en
Feedback
Bax.Tv

Bax.Tv

Open in Telegram

Bax.Tv video portalının rәsmi telegram kanalı

Show more
739
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
​​Rəşad tarix müəllimi idi. Evin tək övladı idi. Atasını itirmişdi, anası ilə birlikdə Gəncədə yaşayırdı. Vətən müharibəsinin son günlərində - 8 noyabr tarixində Şuşanın müdafiəsi məqsədilə Xankəndi yolunda gedən qanlı döyüşlərdə şəhidlik zirvəsinə ucaldı... Şəhid Rəşad Məmmədovun yaxınlarına səbir diləyirik!🇦🇿

​​🇦🇿Nargül İbrahimlinin həyat yoldaşı🥀🥀🥀 Adil İbrahimli 7 noyabr 2020-ci ildə Şuşada, qardaşı 🥀🥀🥀Elton Qəmbərli isə 2020-ci ilin oktyabrında şəhidlik zirvəsinə ucalıb.

​​Bu gün şəhid Ağayev Asəfin doğum günüdür... Ruhu şad olsun!🇦🇿

​​Xəbər verdiyimiz kimi, xalq yazıçısı Çingiz Abdullayev "ATV" telekanalını məhkəməyə verməyə hazırlaşır. Buna səbəb bir müddət əvvəl "ATV" telekanalının efirində yayımlanan “Xəbərin olsun” verilişinin aparıcısı Kubra Məhərrəmovanın Çingiz Abdullayevin əsərlərini “zir-zibil” adlandırmasıdır. Məsələ ilə bağlı bizim.media-ya açıqlama verən "ATV" telekanalının mətbuat katibi Ozal İbrahimli bildirib ki, hadisə ilə bağlı aparıcı Kübra Məhərrəmovaya ciddi xəbərdarlıq edilib: “Sözügedən ifadənin səsləndiyi verilişdən dərhal sonra kanal rəhbərliyi aparıcılar və redaksiya heyəti ilə iclas keçirib. Qeyd edilən ifadəni işlədən aparıcıya rəsmi şəkildə ciddi xəbərdarlıq edilib”.

​​Ələt-Astara avtomobil yolunun Salyan şəhərindən keçən hissəsində baş verən, qəzada kəllə-beyin travması alan Salyan şəhər 4 saylı orta məktəbin 10-cu sinif şagirdi, Qırxçıraq kənd sakini, 2008-ci il təvəllüdlü Məlikzadə Fərid Xalıq oğlu axşam saatlarında xəstəxananın reanimasiya şöbəsində ölüb. Ötən gün axşam saatlarında rayonun Aşağı Kürkənd kəndi ərazisindən keçən hissəsində yolda təmir işləri aparan “SHACMAN” markalı avtomobilin sərnişin daşıyan mikroavtobusun qarşısına çıxması nəticəsində 11 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Salyan xəstəxanasına yerləşdirib.(lent.az)

Bakıda avtobusda yeniyetmə oğlan qəribə hərəkətlər edib.

​​Rusiyanın Saratov vilayətində dörd yaşlı uşaq pişiklə oynayarkən ölüb. Hadisə noyabrın 15-də Çexov küçəsindəki evlərdən birində baş verib Evdə nənəsi ilə qalan azyaşlının meyiti tapılıb. Məlum olub ki,evdə pişiklə oynayan uşaq ipə ilişərək boğularaq ölüb.

​​"Həmin gün mənim bir gözüm sevindi, bir gözüm ağladı". Bu sözləri teleaparıcı Xoşqədəm Hidayətqızı öz verilişində deyib. Aparıcı ad çəkmədən 3 il öncə Zəfər günündə ona pislik edən insana səslənib: "Zəfər günü oyun qurub məni efirə çıxmağa qoymadılar. Onu heç vaxt bağışlamaram. Nə olursa, olsun. Həmin gün mənim bir gözüm sevindi, bir gözüm ağladı.Mən vaxtilə ermənilərin törətdiyi vəhşilikləri gözümlə görmüşəm. O ağır günlər heç vaxt yadımdan çıxmır". (yenilik.az)