Seqeleyn
Open in Telegram
Adminlə əlaqə: @Murtaza_Haydari TikTok: https://www.tiktok.com/@seqeleynkanal?_t=8h0cxxC8zbu&_r=1 İnstagram: https://www.instagram.com/seqeleyn_ YouTube: https://youtube.com/@seqeleynkanali?si=Da4Fjvup-246IiDI
Show more999
Subscribers
No data24 hours
-47 days
-1230 days
Posts Archive
999
İmam Hüseynin (əleyhissəlam) ziyarəti
İmam Sadiq (əleyhis-salam) buyurdu:
"Ey Sədîr! Hər gün İmam Hüseynin (əleyhis-salam) qəbrini ziyarət edirsən?"
Dedim: "Canım sənə fəda olsun! Xeyr."
Buyurdu: "Nə qədər də biganəsiniz! Bəs heç olmasa hər ay ziyarət edirsən?"
Dedim: "Xeyr."
Buyurdu: "Bəs heç olmasa hər il ziyarət edirsən?"
Dedim: "Bəli, bəzən bu olur."
Buyurdu: "Ey Sədîr! Nə qədər də Hüseynə (əleyhis-salam) qarşı biganəsiniz!"
قَالَ أَبُو عَبْدِ اللَّهِ (عليه السلام) يَا سَدِيرُ تَزُورُ قَبْرَ الْحُسَيْنِ (عليه السلام) فِي كُلِّ يَوْمٍ قُلْتُ جُعِلْتُ فِدَاكَ لَا قَالَ مَا أَجْفَاكُمْ أَ فَتَزُورُهُ فِي كُلِّ شَهْرٍ قُلْتُ لَا قَالَ فَتَزُورُهُ فِي كُلِّ سَنَةٍ قُلْتُ يَكُونُ ذَلِكَ قَالَ يَا سَدِيرُ مَا أَجْفَاكُمْ بِالْحُسَيْنِ (عليه السلام
Kamiluz-ziyarat
999
İmam Baqir (əleyhissəlam) buyurur:
عَنْ أَبِي جَعْفَرٍ اَلْبَاقِرِ عَلَيْهِ السَّلاَمُ أَنَّهُ قَالَ: كُلُّ شَيْءٌ لَمْ يَخْرُجْ مِنْ هَذَا اَلْبَيْتِ فَهُوَ بَاطِلٌ
"Bu evdən çıxmayan hər bir şey batildir!"
Müstədrəkül-vəsail, c. 17, səh. 309
999
Allah ədalətlidir
Bir kişi İmam Sadiqə (ə) dedi:
— Canım sənə fəda olsun! Allah bəndələri günah etməyə məcbur edir?
İmam (ə) buyurdu:
— Allah ədalətlidir. O, bəndələri günah etməyə məcbur edib, sonra da onları bu günaha görə cəzalandırmaz.
> الكافي عن يونس عن عدّة عن الإمام الصادق عليه السلام، قال: قالَ لَهُ رَجُلٌ: جُعِلتُ فِداكَ، أجبَرَ اللّهُ العِبادَ عَلَى المَعاصي؟ فَقالَ: اللّهُ أعدَلُ مِن أن يُجبِرَهُم عَلَى المَعاصي ثُمَّ يُعَذِّبَهُم عَلَيها
Mənbə: Kafi, cild 1, səhifə 159
999
Əhməd ibn Bəkr Zeyd ibn Əlinin (ə) yanına daxil oldu və dedi:
— Ey Allah Rəsulunun övladı! Allahın sizə nemət verdiyi fəzilətlərdən mənə danış.
Zeyd ibn Əli (ə) dedi:
— Bəli, atamdan, o da öz atasından, o da öz babasından nəql etdi ki, Allah Rəsulu (s) belə buyurdu:
«Kim biz – Əhli-Beyti – sevərsə, biz qiyamət günü onun şəfaətçiləri olarıq.
Ey ibn Bəkr! Kim bizi Allah üçün sevərsə, bizimlə birlikdə dirildilər və biz onu özümüzlə birgə Cənnətə daxil edərik.
Ey ibn Bəkr! Kim bizə bağlı qalar, bizim yolumuzu tutarsa, o, bizimlə birlikdə ali dərəcələrdə olar.
Ey ibn Bəkr! Şübhəsiz ki, Allah-Təbarəkə və Təala Məhəmmədi (s) seçdi və bizi onun Zürriyyəsi qərar verdi.
Əgər biz olmasaydıq, Allah nə dünyanı, nə də axirəti yaratmazdı.
Ey ibn Bəkr! Allah, bizimlə tanınmışdır və bizimlə ibadət olunmuşdur.
Biz Allaha gedən yolun özüyük.
Mustafa (s) və Murtəza (ə) bizdəndir. Bizim nəsildən bu ümmətin qiyam edəcək Məhdisi olacaqdır.»
Mən dedim:
— Bu dediklərin sənin sözündür, yoxsa Allah Rəsulundan (s) nəql edirsən?
Zeyd ibn Əli (ə) dedi:
— Xeyr, bu, Allah Rəsulunun (s) bizə verdiyi əhd və vəsiyyətdir.
دَخَلَ أَحْمَدُ بْنُ بَكْرٍ عَلَى زَيْدِ بْنِ عَلِيٍّ عَلَيْهِ اَلسَّلاَمُ فَقَالَ يَا اِبْنَ رَسُولِ اَللَّهِ حَدِّثْنِي مِنْ فَضْلِ مَا أَنْعَمَ اَللَّهُ تَعَالَى عَلَيْكُمْ قَالَ نَعَمْ حَدَّثَنِي أَبِي عَنْ أَبِيهِ عَنْ جَدِّهِ قَالَ قَالَ رَسُولُ اَللَّهِ صَلَّى اَللَّهُ عَلَيْهِ وَ آلِهِ مَنْ أَحَبَّنَا أَهْلَ اَلْبَيْتِ فَنَحْنُ شُفَعَاؤُهُ يَوْمَ اَلْقِيَامَةِ يَا اِبْنَ بَكْرٍ مَنْ أَحَبَّنَا فِي اَللَّهِ حُشِرَ مَعَنَا وَ أَدْخَلْنَاهُ مَعَنَا يَا اِبْنَ بَكْرٍ مَنْ تَمَسَّكَ بِنَا فَهُوَ مَعَنَا فِي اَلدَّرَجَاتِ اَلْعُلَى يَا اِبْنَ بَكْرٍ إِنَّ اَللَّهَ تَبَارَكَ وَ تَعَالَى اِصْطَفَى مُحَمَّداً وَ اِخْتَارَنَا ذُرِّيَّتَهُ فَلَوْلاَنَا لَمْ يَخْلُقِ اَللَّهُ اَلدُّنْيَا وَ اَلْآخِرَةَ يَا اِبْنَ بَكْرٍ بِنَا عُرِفَ اَللَّهُ وَ بِنَا عُبِدَ اَللَّهُ وَ نَحْنُ اَلسَّبِيلُ إِلَى اَللَّهِ وَ مِنَّا اَلْمُصْطَفَى وَ اَلْمُرْتَضَى وَ مِنَّا يَكُونُ اَلْمَهْدِيُّ قَائِمُ هَذِهِ اَلْأُمَّةِ- فَقُلْتُ هَذَا اَلَّذِي تَقُولُهُ عَنْكَ أَوْ عَنْ رَسُولِ اَللَّهِ قَالَ بَلْ عَهْدٌ عَهِدَهُ إِلَيْنَا رَسُولُ اَللَّهِ .
İrşadul-Qulub, c. 2, səh. 414
999
Tovhid
İbn Sinandan nəql olunur ki, belə demişdir:
— İmam Rza (əleyhis-salam)-dan soruşdum: “Allah-Təala, məxluqları yaratmazdan əvvəl Öz-özünü tanıyırdımı?”
İmam (əleyhis-salam) buyurdu:
— “Bəli.”
Dedim:
— “Özünü görür və eşidirdimi?”
İmam buyurdu:
— “O buna möhtac deyildir. Çünki nə Öz-özünə bir şey soruşurdu, nə də Özündən bir şey istəyirdi. O, Özüdür və Özü Odur. Qüdrəti (hər şeyə) nüfuz edəndir. Bəs Özünə ad verməyə ehtiyacı yoxdur. Lakin başqaları üçün, özünə adlar seçdi ki, onu bu adların vasitəsilə çağıra bilsinlər (ona dua edə bilsinlər)...".
عَنِ اِبْنِ سِنَانٍ قَالَ: سَأَلْتُ أَبَا اَلْحَسَنِ اَلرِّضَا عَلَيْهِ اَلسَّلاَمُ هَلْ كَانَ اَللَّهُ عَزَّ وَ جَلَّ عَارِفاً بِنَفْسِهِ قَبْلَ أَنْ يَخْلُقَ اَلْخَلْقَ قَالَ نَعَمْ قُلْتُ يَرَاهَا وَ يَسْمَعُهَا قَالَ مَا كَانَ مُحْتَاجاً إِلَى ذَلِكَ لِأَنَّهُ لَمْ يَكُنْ يَسْأَلُهَا وَ لاَ يَطْلُبُ مِنْهَا هُوَ نَفْسُهُ وَ نَفْسُهُ هُوَ قُدْرَتُهُ نَافِذَةٌ فَلَيْسَ يَحْتَاجُ أَنْ يُسَمِّيَ نَفْسَهُ وَ لَكِنَّهُ اِخْتَارَ لِنَفْسِهِ أَسْمَاءً لِغَيْرِهِ يَدْعُوهُ بِهَا لِأَنَّهُ إِذَا لَمْ يُدْعَ بِاسْمِهِ لَمْ يُعْرَفْ فَأَوَّلُ مَا اِخْتَارَ لِنَفْسِهِ «اَلْعَلِيُّ اَلْعَظِيمُ » لِأَنَّهُ أَعْلَى اَلْأَشْيَاءِ كُلِّهَا فَمَعْنَاهُ اَللَّهُ وَ اِسْمُهُ اَلْعَلِيُّ اَلْعَظِيمُ هُوَ أَوَّلُ أَسْمَائِهِ عَلاَ عَلَى كُلِّ شَيْءٍ .
Kafi, c. 1, səh. 113
999
Tovhid
İbrahim İbn Muhəmməd Əl-Həmdanidən nəql olunur ki, belə demişdir:
"O kişiyə, yəni Əbül-Həsən (İmam Hadi) (əleyhis-səlam) - a belə yazdım:
"Bizim tərəflərdə olan sizin bir qism dostlarınız tövhid məsələsində ixtilafa düşüblər. Onlardan bəziləri deyirlər ki, Allah cismdir, bəziləri isə deyirlər ki, surətdir".
İmam (əleyhis-salam) isə öz xətti ilə belə yazdı:
"Pak və münəzzəhdir O kəs ki, nə həddlənər, nə də vəsf edilə bilər - əsla onun kimi bir şey yoxdur. O, Eşidəndir, Biləndir". (Ravi deyir) və ya dedi ki, Görəndir.”
عَنْ إِبْرَاهِيمَ بْنِ مُحَمَّدٍ اَلْهَمْدَانِيِّ قَالَ: كَتَبْتُ إِلَى اَلرَّجُلِ يَعْنِي أَبَا اَلْحَسَنِ عَلَيْهِ السَّلاَمُ أَنَّ مَنْ قِبَلَنَا مِنْ مَوَالِيكَ قَدِ اِخْتَلَفُوا فِي اَلتَّوْحِيدِ فَمِنْهُمْ مَنْ يَقُولُ جِسْمٌ وَ مِنْهُمْ مَنْ يَقُولُ صُورَةٌ فَكَتَبَ عَلَيْهِ السَّلاَمُ بِخَطِّهِ سُبْحَانَ مَنْ لاَ يُحَدُّ وَ لاَ يُوصَفُ - لَيْسَ كَمِثْلِهِ شَيْءٌ وَ هُوَ اَلسَّمِيعُ اَلْعَلِيمُ أَوْ قَالَ اَلْبَصِيرُ.
Şey Səduq "Tovhid", c. 1, səh. 100
999
Həzrət Həmzə (əleyhis-səlam)
Həmzə ibn Əbdülmüttəlib Uhud döyüşündə şəhid olmuşdur və cəsədi təhqir müslə edilmişdir[1] Bundan sonra Peyğəmbər (s) onu "şəhidlərin ağası" adlandırmışdır.[2] Həmzə bir çox tarixi və hədis mənbələrində bu ləqəblə yad edilmişdir.[3] Rəvayətlərdə Həmzəyə bu cür bənzər ləqəblər də verilib: “şəhidlərin ən xeyirlisi”,[4] “şəhidlərin ən üstünü”,[5] “cənnətdə şəhidlərin ağası”[6] və “peyğəmbərlər və övsiyalardan başqa əvvəlkilərin və sonrakıların şəhidlərinin ağası”. [Qeyd 1]
Rəvayətə görə, Əmirəlmöminin (ə) Müaviyəyə yazdığı məktubda[7] və altı nəfərlik şura zamanı[8] Həmzənin bu məqamını dəlil gətirmişdir. Həmçinin İmam Hüseyn (ə) Aşura günü[9] və Mühəmməd ibn Hənəfiyyə də[10] bu ləqəbi Əhli-beyt (ə) üçün bir qürur və fəzilət kimi qeyd etmişlər.
Həmçinin Rəsulullahı (s) ziyarət edən zaman oxunan ziyarətnamədə belə deyilir: «Şəhidlərin ağası əmisi Həmzəyə salam olsun»[11] və Həmzəni ziyarət edən zaman oxunan ziyarətnamədə isə belə deyilir: «Sənə salam olsun, ey Rəsulullahın əmisi və şəhidlərin ən xeyirlisi!»[12]
[1] Vaqidi, əl-Məğazi, cild 1, səhifə 286. * "Müslə" (ərəb. مثلة) — bədənə işgəncə vermək, cəsədi təhqir etmək, xüsusilə də bir şəxsi öldürdükdən sonra onun bədən üzvlərini kəsmək, parçalamaq və cəsədi zorla eybəcərləşdirmək deməkdir.
[2] Təbəri, Zəxāirul-ʿUqbā, səh. 176; Səfədi, əl-Vafi bi-l-Vəfəyāt, cild 13, səh. 170.
[3] Bəlazuri, Ənsābu-l-Əşrāf, cild 2, səh. 394; Şeyx Səduq, əl-Xisāl, səh. 412 və 555; Şeyx Müfid, əl-İrşād, cild 1, səh. 37.
[4] Süleym ibn Qeys, Kitab Süleym ibn Qeys, səh. 133–134.
[5] Şeyx Kuleyni, əl-Kafi, cild 1, səh. 450.
[6] Şeyx Səduq, əl-Xisāl, səh. 575.
[Qeyd 1] Başqa bir rəvayətdə isə nəql olunub ki, Peyğəmbər (s) bu ləqəbi xüsusi olaraq Əba Əbdillah Hüseynə (ə) vermişdir.
(Səduq, Kəmālud-din və Təmāmun-Niʿmə, səh. 264.)
[7] Seyyid Rəzi, Nəhcül-Bəlağə, səh. 386.
[8] Təbərsi, Əl-İhticac, cild 1, səh. 135.
[9] Təbəri, Tarixul-Ümam vəl-Mülük, cild 5, səh. 424.
[10] Şeyx Səduq, əl-Xisāl, səh. 320.
[11] Şəhid əl-Əvvəl, əl-Mazār, səh. 11.
[12] Məhəmməd ibn əl-Məşhədi, əl-Mazārul-Kəbir, səh. 94.
("Wikishia" saytından tərcümə olunub, istifadə edilmişdir)
999
Fəzl Əbu Abbas Bəqbaq deyir:
İmam Sadiqə (ə) Allah-Təalanın bu kəlamı barəsində sual verdim:
“Allah onların qəlblərinə iman yazmışdır.”
Dedim: "Onların bunda bir rolu varmı?”
İmam (ə) "Xeyr" deyə cavab verdi".
عَنِ الْفَضْلِ أَبِی الْعَبَّاسِ بَقْبَاقٍ قَالَ: سَأَلْتُ أَبَا عَبْدِ اللَّهِ علیه السلام عَنْ قَوْلِ اللَّهِ عَزَّ وَ جَلَّ كَتَبَ فِی قُلُوبِهِمُ الْإِیمانَ هَلْ لَهُمْ فِی ذَلِكَ صُنْعٌ قَالَ لَا.
Biharul-Ənvar, c. 5, səh. 222
t.me/Seqeleyn
999
İmam Məhəmməd Baqir (ə) buyurdu:
"Şübhəsiz bilirəm ki, sizdə bizə qarşı olan bu məhəbbət,
özünüzün yaratdığınız bir şey deyil.
Əksinə, bu məhəbbəti Allah yaratmışdır."
إِنِّی لَأَعْلَمُ أَنَّ هَذَا الْحُبَّ الَّذِی تُحِبُّونَّا لَیْسَ بِشَیْ ءٍ صَنَعْتُمُوهُ وَ لَكِنَّ اللَّهَ صَنَعَهُ.
Biharul-Ənvar, c. 5, səh. 223
t.me/Seqeleyn
999
اَلْحَمْدُ لِلَّهِ اَلَّذِي يَصِفُ وَ لاَ يُوصَف
"Həmd olsun vəsf edən, lakin vəsf edilə bilməyən Allaha"
İmam Rza (əleyhis-səlam)
Kafi, c. 2, səh. 569
999
İmam Baqir (əleyhis-səlam) buyurur:
"Allah çox ucadır, yalnız və yalnız məxluqun sifətində olana əql yetişər, Allah isə belə deyil".
تَعَالَى اَللَّهُ إِنَّمَا يَعْقِلُ مَا كَانَ بِصِفَةِ اَلْمَخْلُوقِ وَ لَيْسَ اَللَّهُ كَذَلِكَ .
Əl-Kafi, c. 1, səh. 108
t.me/Seqeleyn
999
كَلَّـتِ الَْلْسُـنُ عَـنْ عَظَمَتِـك
"(Allahım) Dillər Sənin əzəmətini ifadə etməkdə aciz qaldı."
İmam Sadiq (əleyhis-səlam)
Təhzibul-Əhkam, c. 3, səh. 132
t.me/Seqeleyn
999
İmam Əmirəl-möminin Əli (əleyhis-səlam) buyurur:
"Onu yeganə bilmək (Onun tövhidi), Onu məxluqatından ayırd etməkdir. Ayırd etməyin hökmü, sifətinin ayrı olmasıdır, qırağa çəkilməsi yox".
تَوْحِيدُهُ تَمْيِيزُهُ مِنْ خَلْقِهِ وَ حُكْمُ اَلتَّمْيِيزِ بَيْنُونَةُ صِفَةٍ لاَ بَيْنُونَةُ عُزْلَةٍ
Əl-İhticac, c. 1, səh. 200
t.me/Seqeleyn
999
İmam Rza (əleyhis-səlam) buyurur:
"Məxluqatda hər nə varsa, onların xaliqində yoxdur. Məxluqatda hər nə mümkündürsə onların yaradanlarında qeyri-mümkündür".
فَكُلُّ مَا فِي اَلْخَلْقِ لاَ يُوجَدُ فِي خَالِقِهِ وَ كُلُّ مَا يُمْكِنُ فِيهِ يَمْتَنِعُ مِنْ صَانِعِهِ
Şeyx Səduq, "Tövhid", c. 1, səh. 34
t.me/Seqeleyn
999
İmam Sadiq (əleyhis-səlam), İmam Əli (əleyhis-səlam) - dan nəql edir:
"O (Allah), Özünü vəsf etdiyi kimidir, vəsf edənlər onun vəsfinə (özəlliyinə) yetişə bilməzlər. Bütün şeyləri yaradanda, onların Ona oxşarlıqdan ayrı olduqlarını və Özünün onlara bənzəməkdən ayrı olmasını göstərsin deyə onları məhdud etdi".
هُوَ كَمَا وَصَفَ نَفْسَهُ وَ اَلْوَاصِفُونَ لاَ يَبْلُغُونَ نَعْتَهُ وَ حَدَّ اَلْأَشْيَاءَ كُلَّهَا عِنْدَ خَلْقِهِ إِبَانَةً لَهَا مِنْ شَبَهِهِ وَ إِبَانَةً لَهُ مِنْ شَبَهِهَا
Əl-Kafi, c. 1, səh. 134
t.me/Seqeleyn
999
İmam Sadiq (əleyhis-səlam) buyurur:
"(Allah) Öz məxluqatından ayrıdır (məxluqatı ilə ortaq cəhəti yoxdur), bununla özünü vəsf etmişdir".
بَائِنٌ مِنْ خَلْقِهِ وَ بِذَاكَ وَصَفَ نَفْسَهُ
Kafi, c. 1, səh.126
999
İmam Sadiq (əleyhis-salam) buyurdu:
"Kim Allahı məxluqatına bənzədərsə, o müşrikdir.
Həqiqətən, Allah-Təbarəkə və Təala heç nəyə bənzəməz və heç nə də Ona bənzəməz.
Zehndə formalaşan hər bir təsəvvür, əslində Ondan başqasıdır."
عَنْ أَبِي عَبْدِ اَللَّهِ عَلَيْهِ السَّلاَمُ قَالَ: مَنْ شَبَّهَ اَللَّهَ بِخَلْقِهِ فَهُوَ مُشْرِكٌ إِنَّ اَللَّهَ تَبَارَكَ وَ تَعَالَى لاَ يُشْبِهُ شَيْئاً وَ لاَ يُشْبِهُهُ شَيْءٌ وَ كُلُّ مَا وَقَعَ فِي اَلْوَهْمِ فَهُوَ بِخِلاَفِهِ .
Şeyx Səduq "Tövhid", c. 1, səh. 80, Tövhid, və bənzərliyi dəf etmə babı
(Ət-Tövhid və Nəfyut-təşbih)
