ABROEDU
Open in Telegram
3 116
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
3 116
Erasmus Mundus təqaüdü nədir?
Erasmus Programının 3 növü var: erasmus exchange (mübadilə), erasmus mundus və erasmus təcrübə
Erasmus Mundus
Bu proqram magistratura təhsili üçün nəzərdə tutulub. Hansı ki , siz bakalavr təhsilinizin sonuncu kursunda və ya bakalavrı bitirdikdən sonra proqrama müraciət edə bilərsiniz.
Bu proqramla siz magistratura dərəcəsini Belçika, Niderland, İspaniya, Danimarka, Finlandiya, Avstriya, Fransa, Almaniya və s. kimi Avropa ölkələrində davam etdirə bilərsiniz.
Gələk işin vacib qisminə..
Təqaüd sizə nə vəd edir?
✅ Hər semestri fərqli universitetdə oxumaq
✅ Aylıq 1,000 € təqaüd
✅ Təhsil haqqı ödənişi
✅ Transfer xərcləri
✅ İllik 2,000 € səyahət xərcləri ödəməsi
Son müraciət tarixi seçdiyiniz proqramdan asılı olaraq dəyişir.
Ətraflı məlumat üçün linkdən ABROEDU ilə ödənişsiz konsultasiya rezerv edə bilərsiniz:
https://calendly.com/abroedu/abroedu-konsultasiya-formu
3 116
Sizi yeni Dövlət Proqramı qaliblərimizlə tanış etmək istəyirik 🥳
Nicat bəy və Nərgiz xanım University of Southampton'da Master of Public Administration üzrə tam təqaüdlü təhsil alacaqlar 🫠
Sizi təbrik edir, akademik həyatınızda uğurlar arzu edirik, əziz Abroedulular.
@infoabroedu
3 116
Davamlı campinglərlə bağlı məlumatlanmaq və əyləncəli kamplarda iştirak etmək istıyirsinizsə linkdəki telegram kanalına keçid edə bilərsiniz: @tentastic22
3 116
Hərkəsin xəyalı olan DAAD təqaüdü haqqında səhv bildikləriniz haqqında bəhs edirik paylaşımımızda:
https://t.me/nofellln/22
3 116
👷🏻♂️Zahid Əliosmanov.
O, Abroedunun "neftçi" tələbələrindən biridir və bu il 🇳🇴Norveçdə magistr təhsilinə başladı.
Hazırda Abroedu "Neftçilər gününə" özəl olaraq Neft, Kimya, Geologiya mühəndisliyi sahələrində təhsil alan tələbələr üçün Limitsiz müraciət paketinin qiymətinə "60%" endirim tətbiq edir.
📨 Ətraflı məlumat üçün rəydə ➕ yaza bilərsiniz
@infoabroedu
3 116
Avropanın ən rəqabətcil təqaüdü hesab edilən DAAD sizin Almaniyada tam təqaüdlü təhsil almaq arzunuzu reallaşdırır.
DAAD sizdən nə tələb edir?
☑️ Müraciət etdiyiniz universitetlərin tələblərini ödəməyinizi
☑️ Yaxşı motivasiya məktubu
☑️ Yaxşı referans məktubları
☑️ Yaxşı hazırlanmış course-profile və s.
💢 Bütün bu nüanslarda sizə peşəkar komandamız kömək edəcək.
Ətraflı məlumat üçün aşağıdakı linkdən Abroedu ilə ödənişsiz konsultasiya rezerv edə bilərsiniz:
https://calendly.com/abroedu/abroedu-konsultasiya-formu
3 116
İzzət artıq Norveçdədir və "NTNU" tələbə biletini də əldə edib.
Bugün isə dərsləri başlayır.
İxtisas: Petroleum Engineering
Uğurlar, əziz Abroedulu!
@infoabroedu
3 116
Gecənin səssizliyi pozuruq, çünki, Ömər bəy King's College-ə qəbul olub 🥳
Yollar Londona aparır
MSc Cyber Security
@infoabroedu
3 116
Bugün dayanmadan sevinirik 🫠
az əvvəl öyrəndik ki, tələbəmiz Litvanın Dövlət Təqaüdünə seçilib. 🥳
O, "Artificial Intelligence" ixtisası üzrə magistr təhsili alacaq.
Təqaüd məbləği:
- Aylıq 460 avro
- və təhsil haqqından tam azad
Uğurlar, əziz Abroedulu!
3 116
Dövlət Proqramının cavabları elan edilib ‼️
Proqrama müraciət edən bütün abroedu tələbələri təqaüdü qazanıb 🥳
Hamınızı çox-çox təbrik edirik, uşaqlar. Sizinlə fəxr edirik‼️
Onlar, ən yaxşı universitetlərə gedirlər 💁🏽♂️
- LUND University(İsveç)
- NTNU Norwegian University of Science and Technology (Norveç)
- Ghent University (Belçika)
- University of Manchester (Böyük Britaniya)
- University of Glasgow (Böyük Britaniya)
- University of Liverpool (Böyük Britaniya)
- University of Exeter (Böyük Britaniya)
- University of Leeds (Böyük Britaniya)
- University of Sussex (Böyük Britaniya)
- University of Essex (Böyük Britaniya)
- Swansea University (Böyük Britaniya)
- University of Padua (İtaliya)
- Sapienza University of Rome (İtaliya)
@infoabroedu
3 116
🇺🇸 The wind of freedom blows.
Yaxın oturun, "Stanfordda" tam təqaüd haqqında danışırıq 🫠
Həm də GRE olmadan 💁🏽♂️
Yəqin ki, dünya üçüncüsü olan Stanford Universiteti haqqında çox danışmağa gərək yoxdur.
Universitet ABŞ-ın Kaloforniya ştatında yerləşir, əsası 1885-ci ildə qoyulub və dünyada ən böyük büdcəyə sahib 3-cü universitetdir.
İndi yazacağımız məlumat "Gedəcəyim yer dövlət universiteti olsun" deyənləri üzəcək. Stanford ÖZƏL universitetdir.
Qeyd etdiyimiz şərtlərlə təklif edilən ixtisaslar:
- Aeronautics and Astronautics
- Biology
- Chemical Engineering
- Computer Engineering
- Economics
- Genetics
- Math və s.
📨 Ətraflı suallarınız üçün ödənişsiz konsultasiya rezerv edə bilərsiniz: Link
@infoabroedu
3 116
🇵🇱 Banach Scholarship Program
Bu təqaüd proqramı tələbəmizin Polşanın ən yaxşı universiteti olan "Jagiellonian University"də təhsil xərclərini qarşılayır.
Bu xərclərə nələr daxildir?
- Təhsil haqqı
- Aylıq yaşam xərcləri
- Dil kursu xərcləri
- İlkin yerləşmə üçün xərclər.
"Jagiellonian University" Mərkəzi Avropanın ən qədim universitetidir və 1364-cü ildən fəaliyyət göstərir.
@infoabroedu
3 116
Master təhsili arzusunda olan gənclərin fərqləndirməkdə çətinlik çəkdiyi bir mövzu barədə danışacağıq bugün 💁🏽♂️
Master of Science (MSc) ve Master of Arts (MA) nədir?
Master of Science(MSc):
Xaricdə magistr təhsili almağı planlaşdırırsınızsa, çox sayda proqram siyahısı olan MSc proqramlarından birini seçməli olacaqsınız, lakin ilk növbədə MSc dərəcəsinin nə demək olduğunu bilmək lazımdır.
Latın dilində "Magister Scientiae" olaraq adlandırılan və təklif edilən ən məşhur magistr dərəcələrindən biri olan Master of Science-in abreviaturasını MSc, Sc.M, M.S ,S.M ifadələri ilə universitetlərin saytlarında tez-tez görürük.
“Master of Science” Riyaziyyat, Mühəndislik, İnformasiya Texnologiyaları, Tibb, Biologiya, Fizika, Kimya, Geologiya və s. kimi elmləri əhatə edən magistratura proqramlarına verilən dərəcənin ümumi adıdır. Bundan əlavə, Maliyyə, İqtisadiyyat, Psixologiya, Sosiologiya və Menecment kimi proqramlar da universitetlərdə "MSc" proqramları kimi təklif oluna bilir. Tədqiqat sahəsinə görə, MSc proqramlarında, ümumiyyətlə, məzuniyyətdən əvvəl tezis hazırlamaq tələb edilir.
Ölkədən və seçdiyiniz sahədən asılı olaraq əksər Avropa ölkələrində full-time “Master of Science” proqramı 2 ilə, Böyük Britaniyada isə 1 ilə tamamlanır.
Gələk "Master of Arts"a (MA) 💁🏽♂️
Latın dilində "Magister Arium" kimi tanınan Master of Arts Tarix, Fəlsəfə, Humanitar Elmlər, İlahiyyat, Musiqi, Dilçilik, Təhsil kimi ixtisaslaşmalara yönəlmiş magistr proqramlarına verilən ümumi addır.
MA dərəcəsi proqramları work based və research based olurlar, və ya hər ikisinin kombinasiyası şəklində təklif olunurlar
MA proqramları MSc proqramlarından daha az araşdırma tələb edən və ya sahənizə uyğun kiçik projectlər təqdim etməli olduğunuz təhsil dövrlərindən keçir.
Artıq bu iki dərəcə arasındakı fərqi bilirsiniz və gələcək seçimlərinizdə bunu rahatlıqla nəzərə ala bilərsiniz.
Bundan başqa master pilləsi üçün aşağıdakı xüsusi abreviaturalar da var:
MRes - Master of Research
MPH - Master of Public Helath
MPA - Master of Public Administration
LLM - Master of Laws
MEng - Master of Engineering
və s.
contact us: @infoabroedu
3 116
Azərbaycanda "Müəllimlik" ixtisası üzrə məzun olan "Abroedulu" Macarıstanın ən yaxşı universitetində - ELTE'də magistr təhsilinə Stipendium Hungaricum təqaüdü ilə başlayacaq.
O şagirdlərinin yoluna işıq saçırdı, biz də onun yoluna işıq olduq.
Gələcək akademik həyatınızda sizə uğur arzu edirik, əziz tələbəmiz!
@infoabroedu
3 116
Bu dəfə sizlərə İngiltərədə təhsil, yaşam xərcləri və s. haqqında danışacağıq
ölkədə 165-ə yaxın universitet və kollec fəaliyyət göstərir. Ali məktəblər tədrisin təşkilində sərbəstdirlər. Universitetlər əməkdaşlarını müəyyənləşdirir, tələbə qəbulu barədə qərar çıxarır, tədris planlarını tərtib edir və məzunlara müvafiq dərəcələr verirlər.
Hər bir tədris ilinin başlanğıcında universitetlər yeni gələn tələbələri salamlamaq üçün ‘Welcome Week’ (Salamlama Həftəsi) təşkil edirlər. Bu tədbir bəzən ‘Freshers’ Week’ (Yeni gələnlərin həftəsi) də adlandırılır. Bu vaxt ərzində universitetlərin klubları və tələbə cəmiyyətləri yeni üzvlərlə tanışlıq üçün müxtəlif tədbirlər təşkil edirlər. Bu tədbirlər universitetlə tanışlıq və məlumatlılıq baxımından əla imkandır.
Universitetlərin böyük əksəriyyətinin çoxsaylı klubları və cəmiyyətləri fəaliyyət göstərir ki, bu da hər bir tələbənin istəyinə uyğun tədbir və ya fəaliyyətə qoşulmasına imkan yaradır. Siz siyasi məsələlərlə, kulinariya, musiqi, rəqs və ya uzgüçülük və s. ilə maraqlanırsınızsa istəyinizə uyğun klub və ya qrupa qoşulmaq seçiminiz olacaq.
Kommunal xərclər (utility bills) paytaxt londonda təxminən 45 £, digər şəhərlərdə isə 40 £ təşkil edir. Universitetdə oxuyarkən yaşayış yeri məsələsinə gələndə burada 3 növ yer mövcuddur. Halls of residence adlanan və ucuz, rahat və kampusa yaxın məskənlər daha əlverişlidir. Buranın daha bir üstünlüyü qida və kommunal xərclərinin ödənişə daxil olmasıdır. Private Halls of residence adlanan yaşayış məskənləri təhsil müəssisəsi tərəfindən yox, özəl qurumlar tərəfindən icarəyə verildiyindən, otaq yoldaşlarınız öz universitetinizdə oxuyan tələbələr olmaya bilər. Burada bir nüansı nəzərdə saxlamalısınız ki, aylıq olaraq müəyyən miqdarda dövlətə “council tax” adlanan vergi verməli olacaqsınız. Bu ödəniş tullantıların yığılmasına, yolların təmirinə və s. xərclənəcək. Share/rent flat – Əgər “Private halls”larda yaşamaq istəməsəniz, kirayə evlərdə qalmaq mümkündür. Belə evləri təkbaşına yaxud digər tələbələrlə ortaq şəkildə kirayəyə götürə bilərsiniz.
Nəqliyyat xərclərinə gəldikdə, xarici tələbələr üçün güzəştlər, endirimlər mövcuddur. Şəhəriçi nəqliyyatda piyada və velosipedlə gəzməkdən başqa, avtobus və qatarlarla endirimli şəkildə səyahət edə bilərsiniz. Bunun üçün “railcard” adlanan tələbə güzəşt kartını əldə etməlisiniz. Şəhərlərarası daha ucuz qiymətə səyahət etmək istəsəniz xarici tələbələr üçün hazırlanan “səyahət kartı” (travel card) əldə etməli olacaqsınız.
İngiltərədə master xərcləri
İngiltərədə master proqramlarının orta ödənişi £ 13.000 GBP'dir. Müraciət edəcəyiniz proqram və universitetə görə bu ödəniş 25.000 GBP'ya qalxa bilər. Proqram ödənişləri, seçəcəyiniz universitet və şəhərə görə dəyişir. Yerləşmə xərcləri isə London xaricində bir universitet kampusu üçün ortalama 4000 GBP, London içində isə 8000 GBP olaraq müəyyənləşdirilib.
Təqaüd
Böyük Britaniyada hər il 1000-dən çox tələbəyə verilən Chevening təqaüdü 2021-ci il üçün artıq bitib.
Bu təqaüd proqramı ilə tələbələr bir il boyunca həm Böyük Britaniyada yaşayacaq, həm də dünyanın top universitetlərində təhsil almaq şansı qazanacaqlar.
Təqaüd aşağıdakı xərcləri qarşılayır:
1. Tam şəkildə universitet təhsil haqqını
2. Hər ay müəyyən miqdarda stipendiya
3. Böyük Britaniyaya gediş-gəliş yol xərcləri
4. Böyük Britaniyaya gələrkən çəkdiyiniz bütün xərcləri
5. Böyük Britaniyadan gedərkən çəkəcəyiniz bütün xərcləri
6. Visaya müraciət xərcini
7. Britaniyada Chevening tədbirlərinə qatılmaq üçün səyahət xərcləri
Təqaüdün şərtinə görə 2 illik iş təcrübəniz olmalıdır (təxminən2,800 saatlıq iş) və bu iş təcrübəsi üçün şərt deyil ki, siz bir müəssisədə işləmiş olasınız, bir neçə müəssisədə işləmiş olduğunuz müddətlər də toplanaraq təqaüdə müraciət edilə bilər.
@infoabroedu
3 116
Bilirsənmi❓
🇺🇸 USA-də bakalavrdan birbaşa Ph.D-yə qəbul ola bilərsən 💁🏽♂️
Necə?
Bunun üçün sənə GRE/GMAT, IELTS/TOEFL kimi sertifikatlar lazımdır. Əlavə olaraq, Research-ünüzün olması sizə üstünlük qatır.
Lakin, hərşey bütün bunlarla bitmir. Avqustdan etibarən uyğun universitetlər müəyyən edilməlidir, daha sonra isə akademik sənədlərinizi hazır etməlisiniz və professorlarla akdemik yazışmalara başlanılmalıdır. Don't worry, bütün bunları biz edirik, be happy (araya Bobby McFerrindən bir parça da qatdıq 🙃)
Bu ərəfədə siz Research Proposal idealarınıza köklənməlisiniz, GRE/GMAT, IELTS/TOEFL kimi sertifikatlarınızı əldə etməlisiniz. Bunun üçün təqribən noyabra qədər vaxtınız var.
..və daha sonra müraciətlərimizi tamamlamaq zamanıdır.
Nəhayət, mart və ya aprelədək offerlarınızı əldə edib, yola düşürsünüz 💁🏽♂️
@infoabroedu
