en
Feedback
Elm və təhsil media

Elm və təhsil media

Open in Telegram

Elm və təhsil xəbərlərinin etibarlı ünvanı Sosial media hesablarımız: Təhsil TV https://linktr.ee/tehsiltv Azərbaycan müəllimi https://linktr.ee/muallim.edu.az

Show more
3 207
Subscribers
No data24 hours
-57 days
-3630 days
Posts Archive
İmtahanların proqramı məlum oldu | DİM açıqlama yaydı

Naxçıvanda icma əsaslı təhsil qrupları artırılır

Gürcüstandakı azərbaycandilli məktəblər üçün dərsliklər göndərilib

Bu gün Beynəlxalq Savadlılıq Günüdür

Təhsillə bağlı üzləşdiyiniz çətinlik və problemlərlə bağlı bizə yaza bilərsiniz. 📞📲+994-10-256-73-76
Təhsillə bağlı üzləşdiyiniz çətinlik və problemlərlə bağlı bizə yaza bilərsiniz. 📞📲+994-10-256-73-76

🔴 PISA 2025 tədqiqatında Azərbaycanda baza səviyyəsinə çatmayan şagirdlərin payı kəskin azalıb.

‼️ Müəllim heyətinin yenilənməsinin nəticəsini 10 il sonra görəcəyik Elm və təhsil naziri Emin Əmrullayev

Elm və təhsil naziri Emin Əmrullayev sertifikatlaşdırmanın tədrisə təsirinin PISA nəticələrində əks olunmasından danışıb. Ətr
Elm və təhsil naziri Emin Əmrullayev sertifikatlaşdırmanın tədrisə təsirinin PISA nəticələrində əks olunmasından danışıb. Ətraflı BURADA 👈

“Yüksək səviyyədə nəticə göstərən şagirdlərin sayında artım var". "Azərbaycan müəllimi" xəbər verir ki, bunu elm və təhsil na
“Yüksək səviyyədə nəticə göstərən şagirdlərin sayında artım var". "Azərbaycan müəllimi" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev PISA 2025 – Şagirdlərin Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramının nəticələrinin təqdimatı zamanı deyib. Onun sözlərinə görə, PISA nəticələrində 5-ci və 6-cı səviyyələrdə nəticə göstərən şagirdlərin göstəricisi də xüsusi əhəmiyyət daşıyır: "Bu səviyyələrdə nəticə göstərən 15 yaşlı şagirdlər digər ölkələrdəki ən yüksək nəticə göstərən yaşıdları ilə müqayisə edilə biləcək bilik və bacarıqlara malikdirlər. Riyaziyyat üzrə yüksək səviyyədə nəticə göstərən şagirdlərin payında əvvəlki illərlə müqayisədə artım müşahidə olunur. 2018-ci illə müqayisə etsək, təxminən 4 dəfəyə yaxın artım var. Bu, mənə elə gəlir ki, hiss olunacaq göstəricidir". 

PISA 2025 – Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrinin təqdimatı | CANLI https://www.facebook.com/share/v/1PrWjHCEuJ/

📊 Azərbaycanda məşğul əhalinin təhsil səviyyəsi açıqlanıb 2025-ci ildə Azərbaycanda məşğul əhalinin sayı 5 milyon 105,2 min nəfər olub. Onların təhsil səviyyəsi üzrə bölgüsü belədir: 🎓 Ali təhsil — 889,7 min nəfər 📚 Orta ixtisas təhsili — 562,6 min nəfər 🔧 Peşə təhsili — 297,7 min nəfər 🏫 Tam orta təhsil — 3 milyon 9,2 min nəfər 📖 Ümumi orta təhsil — 301,7 min nəfər ✏️ İbtidai təhsil — 42,5 min nəfər ❗ Təhsili yoxdur — 1,8 min nəfər Məlumatlar Dövlət Statistika Komitəsi tərəfindən açıqlanıb.

🔴Kolleclərə yeni təyinat Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Lətifə Sadıqova Şamaxı Dövlət Regional
🔴Kolleclərə yeni təyinat Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Lətifə Sadıqova Şamaxı Dövlət Regional Kollecinə tərbiyə işləri üzrə, Fatimə Məmmədova isə Astara Pedaqoji Kollecinə tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin edilib.

🔴 PISA 2025-in nəticələri bu gün açıqlanır OECD bu gün – 8 sentyabr 2026-cı il tarixində PISA 2025 beynəlxalq qiymətləndirmə
🔴 PISA 2025-in nəticələri bu gün açıqlanır OECD bu gün – 8 sentyabr 2026-cı il tarixində PISA 2025 beynəlxalq qiymətləndirməsinin ilkin nəticələrini təqdim edəcək. Nəticələrin Bakı vaxtı ilə saat 11:30-da OECD-nin rəsmi kanalları vasitəsilə canlı yayımla açıqlanması nəzərdə tutulur. PISA 2025-də əsas diqqət elm sahəsinə yönəlib. Bununla yanaşı, şagirdlərin riyaziyyat və oxu bacarıqları, eləcə də problem həlli, maraq, əzmkarlıq, öyrənmə agentliyi və süni intellektdən istifadə ilə bağlı göstəricilər də qiymətləndirilir. Nəticələr müxtəlif ölkələrdə 15 yaşlı şagirdlərin bilik və bacarıqlarının müqayisəli təhlilinə imkan verəcək və #təhsil sistemlərinin inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm məlumat mənbəyi olacaq.

Əziz Səncər “Şöhrət” ordeni ilə təltif edilib

"Rəqəmsal məktəb"də yeni dövr: Şagird və müəllimləri hansı yeniliklər gözləyir?

Şagirdlər üçün yeni imkan: 28 məktəbdə peşə təmayüllü siniflər açılır

Bu müəllimlər imtahana cəlb olunacaqlar

Azərbaycanlı alim dünya reytinqində ilk sıralardadır

🚸 Yeni tədris ili ərəfəsində məktəblərin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir Yeni tədris ilinin başlaması ilə məktəbətrafı ərazilərdə nəqliyyat və piyada hərəkətinin intensivliyinin artacağı nəzərə alınaraq, yol hərəkətinin təhlükəsizliyinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir. Baş Dövlət Yol Polisi İdarəsi və AYNA əməkdaşları tərəfindən məktəblərin ətrafında yol şəraitinə nəzarət gücləndirilir. 🔹 Yol nişanları və nişanlanma xətləri nəzərdən keçirilir; 🔹 Piyada keçidlərinin vəziyyəti yoxlanılır; 🔹 Aşkar olunan çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər görülür. Məqsəd şagirdlərin məktəbə gediş-gəlişi zamanı təhlükəsizliyinin təmin edilməsidir.

Azərbaycan İdman Akademiyasında təlim təşkil olunacaq