- sᴏʟɪᴛᴜᴅᴇ❥︎
Open in Telegram
- Dərin şairləri sevmək çətindir, Üzmək bacarmasan, batıb gedərsənn🪽 • 𝐂𝐨𝐧𝐭𝐚𝐜𝐭- @Rafiq13📍
Show more626
Subscribers
No data24 hours
-77 days
-2530 days
Posts Archive
626
• Sənə olan yazılarımı oxuyanlar kitab yaz deyir. Heç elə şey olar? Mən səni hamıdan gizlərkən, səni bir kitabxanada görsəm...
Həmdə bir çox kitabın arasında...
Məhv olmaram mən? 🤍
626
• İçimdəki duyğulara qıya bilsəm çoxdan silərdim səni..Sakit qalıb düşünəndə daha yaxşı başa düşürəm, bu münasibət çoxdan bitməli idi.Sadəcə çox dirəndim, dirəndim ki, bu gerçəyi
qəbul etməyim. Aylardır qəbul edə bilmədiyim bir şeyi bir gündə, bir gecədə, bəlkə də bir anın içində qəbul elədim. Elə bil içimdə bir səs dedi ki, "vəssalam, bura qədər idi". Elə belə də oldu. Mənim dərdim ən başından bəlli idi və bunun üçün səninlə çox mübarizə apardım, çox başa salmağa çalışdım. Amma o şeyi qəti şəkildə səndə görmədim - QARŞILIQLI münasibət. Yəqin düşünürdün ki, "məni bu qədər sevirsə heç vaxt gedə bilməz". Amma yox. Bir yerdə mütləq ki, qırılır... Fikirləşəndə hələ də məəttəl qalıram ki, bir gecənin içində səni necə o qədər sevə-sevə, içim qanaya-qanaya söküb atdım içimdən.Hissə-hissə.. hər şeyi.. Qırılma nöqtəmi yaşadım.Sevməyinə hələ də sevirəm səni, əlbəttə, iki günə unudulmur heçnə. Amma bitəndə həqiqətən bitir. İnsan hiss edir bunu içində. Bir münasibət üçün bəlkə də ən son lazım olan şey sevgidi, bunu anladım. Səndən geriyə içimdə sadəcə boşluq var. Qəribədir, daha az incidir indi.Bəlkə də nəhayət bu yuxudan ayıldığım üçün əslində sənə ayırdığım içimdəki yerin boşluğudur hiss etdiyim. Səni içinə sığdırdığım, hamıdan, hər şeydən qoruduğum o ayrı dünyanın boşluğu.. Hansı ki,həddən artıq məna yükləmişdim. Amma indi başa düşürəm ki, əslində heçnə yox imiş səndən geriyə qalan. Hamısı öz xəyallarım, öz düşüncələrim, öz inandıqlarım imiş🤍
626
- İzləyicilərim də, mənim kimi səssizləşib, passivləşib. İnşəAllah yenidən eyni formatda paylaşımlara başlıyacam. Sizdən də hər zaman ki performansınızı, sevginizi gözləyirəm. Yaxşı ki Siz🤍
