en
Feedback
Mayak ⚓️

Mayak ⚓️

Open in Telegram

📰 Online Dəniz Qəzeti ⚓Gündəlik dəniz xəbərləri 🌐 Beynəlxalq qərarlar 🛟 Təhlükəsizlik məlumatları 📖 Dənizçilər üçün praktik biliklər 🧭 Dənizçinin etibarlı bələdçisi 🔗 t.me/mayakaz1

Show more
269
Subscribers
No data24 hours
No data7 days
-530 days
Posts Archive
✅ Qara dəniz sahillərində PUA-ya bənzər obyekt aşkarlanıb Türkiyənin Düzcə vilayətinin Akçakoca rayonunda sahilə PUA-ya bənzə
✅ Qara dəniz sahillərində PUA-ya bənzər obyekt aşkarlanıb Türkiyənin Düzcə vilayətinin Akçakoca rayonunda sahilə PUA-ya bənzər naməlum obyekt çıxıb. APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə “CNN Türk” məlumat yayıb. Obyektin vətəndaşlar tərəfindən aşkarlandığı, daha sonra hüquq mühafizə orqanlarına xəbər verildiyi bildirilir. Əraziyə Sahil Mühafizə və polis əməkdaşları cəlb olunub. Təhlükəsizlik tədbirləri görülüb və sahildəki vətəndaşlar ərazidən uzaqlaşdırılıb. Sahilə çıxan obyektin mənşəyinin müəyyənləşdirilməsi üçün araşdırma başladılıb. #dənizxəbər #seanews ❇️ http://t.me/mayakaz1

✅ Oman sahillərində neft sızması böyüyür: 2 min kvadratkilometr ərazi əhatə olunub Fars körfəzindəki genişmiqyaslı neft sızma
✅ Oman sahillərində neft sızması böyüyür: 2 min kvadratkilometr ərazi əhatə olunub Fars körfəzindəki genişmiqyaslı neft sızması sürətlə son illərdə dünyada baş vermiş ən ciddi insidentlərdən birinə çevrilir. AZƏRTAC xəbər verir ki, beynəlxalq agentliklərin, peyk görüntülərinin və ekoloji qrupların məlumatlarına görə, neft sızması bir neçə həftə ərzində demək olar nəzarətsiz şəkildə yayılıb. “Reuters” agentliyi yazır ki, BMT-nin gəmiçilik məsələləri üzrə agentliyinin məlumatına görə, çərşənbə günü Rusiyaya məxsus neft daşıyan “Kerolayn Bezengi” tankerinin qəzaya uğraması nəticəsində Oman sahillərində yaranan neft ləkəsi ölkənin materik hissəsinə çatıb. Agentliyin əldə etdiyi peyk görüntülərini araşdıran neft sızmaları üzrə mütəxəssis Con Amosun sözlərinə görə, neft ləkəsi hazırda 2 min kvadratkilometrdən çox ərazini əhatə edir. #dənizxəbər #seanews ❇️ http://t.me/mayakaz1

⛵️Həyata dənizdən baxanlar, ☀️Sabahlarınız xeyirli,Gününüz xoş,🏠Səfərləriniz uğurlu olsun inşaAllah.⚓️ #dənizçilər #lifeatsea ❇️ http://t.me/mayakaz1

☀️Bugün hava necə olacaq? 📍 Bakı və Abşeron yarımadası -Hiss edilir: +28°C -Nisbi rütubət: 84% -Atmosfer təzyiqi: 755 mm.c.s -Gün çıxır: 05:45 -Gün batır: 19:46 Avqustun 9-da cənub-şərq küləyi əsəcək. 🌊Dəniz suyunun temperaturu: ⬆️Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27 ⬇️Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 27-28 dərəcə isti olacaq. #havaproqnozu #navtex ❇️ http://t.me/mayakaz1

🇺🇸ABŞ Silahlı Qüvvələri İran limanlarının blokadası bərpa olunandan bəri humanitar yardım daşıyan 35 gəminin Hörmüz boğazın
🇺🇸ABŞ Silahlı Qüvvələri İran limanlarının blokadası bərpa olunandan bəri humanitar yardım daşıyan 35 gəminin Hörmüz boğazından keçməsinə icazə verib. "Report" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) "X" sosial şəbəkəsində bəyanat yayıb. "Amerikalı dənizçilər "USS Abraham Lincoln" təyyarədaşıyan gəmisinin uçuş göyərtəsində "F/A-18E Super Hornet" qırıcılarına texniki xidmət göstəriblər. Avqustun 8-nə olan məlumata görə, CENTCOM 53 ticarət gəmisinin istiqamətini dəyişdirib, ikisini sıradan çıxarıb və daha iki gəmiyə baxış keçirib", - paylaşımda bildirilib. Xatırladaq ki, ABŞ iyulun 14-də İranın dəniz blokadasını bərpa edib. #dənizxəbər #seanews ❇️ http://t.me/mayakaz1

🇨🇳Çinin şərqində yaxınlaşan güclü "Delfin" tayfunu səbəbindən 420 mindən çox şəxs təxliyə edilib. "Report" xəbər verir ki,
🇨🇳Çinin şərqində yaxınlaşan güclü "Delfin" tayfunu səbəbindən 420 mindən çox şəxs təxliyə edilib. "Report" xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Qeyd olunub ki, onlardan 390 mini Çjetszya vilayətinin Tayçjou şəhərindən, 30 mini isə Şanxaydan müvəqqəti olaraq təhlükəsiz yerlərə köçürülüb. Çin Meteorologiya İdarəsi tayfuna reaksiya səviyyəsini dördüncüdən üçüncüyə yüksəldib. Meteoroloqların məlumatına görə, küləyinin sürəti 40 m/s-dən çox olan "Delfin" tayfunu avqustun 9-dan 10-na keçən gecə dənizdən Çinin şərq sahillərinə çıxacaq. #dənizxəbər #seanews ❇️ http://t.me/mayakaz1

🇹🇷🇷🇺🇺🇦 Türkiyənin Qara dənizdə gəmilərə qarşı zərbələrə moratorium elan etmək təklifində bir nüans var. 🔻 Qara dənizdəki zərbələrimiz Ukraynanın Kerç boğazındakı hədəflərə zərbələrinə cavab idi. Nədənsə Ukrayna zərbələr vuranda türklər susdular. İndi isə moratoriuma ehtiyac var. Tankerlərin Krıma yanacaq çatdıra bilməməsi də daxil olmaqla, müəyyən zərər gördükdən sonra, nə zaman ki, Odessa blokadaya alındı Türkiyə (ABŞ) indi aktivləşib və Ukraynanı xilas etməyə çalışır - Rusiya KİV | ❇️ http://t.me/mayakaz1

🇹🇷🇷🇺🇺🇦 Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərə hücumlara moratorium təklif edib. Türkiyənin xarici işlər nazi
🇹🇷🇷🇺🇺🇦 Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərə hücumlara moratorium təklif edib. Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Ankara hər iki tərəfdən cavab gözləyir. #dənizxəbər #seanews ❇️

Dənizdə batan şəxslərin axtarışı Reportaj 🎥

✅ Ukraynada dron hücumunda yaralanan azərbaycanlı tələbə vəfat etdi Ukraynada Rusiyanın dron hücumu nəticəsində ağır yaralana
✅ Ukraynada dron hücumunda yaralanan azərbaycanlı tələbə vəfat etdi Ukraynada Rusiyanın dron hücumu nəticəsində ağır yaralanan azərbaycanlı tələbə vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, Ukraynada dənizçilik ixtisası üzrə təhsil alan azərbaycanlı tələbə Əli Mehdiyev bu gün dünyasını dəyişib. Qeyd edək ki, Ukraynada dənizçilik ixtisası üzrə təhsil alan Əli Mehdiyev bir neçə gün öncə Rusiyanın dron hücumu nəticəsində bədəninin 70 faizi yanaraq ağır yaralanmış və komaya düşmüşdü. #dənizxəbər #seanews ❇️ http://t.me/mayakaz1

📍Fethiye / Ölüdəniz / Belcekız plyajı ❇️

🇹🇷 Türkiyə artan dron hücumları səbəbindən Çanaqqala boğazından Qara dənizə kommersiya gəmiçiliyinin girişini məhdudlaşdırd
🇹🇷 Türkiyə artan dron hücumları səbəbindən Çanaqqala boğazından Qara dənizə kommersiya gəmiçiliyinin girişini məhdudlaşdırdı. Bunlara Ukrayna və Rusiya gəmiləri də daxil olacaq. Son zamanlar Türkiyəyə məxsus gəmilərə müxtəlif dron hücumlarının sayı artıb #dənizxəbər #seanews ❇️

✅ Bloomberg: Ukrayna Qara dənizdə Qazaxıstan nefti daşıyan tankerlərə hücum etməyəcəyinə söz verib ABŞ rəsmisinin sözlərinə g
✅ Bloomberg: Ukrayna Qara dənizdə Qazaxıstan nefti daşıyan tankerlərə hücum etməyəcəyinə söz verib ABŞ rəsmisinin sözlərinə görə, Ukrayna Qara dənizdə Rusiya ilə əlaqəsi olmayan neft tankerlərinə, eləcə də Qazaxıstan neftinin ixracı üçün vacib infrastruktura zərbə endirməyəcək. Bloomberg-in Reporta istinadən yaydığı məlumata görə, Kiyev Caspian Pipeline Consortium (CPC)-yə məxsus infrastruktura və onun terminalına gedən gəmilərə qarşı hücum həyata keçirməyəcək. Bu öhdəlik yalnız həmin gəmilərin və infrastrukturun Rusiya ilə əlaqəsi olmadığı, Ukraynanın sanksiya siyahısında yer almadığı və Rusiya nefti daşımadığı halda qüvvədə olacaq. Məlumata görə, Ukrayna bu öhdəliyi ABŞ rəsmiləri ilə aparılan danışıqlardan sonra götürüb. ⚓ Bu qərar Qara dənizdə kommersiya gəmiçiliyi və Qazaxıstan neftinin dünya bazarlarına daşınması baxımından mühüm əhəmiyyət daşıyır. #dənizxəbər #seanews ❇️ http://t.me/mayakaz1

🇮🇷🇴🇲 İran və Oman arasında Hörmüz boğazı ilə bağlı danışıqlar uğurla davam edir. Danışıqlarda bir sıra detalların razılaş
🇮🇷🇴🇲 İran və Oman arasında Hörmüz boğazı ilə bağlı danışıqlar uğurla davam edir. Danışıqlarda bir sıra detalların razılaşdırılmasına tərəflər yaxınlaşıb: 🔻 Əsas detallar: • Gəmilər Fars körfəzinə boğazın şimal hissəsindən – İrana məxsus sulardan daxil olacaq, körfəzdən boğazın cənub hissəsindən – Omana məxsus sulardan çıxacaq. Boğazın mərkəzi hissəsi minalardan təmizləndikdən sonra oradan da keçid marşrutları müəyyənləşdiriləcək. • Boğazdan keçidə görə vahid tarif tətbiq ediləcək. Tarif gəminin yükünün bazar dəyərinin 7%-i həcmində olacaq. Bu tarifin 5%-i İrana, 2%-i Omana çatacaq. Təhlükəsizliyə Oman və İran ortaq şəkildə nəzarət edəcək. #dənizxəbər #seanews ❇️ http://t.me/mayakaz1

✅ Rusiya sahillərində gəmiyə dron hücumu – 1 dənizçi həlak olub Rusiyanın Tuapse lövbər sahəsində yanaşma təlimatı gözləyən T
✅ Rusiya sahillərində gəmiyə dron hücumu – 1 dənizçi həlak olub Rusiyanın Tuapse lövbər sahəsində yanaşma təlimatı gözləyən Togo bayraqlı "M/F Breeze" gəmisinə dron hücumu edilib. Hadisə nəticəsində gəmidə olan 19 suriyalı ekipaj üzvündən 1 nəfər – Azzat Kassem həlak olub, 4 nəfər isə yaralanıb. Yaralı dənizçilər helikopterlə Samsun Limanına təxliyə edilib və daha sonra Samsun Şəhər Xəstəxanasına çatdırılıblar. Hadisə ilə bağlı araşdırmalar və müvafiq prosedurlar davam etdirilir. #dənizxəbər #seanews #dənizçilər ❇️ http://t.me/mayakaz1

Qayda 14 ❗️ ✅ Qarşı qarşıya gələn gəmilərin yaxınlaşma situasiyası. (a) İki mexaniki mühərrikli gəmi bir birinə əks olan və ya təxminən əks olan istiqamətlərdə yaxınlaşdıqda toqquşma təhlükəsi yaranarsa,bu zaman gəmilərin hər ikisi öz istiqamətini sağa döndərməli və bir birinin sol bortu ilə ötüşməlidirlər. (b)Belə bir vəziyyət,əgər gəmi digər gəmini düz və ya təxminən düz əks istiqamətdə görərsə və bu halda,o gecə vaxtı digər gəminin zirvə işıqlarını stvorda və ya təxminən stvorda və ya hər iki bort işıqlarını görərsə,gündüz isə onun uyğun rakursunu müşahidə edərkən labüd hesab olunur. (c)Əgər belə bir vəziyyətin mövcudluğu şübhə doğurursa,onda elə hesab etmək lazımdır ki,o mövcuddur və ona uyğun tədbir görülməlidir. #colreg #mpps #rules #qaydalar ❇️ http://t.me/mayakaz1

photo content

✅ SWL, WLL, MBL və Bollard Pull nədir? Gəmidə tros, kəndir, knext və yedəkləmə avadanlıqlarında bu terminlərə tez-tez rast gəlirik. Bəs fərqləri nədir? 🔹 SWL – Safe Working Load Avadanlığın təhlükəsiz şəkildə işləyə biləcəyi maksimum yükdür. Məsələn, SWL 50 kN ≈ 5 ton. 🔻Buradakı kN (kilonewton) qüvvə vahididir. Təxmini olaraq 1 kN ≈ 100 kq qüvvəyə bərabər qəbul edilir. 🔹 WLL – Working Load Limit Avadanlığın normal iş şəraitində icazə verilən maksimum yüküdür. Praktik olaraq SWL-ə çox yaxın anlayışdır. 🔹 MBL – Minimum Breaking Load Trosun və ya kəndirin qırılmadan əvvəl dözə bildiyi minimum qırılma yüküdür. Məsələn, MBL 100 kN-dirsə, bu o demək deyil ki, trosu 100 kN yüklə işlətmək olar. 🔹 Bollard Pull 🚢 Əsasən yedək gəmilərində istifadə olunur. Yedək gəmisinin trosla digər gəmini sabit şəkildə çəkərkən yarada bildiyi maksimum dartı qüvvəsini göstərir. Məsələn, 50 ton Bollard Pull ≈ 490 kN. 📌 Yadda saxlamaq üçün: MBL = nə qədər yükdə qırıla bilər SWL/WLL = nə qədər yüklə təhlükəsiz işləmək olar Bollard Pull = yedək gəmisinin nə qədər güclə çəkə bilməsi ⚠️ Ən vacib məqam: MBL ilə SWL eyni şey deyil! Avadanlığın təhlükəsiz iş yükü həmişə onun qırılma yükündən aşağı olur ❇️ http://t.me/mayakaz1

photo content

☀️Bugün hava necə olacaq? 📍Bakı və Abşeron yarımadası -Hiss edilir: +28°C -Külək: Şimal-qərb, 2 m/s -Nisbi rütubət: 89% -Atmosfer təzyiqi: 758 mm.c.s -Gün çıxır: 05:44 -Gün batır: 19:47 Avqustun 8-də şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. 🌊Dəniz suyunun temperaturu: ⬆️Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26 ⬇️Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 26-27 dərəcə isti olacaq. #havaproqnozu #navtex ❇️ http://t.me/mayakaz1