rmaze
Open in Telegram
Rmaze'nin "Telegram" kanalına xoş gəldin! Kanalda Real Madrid haqqında xəbərlər və videolar paylaşılır. Həmçinin matçları canlı izləmək üçün linklər, matç ərzində vurulan qollar, mübahisəli məqamlar və matçın icmalı (keçid şəklində) paylaşılır.
Show more4 388
Subscribers
No data24 hours
-77 days
No data30 days
Posts Archive
4 388
🇧🇪🗣Thibaut Courtois: "Çalhanoğlu'nun cərimə zərbəsi? Son El Clásico'da Rashford mənim tərəfimdən qol vurdu, əla zərbə idi, amma mən bir az ortaya doğru hərəkət etmişdim.
Dünya çempionatında Lamine Yamal cərimə zərbəsini yerinə yetirəndə öz tərəfimdə qaldım və topu dəf etdim. Bu gün də eyni şeyi etdim.
Əgər o, canlı səddin üzərindən vurub qol edirsə, bunu alqışlamalısan, amma mən bir daha öz tərəfimdən başqa yerə keçməyəcəyəm."
4 388
🇵🇹🗣Jose Mourinho: "Qızıl top? Mənim üçün dünyanın en yaxşı futbolçusu heç bir kubok qazanmayan biri də ola bilər.
Kylian Mbappé həqiqətən də indiyədək məşqçilik etdiyim en yaxşı futbolçulardan biridir.
O, həqiqətdən də ən yüksək səviyyədədir.
O, inanılmazdır."
4 388
🇧🇪🗣Thibaut Courtois: "Matçı daha tez bitirməli idik.
"Inter" son mövsümlərdə Avropanın en yaxşı komandalarından biridir. Hesab 4-4 də ola bilərdi. Oyunu daha tez bağlamalı idik.
Bu matçlarda ən çox əziyyət çəkənlər yarımmüdafiəçilər olur.
"Betis"ə qarşı oyun qazanmalı olduğumuz matç idi, amma qol çatışmırdı."
4 388
🇵🇹🗣Jose Mourinho: "Vinicius Junior meydanı tərk edəndə ona nə dedim? Dedim ki, o, inanılmaz dərəcədə əziyyət çəkdi. Mən bunu görürəm, hər kəs görür, özü də hələ tam səviyyəsinə çatmadığını bilir.
Bizim tanıdığımız, təkbətək mübarizələri həll etməyə və hər dəfə müdafiəçiləri yormağa qadir olan Vinicius hələ pik nöqtəsinə qayıtmayıb.
Amma mənə maraqlı olan odur ki, o, mübarizə aparır və meydanda əlindən gələni edir. Bu ruhla çalışan və son damla tərini axıdan oyunçu, hazırkı səviyyəsindən asılı olmayaraq, alqışa və hörmətə layiqdir."
4 388
🇵🇹🗣Jose Mourinho: "Düşünürəm ki, futbolçular möhtəşəm iş gördülər və çətin şərtlər altında ağır bir matçda qələbə qazandılar. Darıxdırıcı oyun olmadı.
Birinci hissənin son dəqiqəsində hesabı 3-0 edə bilərdik, hətta bəlkə 3-0-ı 4-0 və ya 5-0-a çatdırardıq. Futbolçularımı tərifləmək istəyirəm, çünki pres etmək məşq tələb edən işdir; doğru anı seçmək, necə pres etmək, harada və hansı oyunçulara təzyiq etmək lazımdır..."
4 388
🇵🇹🗣Jose Mourinho: "Vinicius Junior inanılmaz dərəcədə çox çalışdı, amma hələ tam formada olmadığını özü də bilir."
4 388
🇵🇹🗣Jose Mourinho: "Fede Valverde'nin qolu böyük əməyin bəhrəsidir, kimə və necə təzyiq etməli olduğunu bilməlisən."
4 388
🇵🇹🗣Jose Mourinho: "Yarımmüdafiədə dəyişməyə çox futbolçum yox idi. Çətin şərtlər altında vacib bir qələbə qazandıq."
4 388
🇵🇹🗣Jose Mourinho: "Çox çılğın matç oldu. Oyun darıxdırıcı keçəndə bu qədər tənqid olunur... baxın, bu isə çılğın oyun idi. Matç tam olaraq 7-6 hesabı ilə də bitə bilərdi."
4 388
🇺🇾🗣Fede Valverde: "Qızıl topu kim qazanmalıdır? Mən sadəcə komanda yoldaşlarımdan birinin qazanmasını ümid edirəm.
Komanda yoldaşı kimi hər hansı birinin bu mükafatı əldə etməsinə, xəyalını gerçəkləşdirməsinə töhfə verə bildiyim üçün xoşbəxtəm."
4 388
🇺🇾🗣Fede Valverde: "Jose Mourinho bizə topa daha çox nəzarət etməyi, xüsusən onların meydanında daha axıcı və sakit oynamağı çox aydın şəkildə tapşırmışdı.
Biz isə bunu edə bilmədik. Yekunda özümüzə tənqidi yanaşmalıyıq, qələbə qazandığımız və turnirə qalibiyyətlə başlamağımız önəmlidir, amma biz oyunçular anlayırıq ki, zəif ikinci hissə keçirdik, onların oyun üslubuna uyduq və yaxşı matç nümayiş etdirə bilmədik."
4 388
🇺🇾🗣Fede Valverde: "Öz oyun üslubumuzu diktə etməli idik, amma hücumların təşkilində və yekun nöqtəni qoyarkən həddindən artıq tələsdik.
Xüsusilə müdafiə xəttinin rahat nəfəs alması üçün topa nəzarət edib tempi tənzimləməyə səbrimiz çatmadı. Oyunu xaosa çevirən və bizi davamlı müdafiəyə köməyə qayıtmağa məcbur edən də bu oldu."
4 388
🇺🇾🗣Fede Valverde: "Birinci hissəni çox yaxşı keçirdiyimizi düşünürəm. Zənnimcə, bu mükafat böyük ölçüdə Courtois'nın sayəsindədir.
O, bizi xilas etdi və inanılmaz performans göstərdi, buna görə də bu mükafat onun da haqqıdır."
4 388
🤍🇪🇺UEFA Çempionlar Liqası tarixinin ən çox qol vuran futbolçuları:
Cristiano Ronaldo: 140 qol
Lionel Messi: 129 qol
Robert Lewandowski: 109 qol
Karim Benzema: 90 qol
Kylian Mbappé: 71 qol
Raúl: 71 qol
