en
Feedback
Mayak ⚓️

Mayak ⚓️

Open in Telegram

📰 Online Dəniz Qəzeti ⚓Gündəlik dəniz xəbərləri 🌐 Beynəlxalq qərarlar 🛟 Təhlükəsizlik məlumatları 📖 Dənizçilər üçün praktik biliklər 🧭 Dənizçinin etibarlı bələdçisi 🔗 t.me/mayakaz1

Show more
269
Subscribers
No data24 hours
-17 days
-730 days
Posts Archive
✅ Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xə
✅ Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edir. Xəbərdarlığa əsasən, sentyabrın 7-i səhər saatlarından Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb və şimal küləyi sentyabrın 8-i səhərədək davam edəcək. Həmin günlər ərzində şimal-qərb və şimal küləyinin 18-23 m/s, arabir 25-30 m/s, açıq dənizdə isə 32 m/s-dək güclənəcəyi gözlənilir.Dalğanın hündürlüyünün 2.0-3.0 m, sonrakı inkişafda isə 4.0-6.0 m. çatacağı proqnozlaşdırılır. #dənizxəbər #seanews #havaproqnozu ❇️

✅ Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan 3 Azərbaycan dənizçilərinin yaxınları müsahibə verib Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"un əldə etdiyi məlumata görə, həmin şəxslər Xaçmaz rayonunun Palçıqoba kənd sakini Valeh Hümbətov, əslən Tərtərdən olan, hazırda Bakıda yaşayan Rəşad İbrahimov və Şabran rayonundan olan Qədir Quliyevdir. Valeh Hümbətovun anası Yeganə Hümbətova "Report"a açıqlamasında bildirib ki, oğlu ilə sonuncu dəfə hadisədən bir neçə saat sonra danışa bilib: "Bir qızım, bir oğlum var. Oğlum Valeh Hümbətov 28 yaşındadır. Bakıda təhsil alıb. İlk dəfə idi ki, Türkiyəyə gəmiyə işləməyə getmişdi. Bundan əvvəl yük gəmisində 5 ay müddətində matros kimi çalışıb. Bir ay olardı ki, sərnişin gəmisinə keçmişdi. Elə hər iki gəmi eyni şirkətə məxsusdur. Bu ay rayona qayıtmalı idi". Y.Hümbətova bildirib ki, gəmi qəzası zamanı oğlu nişanlısına batdıqları barədə qısa məlumat verib: "Nişanlısı bizə xəbər verdi. Qəzadan bir neçə saat sonra ona yığdım, dedi ki, camaatı xilas edirlər, quruya çıxanda yığacaq. Bir dəfə çox qısa danışdıq. Ondan sonra bir dəfə nişanlısı ilə danışıb, deyib ki, onları nəzarətə götürürlər. Ondan sonra əlaqəyə keçə bilmirik". Saxlanılan digər Azərbaycan vətəndaşı Rəşad İbrahimovun (2006-cı il təvəllüdlü) bacısı Türkan Təhməzova "Report"a bildirib ki, qardaşı 20 gün idi Türkiyəyə gəmidə işləmək üçün getmişdi. "Bu hadisəyə qədər ancaq telefonda görüntülü danışmışdıq. Qəza günü onu işə düzəldən şirkətdən mənim həyat yoldaşıma zəng gəlib və hadisə ilə bağlı məlumat verilib. Həmin gün mənim bacımın nişanı idi və ona görə həyat yoldaşım hadisə ilə bağlı bizə məlumat verməyib". T.Təhməzova qeyd edib ki, ilkin olaraq səhvən çoxlu sayda ölünün olması barədə məlumat yayılmışdı: "Yoldaşım elə bilirdi ki, qardaşım da batanlar arasındadır və şirkət ona düzgün məlumat vermir. Sonradan yoldaşım yenə də həmin şirkətlə əlaqə saxlayıb və qardaşımın sağ olması barədə məlumatı təsdiqlədib. Qardaşımın bütün şəxsi əşyaları, o cümlədən mobil telefonu batıb. Sonradan mənim həyat yoldaşım ekipaj üzvü olan digər azərbaycanlının telefonu vasitəsilə Rəşadla danışıb. O xəstəxanada olduğunu qısa danışıq zamanı bildirib". T.Təhməzova bildirib ki, qardaşının saxlanıldığını digərləri kimi sosial şəbəkələrdən biliblər və qardaşının qolu qandallı olduğunu görüblər. "Biz onu işə düzəldən şirkətlə danışdıq və onlar da bildirdilər ki, həbs xəbəri düzgün olsa da, Rəşadın bu məsələdə günahının olmadığını, sadəcə olaraq insan tələfatının çox olması ilə bağlı normal prosedur qaydası olduğunu deyiblər. Rəşad vəkillə təmin olunub və biz də onunla əlaqə saxlayıb, son xəbərləri ondan alırıq". Saxlanılan 3 şəxsdən Qədir Quliyevin qardaşı Nurət Quliyev bildirib ki, hazırda onunla heç bir əlaqəyə girə bilmirlər: "Əslən Şabrandanıq və rayonda yaşayırıq. Qardaşımın 22 yaşı var. Ailədə 3 oğlanıq, Qədir ən böyüyümüzdür, subaydır. Aprel ayından eyni gəmidə çalışır, vəzifəsi matros olub. Qəzadan sonra anama xəbər edib və deyib ki, gəmi batıb, lakin sağdırlar. Bildirib ki, onları izahat vermək üçün aparıblar". Ailə üzvü bildirib ki, qardaşının çalışdığı gəmi şirkətindən atası ilə əlaqə saxlayıb, bildirib ki, narahatlığa əsas yoxdur. Məlumat üçün bildirək ki, avqustun 30-da Şimali Kiprin Girne sahillərində gəmi qəzaya uğrayıb. Son məlumatlara görə, qəza nəticəsində 240 nəfər xilas edilib, 8 nəfər ölüb və 19 sərnişin üçün axtarış-xilasetmə işləri davam etdirilir. #dənizxəbər #seanews ❇️ http://t.me/mayakaz1

photo content

⚠️ Türk Radyo tərəfindən ərazidə üzən gəmilərə təcili anons verilib. Hər hansı insan, xilasedici vasitə, və ya digər şübhəli obyekt aşkar edilərsə, Türk Radyo və ya Türk Sahil Güvənliyinə dərhal məlumat verilməsi xahiş olunur. 📍 Axtarış ərazisi: Silivri səhilindən təxmini 18 mil cənubu 28.6°E – 28.0°E ətrafı #dənizxəbər #seanews ❇️ http://t.me/mayakaz1

✅ Toqquşan iki gəmidən biri batdı, digərində isə görünən zədə aşkarlanmadı. Ötən gün Silivri sahillərində "Alsu" və "Tuğberk İmamoğlu" adlı iki Türkiyə bayraqlı gəmi toqquşub.Toqquşmadan sonra "Tuğberk İmamoğlu" batıb. Gəmidə olan 10 nəfərlik heyətlə tamamilə əlaqə kəsilib. İtkin düşən 10 nəfərin axtarış-xilasetmə işləri davam edir. Digər gəmi "Alsuda" isə ilkin məlumatlara görə gözlə görünən heç bir zədə aşkar edilməyib. #dənizxəbər #seanews ❇️ http://t.me/mayakaz1

✅ Şimali Kipr Türk Respublikasında sərnişin gəmisinin batması ilə bağlı 9 nəfər, o cümlədən Azərbaycan vətəndaşları Valeh Hümmətov və Rəşad İbrahimov barəsində həbs qətimkan tədbiri seçilib. Avqustun 30-da Girnə limanından Türkiyənin Mersin vilayətinin Taşucu limanına hərəkət edən sərnişin gəmisi qəzaya uğrayaraq batıb. Hadisə zamanı gəmidə ekipaj üzvləri də daxil olmaqla 267 nəfərin olduğu bildirilir. Qəza nəticəsində 8 nəfər həyatını itirib, 20 nəfər isə itkin düşüb. Şimali Kipr Türk Respublikasının Prezidenti Tufan Erhürman qəzaya uğrayan gəminin qalıqlarının tapıldığını açıqlayıb. Qəza ilə bağlı avqustun 31-də 14 nəfər ekipaj üzvü məhkəmə qarşısına çıxarılıb. Onlardan 9-u barəsində 3 günlük həbs qətimkan tədbiri seçilib. Shimal.News-un əldə etdiyi məlumata görə, həbs edilən Valeh Vüqar oğlu Hümmətov Xaçmaz rayonunun Palçıqoba kəndindəndir. O, qəza zamanı gəmidə ekipaj üzvü kimi çalışıb. Məhkəmə prosesində şirkətin direktoru Ali Özdülger, gəmi kapitanı Mustafa Öz, ikinci kapitan Merve Nur Seraslan, baş mexanik Zeki Öz, ikinci mexanik Metin Gül, ekipaj üzvləri Sertan Erol, Kadir Kuliyev, Valeh Hümmətov və Rəşad İbrahimov barəsində “ehtiyatsızlıq və diqqətsizlik nəticəsində ölümə səbəb olma” ittihamı irəli sürülüb. Saxlanılan şəxslərin vəkili isə onların üzərlərinə düşən vəzifələri yerinə yetirdiklərini bildirib. Müdafiə tərəfinin sözlərinə görə, gəminin bütün zəruri icazələri olub və qəza zamanı ekipaj üzvləri sərnişinlərin xilas edilməsinə kömək göstəriblər. Vəkil ekipaj üzvlərinin sərnişinlərə yardım etdiyini əks etdirən görüntülərin də mövcud olduğunu qeyd edib. Qəzanın şahidləri də hadisə zamanı azərbaycanlı ekipaj üzvünün sərnişinlərə kömək etmək üçün ciddi səy göstərdiyini bildiriblər. Hazırda gəminin batmasının səbəbləri, eləcə də qəza zamanı ekipaj üzvlərinin hərəkətləri ilə bağlı araşdırma davam edir. Saxlanılan şəxslərin təqsiri isə məhkəmənin yekun qərarı ilə müəyyən ediləcək. #dənizxəbər #seanews ❇️ http://t.me/mayakaz1

✅ Qəzaya uğrayan “Tuğberk İmamoğlu” adlı gəminin sahibi Tahsin Doğruyol A Haber kanalına danışıb. Tahsin Doğruyol bildirib ki, öz kapitanının qarşı tərəfin kapitanına “Üstümə gəlirsən” deyərək zəng etdiyini, lakin qəzadan sonra 30 dəqiqə ərzində heç kimə məlumat verilmədiyini qeyd edib: — Biz düşünürük ki, qarşı tərəfin gəmisinin ön hissəsi bizim gəminin yan tərəfinə çırpılıb. Həmin hissə sivri olduğu üçün gəmini deşib və içəri su daxil olub. — Həm mənim radarım var, həm də onun radarı var. Üstəlik, mənim kapitanım ona zəng edir və “Üstümə gəlirsən” deyir. Bundan sonra o, gəmini döndərmir, bir daha zəng edir.. #dənizxəbər #seanews ❇️

✅ Nazir Uraloğlu: Gəmi 11 dəqiqə ərzində batıb Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bu gün səhər saatlarında meydana gələn gəmi qəzası ilə bağlı açıqlama verib. AZƏRTAC xəbər verir ki, nazir “Alsu” gəmisinin kapitanının saat 03:15-də başqa gəmi ilə toqquşduqları barədə məlumat ötürdüyünü bildirib. A.Uraloğlunun sözlərinə görə, saat 03:26-da qəza ilə bağlı təcili yardım çağırışı daxil olub. Hadisədən dərhal sonra axtarış-xilasetmə qrupları əraziyə yönləndirilib. Batan “Tuğberk İmamoğlu” gəmisində hamısı Türkiyə vətəndaşı olan 10 dənizçi var idi. Gəminin 11 dəqiqə ərzində sürətlə batdığını deyən nazir bildirib ki, toqquşmadan sonra Baş Axtarış-Xilasetmə Mərkəzi tərəfindən “Tuğberk İmamoğlu” gəmisinin heyəti ilə əlaqə yaratmaq üçün cəhd olunub. Lakin nə çağırışlara, nə də mobil telefon zənglərinə cavab verilib. “Təəssüf ki, indiyədək gəmidə olan şəxslərdən heç birinə sağ çatmaq mümkün olmayıb”, – deyə Uraloğlu bildirib. Xatırladaq ki, Mərmərə dənizinin İstanbulun Silivri rayonu sahillərinə yaxın ərazisində Türkiyənin vilayətləri arasında hərəkət edən “Alsu” və “Tuğberk İmamoğlu” adlı iki yük gəmisi toqquşub. İlkin məlumata görə, “Alsu” gəmisində gözlə görünən zədə aşkarlanmayıb. #dənizxəbər #seanews ❇️ http://t.me/mayakaz1

✅ "Cunda" şirkətinə məxsus Palau bayrağı altında üzən "Svetoslava" adlı quru yük gəmisi gecə saatlarında Qara dənizində Türki
✅ "Cunda" şirkətinə məxsus Palau bayrağı altında üzən "Svetoslava" adlı quru yük gəmisi gecə saatlarında Qara dənizində Türkiyə Samsun limaninda üzü Giurgiulesti Moldova limanina doğru gedərkən naməlum şəraitdə batıb. Göyərtəsində - 11 Azərbaycan , 1 Türkiyə və 1 Rusiya vətandaşı olub. Sahil güvənlik tərəfindən vaxtinda köməklərinə çatıb hamisi hilas olunub .Hilas olunan dənizçilər həstahanaya yerləşdirilib vəziyyətləri qənaətbəxşdir . Allah dənizçilərimizi qorusun Riskli bölgələrdə işləməkdən çəkinin “Ən böyük qazanc ailənizin yanına sağ-salamat qayıtmaqdır. Verdiyiniz hər qərarı bu düşüncə ilə qəbul edin.”

✅ Cunda Dənizçilik şirkətinə məxsus VOLGO-DON 5021 gəmisində maaşlarını ala bilməyən dənizçilər gəmidən mətbuat açıqlaması yayımlayıblar. ⚓️ Dənizçilər əmək haqlarının ödənilməməsi ilə bağlı vəziyyətə diqqət çəkərək, məsələnin ictimaiyyətə çatdırılmasını istəyirlər. #dənizxəbər #seanews #dənizçilər ❇️

✅ "Primavera Marine " şirkətinə məxsus Komor adaları bayrağı altında üzən "Volgo Balt 226" quru yük gəmisi Qara dənizdə dron hücümüna məruz qalıb. Hal hazırda Trabzon limanı istiqamətinə gedir. Şükürlər olsun itki yoxdur. 1 ekipaj üzvü gürcüstanlı - 10 nəfər isə azərbaycan dənizçiləridir. Allah dənizçilərimizi qorusun #dənizxəbər #seanews #dənizçilər ❇️ http://t.me/mayakaz1

✅ Qara dənizdə maaşı verilməyən Azərbaycanlı dənizçilər: "3 dronun altından çıxdıq" #dənizxəbər #seanews #dənizçilər ❇️

☀️Bugün hava necə olacaq? 📍Bakı və Abşeron yarımadası -Hiss edilir: +25°C -Külək: Şimal-qərb, 8 m/s -Nisbi rütubət: 83% -Atmosfer təzyiqi: 761 mm.c.s -Gün çıxır: 05:51 -Gün batır: 19:38 Avqustun 15-də mülayim şimal-qərb küləyi arabir güclənəcək. 🌊Dəniz suyunun temperaturu: ⬆️Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26, ⬇️Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 26-27 dərəcə isti olacaq. #havaproqnozu #navtex ❇️ http://t.me/mayakaz1

✅ Qaydalara (COLREG) görə, aktiv şəkildə balıq ovu ilə məşğul olan gəmilər digər gəmilər tərəfindən xüsusi diqqətlə izlənilməlidir. ⚓ Balıqçı gəmisi nədir? Tor, tros, tral və ya hərəkət imkanını məhdudlaşdıran digər balıqçılıq avadanlıqlarından istifadə edən gəmi balıqçı gəmisi hesab olunur. 📚Qayda 26 #colreg #rules ❇️ http://t.me/mayakaz1

🚢💧 Gəmidə şirin su necə hazırlanır? Okeanın ortasında olarkən gəmilər daim limandan su götürmür. Bunun əvəzinə dəniz suyunu şirin suya çevirən xüsusi qurğulardan istifadə edilir. ⚙️ Ən çox istifadə olunan üsul evaporator və ya reverse osmosis (RO) sistemidir. Bu qurğular dəniz suyundakı duzu və digər mineralları ayıraraq içməyə və məişət ehtiyaclarına uyğun şirin su istehsal edir. 🌊 Maraqlı fakt: Böyük bir ticarət gəmisi sutkada onlarla ton şirin su istehsal edə bilər. Bu su ekipajın içməli su ehtiyacını, yemək hazırlanmasını, hamamları və digər məişət tələbatlarını qarşılayır. ⚓ Deməli, okeanın ortasında belə susuz qalmaq məcburi deyil — texnologiya dəniz suyunu həyat mənbəyinə çevirir. #bilməkmaraqlıdır ❇️ http://t.me/mayakaz1

⚙Baş mühərrikdə planlı texniki xidmət 🛠MAN B&W 5S60ME-C baş mühərrikin 3 ədəd piston (silindr) çıxarılaraq yoxlama və təmiri. #engineers ❇️ http://t.me/mayakaz1

✅ Kursk faciəsi – dənizin dərinliyində baş verən sirr 2000-ci il avqustun 12-də Rusiyanın ən güclü nüvə sualtı qayıqlarından biri olan K-141 Kursk Barens dənizində hərbi təlim zamanı qəfil partlayış nəticəsində batdı. Qəzanın əsas səbəbi kimi torpedalardan birində baş verən sızma və sonrakı güclü partlayış göstərilir. Partlayış o qədər güclü idi ki, seysmik stansiyalar onu kiçik zəlzələ kimi qeydə almışdı. Kursk sualtı qayığında olan 118 nəfər ekipaj üzvünün hamısı həyatını itirdi. Sonradan məlum oldu ki, bəzi dənizçilər ilk partlayışdan sonra bir neçə saat sağ qalmış, lakin kömək gəlmədiyi üçün həlak olmuşdular. 2001-ci ildə həyata keçirilən mürəkkəb əməliyyatla 18 min tonluq sualtı qayıq dənizin dibindən çıxarıldı. Bu əməliyyat həmin dövrün ən çətin dəniz-xilasetmə layihələrindən biri hesab olunur. ⚓ Kursk faciəsi bu gün də dəniz tarixinin ən böyük və ən çox müzakirə olunan sualtı qayıq qəzalarından biri kimi xatırlanır. Dəniz bir daha göstərdi ki, ən güclü texnologiya belə təbiət və gözlənilməz hadisələr qarşısında aciz qala bilər. ❇️ http://t.me/mayakaz1