OrtaYol Telegram
Open in Telegram
Kanala Mədinə İslam Universitetinin doktorantura tələbəsi Fərman İsayev rəhbərlik edir.
Show more699
Subscribers
No data24 hours
No data7 days
+130 days
Posts Archive
Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət olunan hədisdə o demişdir: *"Bir dəfə Peyğəmbər (sallallahu aleyhi və səlləm) əlimdən tutaraq belə buyurdu: "Uca Allah şənbə günü torpağı yaratdı. Bazar günü isə onun üzərində dağları yaratdı. Bazar ertəsi isə ağacları yaratdı. Çərşənbə axşamı (zülmət, xəstəlik və.s) şər şeyləri yaratdı. Çərşənbə günü nuru yaratdı. Cümə axşamı ora heyvanları yaydı. Cümə günü əsr vaxtından sonra, günün son saatlarında, gecə ilə əsr vaxtı arasında Adəmi xəlq etdi."*
Muslim 4997, Əhməd 8323, 8341. Hədis səhihdir "Səhih əl Cəmi 3235
https://t.me/OrtaYolTelegram
🌴 GÜNAHLARIN BAĞIŞLANMASI ÜÇÜN 🔟 SƏBƏB 🌴
✍ Şeyxul İslam İbn Teymiyyə (Allah ona rəhmət etsin) demişdir:
«Günahların bağışlanması üçün 🔟 səbəb vardır:
- Tövbə
-Allahdan İstiğfar (bağışlanma) diləmək
- Saleh əməllər
-İnsanın başına gələn müsibətlər
-Müsəlmanların həmin şəxs üçün dua etməsi
-Bərzəxdə imtahan olunması
-Qiyamət günü Arasat meydanında imtahan olunması
-Şəfaət olunması
-Tövhidin doğruluğu
-Aləmlərin Rəbbi olan Allahın rəhməti»
📚 Məcmu Fətava, 7/487-501.
Linki paylaşmaqla xeyrin yayılmasına səbəb olun
https://telegram.me/islamveelm
📍Şeyxülislam İbn Teymiyyə (rahiməhullah) demişdir:
«Bir çox insanlar haqqa görə əziyyətə məruz qaldıqda haqqı tərk edərlər.
Necə ki, Uca Allah buyurur:
"İnsanlar arasında: "Allaha iman gətirdik!"– deyənlər də vardır. Amma Allah yolunda əziyyətə məruz qaldıqda insanların fitnəsini Allahın əzabı ilə eyni tuturlar." (əl-Ənkəbut surəsi, 10)
"İnsanlardan eləsi də vardır ki, Allaha şübhə ilə ibadət edir. Əgər ona bir xeyir çatsa, onunla rahatlıq tapar. Yox, əgər başına bir iş gəlsə, üz döndərib küfrə qayıdar. O adam dünyanı da itirər, axirəti də. Gerçək zərər də elə budur."» (əl-Həcc surəsi, 11)
Salehlərə və peyğəmbərlərə ibat edənlərlə daşa və ağaca ibadət edənlər arasındakı fərq nədir?
https://youtu.be/oWqbzL3DpM4
Bütlərə ibadət edənlərlə salehlərə ibadət edənlər arasında fərq varmı?
🕋 Qərar tutulan gün!
Bu gün, Zilhiccənin 11 i, bayramın 2 ci günü qərar tutulan gün adlanır. Çünki bütün həcilər bu gün Mina dağlarında qalırlar. Bu gün bayram günündən sonra ən əfzəl gün sayılır.
🌴 Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) demişdir:
«Allah qatında ən üstün gün, Qurban bayramı günü, sonra isə qərar tutulan gündür».
(Əbu Davud 1502, Albani səhih deyib).
🤲 Bu günlərdə edilən ən gözəl əməllərdən biri də dua etməkdir.
📌 Fəzilətli səhabələrdən olan Əbu Musa Əşari (Allah ondan razı olsun) öz xütbəsində belə deyərdi:
«Allahın sayılı günlər olaraq zikr etdiyi günlər, bayram günündən sonrakı 3 gündür. Bu günlərdə edilən dualar geri qaytarılmaz. Ona görə də, istəklərinizi Allaha ərz edin»
(Təfsir Təbəri, 4/203).
📗 Məşhur tabiinlərdən olan İkrimə (Allah ona rəhmət etsin) təşriq günlərində bu duanı oxumağı müstəhəb görərdi. Çünki həcc ayələrinin sonunda Allah Təalə bu ayələri zikr etmişdir:
{ رَبَّنَاۤ ءَاتِنَا فِی ٱلدُّنۡیَا حَسَنَةࣰ وَفِی ٱلۡـَٔاخِرَةِ حَسَنَةࣰ وَقِنَا عَذَابَ ٱلنَّارِ }
(Lətaiful Məarif, 503)
Qeyd: Ayənin tərcüməsi: “Ey Rəbbimiz, bizə dünyada da, axirətdə də gözəl nemətlər ver, bizi cəhənnəm əzabından qoru!”İmam əl-Əlbəni (rahiməhullah) deyib:
"Ramazan bayramı yalnız bir gündür [yəni şəvval ayın 1-i]. Qurban bayramı isə 4 gündür: bayram günü və [ondan sonraki] 3 təşriq günü".
📚 "Silsilə əl-hudə və ən-nur", 274.
