamanlarda Azərbaycanın iştirakı ilə həyata keçirilən qlobal əhəmiyyətli layihələrdən biri olan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin (INSTC) inkişafı üzrə mühüm yeniliklər gözlənilir. Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev sözügedən nəqliyyat dəhlizi çərçivəsində daha ​​bir möhtəşəm layihənin icrasına başlanılacağını elan edib. Rusiyaya səfəri zamanı dövlət başçısı məsələ ilə bağlı həmkarı

👍 3
00:53
Video unavailableShow in Telegram
🔴İrəvanda keçirilən qondarma “soyqrım” yürüyüşü zamanı Azərbaycan və Türkiyə bayraqları yandırılıb. 🌐 Vətən
Show all...
🤬 12
🇦🇿İlham Əliyev: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır. Özü də onlar bunu açıq və nümayişkaranə şəkildə edirlər və hətta çalışırlar ki, bununla bizə nə isə sübuta yetirsinlər. ▪️Biz sadəcə oturub gözləyə bilmərik. Biz bu mövqeyi açıq şəkildə Ermənistan hökumətinə və Ermənistanın bu gün qayğısına qalmağa çalışan tərəflərə bildirmişik. Əgər özümüzə ciddi təhdid görsək, biz ciddi tədbirlər görməli olacağıq.” 🌐 Vətən
Show all...
👍 7👏 1
Repost from CSSC Baku
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov Press klub TV-nin “Əsas Sual” verilişində “Moskvada kritik Əliyev - Putin görüşü: hansı qərarlar veriləcək?” mövzusunda fikirlərini bölüşüb. Daha ətraflı: https://www.youtube.com/watch?v=ynZr_-C36VQ
Show all...
Moskvada kritik Əliyev Putin görüşü: hansı qərarlar veriləcək?

#bəyən #paylaş #abunəol ABUNƏ OLUN ►

https://bit.ly/3rGosrr

Gördüyünüz nöqsanlara biganə qalmayın! Çəkdiyiniz foto və videoları, üzləşdiyiniz problemləri bizimlə bölüşün. Bölüşün ki,” Sizin Səsiniz” olaq! Qaynar xətt: 055 455 45 58 Videolarımızı bəyənib, kanala ABUNƏ olmağı unutmayın!

🤔 2
🔴Ermənistan-Azərbaycan delimitasiya komissiyasının iclası keçirilib. Görüş zamanı komissiyalar aşağıdakılar barədə razılığa gəliblər: 🔴Delimitasiya prosesinin ilkin mərhələsində Tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanıs Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrımlı (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar. 🔴Qərara alınıb ki, sərhəd xəttinin bu hissələrinin təsviri koordinatları yerdəki geodeziya ölçmələrinə əsaslanaraq dəqiqləşdirilməsi nəzərə alınmaqla tərtib edilsin və bu, Tərəflər arasında 15 may 2024-cü il müddətinədək müvafiq Protokol-təsvirlə sənədləşdirilərək razılaşdırılmalı və imzalanmalıdır. 🔴Razılaşdırılıb ki, Tərəflər sərhəd xəttinin razılaşdırılmış hissələrində öz sərhəd xidmətlərinin eyni vaxtda və paralel yerləşdirilməsi üçün tədbirlər görmək məqsədilə öz hökumətlərinə müraciət edəcəklər. Həmçinin razılaşdırılıb ki, delimitasiya prosesi tam başa çatana qədər Protokol-təsvirdə göstərilən sərhəd xəttinin hissələri delimitasiya edilmiş hesab olunsun. 🔴Paralel olaraq, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi üzrə Komissiyanın Birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinin razılaşdırılması üzrə işin 1 iyul 2024-cü il müddətinədək başa çatdırılması və dövlətdaxili razılaşdırmalar prosesinə və müvafiq qaydada Tərəflərin dövlətlərinin qanunvericiliyinin tələblərinə uyğun olaraq Əsasnamənin təsdiqinə başlamaq barədə razılığa gəlinib. 🔴Tərəflər razılaşıblar ki, onlar delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaqlar. Tərəflər, həmçinin həmin baza prinsipini Əsasnamə layihəsində təsbit etmək barədə razılığa gəliblər (əgər gələcəkdə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişdə başqa cür qərara gəlinərsə, o zaman Əsasnamənin müvafiq bəndi bu Sazişlə müəyyənləşdirilmiş prinsiplərə uyğunlaşdırılacaq). 🔴Tərəflər Əsasnaməni təsdiq etdikdən sonra növbəliliyi razılaşdırmaq və sərhədin bütün digər hissələrinin, o cümlədən anklav və eksklav məsələləri üzrə delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər.
Show all...
👍 8👀 2🤝 2🫡 2 1
🇦🇿 Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransanın Azərbaycandakı səfirini geri çağırmasına münasibət bildirib "Məhz Azərbaycanın razılığı əsasında Fransanın 25 ilə yaxın müddətdə vasitəçilik roluna baxmayaraq, bu ölkənin 2020-ci il Vətən müharibəsindən sonra açıq-aşkar anti-Azərbaycan addımları hər kəsə məlumdur". O bildirib ki, Fransa tərəfinin Azərbaycanı birtərəfli hərəkətlərdə təqsirləndirməsinə baxmayaraq, ölkəmizin Fransaya qarşı addımları və verdiyi rəsmi bəyanatlar yalnız bu ölkənin destruktiv fəaliyyətinə cavab xarakterli olub. Ölkəmizə qarşı qarayaxma kampaniyasına baxmayaraq, tərəfimizdən hər zaman dialoq qapıları açıq saxlanılıb. "Fransa xüsusilə son 3 il yarım müddətdə atdığı addımlar ilə Azərbaycanla Ermənistan arasında suverenlik və ərazi bütövlüyü əsasında əlaqələrin normallaşdırılması səylərini ciddi şəkildə sual altına qoyub və vəziyyətin gərginləşməsinə rəvac verib. Fransanın BMT Təhlükəsizlik Şurasında, Avropa İttifaqı, Frankofoniya kimi təşkilatlarda və digər beynəlxalq platformalarda dəfələrlə Azərbaycan əleyhinə sənəd layihələrinin təşəbbüskarı olması, bu ölkənin bitərəf vasitəçi iddialarının tamamilə əsassız olduğunu sübut edib. Məhz Fransada hakim partiyanın nümayəndələrinin təşəbbüsü ilə Fransa Parlamentində ölkəmizə qarşı çoxsaylı əsassız ittihamların, təhqir və təhdidlərin əks olunduğu, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini sual altına qoyan və xələl gətirən, keçmiş qondarma rejimi tanıyan qərar və qətnamələr qəbul edildiyini xatırlatmaq istərdik. Bu müddət ərzində Fransa ərazisində mövcud olan Azərbaycanofob mühitin nəticəsi olaraq səfirliyimizə qarşı dəfələrlə hücumların edilməsi və səfirliyin binasına zərər yetirilməsi, nəhayət ağlasığmaz addım kimi 19-cu əsr görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın büstünə qarşı vandallıq aktlarının törədilməsi və hökumət tərəfindən bunun qarşısının alınması üçün tədbirlər görülməməsi Fransanın Azərbaycan əleyhinə kampaniyasının tərkib hissələridir. Eyni zamanda, Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyini və ev sahibliyini hədəf alan çağırışlar edən Fransanın Azərbaycanı birtərəfli addımlarda təqsirləndirməsi tam əsassızdır. Bununla yanaşı, Ermənistanın geniş şəkildə silahlanmasını həyata keçirən, bölgədə militarizmi təşviq edən Fransanın addımlarının sülhə xidmət etmədiyi gün kimi aydındır. Azərbaycan tərəfi dəfələrlə Fransaya təhdid və təzyiq dili ilə danışmağın heç bir nəticə verməyəcəyini bildirib və öz milli maraqlarının qorunması üçün bütün zəruri tədbirlər görəcəyini bir daha bəyan edir", - Ayxan Hacızadə vurğulayıb. 🌐 Vətən
Show all...
👍 4👏 3
Repost from CSSC Baku
Azərbaycanın tərcihi: Ermənistanda Rusiyayönümlü, yoxsa Qərbyönümlü hakimiyyət? 5 aprel Brüssel görüşü bir daha onu göstərdi ki, Paşinyan Qərbin Ermənistana dəstəyindən istifadə edərək Rusiyanın son 30 ildə oynadığı rolu Aİ və ABŞ-a ötürməyə, Moskvanı Paris, Brüssel və Vaşinqtonla əvəz etməyə çalışır. Öz, növbəsində, Qərb də bu funksiyaya həvəslə yanaşaraq Ermənistana hərtərəfli dəstəyini artırır. Qərbin Rusiyanı əvəzləməklə Ermənistanda patron roluna yiyələnməsi prosesi Azərbaycanın maraqlarının nəzərə alınmaması ilə müşayət olunur. Bu kontekstdə, rəsmi Bakı üçün Azərbaycan-Ermənistan münasibətlərinə Rusiya və Qərbin yanaşması arasında elə də ciddi fərq yoxdur. Elə isə, Azərbaycanın Ermənistan rəhbərliyi ilə bağlı mövqeyi hansı halda dəyişə bilər? Ümumiyyətlə, hazırda Azərbaycanın maraqları baxımından Ermənistanda Qərbyönümlü, yoxsa Rusiyayönümlü hakimiyyətin olması daha əlverişlidir? Bu və digər məsələlərlə daha ətraflı saytımızda dərc olunmuş məqalədə tanış ola bilərsiniz: https://cssc.az/az/view/2/52/
Show all...
Azərbaycanın tərcihi: Ermənistanda Rusiyayönümlü, yoxsa Qərbyönümlü hakimiyyət? | CSSC

5 aprel Brüssel görüşü bir daha onu göstərdi ki, Paşinyan Qərbin Ermənistana dəstəyindən istifadə edərək Rusiyanın son 30 ildə oynadığı rolu Aİ və ABŞ-a ötürməyə, Moskvanı Paris, Brüssel və Vaşinqtonla əvəz etməyə çalışır. Öz, növbəsində, Qərb də bu funksiyaya həvəslə yanaşaraq Ermənistana hərtərəfli dəstəyini artırır. Hərçənd, Aİ və ABŞ rəsmiləri tez-tez “Ermənistanın gücləndirilməsi Azərbaycana qarşı deyil&

👍 2
01:37
Video unavailableShow in Telegram
Azərbaycan səfiri Fransa televiziyasında ölkəmizlə bağlı reallıqlardan danışıb 🌐 Vətən
Show all...
👍 20👎 2
Repost from CSSC Baku
Brüssel görüşü nəyi göstərdi? Aprelin 5-də Brüsseldə baş tutan Aİ-Ermənistan-ABŞ müştərək görüşünün nəticələri gözləniləndən aşağı oldu. Üçtərəfli sammitin yekunu olaraq İrəvana yalnız kiçik məbləğdə iqtisadi dəstək açıqlandı. Maraqlıdır ki, danışıqların nəticəsi kimi heç bir yekun sənəd imzalanmadı, tərəflər yalnız mətbuata açıqlamalarla kifayətləndilər. Halbuki, Qərbin Ermənistanla bağlı hərbi planları görüşdən əvvəl açıq və birmənalı şəkildə bəyan olunmuşdu. Aİ-nin İrəvandakı nümayəndəsi Vasilis Maraqosun üçtərəfli sammit ərəfəsində Ermənistanla hərbi-texniki əməkdaşlığın inkişafı, ölkəyə əhəmiyyətli hərbi dəstəyin verilməsi və öldürücü olmayan silahların tədarükünə dair Aİ-nin niyyəti barədə açıqlamalarını xatırlamaq kifayətdir. Lakin görünür Qərb Ermənistana birbaşa hərbi dəstəyin bölgədəki digər aktorlar tərəfindən doğura biləcəyi əks-reaksiyalardan çəkinərək İrəvana bu sahədəki yardımlar mövzusunu Brüsseldə bəyan etmədi. Hərçənd, bu, Aİ və ABŞ-ın Ermənistanla bağlı öz hərbi planlarından imtina etməsi anlamına gəlmir. Hətta görüşün nəticəsi olaraq açıqlanan məhdud iqtisadi yardımlar belə dolayısı ilə İrəvanın hərbi sahədə dəstəklənməsinə xidmət edir. Fransanın Ermənistandakı səfiri Olivye Dekotininin son bəyanatlarına görə, Paris İrəvanla təhlükəsizlik məsələləri üzrə əməkdaşlığı öz üzərinə götürür, Brüssel və Vaşinqton isə Ermənistana əsasən iqtisadi dəstək göstərir. Lakin Fransa və Hindistandan silahların Ermənistana tədarükü sonuncunun maliyyə imkanlarının geniş olmasını nəzərdə tutur. Məhz elə bu məqamda da Aİ və ABŞ-ın yardımları işə yarayır. Belə ki, xaricdən ayrılan məbləğlər Ermənistana digər sahələr üzrə öz daxili resurslarına qənaət etməyə və qənaət edilən bu vəsaitləri hərbi istiqamətə yönəltməyə imkan verir. Bu isə o deməkdir ki, Brüssel və Vaşinqtonun İrəvana iqtisadi yardım adı altında təqdim etdiyi hər bir avro/dollar dolayısı ilə Ermənistan tərəfindən silah alışına xərclənir. Digər tərəfdən, Azərbaycan, Rusiya və İranı qıcıqlandırmamaq üçün Ermənistana birbaşa hərbi yardımlarla bağlı məsələləri qabaqtmaq istəməyən Qərb faktiki olaraq müəyyən ikitərəfli və çoxtərəfli proqramlar çərçivəsində İrəvanla hərbi əməkdaşlığı davam etdirir. ABŞ, Fransa, Hindistan və Yunanıstan kimi ölkələrin vasitəsilə Ermənistan hərbi qulluqçularına təlimlər keçilir, İrəana silah-sursat və texnika ötürülür. Beləliklə də, Qərb Paşinyan hökumətinə müdafiə və təhlükəsizlik sahəsində də hərtərəfli dəstək verir. Aydındır ki, Brüssel görüşünün bəyan edilən nəticələri bir tərəfdən Qərbin Ermənistana dəstəyinin əsas məğzini gizlətməyə, digər tərəfdən isə Qərb-Rusiya/İran və Ermənistan-Rusiya/İran münasibətlərində gərginliyin artmasından yayınmağa xidmət edir. Belə görünür ki, Qərb Ermənistana nəzərdə tutulan dəstəyini birdən deyil, hissə-hissə açıqlamağı planlaşdırır. Daha bir vacib məqam üçtərəfli sammit ərəfəsində ABŞ dövlət katibi və AK rəhbərinin Azərbaycan prezidentinə zəngi ilə bağlıdır. Bu, belə deməyə əsas verir ki, Qərbin bölgdəki rolunun artması istiqamətindəki proseslər iki fərqli ssenari üzrə cərəyan edə bilər. - Konstruktiv ssenari: Qərb Ermənistana dəstəyi fonunda Azərbaycana da yardımlar ayıra, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsində köməklik göstərə bilər. Aİ və ABŞ “Ermənistana dəstək Azərbaycana qarşı yönəlməyib” tezisini sübut edərək, sülh sazişi və sərhədlərin açılması prosesini sürətləndirmək məqsədilə Azərbaycanın haqlı tələblərini qəbul etməkdə Paşinyan hökumətinə yardımçı ola bilər. - Destruktiv ssenari: Qərbin Ermənistana birtərəfli yardımları Paşinyan hökumətinin sülh danışıqlarındakı mövqeyinin dəyişməsinə səbəb ola, bu isə öz növbəsində sülh prosesinin dayanması ilə nəticələnə bilər. Qərb Gürcüstan vasitəsilə Ermənistanda forpost yaradaraq geosiyasi sərhədi müəyyən edə və bununla da region aktorlarını hərəkətə keçirə bilər ki, bu da bölgəyə gərginlik, hətta hərbi eskalasiyalar gətirə bilər. @cssc_cqtm
Show all...
👍 3