♻FAYDA VƏ NƏSİHƏT♻
Open in Telegram
İnsanlardan Allaha ən sevimli olanı, digər insanlara ən FAYDALI olanıdır! Sahihut-Tərğib,2623 Əlaqə: @abuamina1170 Təcvid Kanalı t.me/quran_Tecvidi
Show more345
Subscribers
-124 hours
-37 days
No data30 days
Posts Archive
SƏN KİMƏ GÜVƏNİRSƏN?!
Şeyx Fovzan (hafizahullah) belə demişdir:
Ağıllı insanlar yalnız alimlərə güvənərlər, avamlara gəlincə onlar hər qışqırıb-bağırana və fitnəkara güvənərlər.
📚Əcvibə Mufidə, səh. 133
➡️t.me/fayda_nesihet
İbn Qudamə əl-Məqdisi dedi:
"Bütün səhabələr sifətlər mövzusunda təvili tərk etməyin vacib olması üzərində icma etmişlər. Həmçinin onlardan sonra yaşayan tabeinlərdə bunun üzərində olmuşlar. Sifətləri təvil edənlərin yalnız bidət əhli olduğunu bilirik. İndiyə qədər bunu onlardan başqa heç kim etməmişdir.
📂Zəmm ət-Təvil/78
#əşarilərə_rəddiyə
📌HAQSIZ ŞƏKİLDƏ MÜSƏLMANLARI TƏKFİR EDƏNLƏRƏ..
Alimlər demişlər: "Xəta ilə 5 kafirə "ey müsəlman!" demək, xəta ilə bir müsəlmana "ey kafir!" deməkdən daha yüngüldür.
📚Şeyx Osman Xamis حفظه الله
➡️ t.me/fayda_nesihet
📌TİCARƏTLƏ MƏŞĞUL OLAN QARDAŞLARA...
Şeyx ibn Baz rahiməhullah demişdir:
Bir insanın bilməməyindən və təcrübəsizliyindən istifadə edərək, bazar qiymətindən yuxarı bir qiymətə malı satmaq icazəli deyildir.
📚İbn Baz, Fətvalar Toplusu (19/108)
➡️t.me/fayda_nesihet
📌Məturudilərin iman məsələsində etiqadı
✅️ Şeyxul-İslam ibn Teymiyyə (rahiməhullah) demişdir:
“Əbu Mənsur əl-Məturidi və Əbu Hənifənin sonraki əshabından bir toplum insan, təməl məsələsinə dair bu sözə bənzər görüş seçmişlər. Onlar demişlər: İMAN QƏLBDƏ OLANDIR. ZAHİRİ SÖZ İSƏ DÜNYA ƏHKAMLARININ SABİT OLMASI ÜÇÜN ŞƏRTDİR.
📚Məcmu`əl-fətəva 7/51
#əşarilərə_rəddiyə
➡️ t.me/fayda_nesihet
Repost from 📚 Quran Təcvidi 📚
📌NƏSİHƏT
Bir gün alimlərdən biri ağlayır və ondan nə üçün ağladığını soruşurlar:
O deyir: "Gücüm qüvvətim qalmayıb, namazım əldən gedir, (namazı)yalnız Bəqara və Əli İmran surələrini oxuyub ayaq üstə qıla bilirəm." (Yəni bundan artıq oxuyanda oturub qılır)
📚 İbn Hibbanın Siqalar kitabı 8/76
➡️ t.me/quran_tecvidi
📌Həqiqətən də sosial şəbəkələr, cavanları həddindən artıq korlayıb. İndiki dövrdə, internetdə real şeylərə demək olar, nadir hallarda rast gəlinir. Nəşidaltı videolarla, cavan qızlara elə bir real olmayan həyatı yeridirlər ki! -Nəşid fonunda ər yoldaşını yelləncəkdə yelləyəcək, hər gün gəzişəcəklər, istirahət yerləri, ər qadının bütün kaprizlərinə dözəcək vəs. Daim internetdə belə şeyləri gördüklərindən, real həyatı da bu cür təsəvvür edirlər. Lakin evlilikdən sonra, görürlər ki, bu belə deyilmiş. Ərin əsəbləşdiyi, yorğun olduğu vaxtları olur, əri işini itirdiyi üçün bir müddət kasıblığı dadmaq məcburiyyətində qalır, övladlarının kaprizləri, evin təmizliyi vəs. Bütün bunlar, sosial şəbəkələrin korladığı bir qıza çox ağır gəlir və real həyata qarşı nifrətin yaranmasına səbəb olur. Ata və analara nəsihət edirəm ki, övladlarını sosial həyatdan uzaq tutsunlar və onlara real həyatı və baş verə biləcək çətinlikləri anlatsınlar. Hansı çətinlik olur olsun, səbr etməyi, bəsit şeylərə görə ailəni dağıtmamalı olduğunu öyrətsinlər.
Allah subhənəhu və təalə bütün övladları bu fitnə mərkəzlərindən qorusun.
➡️ t.me/fayda_nesihet
BU QAYDAYA ÇOX EHTİYACIMIZ VAR!
İbn Teymiyyə (rahiməhullah) deyir:
Yaxşılığı əmr etməyin yaxşılıqla olsun, pislikdən çəkindirməyin isə pisliklə olmasın.
📚Məcmuul Fətava 28/126
➡️t.me/fayda_nesihet
Cavablarınız üçün təşəkkür edirik.
Doğru cavab:👉 Qadının belə bir şərt qoyması icazəli deyil.
📌Şeyx ibn Baz rahiməhumullah demişdir:
Qadının qoyduğu bu şərt səhih deyildir. (Çünki, evlilikdə) boşamağı gərəkdirən bəzi xüsuslar yarana bilər. (Kişi) bu şərti qəbul etsə belə, yenə də onu boşaya bilər. Çünkü bu şərt səhih deyildir.
📚Məcmu'ul-Fətəva va Məqalət Mutənəvvia 21/46
➡️ t.me/fayda_nesihet
❓️Sual: Bir qadın nikah əqdində ərinə, "məni heç vaxt boşamayacaqsan" deyə şərt qoydu. Belə olan halda...(cavabı özüm qeyd edəcəm in şəəAllah, sadəcə verilən cavablar maraqlıdır)
📌BU SÖZLƏRİ QULAĞINDA SIRĞA ET!
Malik İbn Dinar (rahiməhullah) demişdir:
Əgər qəlbinin sərtləşdiyini, bədəninin zəiflədiyini və ruzidən məhrum olduğunu görsən, BİL Kİ, ÖZÜNƏ AİD OLMAYAN BİR ŞEY HAQQINDA DANIŞMISAN.
📚Feydul Qadir, 1/369
➡️ t.me/fayda_nesihet
