Allaha doğru
Open in Telegram
Dini və maarifləndirici mövzularla xidmətinizdəyik.
Show more280
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
280
🌹İmam Mehdinin (ə.f) mübarək mövludu münasibəti ilə hamınızı təbrik edirəm, əziz dostlar🌹
"... Allah-Taala bizə söz demək icazəsi verdiyi zaman haqq zahir olacaq, batil məhv olacaq və sizin sıxıntılı günləriniz qurtaracaq...".
İmam Mehdi (ə.f).
Şeyx Tusi, "Əl-Ğeybə, s.289.
280
"Ağıl Ruhun, Elm Ağılın bələdçisi və Ağıl Elmin sözçüsüdür. Agah ol ki, Elm (səni azmaqdan və faydasız işlərdən) daha çox qoruyandır, dil isə daha çox hərzə və faydasız danışandır".
يَا بُنَيَّ إِنَّ الْعَقْلَ رَائِدُ الرُّوحِ وَ الْعِلْمَ رَائِدُ الْعَقْلِ وَ الْعَقْلَ تَرْجُمَانُ الْعِلْم وَ اعْلَمْ أَنَّ الْعِلْمَ أَتْقَى وَ اللِّسَانَ أَكْثَرُ هَذَراً
İmam Zeynül-Abidin Əli ibn Hüseyn əs-Səccadın (ə) oğlu İmam Məhəmmədbaqirə vəsiyyətindən.
Xəzzaz Razi, "Kifayətul-Əsər", s.240.
280
"... (Əmim) Abbas üçün Allah yanında elə bir məqam və mənzilət vardır ki, Qiyamət günü bütün şəhidlər ona qibtə edəcəklər".
«... إِنَّ لِلْعَبَّاسِ عِنْدَ اللَّهِ تَبَارَكَ وَ تَعَالَى مَنْزِلَةً يَغْبِطُهُ بِهَا جَمِيعُ الشُّهَدَاءِ يَوْمَ الْقِيَامَةِ».
İmam Zeynül-Abidin (ə)
Şeyx Səduq, "əl-Əmali", s.463, məsclis:70, hədis:10.
280
İki şey sənin kim olduğunu təyin edir:
1. Əliboş olduğunda etdiyin səbr.
2. Imkanın olduğunda göstərdiyin əxlaq.
https://t.me/allahlaol
280
İmam Hüseyn (ə):
"Çalışın kasıb və yoxsullara yaxşılıq etməklə onların yanında hörmətiniz olsun, çünki Qiyamət günü onların dövləti (Allah yanında hörmətləri) olacaq".
اتّخذوا عند الفقراء أيادي فإنّ لهم دولة يوم القيامة
Müttəqi Hindi, "Kənzul-Ummal", hədis: 16582.
280
"Oxu! Səni yaradanın, Qələmə və sətirlərə and içənin və sənə bilmədiklərini öyrədənin adı ilə".
MƏBƏS bayramınız mübrək, əziz dostlar💐
280
İmam Musa Kazım (ə) buyurur:
إِنَّمَا هِيَ مِحْنَةٌ مِنَ اَللَّهِ عَزَّ وَ جَلَّ اِمْتَحَنَ بِهَا خَلْقَهُ
(Qaimin qeybəti) İlahi bir sınaqdır ki, (Allah) onun vasitəsi ilə bəndələrini sınayır.
📚 Əl-Ğeybət (Şeyx Tusi) , Cild 1 , Səh 190
280
7-ci imamımız, Babul-Həvaic (Hacətlər Qapısı) Həzrət İmam Musa əl-Kazimin (ə) şəhadəti münasibəti ilə bütün Əhli-Beyt (ə) aşiqlərinə təsliyət deyirəm.
280
Əsl kişinin (İmam Əli) kişilik düsturu
Təbrik əvəzi
Bir nəfər İmam Əlidən (ə) soruşur:
- Kişi kimə deyilir?
- Əmanətə xəyanət etməyənə, - deyə İmam Əli (ə) cavab verir.
Çoxdan oxuduğum və yaddaşıma həkk olan bir hədisdir. Hal-hazırda mənbəsini xatırlamıram bunun.
Əmanət məsələsi Quran ayələrindən tutmuş bütün məsumların hədislərinə qədər, çox önəm verilmiş bir məsələdir.
Əmanət insana verilən ruhdan tutmuş həyatımızın bütün xırdalıqlarına qədər hər şeyi əhatə edir.
Vəzifə əmanətdir, bütün hədlər, sərhədlər, dəyərlər əmanətdir. Bir sözlə özünün olmayan hər şey əmanətdir. Hər kəsin gördüyü iş əmanətdir. Xırda qüsur əmanətə xəyanət sayılır. Bütün ictimai, siyasi, mənəvi mövqelər, vəzifələr əmanətdir.
Başqalarının namusu əmanətdir. İstənilən əyri baxış, əyri fikir xəyanətdir. Müəllimə həvalə edilən vəzifə əmanətdir. İstənilən səhlənkarlıq, xəttən çıxmaq xəyanətdir. Üzərimizə düşən istənilən vəzifə əmanətdir. Ən kiçik həddi aşma xəyanətdir....
İndi hesabınızın götürün!
Görün, əsl kişilər şahı bizə nəyi öyrədir.
Kişilər bayramınız mübarək!
Haci Famil
https//t.me/allahlaol
280
Bir gənc dostundan soruşdu:
-Harada işləyirsən?
- "Filan" yerdə.
-Nə qədər maaş alırsan?
-500 manat.
-500 manat? Elə bu? Bununla necə dolanırsan?! Müdir sənin qədrini bilmir, çox azdır!
O, yavaş-yavaş işidən soyudu, daha çox maaş tələb etdi. Müdir razılaşmadı, işdən çıxartdı.
Əvvəl işi var idi, indi işsizdir.
Bir qadının körpəsi dünyaya gəldi. Rəfiqəsi soruşdu:
-Körpənin təvəllüdü münasibəti ilə ərin sənə nə aldı?
-Heç nə.
-Necə yəni? Ola bilməz! Yəni sən bu qədər onun üçün önəmsizsən?!
Bombanı atıb, getdi!
Günorta çağı ər işdən evə gəldi, xanımın əsəbləşdiyini gördü... Boşandılar!
Ata son dərəcə xoşbəxtdir. Lakin biri gəlib, deyir:
-Niyə oğlun sənə baş çəkmir? Yəni o qədər işi var ki, çatdıra bilmir?
Atanın işıqlı qəlbi qaraltdı, zülmətə döndərdi!
Şeytanın dili ilə danışmaq buna deyirlər.
Gün ərzində bir-birimizdən dayanmadan soruşuruq:
-Niyə almadın?
-Niyə bu səndə yoxdur?
-Bu yaşayışa necə dözürsən? Necə ona dözürsən?
-Hansı ağılla icazə verirsən?
Bəlkə də bu sualları maraq üzündən soruşuruq, ya məlumat əldə etmək məqsədi ilə! Amma qarşı tərəfin həyatına necə od vurduğumuzun fərqində deyilik!
İnsanların evinə "kor" girək, "kar" çıxaq!
280
"3 xüsusiyyət səni insanlara sevdirəcək: İnsanlarla rabitədə insaflı olmaq; Onların problemləri ilə maraqlanmaq və həmdərdlik etmək; Pak, sağlam və mehriban ürəyə (ruh, qəlb) malik olmaq.
ثَلاثُ خِصال تَجْتَلِبُ بِهِنَّ الْمَحَبَّةُ: الاْنْصافُ فِي الْمُعاشَرَةِ، وَ الْمُواساةُ فِي الشِّدِّةِ، وَ الاْنْطِواعُ وَ الرُّجُوعُ إلي قَلْب سَليم.
İmam Məhəmmədtəqi Cavad (ə)
Kəşfül-Ğümmə, c.2, s.349.
280
Abid olmaq əvəzinə əbd (bəndə) ol, şeytan altı min il ibadət etməklə abid olsada əbd ola bilmədi.
Əbd olmaq yəni ürəyinin deyil Allahın istəyinə önəm vermək.
Əllamə Həsənzadə .
280
Əbu Turxan
Uşaqlar yeriməyi yıxıla-yıxıla öyrəndiyi kimi, adamlar da həqiqətin yolunu yanıla-yanıla tapırlar.
280
قال رسول الله (ص) الامانة تجلب الغنى و الخيانة تجلب الفقر
Allah Rəsulu (s) buyurur:
"Əmanət zənginlik gətirir, xəyanət isə yoxsulluq"
Qurbul-İsnad
https://t.me/allahlaol
