Yüngülvari
Open in Telegram
545
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
545
+3
Syabaaaans xeyir, bazar səhəri durmuşam, instagramda izlədiyim bir qıza ağzımın suyu LİTERALLY axır. Bayaqdan düşünürəm ki, insana kilo bu qədər necə yaraşa bilər? Necə sexy, gözəldir və işıq saçır yarəppp. Ressski dəəənnnq edir ki, bu sexylik, gözəllik kiloyla əlaqəli deyil. Aura ilə əlaqəlidir, insanın özünü necə görməsi və qəbul etməsi ilə əlaqəlidir.
Valideynsinizsə övladınıza bir şeyi öyrətsəniz o uşaq insan olaraq TAM OLMUŞ olacaq: mən səni olduğun kimi qəbul edirəm, sevirəm, yanındayam, amma buna fokuslanma, əsas SƏN özünü olduğun kimi qəbul et və sev.
Bunu bilsə qalan hər şeyi həll edə biləcək. Çünki, insan özü ilə sülh içində olanda digər hər şeyə enerjisi o qədər çox qalır ki, easy-peasy həll edir qarşısına çıxan əngəlləri.
michaelajacobs
günlük fəlsəfə dərsimiz bu qədər əziz tilikram dostlarım, gedüs özünüzü sevüs, özünüzlə sülh müqaviləsi bağlıyus 😂
545
+1
Salaaaaam
Müşahidə etdim ki, mən yemək şəkli paylaşanda yaxşı hiss etmirəm və bütün günü ağlım-fikrim qalır yeməkdə 😁
Odur ki, dostlar, aşağısı-yuxarısı başa düşdüz məncə necə qidalanıram, daha paylaşmayacam. Amma gündəlik bura yazacam 🙂↔️ bezməzsüs? 🥹
Bu gün Etçi Umut'a getdik. Əla idi yeməkləri. Burgerin əti 😋😋😋 düzdü iceberg'lə burger əti "burger" deyil, kələm dolmasına daha yaxındır 😂 amma yenə də, ləzzətli idi ❤️
Tulum pendirli salatda alma & ağ kişmiş var idi, tulum pendirinə yaraşırdı, amma duzlu ilə şirini qatmağı sevməyənlər bəyənməz. Mən çox bəyəndim 🤝🏻
545
2ci boşqab
Toyuq ciyəri, yanındakıları görürsüz.
Hər cür ciyəri sevirəm.
İnsanınkını da. Çıxartmağı 😂😂😂
545
1ci boşqab
Yeni heç nə yoxdur 😁 anlatmaya gerek yok görüyosunuz, yaşılın 4 tonu, yumurta və sumaxxxx 😌 göyərtini belə qovurub sumaxla yeyəndə elə bilirəm kətə yeyirəm, bilin görüm nə çatışmır 😂
YeniHəftə yağ kimi keçsin getsin içimizdən 😂 siz nə yeyib içirsiz? Həftəsonu dağıtdız? Tərəziyə çıxmısız?
545
İlk və son
1 Kabaçok
1 avocado
Krevetka (kərə yağında mbəhbəhbəh)
Salat və acı bibəritos
545
+1
Bu ikisi müthiş dadır biləsüs 😜 alım evə atımmı görəsən, yoxsa alsam hamısını mədəyə ötürərəmmi görəsən 😂 nə isə, almıram. İstəsəm, bundan alacağım kalorini durub piyada marketə gedib xərcləyərək alaram😂
545
Salaaaam 🥲 gəlmişəm deyəm ki, dünən O QƏDƏR yemişəm. O QƏDƏR ki, uspet eləyib bura şəkil atmamışam 🥹
Səhər əslində səliqəli başladım (səliqəli dediyim: sucuklu yumurta, kartof qızartması, salat, qısacası çörək mörək yox, şəkər də meyvədən), dedim vəssalam da bunla da bitirəcəm.
sonra getdieee, noldu bilmirəm, qaranlıq qüvvələr nə etdi anlamadım.
Günəbaxan tumu,
(guya)sağlam şəkərsiz batoncik bitey,
şəkərsiz dondurma snaqfabrik(eskimo çox dadlıdır)(x2),
(guya)sağlam noxud çips
vəəə axşam saatlarında günün şahı DÖNƏR. Çörəkdə.
BABAT bir dönər.
(cheat day'inizə denk gelse harrbi dönerden döner yeyüs, dəyşətdü).
Niyə yazıram bunları, biləsiz ki, mən junk food fanatıyam. Pozanda da babat pozuram. Hər zaman da maraqlı gəlib ki, mənim kimi dietlə başınl itirmiş insanlar pozanda nələr yeyir və nə qədər yeyir? Gəşəng boşqabını hamı paylaşır. 🥗Amma biyabırçılq edəndə hamı odeyalın altlna gizlənir 🍔🍔🤣 üf elə mən də. Gələn dəfə söz verirəm şəkillərini səliqəli çəkəcəm.
545
bayram bayrama qarışıb 🥹 second cupda sağlam(kime göre neye göre 😂) şirniyyatlar olur, stevialı. Bu snikers tortudur və doğrudan da şəkər (şirinliyi) yox dərəcəsində hiss olunurdu. Amma yenə də, məncə çox da yüngül hesab etməmək lazımdır. Mən kilonu qorumaqla məşğulam, əgər kilo vermə dövründəsinizsə - kalori defisiti mütləqdir, yəniğğğğğğğ belə şeylər olmaz 🥰
545
Bu gün bayramdır 😂 nə bayramı? İts friyaaaaay bayramı 🥳 the hungerdəyəm qaqa, göbələkli toyuq yeyirəm. Xamsın da yedim. Nuş olsun? Kaneşnaaa.
545
Avocadonu ÇOOOOX sevdiyini demədən göstər 😅
Son yemək,
boşqabda: Avocado salatı, toyuq şiş (chef styledan almışam), yarım avocado vəəə göQərti. Bol olsun plssss 🤤
545
Hello, 1ci yemək, 1 yumurta, hisəverilmiş hind toyuğu, xiyar, pomidor və əlbəttə nəəə? Göyərti. Avocado unutmuşam qoymağa, onu da əlavə edin xəyalınızda. + Yarım avocado.
545
+1
Son yeməyimi ən gec 17:00 bitirirəm. Heç iştahaçıcı görünməyə bilər, amma necə dadlı idi.....😋
Yarım baş soğanı kərə&zeytun yağında qıpqırplzı qovurdum, üstünə kabaçok əlavə etdim, gözlədim o da qıpqırmızı qızarsıb, üstünə də hinduşka file (konserva, şəklini əlavə edəcəm) əlavə etdim o da qızardı gəşəngcə, ən son pomidor əlabə etdim, 5-10 dəqiqə - hazırdı. Yanında yarım avocadi, bol yaşıllıq (tox tutur + həzmi kalori yandıdır+ bağırsaqlara xeyirdi) və acı bibərittoooo 🤤
545
İlk yeməyi 12:00dan tez yeməməyə diqqət edirəm.
Boşqabda:
Küküfason bir şey, yarım baş soğanı kərə&zeytun yağında qovurdum, göyərtilər əlavə etdim,duz, istiot, 1 yumurta, üstünə də sumaq, yarım avocado və 1 xiyar.
* rasionumda bol-bol göyərti görəcəksiniz, çünki çox sevirəm.
* bir də ki, niyəəə sualı vermiyüs, öz ağız dadıma uyğun irəliləyirəm, doğrudur-yanlışdır özümə əsasən bilirəm, doğru bildikləri i mütləq qeyd edəcəm 😘
545
SALAAAAAM məstanlar və mostanlar. Bu grupu yaşatmaq adına birdən ağlıma gəldi ki, mən gündəlik yeyib içməyimi niyə burda paylaşmayım ki? 🙂↕️ NİYƏ DƏ NİYƏ? uf yaxşı 😂
İndən belə məndən tez-tez mesaj gözləyin 😌
545
+2
Son günlər izlədiyim son 3 serial/filmdən yazım
Kulüp - məncə türklərin ən yaxşı işlərindən ilk 5ə girər. Mövzu, çəkiliş, aktyorlar - hamısı bütündür. Yeni və son olan sezonu bitirdim, bəlkə də tək-tük seriallardandır ki, bir də baxaram.
Nowhere - bir filmi nə qədər gop çəkə biliblərsə, o qədər çalışıblar. İlk 20 dəqiqəsi filan çox gərgin və maraqlıdır. Sonrası - gop. Axıra kimi izləyirsən necəsə 😁 Mövzusunu qısa deyim, ölkələrdə çevriliş baş verir və rejim insanları (uşaq/qadın demədən) öldürür, cəzalandırır. Nəisə, insanlar da o ölkədən qaçmağa çalışır. Bir cütlük güc bəla ölkədən çıxır, yarı yolda onları ayırırlar, qadın qarnı burnunda hamilə tək qalır, okeanın ortasında, yük konteynerinin içində, təzə doğulmuş uşağı ilə həyat mübarizəsi aparır. Onun həyat mübarizəsinə ikna olmadım, amma neyse 😂
Who is Erin Carter - bu maraqlıdır, bir az mənasız uzadırlar, amma izləmək olur. Keçmişini gizlədib ölkəsini, həyatını, kimliyini dəyişən qadının keçmişi gəlir onu tapır. Heç nə, elə bu 😁
