en
Feedback
𝑣𝑒 ꀤꈤꌚꍏꈤ

𝑣𝑒 ꀤꈤꌚꍏꈤ

Open in Telegram

İnsan "𝙊̈𝙯" boyunda deyil. Gördüyü şeylərin boyundadır. Bu səbəbdən bu iki gerçəklik arasındakı məsafədə itir.

Show more
940
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
🖇️Ev qaradır- Furuğ Fərruxzad "Yaralarım ruhumu səssizləşdirdi. Ama sən insanların və həm də ruhların Rəbbisən. Mən özümü və
🖇️Ev qaradır- Furuğ Fərruxzad "Yaralarım ruhumu səssizləşdirdi. Ama sən insanların və həm də ruhların Rəbbisən. Mən özümü və ruhumu sənə təslim etdim"... t.me/ve_insan Linki dəyişməyə halalıq yoxdur

photo content

Repost from Riza-i İlahi
photo content

Gözəl izah

photo content

Nəsimi deyir,məndə sığar iki cahan,mən bu cahana sığmazam. (Məncə,"məndə sığar üç cahan,mən bu cahana sığmazam" desəydi,daha doğru olardı.) İnsanın zatında üç aləmdən nümunə var,yəni üç cahandan onun zatında nümunə yerləşir.Maddi aləm,misal aləmi və bir də əql aləmi. Aqşin Ağayev @ve_insan ✍🏼

Deməli, heç kimin əlində karandaş olmayacaqsan ! Həm əzəcəklər, həm yazacaqlar ! Axırda da içinin qarası, yəni potensialın bitəndə atacaqlar bir tərəfə! @ve_insan

Həsənzadə Amilun Biz hamımız vücudi dəryada bir cədvəlik Biz hamımız qeyb və şühuddan bir dəftərik Biz hamımız vacibul-vücuddun məzhəriyik Əfsuski,hamımız cəhalətə qərq olmuşuq http://t.me/ve_insan

Namaz qılırsınızmı ..??
Namaz qılırsınızmı ..??

Ən həyasız adam: Allahın evində hökumət mollası(( @ve_insan✍🏼

Zövqümdə deyil, saqi, bu peymanələr indi, Vermir mənə ləzzət daha meyxanələr indi. Bu nərdi-məhəbbətdə, nə xeyri, verə cüt şeş, Biganə daşıyla tutulub xanələr indi. Bir vaxt eləmişdi bu könül zülfüvü məskən, Eşqində tutubdur yerini şanələr indi. Gördüm bu vəfasızlığıvı, səndən əl üzdüm, Get-get, əvəz etsin məni biganələr indi ! Eşqində sənin şəm` tək atəşlərə yandım, Hər gün dolanır başıma pərvanələr indi. Öldürdü bu qəmlər məni, sən neylədin, ey eşq, Hardan axı tapsın məni cananələr indi ?! Xaqani verib ömrünü həqq üstə fənayə, Dillərdə yaşatsın onu əfsanələr indi. #Eşq t.me/ve_insan ✍🏼

Repost from Riza-i İlahi
Baş verən hadisələrdə gəldiyin qənaət, çıxarmış olduğun nəticə və davranışın sənin əsil mahiyyətindir. http://t.me/kamilvenaqis

Keçsə, zahid, əlivə sağəri*-büllur sənin, Nəş`eyi-mey gətirər eşqivə bir şur sənin. Mənə aləmdə yetər vəsli bu məhparələrin, Zahida, olsun o cənnətdə bütün hur sənin. Bu ümid ilə ki, ey can, sənə bir rəhm edə yar, Olmuşam dərdivi mən açmağa məcbur sənin. Çəkdilər darə bu eşqində ənəlhəqq üstə, Düşdü sevdayi-səri-zülfüvə Mənsur sənin. Ey könül, vadiyi-vəhdətdə çıxıb Tur üzrə, Həqqi seyr eylə ki, salsın yoluva nur sənin. Saldı Xaqanini bu çöllərə divanəliyi, Oldu eşqində bütün aləmə məşhur sənin. _______ sağər - qədəh @ve_insan

🤦
🤦

photo content

"Xabəl vafiduna ələ ğeyrik..." Rəcəb ayının xırda münacatındandı, belə tərcümə etmişəm: İlahi, Səndən başqasına "girişənlər" əliboş qaldılar. Mənbə də Sənsən! Məqsəd də! Əvvəl də Sənsən, axır da! Səndən başqasına "girişənlər" bir gün məyus olacaqlar. Onların ardınca getməyə, bəlkə də, dəyərdi, qaçmağa, əsla! Bizsə təng-nəfəs olduq... #İlqarKamil @ve_insan

Repost from Tahakkuk
Yaxşı adam yaxşılıqdan əl çəkməz heç bir zaman, Şəkər daim şirin olur, qızılgülsə ərğəvan. Xeyirxahlar bu aləmə pis əməllər gətirməz, Dadlı xurma ağacları acı badam yetirməz. Məsəl vardır: "Yaxşı adam daim yaxşılıq görər”, Bacardıqca yaxşılıq et, sənə dəysə də zərər. Gəl Əssardan saxla dostum bu sözləri yadigar, Düşmənə də yaxşılıq et, olsun sənə minnətdar. Əssar Təbrizi P.S. Beytdə nəzərdə tutulan düşmənə də yaxşılıq et deyə qeyd olunan mətləb, Allah, din, islam düşmənləri deyildir. @dialogmonologue

Repost from Tahakkuk
Rəsulullah (s) belə buyurmuşdur: “Qulun qəlbi istiqamət üzrə olmadan, imanı istiqamət üzrə olamaz, dili istiqamət üzrə olmadan da qəlbi istiqamət üzrə olamaz”. Əhməd İbn Hənməl, Müsnəd. https://t.me/dialogmonologue