Neftçi PFK
Open in Telegram
Neftçi Peşəkar Futbol Klubunun Rəsmi Teleqram Kanalı / Official Telegram Channel of Neftçi Professional Football Club
Show more1 733
Subscribers
-224 hours
+17 days
+530 days
Posts Archive
1 733
"Aerowingo" ilə sual-cavab rubrikası! Qonağımız Emil Balayevdir.
Qapıçımız səfər çantasından və dondurucu Qazaxıstan xatirəsindən bəhs edir.
Səyahətləriniz üçün: aerowingo.az
1 733
Xoş gəldin, Adeleke Akinyemi!
“Neftçi” yeni hücumçu transfer edib. Klubumuz Finlandiyanın “Qnistan” klubundan nigeriyalı Adeleke Akinyemini sıralarına qatıb.
Buna qədər Avropanın müxtəlif liqalarında çıxış etmiş mərkəz hücumçusu Akinyemi xüsusilə də son 3 ildə yüksək inkişaf göstərib. İki il əvvəl Finlandiyada “İlves”lə gümüş medal qazanaraq UEFA Avropa Liqasına vəsiqə əldə edən Adeleke Finlandiya çempionatında “Qnistan”la bu mövsüm 22 oyunun hamısında meydana çıxıb.
2017-ci ildə Latviya yüksək liqasının ən məhsuldar futbolçusu olan forvard “Qnistan”da da qolçuluq bacarığını göstərib və 13 qolla “Veikkaussliqa”nın bombardiridir.
28 yaşlı futbolçu bu gün tibbi baxışdan keçdikdən sonra “Neftçi” ilə 2+1 illik müqavilə bağlayıb. O, komandamızda 26 nömrəli formanı geyinəcək.
1 733
📢 “İkas Türkiye” ilə səfərə hazırlaşırıq!
⚽️ Misli PL / V tur
🆚 İmişli
🗓️ 11 sentyabr
🕘 16:30
🏟️ Yevlax şəhər stadionu
📺 CBC Sport (canlı)
1 733
Baş məşqçi Yuri Vernidubun “Şəfa” ilə oyunsonrası fikirləri:
“Futbolçularımız özlərini tam şəkildə matça həsr etdilər. İlk hissədə çox epizod olmasa da, Rüfət Abbasovun möhtəşəm qolu ilə hesabı açdıq. Çox şey üzərində işləməliyik. İkinci hissənin əvvəlində standart vəziyyətdən qol buraxsaq da, komandanın reaksiyası xoşuma gəldi. Daha sürətli oynayaraq əlavə üç qol vurduq. Qapı tirinə və dirəyə vurduğumuz topların sayını unutmuşam. Sevinirəm ki, qalib gəldik və irəli getməyə davam edəcəyik”.
