Mayak ⚓️
Open in Telegram
📰 Online Dəniz Qəzeti ⚓Gündəlik dəniz xəbərləri 🌐 Beynəlxalq qərarlar 🛟 Təhlükəsizlik məlumatları 📖 Dənizçilər üçün praktik biliklər 🧭 Dənizçinin etibarlı bələdçisi 🔗 t.me/mayakaz1
Show more269
Subscribers
No data24 hours
-17 days
-730 days
Posts Archive
269
✅ Rusiyanın neft, neft məhsulları, mayeləşdirilmiş təbii qaz və oğurlanmış Ukrayna taxılını daşımaq üçün istifadə etdiyi 26 gəmidən 18-i Ukraynanın heç bir tərəfdaş ölkəsi tərəfindən sanksiyalaşdırılmayıb.
Bu barədə Ukrayna Müdafiə Kəşfiyyatı məlumat yayıb .
Bu gəmilər haqqında məlumat War&Sanctions portalının Dəniz Gəmiləri bölməsində mövcuddur .
Neft tankerləri Rusiyanın xam neftini və neft məhsullarını Qara dəniz və Baltikyanı bölgələrdəki limanlardan Lukoil, Rosneft, Surqutneftegaz, Novatek, Tatneft və Qazprom şirkətləri adından daşıyır.
Toplu yük daşıyıcıları Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərindən kənd təsərrüfatı məhsullarını Berdyansk, Sevastopol, Kerç və Feodosiya limanları vasitəsilə daşıyır.
#dənizxəbər #seanews
❇️ http://t.me/mayakaz1
269
✅ Dənizçilər Türkiyədə maaşlarını ala bilmir.
Azərbaycanlı gəmi heyəti Türkiyədə aclıq aksiyası keçirir. Bizə şikayət edən vətəndaşlar deyirlər ki, gəmidə Azərbaycandan “4 qazi və 1 şəhid ailəsi” çalışır. “Nikolay Meşkov” gəmisi və heyət hazırda Türkiyədə, “Samsun Terme” limanındadır. Matros deyir ki, gəmi Palau bayrağı ilə üzür, Türkiyənin “Cunda Denizcilik” şirkətinə məxsusdur.
Aclıq aksiyasından sonra aşpazın vəziyyəti pisləşdiyi üçün əraziyə təcili tibbi yardım maşını da çağırılıb. Heyət maaşların verilməsini tələb edir və deyirlər ki, şirkət bundan imtina edir. Heyət üzvlərinə Azərbaycana qayıtmaları deyilib.
#dənizxəbər #seanews #meydantv #dənizçilər
❇️
269
☀️Bugün hava necə olacaq?
📍Bakı və Abşeron yarımadası
-Hiss edilir: +29°C
-Külək: Şimal, 4 m/s
-Nisbi rütubət: 58%
-Atmosfer təzyiqi: 758 mm.c.s
-Gün çıxır: 05:50
-Gün batır: 19:40
Avqustun 14-də şimal-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
🌊Dəniz suyunun temperaturu:
⬆️Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27
⬇️Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 27-28 dərəcə isti olacaq.
#havaproqnozu #navtex
❇️ http://t.me/mayakaz1
269
✅ Dronlara qarşı qeyri-adi tədbirlər
Qara dənizdə mümkün hücumları minimum itki ilə dəf etmək istəyən gəmilər, dronlara qarşı maraqlı təhlükəsizlik tədbirləri tətbiq etməyə başlayıblar.
Məqsəd mümkün hücum zamanı gəmini və heyəti qorumaq, zərəri isə mümkün qədər azaltmaqdır. Son dövrlərdə pilotsuz sistemlərin yaratdığı təhlükənin artması səbəbindən gəmiçilik şirkətləri yeni müdafiə üsulları axtarmağa davam edirlər.
#dənizxəbər #seanews
❇️ http://t.me/mayakaz1
269
✅ Ukrayna Hərbi Dəniz Qüvvələrinin zabiti, 2014 ci ildən Rusiyanın Krımı ilhaq etdikdən sonra Rusiya Hərbi Dəniz Qüvvələrində xidmətə keçən və Ukrayna dövləti tərəfindən xəyanətdə ittiham olunaraq axtarışa verilən Robert Şaqeyev Svestopolda sui qəsd nəticəsində öldürülüb.
#dənizxəbər #seanews
❇️ http://t.me/mayakaz1
269
✅ 🇺🇸USS Abraham Lincoln gəmisində xidmət edən dənizçilər və dəniz piyadalarının ailələri bildirir ki, ekipaj 8 aydan çoxdur dənizdə qaldığı üçün ciddi yorğunluq, çatışmazlıqlar və zəif yaşayış şəraiti ilə üzləşir.
Onların sözlərinə görə, uzun iş növbələri, kiflənmiş duşlar, sıradan çıxmış avadanlıqlar, qida çatışmazlığı və sabun, diş pastası kimi əsas ehtiyaclara çıxışın çətin olması problemlər yaradır. Bəzi ailələr hesab edir ki, bu qədər yorğunluq gəmidə qəza riskini artıra bilər.
ABŞ Hərbi Dəniz Qüvvələri isə bildirir ki, “Abraham Lincoln” tam fəaliyyət qabiliyyətindədir və kifayət qədər təmin olunub.
#dənizxəbər #seanews
❇️ http://t.me/mayakaz1
269
✅ Son günlər bəzi insanlar Xəzərdə fəaliyyət göstərən gəminin dənizi çirkləndirdiyini düşünür.
Əslində isə Onun əsas təyinatı limanlarda, gəmi kanallarında və akvatoriyalarda dibdərinləşdirmə işləri aparmaq, yəni dənizin dibində toplanan lil, qum və çöküntüləri sovuraraq naviqasiya üçün təhlükəsiz dərinliyi təmin etməkdir.
Gəmi işləyərkən dibdən götürdüyü materialla birlikdə suyu da sovurur və həmin suyun bir hissəsini yenidən dənizə qaytarır. Bu səbəbdən su bir müddət bulanıq görünə bilər. Lakin bu, çirklənmə deyil, dibdərinləşdirmə işlərinin təbii nəticəsidir.
#dənizxəbər #seanews #xəzərdənizi #araşdırma
❇️ http://t.me/mayakaz1
269
✅ ASCO-nun quru yük gəmiləri ilə daşımalarında artım dinamikası davam edir
AZCON Holding şirkətlərindən olan ASCO-nun quru yük gəmiləri ilə daşımalarının həcmi 2026-cı ilin yanvar–iyul aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 39% artıb.
Belə ki, 2025-ci ilin ilk 7 ayında quru yük gəmiləri ilə 780 min 366 ton yük daşındığı halda, 2026-cı ilin eyni dövründə bu göstərici 1 milyon 83 min 130 ton təşkil edib.
Təkcə cari ilin iyul ayında quru yük gəmiləri ilə 188 min 825 ton yük daşınıb. Ötən ilin iyul ayında isə bu göstərici 114 min 184 ton olub. Nəticədə, 2026-cı ilin iyulunda daşınan yükün həcmi ötən ilin eyni ayı ilə müqayisədə 74 min 641 ton və ya 65% çox olub.
P.S " Ümid edirik bu rəqəmlər birgün maaşlarda da öz əksini tapar"
#dənizxəbər #seanews #asco #logistika
❇️
269
⚓️ ADDA bakalavr səviyyəsinə dörd ixtisas üzrə qəbul aparır
Dövlət İmtahan Mərkəzi avqustun 12-dən ali təhsil müəssisələrinə ixtisas seçiminə start verib. Seçim prosesi 19 avqustadək davam edəcək.
2026/2027-ci tədris ilində ASCO-nun Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) bakalavriat üzrə 395 tələbənin qəbulu planlaşdırılır. Qəbul dörd ixtisas üzrə aparılacaq.
“Dəniz naviqasiyası mühəndisliyi” üzrə 185 nəfərin qəbulu nəzərdə tutulur. Azərbaycan bölməsində 90-ı əyani, 30-u qiyabi olmaqla 120, rus bölməsində 15, ingilis dilində isə 50 nəfər üçün qəbul aparılacaq.
“Gəmi energetik qurğularının istismarı mühəndisliyi” ixtisasında 125 nəfər təhsil ala biləcək. Onlardan 75-i əyani, 25-i qiyabi olmaqla 100 nəfər Azərbaycan dilində, 25 nəfər isə ingilis dilində təhsil alacaq.
“Elektrik və elektronika mühəndisliyi” üzrə 50 nəfərlik qəbul planının 35-i Azərbaycan, 15-i isə ingilis dilindədir.
“Gəmiqayırma və gəmi təmiri mühəndisliyi” ixtisasında isə Azərbaycan bölməsi üzrə 35 nəfərin qəbulu nəzərdə tutulur.
Bu tədris ili “Dəniz naviqasiyası mühəndisliyi” və “Gəmi energetik qurğularının istismarı mühəndisliyi” üzrə qiyabi qəbul imkanından yalnız subbakalavrlar yararlana biləcəklər. Mövcud qaydalara əsasən, dənizçilik sahəsində çalışan və ADK məzunu olan subbakalavrlar müvafiq ixtisaslara ümumi orta müvəffəqiyyət göstəriciləri əsasında qəbul edilə bilərlər. Bu kateqoriya üzrə qəbul yalnız ödənişli əsaslarla və qiyabi formada həyata keçirilir.
ADDA məzunlarının diplomları 170-dən çox ölkədə tanınır. Tələbələr təhsil müddətində tədris vəsaitləri və geyim forması ilə ödənişsiz təmin edilir, həmçinin yataqxanadan güzəştli şərtlərlə istifadə edə bilirlər.
#dənizxəbər #seanews #adda #təhsil
❇️ http://t.me/mayakaz1
269
🇺🇦 Ukrayna Rusiyaya Qara dənizdə kommersiya gəmilərinə zərbələrdən qarşılıqlı imtina etməyi təklif edib.
#dənizxəbər #seanews
❇️ http://t.me/mayakaz1
269
🇯🇵🇷🇺 Yaponiya Kuril adaları üçün niyə bu qədər can atır?
🔻 Kuril adaları sayəsində 1,583 milyon km² ərazini əhatə edən Oxot dənizi demək olar ki, tamamilə Rusiyanın daxili dənizinə çevrilib.Dənizdə kəşf olunmuş 35 milyard barel neft və 400 milyard kubmetr təbii qaz var. Canlı ehtiyatlar tamamilə başqa səviyyədədir. Hər il dənizdən 600.000 tondan çox balıq tutulur.
🔻 Bütün bu sərvətin 20-25%-i Kuril adalarının ərazisində yerləşir. Əgər bu adalar qrupu bu gün Yaponiyada olsaydı, demək olar ki, heç bir enerji problemi olmazdı. Lakin Rusiya bu ərazilərə toxunmur (indilik buna ehtiyac yoxdur).
🔻 Hərbi baxımdan bu, Rusiya üçün böyük üstünlük yaradır. Əlbəttə ki, bu, Yaponiya üçün də mənfi cəhətdir. Üstəlik Rusiya Qərb gəmilərinin çoxunu ən rahat burada ələ keçirə bilər
#dənizxəbər #seanews
❇️ http://t.me/mayakaz1
269
✅ Putin Kuril adalarına ilk dəfə səfər etdi
Rusiya Prezidenti Vladimir Putin İkinci Dünya müharibəsindən sonra SSRİ-nin nəzarətinə keçən Kuril adalarının cənub hissəsində yerləşən İturup adasına ilk dəfə səfər edib.
KONKRETaz xəbər verir ki, Putin Sakit Okean Donanmasının təlimləri ilə əlaqədar Saxalin vilayətinə gedib və səfəri çərçivəsində İturup adasına baş çəkib. Ada hazırda Rusiya Federasiyasının Saxalin vilayətinin tərkibindədir.
Putinin İturupa səfəri Yaponiyanın sərt reaksiyasına səbəb olub. Yaponiya Xarici İşlər Nazirliyinin bəyanatında İturup da daxil olmaqla dörd şimal adasının Tokionun “əcdadlardan qalma əraziləri” olduğu bildirilib.
“Bu səfərlə əlaqədar qəti etirazımızı bildiririk”, — Yaponiya Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.
Kyodo agentliyinin yazdığına görə, əvvəllər Yaponiya diplomatik dairələrində Moskvanın hazırkı şəraitdə Cənubi Kuril adalarına səfərin təşkilinə vaxt və resurs sərf etməyəcəyi barədə fikir mövcud olub. Rusiyanın yüksək vəzifəli şəxsləri, o cümlədən prezidentliyi dövründə Dmitri Medvedev dəfələrlə bu adalara səfər edib.
Lakin Putin indiyədək Cənubi Kuril adalarına getməyib. Kyodo bunu Rusiya ilə Yaponiya arasında sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqlar üçün imkanın tamamilə bağlanmaması ilə əlaqələndirib.
Agentlik hesab edir ki, Putinin hazırkı İturup səfəri Moskvanın Yaponiya ilə münasibətlərdə bu məsələyə əvvəlki həssas yanaşmadan artıq imtina etdiyini göstərir.
#dənizxəbər #seanews
❇️ http://t.me/mayakaz1
269
✅ Putin Qərb ölkələrinin Rusiya ticarət gəmilərini ələ keçirməsi halında Moskvanın buna “güzgü prinsipi” ilə cavab verəcəyini vəd edib.
#dənizxəbər #seanews
❇️ http://t.me/mayakaz1
269
✅ 🇵🇦Panama kanalından keçid haqqı rekord həddə çatıb
Panama kanalından istifadəyə görə ödənişlər rekord həddə — 1,1 milyon dollara çatıb.
Bu barədə “Financial Times” qəzetindən məlumat verilib.
“Panama kanalının ən çox istifadə olunan şlüzlərindən keçmək hüququ ilə bağlı bu ay keçirilən gündəlik hərraclarda orta qiymət təxminən 1,1 milyon dollar təşkil edib ki, bu da ötən ilin eyni dövründəki orta qiymətdən 16 dəfədən çox yüksəkdir”, - deyə nəşr yazıb.
Məlumata əsasən, qiymətlərin artması El-Ninyo cərəyanının güclənməsi səbəbindən suyun səviyyəsinin aşağı düşməsi və ABŞ-İran münaqişəsi nəticəsində Hörmüz boğazının bağlanması fonunda tələbatın artması ilə əlaqədardır.
Nəşrin məlumatına görə, son həftələrdə Panama kanalının iri şlüzlərindən istifadə üçün orta ödəniş 2,5 milyon dollara qədər yüksəlib.
#dənizxəbər #seanews
❇️ http://t.me/mayakaz1
269
✅ Media: Türkiyə şirkətləri yükləri Qara dəniz vasitəsilə göndərməkdən imtina edir
Qara dənizdə artan gərginlik və gəmiçilik üçün təhdidlər türk ixracatçılarını Azərbaycan da daxil olmaqla alternativ təchizat yolları axtarmağa məcbur edir.
AZƏRTAC xəbər verir ki, “Milliyet” qəzeti bu barədə mülki gəmilərə dron hücumları fonunda dəniz gəmiçiliyi xərclərinin kəskin artmasına diqqət yetirərək yazıb.
“Türkiyə ilə Rusiyanın Novorossiysk limanı arasındakı marşrutda fəaliyyət göstərən gəmiçilik şirkətləri “müharibə riski ilə bağlı əlavə haqq” (WRS) tətbiq etməyə başlayıb. Əlavə ödənişlər səbəbindən konteyner daşımalarının artan qiyməti bəzi şirkətləri əməliyyatları dayandırmağa məcbur edir, digərləri isə gəmiçilik marşrutlarını dəyişir”, - deyə qəzet yazır. Materialda Qara dənizdə əlavə gəmiçilik xərclərinin iyirmi fut ekvivalent vahid (TEU) üçün 1000 dollara qədər artdığı və bunun adi haldan iki-üç dəfə çox olduğu qeyd edilir.
Nəşr vurğulayır ki, bir çox şirkətin sahibləri yükləri Gürcüstan, Azərbaycan və İran vasitəsilə quru yolu ilə yönləndirir, bəziləri isə dəniz yolu ilə Cənub-Şərqi Asiya ölkələrinə göndərir. Bir neçə şirkət isə ixrac əməliyyatlarını tamamilə dayandırıb.
Qeyd etmək lazımdır ki, son həftələrdə Qara dənizdə Türkiyənin bir neçə gəmisinə hücum edilib.
#dənizxəbər #seanews
❇️ http://t.me/mayakaz1
269
✅ Qara dəniz sahillərində PUA-ya bənzər obyekt aşkarlanıb
Türkiyənin Düzcə vilayətinin Akçakoca rayonunda sahilə PUA-ya bənzər naməlum obyekt çıxıb.
APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə “CNN Türk” məlumat yayıb.
Obyektin vətəndaşlar tərəfindən aşkarlandığı, daha sonra hüquq mühafizə orqanlarına xəbər verildiyi bildirilir.
Əraziyə Sahil Mühafizə və polis əməkdaşları cəlb olunub. Təhlükəsizlik tədbirləri görülüb və sahildəki vətəndaşlar ərazidən uzaqlaşdırılıb.
Sahilə çıxan obyektin mənşəyinin müəyyənləşdirilməsi üçün araşdırma başladılıb.
#dənizxəbər #seanews
❇️ http://t.me/mayakaz1
269
✅ Oman sahillərində neft sızması böyüyür: 2 min kvadratkilometr ərazi əhatə olunub
Fars körfəzindəki genişmiqyaslı neft sızması sürətlə son illərdə dünyada baş vermiş ən ciddi insidentlərdən birinə çevrilir.
AZƏRTAC xəbər verir ki, beynəlxalq agentliklərin, peyk görüntülərinin və ekoloji qrupların məlumatlarına görə, neft sızması bir neçə həftə ərzində demək olar nəzarətsiz şəkildə yayılıb.
“Reuters” agentliyi yazır ki, BMT-nin gəmiçilik məsələləri üzrə agentliyinin məlumatına görə, çərşənbə günü Rusiyaya məxsus neft daşıyan “Kerolayn Bezengi” tankerinin qəzaya uğraması nəticəsində Oman sahillərində yaranan neft ləkəsi ölkənin materik hissəsinə çatıb.
Agentliyin əldə etdiyi peyk görüntülərini araşdıran neft sızmaları üzrə mütəxəssis Con Amosun sözlərinə görə, neft ləkəsi hazırda 2 min kvadratkilometrdən çox ərazini əhatə edir.
#dənizxəbər #seanews
❇️ http://t.me/mayakaz1
