cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

TÖVHİD HAQDIR

🖇️Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım. { ZƏRİYƏT 56 } 🎙️Qardaş Kanal: @tevhiddiyari_resmi

Show more
The country is not specifiedThe language is not specifiedThe category is not specified
Advertising posts
370
Subscribers
No data24 hours
No data7 days
No data30 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

Əl-Mu'min: İbn Abbas (r.a) dedi ki: “İnsanların, zülmündən əmin olduğu Allah.” Qarazi (r.h) dedi ki: “Qullarından Özünə sığınanı qoruyan/əmniyyətdə qılan Allah.” İbn Zeyd (r.h) dedi ki: “Onu birləyən qullarını təsdiq edən Allah.” Zəccac (r.h) dedi ki: “Öz nəfsini birləyən Allah.” İbn Quteybə (r.h) dedi ki: “Qullarına verdiyi sözləri təsdiq edən/yerinə yetirən Allah.” Xəttabi (r.h) dedi ki: “Qulların (Allah haqqındakı) zənnlərini təsdiq edən Allah.” Bundan sonra qənaətə gəldik ki, Əl-Mu'min adı Özünə güvənilən yəni insanların, zülmündən əmin olduğu, Özünü birləyən və Özünü birləyən qullarını təsdiq edən, qulların (Allah haqqındakı) zənnlərini təsdiq edən, qullarına verdiyi sözləri təsdiq edən/yerinə yetirən, qullarından Özünə sığınanı qoruyan/əmniyyətdə qılan Allah deməkdir.
Show all...
Elə isə Allaha və Rəsuluna və nazil etdiyimiz Nura (Qurana) iman edin! Allah nə etdiklərinizdən xəbərdardır. (Təğabun, 8 ayə)
Show all...
İş bitdikdə şeytan deyəcək: “Şübhəsiz ki, Allah sizə haqq vəd vermişdi. Mən də sizə vəd vermişdim, lakin vədimə xilaf çıxdım. Mənim sizin üzərinizdə heç bir hökmranlığım yox idi. Mən sizi dəvət etdim, siz də dəvətimi qəbul etdiniz. Buna görə də məni yox, özünüzü qınayın. Nə mən sizə kömək edə bilmərəm, nə də siz mənə kömək edə bilməzsiniz. Heç şübhəsiz ki, mən əvvəllər də sizin məni Allaha şərik qoşmağınızı inkar etmişdim.” Şübhəsiz ki, zalımlar üçün ağrılı-acılı əzab hazırlanmışdır. (İbrahim, 22 ayə)
Show all...
Ən çox hədis rəvayət edən səhabə hansıdır?Anonymous voting
  • Aişə binti Əbi Bəkr (r.anhə)
  • Ənəs ibn Malik (r.a)
  • Əbu Səid əl-Xudri (r.a)
  • Əbu Hureyrə (r.a)
  • Abdullah ibn Ömər (r.a)
  • Abdullah ibn Ömər (r.a)
0 votes
Ənəs ibn Malik (radıyallahu anh) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu: “Mənim hovuzumun böyüklüyü Əylə¹ ilə Yəmənin Səna şəhərinin arası boydadır, ətrafına düzülmüş qədəhlər isə göydəki ulduzlar qədərdir.” (Səhih əl-Buxari, 6580; Səhih Müslim, 2303). Həmçinin Abdullah ibn Amr ibn Əl-As (radıyallahu anhumə) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) buyurdu: “Mənim hovuzumun sahəsi bir ay gedilən yol qədər, tərəfləri də bərabərdir. Suyunun rəngi süddən ağ, qoxusu müşkdən daha gözəldir. Ətrafına düzülmüş bardaqlar isə göydəki ulduzlar qədərdir. Ondan (bir dəfə) içən kimsə artıq heç vaxt susamaz.” (Səhih əl-Buxari, 6579; Səhih Müslim, 2292). ¹ Əylə Şam tərəfdən Qırmızı dənizin sahillərində yerləşən bir şəhərdir.
Show all...
Əbu Səid əl-Xudri (radıyallahu anh) rəvayət edir ki, Nəbi sallallahu (aleyhi və səlləm) buyurdu: “Qiyamət günü mən Adəm övladlarının seyyidi olacağam və əlimdə həmd bayrağı olacaqdır, lakin mən bununla lovğalıq etmirəm. Həmin gün Adəmdən bəri bütün peyğəmbərlər mənim bayrağımın altında duracaqlar və Qiyamət günü yer ən birinci mənim üçün yarılacaqdır. Lakin mən bununla lovğalıq etmirəm.” 📚 Sünən ət-Tirmizi, 3615; Müsnəd Əhməd, 3/2; ət-Tirmizi bu hədisə həsən (yaxşı) və səhih demişdir.
Show all...
Əbu Hureyrə (radıyallahu anh) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu: “Cəhənnəm ancaq o zaman dolacaq ki, Allah Öz Ayağını Cəhənnəmə qoyacaq və o: “Yetər, Yetər!” - deyəcək. Onda o artıq dolacaq və içindəkiləri qaplayacaq. (Səhih əl-Buxari, 7407; Səhih Müslim, 2933). Buxari və Müslimdə rəvayət edilən bəzi hədislərdə: “O ayağını onun üstünə qoyacaq” - deyilir. (Səhih əl-Buxari, 4850; Səhih Müslim, 2846).
Show all...
İlk sünnət olunan, ilk ziyafət verən, ilk bığını qısaldan, ilk dırnağını kəsən və ilk saçları ağaran peyğəmbər hansıdır?Anonymous voting
  • Musa (ə.s)
  • İsa (ə.s)
  • Nuh (ə.s)
  • İbrahim (ə.s)
0 votes
Allah Rəsulunun: “Sən mənim dünya və axirət qardaşımsan” dediyi səhabə hansıdır?Anonymous voting
  • Ömər ibn Xəttab (r.a)
  • Əli ibn Əbu Talib (r.a)
  • Əbu Ubeydə ibn Cərrah (r.a)
  • Əbu Bəkr Əs-Siddiq (r.a)
0 votes
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.