en
Feedback
Şeirçi

Şeirçi

Open in Telegram

Bu yaz gecəsində ölməyə nə var?

Show more
1 216
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
Salam, axşamınız xeyir, şeirçilərim. Kanalı silmək istəyirəm, amma bir tərəfdən əlim də gəlmir. Çünki bilirəm ki, bura yığışan insanların hamısı gözəl, incə ruha sahib insanlardır. Ruhunuzu qoruyun və öz ruhdaşlarınıza əmanət edin. Sevgiylə qalın🍀

Əzizlər, yazın gəlişini xəbər verən bu zərif çiçəyin adını kimsə bilir? 😐
Əzizlər, yazın gəlişini xəbər verən bu zərif çiçəyin adını kimsə bilir? 😐

Bəzən o qədər özümüzü unuduruq, o qədər digərlərinə yaramağa çalışırıq ki, bir də baxırıq, özümüz bu həyatın heç bir fraqmentində belə yox imişik. İnsanlardan təqdir görmə arzusu, sevdirmə çabası...kim nə rəngdirsə, buqələmun kimi məcbur o rəng görünməyə çalışmaq və s. və s. Bundan sonra fərqinə varıb toparlanmaq isə, güc istəyir. Özünüzü əsla unutmayın(

Aqşin Evrən
Aqşin Evrən

Bende hiç tükenmez bir hayat vardı, Kırlara yayılan ilkbahar gibi. Kalbim her dakika hızla çarpardı, Göğsümün içinde ateş var gibi. Bazı nur içinde, bazı sisteydim, Bazı beni seven bir göğüsteydim, Kah el üstündeydim, kah hapisteydim, Her yere sokulan bir rüzgar gibi. Aşkım iki günlük iptilalardı, Hayatım tükenmez maceralardı, İçimde binlerce istekler vardı, Bir şair, yahut bir hükümdar gibi. Hissedince sana vurulduğumu, Anladım ne kadar yorulduğumu, Sakinleştiğimi, durulduğumu Denize dökülen bir pınar gibi. Şimdi şiir bence senin yüzündür, Şimdi benim tahtım senin dizindir, Sevgilim, saadet ikimizindir, Göklerden gelen bir yadigar gibi. Sözün şiirlerin mükemmelidir, Senden başıkasını seven delidir, Yüzün çiçeklerin en güzelidir. Gözlerin bilinmez bir diyar gibi. Başını göğsüme sakla sevgilim, Güzel saçlarında dolaşsın elim. Bür gün ağlayalım, bir gün gülelim, Sevişen yaramaz çocuklar gibi.

photo content

Ququş❤️

Evə çatmaq...

Birdən birə beynimdə zümzümə edib, dinləmək istədiyim mahnı.)🌿

Novruzun yeri mənim üçün həmişə çox fərqli olub, həm bayram olaraq, həm də çox maraqlı xatirələrim var bununla bağlı. Amma indi fikir verirəm, ya ruh olaraq çox uzaqlaşmışam, ya da o ab-hava yoxdur. İllər öncə bu gün çox sevincli olurdum, indi isə xatırlayıb kədərlənirəm. Övladlarınız üçün gözəl xatirələr toplayın, bu gün o gündür. Şərhlərdə bayram xatirələrinizi paylaşın🌿 İlaxır torpaq çərşənbəniz mübarək!

"Əlbəttə səni incidəcəyəm, əlbəttə sən də incidəcəksən, bir-birimizi incidəcəyik, amma var olmağın əsas şərtləri bunlardır. Bahar olmaq qışı da, payızı da qəbul etməkdir. Var olmaq yoxluğu gözə almaqdır"

"Əlbəttə səni incidəcəyəm, əlbəttə sən də incidəcəksən, bir-birimizi incidəcəyik, amma var olmağın əsas şərtləri bunlardır. Bahar olmaq qışı da, payızı da qəbul etməkdir. Var olmaq yoxluğu gözə almaqdır"

Repost from N/a
Mənim bu qıvrım saçlarım zamanla çox güləşdi bilirsən? Qəfil gələn tufanda, qapı qıran boranda, hər aldığım yaram da Ruhumun məzarına güllər əkdi bilirsən? Bu gördüyün zəif can, içindəki güclü ruh. Həyat yollarım kimi buruq olan saçlarım, Sayını itirdiyim alın qırışıqlarım, Zəif görən gözlərim, düyünlənən sözlərim Hər ötən gün keçdikcə nəfəs kəsdi bilirsən? Səni vuran mən idim, ancaq yara alan da, Heç özüm də bilmirəm, öldü hansı dalanda, Hə batırmışam mən həyatımın gəmisin dərya olan yalanda, Doğruları gözümdən nələr sildi bilirsən? İndi səni bilirəm ruhun yaman yorulub, O qısa saçlarında kədər yuvasın qurub, Məni onsuz bilirsən, ruh gedib bədən qalıb, Həyat məni yüz yerdən necə çəkdi bilirsən?

Alın yazısında imza yeri boş – edam fərmanıdı, qollamaq olmur. Nifrət elədiyin ayağını da bir addımdan uzaq tullamaq olmur. Dayan bir dəqiqə bir «yox» de mənə, hər gecə yuxuma girib yatan qız. Adamı arxadan gəlib ötərlər, ay məni qarşıdan gəlib ötən qız. İndi bu qış ömrü sürüşmək gərək… Bizi qar ötürər, dolu qarşılar. Bu da ki sonuncu teleqramım: mən gələr olmadım, yolu qarşıla. Salam Sarvan

Yuvam dimdiyimdə gəzirəm hələ… Sənsiz yer də yoxdu, dərbədər mənə Gəl e, gəl qırılıb qırağa düşmüş o qol budağımdan meyvə dər mənə. Bilmirəm keçirim hansı halını – Oynayım toyuna, batım yasına?.. Hər gün neçə məktub yazıb cırıram, cırıb tullayıram… poçt qutusuna. Gözləməkdən gözüm çuxura düşüb, gör heç soruşursan, nə çöküntüdü? Sənli xatirələr dağılıb evə – bağışla, otağım tör-toküntüdü. Salam Sarvan

Yel çərşənbəniz mübarək🫠

İflic adamın göz yaşları qədər çarəsizəm, Nə əllər kömək edir Nə də çiyinlər.. Payız axşamüstüsü, Yorğun ağacların qorxulu yuxusu kimiyəm. Ölmək, yaşayanlara qalib gəlməkdir deyir içimdəki qoca. Sultan Süleymanın Mustafa peşmançılıqı var ruhumda. Hərdən insanları o qədər çox sevirəm ki, insan olduqlarını unuduram. Hərdən də.. Gözəl sevməsən sevdiyinin gözəl olmasının heç bir mənası yoxdur deyirəm! Tək qalmaq istəyirəm... Yolunu azan poçtalyon göyərçin narahatlığı.., Bu gün ovum qanlıdır: ovçu rahatlığı.., Mən nə olmaq istəyirəm? Tək qalmaq istəyirəm... Habil RzaNur

🌿

Hümeyra Kirli Beyaz Kedi.m4a4.94 MB