Oğuz_ws
Open in Telegram
Oğuzda və ölkədə baş verən bütün xəbərləri bizdən öyrənin. Bizi digər platformalardan izləyin ⬇️ İnstagram instagram.com/oguz_ws Facebook facebook.com/oguzws YouTube youtube.com/c/oguzws TikTok tiktok.com/@oguz_ws WhatsApp - 070 4048048 19.07.2020 ✅️
Show more1 796
Subscribers
No data24 hours
-97 days
-3530 days
Posts Archive
1 796
Prezident İlham Əliyev “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişiklikləri təsdiqləyib
🚫 Qadağan edilən paylaşımlar:
• İctimai mənəviyyatı təhqir edən məzmunlar
• Cəmiyyətə açıq hörmətsizlik ifadə edən davranış və ifadələr
• Əxlaqa zidd sözlər, mimikalar və jestlər
• Bədənin hissələrinin milli və mənəvi dəyərlərə zidd formada nümayişi
⚠️ Cəza tədbirləri:
• İlk pozuntu: 500-1000 manat cərimə
• Təkrar pozuntu (1 il ərzində): 1000–2000 manat cərimə
❗️İnzibati həbs:
• İlk pozuntuda – 30 günədək
• Təkrar hallarda – 1–2 ayadək
Qanun artıq qüvvədədir və bütün internet istifadəçilərinə şamil olunur.
1 796
Füzulidə avtomobili işlək vəziyyətdə qoyaraq yatan əmi və qardaşı oğlu maşının qızdırıcısında yaranan dəm qazından boğularaq ölüblər.
1 796
⚽️ "Qarabağ" - "Frankfurt" oyununun biletləri bu gün saat 12:00-da "İticket" platforması üzərindən satışa çıxarılacaq.
• Standart biletlərin qiyməti: 10, 15, 25, 35, 40, 50, 75 ₼
• VIP sektorlar: 200, 250, 300 və 400 ₼
• VVIP sektorlar: 1000 ₼
1 796
Repost from Oğuz rayonu
🪵 Oğuz rayonunun Padar kəndində palıd növündən olan ağacların kəsilməsi ilə bağlı istintaq araşdırmaları aparılır.
DİN Mətbuat xidmətindən bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə ağacları kəsməkdə şübhəli bilinən Keyti Həsənov saxlanılıb.
Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
t.me/oguzrayon ✅
1 796
Naxçıvan Dövlət Universitetinin iki türkiyəli tələbəsi dəm qazından zəhərlənərək dünyasını dəyişib.
1 796
Məşhur reper Elşad Xose həbs olunub
Əliyev Elşad Nazim oğlu İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib və 15 gün müddətinə inzibati qaydada həbs edilib.
Buna səbəb Elşad Xosenin Yasamal rayonu, Ş.Qurbanov küçəsində ünvansız nalayiq ifadələr işlətməsi olub.
Reper həbsdən azad olunması üçün Bakı Apellyasiya Məhkəməsinə şikayət verib. Məhkəmədə Elşad Xose ailəli, ictimai xadim olduğunu və müalicə aldığını qeyd edib. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış Elşad Xose tərəfindən verilmiş apellyasiya şikayətini təmin etməyib.
1 796
Repost from Oğuz rayonu
Oğuz rayon Xaçmaz kənd sakini, Əsgər Fariz İsayevin ölümünə görə "N" saylı hərbi hissənin həkimi, tibb xidməti baş leytenantı Vaqif Məmmədov cinayət məsuliyyətinə cəlb edilib.
Ötən ilin may ayında Oğuz rayonunun Xaçmaz kəndindən hərbi xidmətə çağırılan əsgər Fariz İsayev hərbi hissəyə göndəriləndən üç gün sonra vəfat edib.
- Carçınews
t.me/oguzrayon ✅
1 796
Orta ümumtəhsil məktəblərində 5 gün dərs olmayacaq
2025–2026-cı tədris ilində də qış tətili 27–31 yanvar tarixlərini əhatə edəcək.
Tətil müddəti başa çatdıqdan sonra fevralın 1-i bazar gününə düşdüyü üçün şagirdlər ikinci yarımilə 2 fevral tarixindən etibarən başlayacaqlar.
1 796
Venesuelanın paytaxtı Karakasda bu gecə ən azı 7 partlayış səsləri eşidilib, eyni zamanda təyyarə səsləri və elektrik kəsintiləri müşahidə olunub.
Venesuela hökuməti ABŞ-ı hərbi hücumda ittiham edib və fövqəladə vəziyyət elan edib.
1 796
👶🏼 2026-cı ilin ilk qız uşağı gecə saat 00:40 radələrində Şamaxı Rayon Mərkəzi Xəstəxanasında dünyaya gəlib.
1 796
🌧 Bu gün dağlıq ərazilərdən başlayaraq 3-dək bəzi rayonlarda intensiv yağış və qar yağacaq.
1 796
Bu gündən qüvvəyə minən dəyişikliklər
• Tütün məmulatları, elektron siqaret üzrə aksiz vergiləri artırılıb.
• İdxal olunan köhnə minik avtomobilləri üçün yeni aksiz dərəcəsi tətbiq olunacaq.
• Qeyri-formal işləyən şəxslər icbari tibbi sığorta haqqını özləri ödəyəcək: Ayda ₼16
• Azərbaycana gətirilən 1 ədəddən artıq mobil telefonların qeydiyyatı üçün 100 manat rüsum alınacaq.
• Evlərini kirayə verənlər üçün vergi dərəcəsi 14 %'dən 10 %'ə endirilib.
• Hər ay elektrik enerjisi və təbii qaz üzrə 1 manat sabit tarif tutulacaq.
• Qeyri-neft-qaz özəl sektorda ₼2500-dək maaşdan 3 % gəlir vergisi tutulacaq.
• Hibrid və elektromobillərin idxalı və satışında ƏDV güzəştinin müddəti başa çatıb.
• Azərbaycanda yığılan elektrikli avtobuslar ƏDV-dən azad ediləcək.
• Media subyektləri vergilərdən azaddır.
• Bankların iflas prosedurunda aktivlərin təqdim edilməsi ƏDV-dən azad edilir.
• Yaşayış minimumu və ehtiyac meyarı ₼300 müəyyən edilir.
• Benzin, dizel və maye qaza görə yol vergisi 3.5 dəfə artırılır: Hər litrinə görə ₼0.02'dan ₼0.07'a qaldırılır.
• Mülkiyyətində olan torpaqlarında işləyənlərin siğorta haqqı artırılır.
• Vəkil və mediatorların ödədiyi sosial sığorta haqqı artırılır.
• Fərdi sahibkarların ödədiyi sosial sığorta haqqı artırılır.
• Fərdi iş sahiblərinin (dərzi, aparıcı, çalğıçı və s) sosial sığorta haqqı minimum aylıq əməkhaqqının 5 % yox 8 %'i qədər olacaq.
• Kişi və qadın salonları, kosmetoloji mərkəzlərin xidmətlərində ƏDV Geri qayıdacaq.
• Alkoqollu və enerji içkilərinin aksiz dərəcəsi artırılır.
1 796
2026-cı il üzrə kişilərin və qadınların pensiya yaşı məlum olub
İyulun 1-dən qadınların pensiya yaşı 65 olacaq. Kişilərin pensiya yaşı isə dəyişməyəcək, 65 il olacaq.
1 796
🌪️ Dekabrın 31-i, yanvarın 1-2-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.
1 796
Repost from Oğuz rayonu
🎁 HƏDİYYƏ QAZAN! 🎁
Sevdiyin aksesuara pulsuz sahib olmaq istəyirsən? 😍 @mehhandmade
👉 Qayda çox sadədir:
1️⃣ Səhifəmizi izlə ➕
2️⃣ Bu postu bəyən ❤️
3️⃣ Şərhdə 3 və daha artıq dostunu tag et 👯♀️ Onların da səhifəni izləməyi önəmlidir
(istəsən storidə paylaş – şansın artsın 🔥)
🏆 Qalib: 1 nəfər
🎁 Hədiyyə: Seçdiyin bijuteriya aksessuarı
📅 Son tarix: Qalib 02.01.2026 seçiləcək
📢 Qalib: Storidə elan olunacaq
💖 Uğurlar! @mehhandmade ✅
1 796
⛽️ Azərbaycanda Aİ-92 markalı benzinin 1 litrinin qiyməti 5 qəpik, dizelin qiyməti 10 qəpik qaldırılıb.
