en
Feedback
Rəbbin kimdir ?

Rəbbin kimdir ?

Open in Telegram

لا اله الا الله محمد رسول الله Whatsapp: whatsapp.com/channel/0029Vamxxgj1Hsq28QUUcu2G

Show more
644
Subscribers
-124 hours
-27 days
-530 days
Posts Archive
Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə demişdir: “İnsanlar bir-birinə həsəd etmədikcə xeyirdə olmağa davam edərlər.”
Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə demişdir: “İnsanlar bir-birinə həsəd etmədikcə xeyirdə olmağa davam edərlər.” (Sahihut tərğib vət tərhib 2887) Həsəd – Allahın bir şəxsə verdiyi nemətin ondan yox olmasını arzulamaqdır. Həsədin dərəcələri: 1-ci dərəcə: İnsanın, nemət özünə keçməsə belə, müsəlman qardaşından nemətin yox olmasını istəməsi. Yəni başqasına Allahın nemət verməsini sevməməsi və bununla narahat olması. 2-ci dərəcə: Bir başqasının nemətinin ona keçməsini istəyərək, o nemətin o adamdan yox olmasını arzulaması. 3-cü dərəcə: Başqasındakı nemətin eynisinin özündə də olmasını arzulaması, amma o nemətin digərində qalmasını da istəməsi. Bu dərəcə caizdir və həsəd sayılmır; əksinə, bu qibtədir. فتاوى اللجنةالدائمة (29/26–30)

Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: Bir qulun qəlbində iman və həsəd ikisi bir yerdə cəmləşmir. ("Sahihul-Cəmi",7
Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: Bir qulun qəlbində iman və həsəd ikisi bir yerdə cəmləşmir. ("Sahihul-Cəmi",7620)

Bəqərə (İnək) 2:112 بَلَىٰۚ مَنۡ أَسۡلَمَ وَجۡهَهُۥ لِلَّهِ وَهُوَ مُحۡسِنࣱ فَلَهُۥۤ أَجۡرُهُۥ عِندَ رَبِّهِۦ وَلَا خَوۡفٌ عَ
Bəqərə (İnək) 2:112 بَلَىٰۚ مَنۡ أَسۡلَمَ وَجۡهَهُۥ لِلَّهِ وَهُوَ مُحۡسِنࣱ فَلَهُۥۤ أَجۡرُهُۥ عِندَ رَبِّهِۦ وَلَا خَوۡفٌ عَلَیۡهِمۡ وَلَا هُمۡ یَحۡزَنُونَ Xeyr! Kim yaxşı əməl sahibi olduğu halda özünü Allaha təslim edərsə, Rəbbi yanında onun mükafatı olar. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər.

Ali İmran (İmranın ailəsi) 3:134 ٱلَّذِینَ یُنفِقُونَ فِی ٱلسَّرَّاۤءِ وَٱلضَّرَّاۤءِ وَٱلۡكَـٰظِمِینَ ٱلۡغَیۡظَ وَٱلۡعَافِین
Ali İmran (İmranın ailəsi) 3:134 ٱلَّذِینَ یُنفِقُونَ فِی ٱلسَّرَّاۤءِ وَٱلضَّرَّاۤءِ وَٱلۡكَـٰظِمِینَ ٱلۡغَیۡظَ وَٱلۡعَافِینَ عَنِ ٱلنَّاسِۗ وَٱللَّهُ یُحِبُّ ٱلۡمُحۡسِنِینَ O kəslər ki, bolluqda da, qıtlıqda da, (mallarından Allah yolunda) xərcləyər, qəzəblərini boğar və insanları bağışlayarlar. Allah yaxşı iş görənləri sevər.

İbn Useymin (rahiməhullah) demişdir: "Saleh əməllər ağacı sulayan yağış kimidir. İman isə qəlbdə bitən bir ağacdır. Saleh əməllər onu qidalandırır və inkişaf etdirir. Buna görə də insan hər dəfə saleh bir əməli Allahın istədiyi şəkildə yerinə yetirdikdə, imanının gücləndiyini, getdikcə artdığını və Uca Allaha daha da yaxınlaşdığını hiss edər." شرح الكافية الشافية 1/296.

İbn Useymin (rahiməhullah) demişdir: "Saleh əməllər ağacı sulayan yağış kimidir. İman isə qəlbdə bitən bir ağacdır. Saleh əməllər onu qidalandırır və inkişaf etdirir. Buna görə də insan hər dəfə saleh bir əməli Allahın istədiyi şəkildə yerinə yetirdikdə, imanının gücləndiyini, getdikcə artdığını və Uca Allaha daha da yaxınlaşdığını hiss edər." شرح الكافية الشافية 1/296.

Kim Allaha ibadət etməyi özünə dost edinərsə, Allah da onu dost edinər. Kim əfv edərsə, Allah da onu əfv edər . Kim mərhəmət
Kim Allaha ibadət etməyi özünə dost edinərsə, Allah da onu dost edinər. Kim əfv edərsə, Allah da onu əfv edər . Kim mərhəmət edərsə, Allah da ona mərhəmət edər. Kim yaxşılıq edərsə,Allah da ona yaxşılıq edər. Kim faydalı olarsa,Allah da ona fayda verər. •İbnul Qayyim رحمه الله

Peyğəmbər ﷺ belə dua edərdi: اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ الهُدَى، وَالتُّقَى، وَالعَفَافَ، وَالغِنَى Oxunuşu: Allahummə inni
Peyğəmbər ﷺ belə dua edərdi: اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ الهُدَى، وَالتُّقَى، وَالعَفَافَ، وَالغِنَى Oxunuşu: Allahummə inni əs’əlukəl-hudə, vət-tuqa, vəl-‘afəfə, vəl-ğinə “Allahım mən Səndən hidayət, təqva, iffət və başqalarına möhtac olmamağımı istəyirəm.” 📚 Səhih Muslim, 2721

Ömər bin Xəttaba da belə bir sual verilmişdi: "İslamdan əvvəl bütlərə necə ibadət edirdiniz, məgər ağlınız yox idi?" O isə be
Ömər bin Xəttaba da belə bir sual verilmişdi: "İslamdan əvvəl bütlərə necə ibadət edirdiniz, məgər ağlınız yox idi?" O isə belə cavab vermişdi: "Ağıl var idi, lakin hidayət yox idi." درر الشيخ أحمد الخليل

Həcc 22:46 أَفَلَمۡ یَسِیرُوا۟ فِی ٱلۡأَرۡضِ فَتَكُونَ لَهُمۡ قُلُوبࣱ یَعۡقِلُونَ بِهَاۤ أَوۡ ءَاذَانࣱ یَسۡمَعُونَ بِهَاۖ فَإ
Həcc 22:46 أَفَلَمۡ یَسِیرُوا۟ فِی ٱلۡأَرۡضِ فَتَكُونَ لَهُمۡ قُلُوبࣱ یَعۡقِلُونَ بِهَاۤ أَوۡ ءَاذَانࣱ یَسۡمَعُونَ بِهَاۖ فَإِنَّهَا لَا تَعۡمَى ٱلۡأَبۡصَـٰرُ وَلَـٰكِن تَعۡمَى ٱلۡقُلُوبُ ٱلَّتِی فِی ٱلصُّدُورِ Məgər onlar yer üzündə gəzib dolaşaraq (zalımların aqibətini) qəlbləri ilə düşünüb, qulaqları ilə eşitmirlər? Axı əslində gözlər deyil, sinələrdəki qəlblər kor olur.

Hud 11:15 - 16 (15) مَن كَانَ یُرِیدُ ٱلۡحَیَوٰةَ ٱلدُّنۡیَا وَزِینَتَهَا نُوَفِّ إِلَیۡهِمۡ أَعۡمَـٰلَهُمۡ فِیهَا وَهُمۡ فِیهَا لَا یُبۡخَسُونَ (16) أُو۟لَـٰۤىِٕكَ ٱلَّذِینَ لَیۡسَ لَهُمۡ فِی ٱلۡـَٔاخِرَةِ إِلَّا ٱلنَّارُۖ وَحَبِطَ مَا صَنَعُوا۟ فِیهَا وَبَـٰطِلࣱ مَّا كَانُوا۟ یَعۡمَلُونَ (15) Kim dünya həyatını və onun bərbəzəyini istəyirsə, onlara əməllərinin əvəzini dünyada tam verərik və onlar orada zərər çəkməzlər. (16) Belələrinin axirətdə oddan başqa heç bir payı yoxdur. Onların dünyada gördükləri işlər boşa çıxar və etdikləri əməlləri də puç olar.

Ənam (Mal-qara) 6: 4-7 4) Onlara Rəbbindən gələn elə bir ayə yoxdur ki, ondan üz çevirməsinlər. 5) Onlara haqq gəldikdə onu yalan saydılar. İstehza etdikləri şeyin xəbəri onlara tezliklə çatacaqdır. 6) Məgər onlar özlərindən əvvəl neçə-neçə nəsilləri məhv etdiyimizi görmədilərmi? Biz onlara yer üzündə sizə vermədiyimiz imkanları vermişdik. Onların üzərinə göydən bol-bol yağış yağdırmış və evlərinin altından çaylar axıtmışdıq. Biz onları günahlarına görə həlak etdik və onlardan sonra başqa nəsillər yaratdıq. 7) Əgər sənə kağız üzərində bir yazı nazil etsəydik və onlar da əlləri ilə ona toxunsaydılar, kafir olanlar yenə də: “Bu, açıq-aydın sehrdən başqa bir şey deyildir!”– deyərdilər.

Peyğəmbər ﷺ buyurdu: «İnsanların ən şərlisi ikiüzlü olanlardır. Onlar birinin yanında bir cür, başqasının yanında isə başqa c
Peyğəmbər ﷺ buyurdu: «İnsanların ən şərlisi ikiüzlü olanlardır. Onlar birinin yanında bir cür, başqasının yanında isə başqa cür olurlar». 📚 Buxari 7179, Muslim 2526

Nuh 71:13 مَّا لَكُمۡ لَا تَرۡجُونَ لِلَّهِ وَقَارࣰا Sizə nə olub ki, Allahı layiqincə uca tutmursunuz?
Nuh 71:13 مَّا لَكُمۡ لَا تَرۡجُونَ لِلَّهِ وَقَارࣰا Sizə nə olub ki, Allahı layiqincə uca tutmursunuz?

Ənam (Mal-qara) 6: 46- 49 46) De: “Bir deyin görək, əgər Allah sizin eşitmə və görmə qabiliyyətinizi əlinizdən alsa, qəlblərinizə möhür vursa, Allahdan başqa hansı məbud onları sizə qaytara bilər?” Bax gör, Biz ayələri necə izah edirik, sonra onlar yenə üz çevirirlər. 47) De: “Bir deyin görək, əgər Allahın əzabı sizə qəflətən və ya açıq-açığına gəlsə, zalım qövmdən başqası həlak edilərmi?” 48) Biz elçiləri yalnız müjdə verən və xəbərdarlıq edənlər kimi göndəririk. İman gətirib əməllərini islah edənlərin heç bir qorxusu yoxdur və onlar kədərlənməyəcəklər. 49) Ayələrimizi yalan sayanlara isə günah işlətdiklərinə görə əzab toxunacaqdır.

Repost from N/a
Ənam 46_49.mp4339.40 MB

Ğafir (Bağışlayan) 40:39 یَـٰقَوۡمِ إِنَّمَا هَـٰذِهِ ٱلۡحَیَوٰةُ ٱلدُّنۡیَا مَتَـٰعࣱ وَإِنَّ ٱلۡـَٔاخِرَةَ هِیَ دَارُ ٱلۡقَر
Ğafir (Bağışlayan) 40:39 یَـٰقَوۡمِ إِنَّمَا هَـٰذِهِ ٱلۡحَیَوٰةُ ٱلدُّنۡیَا مَتَـٰعࣱ وَإِنَّ ٱلۡـَٔاخِرَةَ هِیَ دَارُ ٱلۡقَرَارِ Ey qövmüm! Bu dünya həyatı fani bir zövqdür, axirət isə əbədi qərar tutulacaq yurddur.

Dahi alim İbn Useymin (Allah rəhmət etsin) buyurmuşdur Bilin ki, həqiqətən də dünya həyatı ötüb keçən və eyni zamanda az vaxt
Dahi alim İbn Useymin (Allah rəhmət etsin) buyurmuşdur
Bilin ki, həqiqətən də dünya həyatı ötüb keçən və eyni zamanda az vaxtdan ibarət olan bir əyləncədir. Dünyanın sonu və çökməsi sürətlə davam edir. Elə isə Rəbbinizdən dünyadan köçənə qədər haqq üzərində sabit qalmağı istəyin!
Fətava/20/289