OrtaYol Telegram
Open in Telegram
Kanala Mədinə İslam Universitetinin doktorantura tələbəsi Fərman İsayev rəhbərlik edir.
Show more699
Subscribers
No data24 hours
No data7 days
+130 days
Posts Archive
Şeyxulisləm ibn Teymiyyə (Allah ona rəhmət etsin) demişdir:
Gözləri Allahın haramlarından qorumaq elmlə ruzilənməyin səbəblərindəndir.
("Məcmu'ul-Fətəva", 21/257)
İmam Mucəhid ibn Cəbr (Allah ona rəhmət etsin) demişdir:
Gözləri Allahın haramlarından qorumaq Allahın sevgisini qazanmağa səbəb olur.
("Məcmu'ul-Fətəva", 15/394)
İbn Qeyyim (Allah ona rəhmət etsin) demişdir:
Gözləri haramlardan qorumaq üç faydanı vacib edir:
1-İmanın şirinliyini və onun ləzzətini,
2- Qəlbin nurlanmasını və fərasətinin doğruluğunu,
3- Qəlbin gücünü, onun sabitliyini və şücaətli olmasını.
("İğasətul-Ləhfən", 1/76)
Cuneyd (Allah ona rəhmət etsin) soruşulur: Gözləri haramdan qorumağa nə kömək edir?
Dedi: Sənin bilməyindir ki, Allahın sənə olan nəzəri sənin baxacağın şeydən önə keçməsi ilə.
("Cəmiul-U'lum vəl-Hikəm", 2/479)
Şeyx Saleh əl-Fovzan (Allah onu qorusun) belə buyurur:
Müsəlmana icazəli deyil ki, elmdən hər hansısa bir şeyi bilsin və sussun. O görür ki, insanların buna ehtiyacı vardır, xüsusən də tövhid və əqidə elminə. Əgər o bunu edərsə (susarsa) böyük bir vacib, əzəmətli bir şeyi tərk etmiş olar.
("İanətul-Mustəfid", 137)
Duaları çoxaltmaq qulu öz Rəbbinə bağlayır.
Şeyx Abdulaziz Əli Şeyx (Allah onu qorusun) demişdir:
Qul uca Allaha dua etməyi tərk etdiyi zaman onun tövhidi zəifləyir. Belə ki, duanın azlığı səbəbi ilə qulun Allaha olan bağlılığı da azalmış olur.
("Şərhut-Tahaviyyə", 598)
Səid ibn Museyyib (Allah ona rəhmət etsin) demişdir:
Valideyninin qayğısına qalan kimsə pis ölümlə qarşılaşmaz.
("Tarix ibn Məin", 2/328)
