3 364
Subscribers
No data24 hours
-87 days
-2430 days
Posts Archive
3 365
Azərbaycan təbiətinin mavi incisi — Göygöl | Real Vətən - Real TV
#realtv #Göygöl #AzərbaycanTəbiəti #GöygölMilliParkı #Azərbaycan
3 365
+2
Emin Əmrullayev: Qızlar ilk dəfədir riyazi savadlılıqda oğlanlardan yaxşı nəticə göstərir
Bunu Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev PISA 2025 - Şagird Qimətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrinin təqdimatında deyib.
“Azərbaycanlı qızlar bütün qiymətləndirmə istiqamətləri üzrə oğlanlardan daha yüksək göstəricilər nümayiş etdiriblər. Beynəlxalq təcrübədə adətən riyazi savadlılıq üzrə oğlanların üstünlüyü müşahidə edilir və dünyada oğlanların nəticələri bəzi hallarda qızlardan təxminən 10 bal yüksək olur. Azərbaycanda isə əks mənzərə yaranıb.
Riyazi savadlılıqda ilk dəfədir ki, qızlar oğlanları keçir. Əsas sual, həqiqətən də, oğlanların tərbiyəsi və təhsili ilə bağlıdır. Bu sual valideynlərə də yönəlməlidir. Nə baş verir ki, 15 yaşlı yeniyetmə oğlanların göstəricilərində belə bir dinamika yaranır?” - Emin Əmrullayev bildirib.
#realtv #EminƏmrullayev #PISA2025 #təhsil #riyaziyyat #şagirdlər
3 365
FHN Mətbuat xidmətinin məlumatı
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində obyektdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
@realtvxeber
3 365
Modelyer Leyla Əhmədova ilə bağlı məhkəmədən yeni qərar
Tanınmış modelyer Leyla Əhmədovanın həbsi ilə bağlı xəbər yayılıb. REAL TV məlumatı dəqiqləşdirmək üçün məhkəmə orqanlarındakı etibarlı mənbələrinə müraciət edib.
Əldə etdiyimiz məlumata görə, əslində Leyla Əhmədova bir müddət əvvəl saxlanılıb və Xətai Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Leyla Əhmədova müvəqqəti saxlanma yerində olarkən zərərçəkənlərə dəymiş zərəri ödəyib və bununla bağlı məhkəməyə müraciət edib.
Xətai Rayon Məhkəməsi yaranmış yeni vəziyyəti nəzərə alaraq, tanınmış modelyer barəsində bir müddət əvvəl seçilmiş həbs qətimkan tədbirini dəyişdirib və onun barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edib.
Beləliklə, Leyla Əhmədova məhkəmə zalında həbsdən azad edilib. O, istintaq dövründə ev dustaqlığında qalacaq.
#realtv #LeylaƏhmədova #modelyer #məhkəmə #evdustaqlığı
3 365
🔴Rusiya Prezidenti Vladimir Putin və ABŞ lideri Donald Tramp telefon danışığı aparıblar.
@realtvxeber
3 365
Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edilib
Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən yol-hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan “Nissan” markalı, 10-TJ-667 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Məmmədov Fərhad saxlanılıb.
Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə F.Məmmədovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 25 sutka inzibati qaydada həbs edilib.
@realtvxeber
3 365
"Gənclik Mall"da yanğın hadisəsi
"Gənclik Mall"dakı yanğın həyəcanı ilə əlaqədar ticarət mərkəzinin sosial media hesablarında məlumat paylaşılıb.
Həmin paylaşımda deyilir:
"Əziz izləyicilər və qonaqlarımız!
Bir neçə dəqiqə öncə ticarət mərkəzimizdə texniki xəta baş verib və xəbərdarlıq sistemi işə düşüb. Hazırda ticarət mərkəzində hər şey qaydasındadır. Müvəqqəti narahatlığa görə üzr istəyirik".
@realtvxeber
3 365
Azərbaycan Respublikası Media və Yayım Şurasına sədr və üzvlər təyin edilib
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, aşağıdakı şəxslər Media və Yayım Şurasının sədri və üzvləri təyin ediliblər:
Media və Yayım Şurasının sədri
İsmayılov Əhməd Məhəmməd oğlu
Media və Yayım Şurasının üzvləri
Abdullayev Məhəmməd İzzət oğlu
Bəşirli Aynur Əliövsət qızı
Kərimova Rəqsanə Tofik qızı
Məmmədov Fərhad Rauf oğlu
Nadirov İlkin İlqar oğlu
Novruzov Fazil Hacıverdi oğlu.
@realtvxeber
3 365
“Məntiqlə İrəvan özü maraqlı olmalıdır ki, 907-ci düzəliş ləğv edilsin, amma ...” - Real TV
Video linki: https://youtu.be/Y1uRU3XCVyw
@realtvxeber
3 365
Sentyabrın 8-i Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günüdür
1958-ci ildə Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Beynəlxalq Jurnalistlər Təşkilatının IV Konqresində bununla bağlı qərar qəbul olunub.
Dünya mediası üçün əlamətdar sayılan bu tarix 1943-cü il sentyabrın 8-də hitlerçilər tərəfindən qətlə yetirilmiş çexiyalı jurnalist Yulius Fuçikin xatirəsinə təsis edilib.
@realtvxeber
3 365
❗️Nepalda daşqınlar zamanı itkin düşmüş qadın 10 gün sonra sağ tapılıb
Agentlik qadının ailəsinin artıq yas mərasiminə başladığını bildirib.
Çandiki Kumari Şresta daşqın sularının dağıtdığı evində su və palçıq arasında 10 gün kiçik kisədə qalıb.
3 365
🚨 Aİ Ukrayna üçün “Patriot” raketlərinin alınmasını maliyyələşdirəcək
🔹 Avropa Komissiyası Ukraynanın “Patriot” hava hücumundan müdafiə sistemləri üçün PAC-3 raketlərinin alınmasına dair müraciətini təsdiqləyib.
💶 Raketlərin alınmasının Aİ-nin Ukrayna üçün nəzərdə tutduğu 90 milyard avroluq kredit proqramı hesabına maliyyələşdirilməsi planlaşdırılır.
3 365
🇺🇸🇮🇷CENTCOM:
İrana qarşı dəniz blokadasının yenidən tətbiqindən bəri 94 gəminin marşrutu dəyişdirilib, 3 gəminin fəaliyyətinin qarşısını alınıb və 2 gəmidə yoxlama aparılıb
3 365
Səudiyyə Ərəbistanının cənub-qərbində bir neçə partlayışın baş verdiyi bildirilir.
🔻Yerli mənbələrin məlumatına görə, Yəməndən buraxılan bir neçə ballistik raket Əsir vilayətinin Xamis-Muşayt şəhərinə düşüb.
3 365
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatı
Sürücülərin diqqətinə! Yağış səbəbindən bu yolda sürət həddi müvəqqəti endirildi.
Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Bununla bağlı Mərkəzin əməkdaşları tərəfindən məlumat sürət tablolarında “sürüşkən yol” işarəsi aktivləşdirilib.
Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.
@realtvxeber
3 365
Şahin Mustafayev: Azərbaycan və Özbəkistanın birgə layihələr portfeli 5 milyard dolları ötüb
Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsi son beş ildə üç dəfə artıb, birgə layihələrin ümumi portfeli isə 5 milyard dolları ötüb.
Bunu Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Bakıda Özbəkistanın Müstəqillik Gününün 35-ci ildönümünə həsr olunmuş tədbirdə bildirib.
"Əgər iqtisadi münasibətlərimizin inkişaf templərindən danışsaq, son beş ildə ikitərəfli ticarətin həcmi üç dəfə artıb, birgə layihələrin ümumi portfeli isə 5 milyard dolları ötüb", - o bildirib.
Onun sözlərinə görə, son illər Azərbaycan və Özbəkistan arasında münasibətlər strateji tərəfdaşlıq, müttəfiqlik və əbədi dostluq xarakteri alaraq ən yüksək səviyyəyə çatıb.
"Bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında formalaşmış yüksək səviyyəli siyasi dialoq, qarşılıqlı etimad və səmimi dostluq münasibətlərimizin sürətli inkişafında və onların keyfiyyətcə yeni mərhələyə qədəm qoymasında həlledici rol oynayır", - Ş. Mustafayev bildirib.
O qeyd edib ki, Prezident İlham Əliyevin avqustun 23-24-də Özbəkistana dövlət səfəri Azərbaycan-Özbəkistan münasibətləri tarixində daha bir mühüm mərhələyə çevrilib:
"Səfər zamanı Azərbaycan və Özbəkistanın Ali Dövlətlərarası Şurasının üçüncü iclası keçirilib. İkitərəfli münasibətlərin bütün əsas istiqamətləri ətraflı müzakirə edilib və gələcək əməkdaşlığın yeni hədəfləri müəyyənləşdirilib. Səfərin ən mühüm və tarixi nəticəsi Azərbaycanla Özbəkistan arasında Əbədi dostluq haqqında Müqavilənin imzalanması olub".
Onun sözlərinə görə, bu sənəd ölkələr arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərini daha da möhkəmləndirməyə, eləcə də əməkdaşlığın uzunmüddətli və davamlı inkişafını təmin etməyə yönəlib.
@realtvxeber
3 365
Bakıda güclü külək ağaclara ziyan vurub.
Sentyabrın 7-də gündüz saatlarından əsən güclü külək nəticəsində 15 ağac sınıb, 20 ağacın budaqları qırılıb.
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin növbətçi briqadaları gücləndirilmiş iş rejimində çalışaraq sınan ağacları və qırılan budaqları operativ şəkildə ərazidən götürüblər. Ərazilərdə təmizlik işləri aparılıb.
@realtvxeber
