en
Feedback
Level Up

Level Up

Open in Telegram

Dostlarınızı dəvət üçün link https://t.me/LevelUptelegram Əlaqə: @elnaraeyyubova Layihələr Təcrübə proqramları Könüllülüklər Ödənişsiz eventlər Faydalı kurslar Vakansiyaları Xarici proqramlar və sair, əlaqəli məlumatların paylaşıldığı platforma.

Show more
6 419
Subscribers
-724 hours
-267 days
-10030 days
Posts Archive
Gənclər üçün möhtəşəm imkan 🤩 Tələbə və gənclər üçün “Uğurlu layihələrin yazılması və icrası” adlı təlim proqramı başlayır🤩 Bir Könüllü Tələbələrin Əməkdaşlığı İctimai Birliyi və “Sustainera Consulting Services” şirkətinin birgə təşkilatçılığı ilə bakalavriat (III və IV kurs) və magistratura səviyyəsində təhsil alan tələbələr, yeni məzun olmuş şəxslər və gənc peşəkarlar üçün 4 - 8 iyul, 2022-ci il tarixlərdə “Uğurlu layihələrin yazılması və icrası” mövzusunda qısamüddətli təlim kursu keçiriləcək.👍🏻 ▪️Təlim kursunun əsas məqsədi iştirakçıların peşəkar bilik və bacarıqlarının təkmilləşdirilməsi, layihələrin hazırlanması və idarəolunması, donorlarla əlaqələrin qurulması, fandreyzinq imkanlarının artırılması və müvafiq istiqamətlərdə praktiki addımların atılmasına dair geniş məlumat təqdim etməkdən ibarətdir. 💸 Təlim proqramı tamamilə ödənişsiz əsaslarla təşkil olunur. Proqram çərçivəsində peşəkar təlimçilər tərəfindən aşağıdakı mövzular üzrə seminarlar təşkil olunacaq: 🔸 Tədqiqat metodları və təhlil; 🔸Layihə təkliflərinin hazırlanması: layihənin hədəf aldığı problem və onun əsaslandırılması (problem tree) necə tərtib edilir? 🔸 Məntiqi Çərçivə Matriksi (LogFrame) hazırlanması; 🔸Layihənin “həyat dövrü” və layihə menecmentinin əsasları; 🔸Layihə təklifinin inkişafı: kommunikasiya və layihə barədə məlumatlandırma (visibility) strategiyaları; 🔸 Monitorinq və qiymətləndirmə, hesabatların hazırlanması; 🔸 Humanitar, sosial və təhsil istiqamətli layihələr üçün mövcud maliyyə imkanları, resurslar və alətlər; 🔸 Yerli və beynəlxalq fandreyzinq (maliyyələşmə) imkanlarının artırılması. Kimlər müraciət edə bilər: ⬇️ 🔹 Bakalavriat (III və IV kurs) və magistratura səviyyəsində təhsil alan tələbələr, yeni məzun olmuş şəxslər və gənc peşəkarlar; 🔹 Sosial ictimai və təhsilyönümlü layihələrin həyata keçirilməsinə təcrübəsi və marağı olan fəal gənclər; 🔹 İngilis dili, araşdırma, təhlil, akademik yazı və öyrənmə bacarıqları olan və qeyd edilən tarixlərdə təlimlərdə iştirak imkanı olan gənclər; 🔹 Yay tətilini daha səmərəli keçirərək, bilik və bacarıqlarını artırmaqla yeni iş imkanlarına açıq olan gənclər. Proqram çərçivəsində təşkil ediləcək “layihə inkubatoru” simulyasiya məşğələsi zamanı iştirakçılar real layihə təklifi hazırlayaraq qrant müsabiqələrinə müraciət prosesinin bütün mərhələləri üzrə təcrübə əldə edəcəklər. Təlim proqramını uğurla bitirən iştirakçılara layihə idarəetməsi qısamüddətli təcrübə proqramına cəlb olunacaq, daha sonra müvafiq iş imkanları əldə edəcəklər. ✌🏻 ❗️Təlim proqramında iştirak etmək arzusunda olan şəxslər 26 iyun tarixinədək aşağıda qeyd olunan google formu dolduraraq, niyyət məktubu (ingilis dilində) və CV əlavə etməklə müraciət edə bilərlər. 🔗 Qeydiyyat linki: https://forms.gle/C1Zdocxxx67aRds4A Kanal: https://t.me/LevelUptelegram

✅ELAN Gənclər evləri/mərkəzlərinin əməkdaşları üçün təcrübə və təlim imkanı İyulun 18-dən 22-dək Macarsıtanın paytaxtı Budapeştdə gənclər evləri/mərkəzlərinin əməkdaşları üçün təlim təşkil ediləcək. Avropa Gənclər Mərkəzində keçiriləcək təlim-seminarda Azərbaycanın gənclər evlərinin əməkdaşları Avropa Şurasının gənclər mərkəzlərinin fəaliyyətinə dair yanaşmaları və standartları, insan hüquqları və vətəndaşlıq təhsili sahəsində maarifləndirici tədbirlərin planlaşdırılması və Avropa Şurasının Gənclər Mərkəzlərinə verdiyi Keyfiyyət Etiketinin əldə edilməsinin meyarları ilə tanış olacaqlar. Təlimə qoşulmaq üçün namizədlər aşağıdakı tələblərə uyğun olmalıdırlar: Ətraflı rəy bölməsində⬇️ Kanal: https://t.me/LevelUptelegram

Ritual Mobil Teatr Laboratoriyası 4 günlük həyata keçiriləcək “Gənc Sosial İşçilər üçün İncəsənət Akademiyası” layihəsi çərçivəsində təlimlərə qəbul başlamışdır! Layihə Bakıda yaşayan 18-30 yaş aralığında olan sosial iş sahəsində təhsil alan gənclərin təcrübələrini artırmaq məqsədi daşıyır. Layihəyə seçilən iştirakçılar uşaq rifahı və hüquqları, etik prinsiplər, uşaqlarla incəsənət texnikaları ( kölgə teatr, oyuncaq hazırlanması, hekayə söyləmə, yaradıcı düşüncə bacarıqları ) mövzularında lazım olan bacarıqlarla təmin olunacaqlar. Əlavə olaraq, layihə iştirakçıları incəsənət akademiyası çərçivəsində geniş imkanlar əldə edəcəklər. Təlimlər 18,19, 30 iyun və 1 iyul tarixlərində 4 gün olmaqla həm nəzəri, həm də praktiki əsaslarla təşkil olunacaqdır. 18-30 yaş aralığında olan sosial iş ixtisasında təhsil almış tələbə, məzun və gənclər iştirak üçün müraciət edə bilər. Təlimlər Azərbaycan dilində keçiriləcək və təlimlərdə iştirak ödənişsizdir. 📌 Qeydiyyat üçün müraciət linki: https://cutt.ly/AJF3CP8 ⏳ Müraciət üçün son tarix: 16 iyun 2022 📥 Layihə ilə bağlı hər hansı sualınız yaranarsa, bizimlə əlaqə saxlayın: Mobil: +994515142479 E-mail: theaaterritual@gmail.com Məkan: Baku Community Space, SAT plaza, 7-сi mərtəbə. Bəşir Səfəroğlu 133 ❗ Qeyd: Təşkil olunan təlimlərdə iştiraka yalnız COVID-19 pasportu və ya COVID-19 immunitet sertifikatı olduğu təqdirdə icazə verilir. Kanal: https://t.me/LevelUptelegram

*Dostlar üçün növbəti möhtəşəm imkan!🤩* Dəyərli vizual sənət insanları - sosial media üçün kontent yaradan qrafik dizaynerlər, animatorlar, illustrativ istiqamətdə marağı olan hər kəs, Bu layihə sizin üçündür! Vizual kontent yaradıcılığı biliklərinizlə bərabər sosial dəyərlərinizi artırmaq, gender bərabərliyinə töhfə vermək və hazırlanacaq sərgidə sizin də adınızın olmasını istəyirsinizsə mütləq qeydiyyatdan keçin. Layihə “İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi”nin dəstəyi ilə həyata keçirilir və layihənin tərəfdaşları “Var-Yox” müasir incəsənət platforması və “Baku Community Space”dir. Layihə müddətində 20 nəfər iştirakçı vizual bacarıqlarını təqdim etmək üçün 5 günlük gender bərabərliyi, art, media və vizual kampanyaların idarə edilməsi təlimlərində iştirak edəcək. O cümlədən hazırlayacağınız əl işlərinizlə gender bərabərliyi üçün sosial media kampanyasına aktiv qoşulma şansınız olacaq. Təcrübəsi olan və yeni başlayanlar da qeydiyyatdan keçə bilər. Təlimlər həftəsonu olmaqla 5 gün davam edəcək. Nahar, tədris materialları və digər texniki ehtiyaclarınız bizim tərəfimizdən təmin olunacaq. Kampaniyada aktiv iştirak edən iştirakçıları mükafatlar gözləyir və iştirak edən hər kəs sertifikatla təmin olunacaq. Son qeydiyyat tarixi: 15 iyun 2022 Qeydiyyat Linki: https://bit.ly/Gender_Graph Hər hansı sualınız yarandığı təqdirdə əlaqə saxlamaqdan çəkinməyin: Mail: gendergraphproject@gmail.com Tel: +(994) 51 625 83 34 Kanal: https://t.me/LevelUptelegram *İştirak ödənişsizdir*

*Dostlar üçün növbəti möhtəşəm imkan!🤩* Dəyərli vizual sənət insanları - sosial media üçün kontent yaradan qrafik dizaynerlər, animatorlar, illustrativ istiqamətdə marağı olan hər kəs, Bu layihə sizin üçündür! Vizual kontent yaradıcılığı biliklərinizlə bərabər sosial dəyərlərinizi artırmaq, gender bərabərliyinə töhfə vermək və hazırlanacaq sərgidə sizin də adınızın olmasını istəyirsinizsə mütləq qeydiyyatdan keçin. Layihə “İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi”nin dəstəyi ilə həyata keçirilir və layihənin tərəfdaşları “Var-Yox” müasir incəsənət platforması və “Baku Community Space”dir. Layihə müddətində 20 nəfər iştirakçı vizual bacarıqlarını təqdim etmək üçün 5 günlük gender bərabərliyi, art, media və vizual kampanyaların idarə edilməsi təlimlərində iştirak edəcək. O cümlədən hazırlayacağınız əl işlərinizlə gender bərabərliyi üçün sosial media kampanyasına aktiv qoşulma şansınız olacaq. Təcrübəsi olan və yeni başlayanlar da qeydiyyatdan keçə bilər. Təlimlər həftəsonu olmaqla 5 gün davam edəcək. Nahar, tədris materialları və digər texniki ehtiyaclarınız bizim tərəfimizdən təmin olunacaq. Kampaniyada aktiv iştirak edən iştirakçıları mükafatlar gözləyir və iştirak edən hər kəs sertifikatla təmin olunacaq. Son qeydiyyat tarixi: 15 iyun 2022 Qeydiyyat Linki: https://bit.ly/Gender_Graph Hər hansı sualınız yarandığı təqdirdə əlaqə saxlamaqdan çəkinməyin: Mail: gendergraphproject@gmail.com Tel: +(994) 51 625 83 34 Kanal: https://t.me/LevelUptelegram *İştirak ödənişsizdir*

Networking, tərəfdaşlarımız və nümayəndələrimiz arasında ünsiyyətin ən yüksək səviyyədə qurulduğu bir tədbirdir. Tədbirin əsas məqsədi tələbə və məzunların şirkət nümayəndələri ilə birbaşa görüşməsinə şərait yaratmaq, ölkədə gənclərin məşğulluğunu artırmaqdır. Tədbir zamanı iştirakçılar şirkətlərin stendlərinə baş çəkərək şirkətlərlə tanış olmaq və şirkət nümayəndələri ilə vakansiyalarla bağlı fikir mübadiləsi aparmaq imkanı əldə edəcəklər. Tədbir 18.06.2022-ci il tarixində, “Passage 1901” məkanında keçirələcək. Tədbirdə 10:00 - 16:00 zaman aralığında istədiyiniz vaxt iştirak edə bilərsiz. İştirak ödənişsizdir. 📌Qeydiyyat linki: https://bit.ly/3wYmIhH Kanal: https://t.me/LevelUptelegram

Endovment Effekti Nədir? Həyatımızla əlaqəsi https://www.instagram.com/p/CerDWvCqAHx/?igshid=YmMyMTA2M2Y=

Location: L’Orée D’Ecouves, France Project name: D’Ecouv’Art Festival ! Let’s move to the countryside ! Hosting organization: D’Ecouves Verte Sending organization: “Common Sense” Youth Organization Number of volunteers: 1 volunteer between 18-30 years old (Only Azerbaijani citizenship) Project period – 12/07/2022 to 10/09/2022 (2 months) Deadline: 15th June 2022 https://csyo-az.org/2022/06/08/esc0607/ Qrup: https://chat.whatsapp.com/JYexeZZ1rkvGmi47tlc5gx

📣 Bakıda Azərbaycan və Yaponiya arasında diplomatik əlaqələrin qurulmasının 30 illik yubileyinə həsr edirlmiş “True Colors Festival” keçiriləcəkdir. ➡️ Azərbaycan Respublikası Milli Abilimpiya Federasiyası, Yaponiyanın Azərbaycandakı səfirliyi, “The Nippon Foundation”un birgə təşkilatçılığı ilə 24-25 iyun 2022-ci il tarixlərində Dənizkanarı bulvar ərazisində Azərbaycan və Yaponiyadan olan əlilliyi olan istedadlı şəxslərin iştirakı ilə baş tutacaq festivalda konsert, rəqs, teatr tamaşaları nümayiş etdiriləcək. 🌺 “True Colors Festival” 2006-cı ildən etibarən dünyanın müxtəlif ölkələrində keçirilir, 30-dan çox ölkədən 1200-dən çox sənətçi, 40-dan çox ölkədə qlobal auditoriyanı əhatə edir. Hər birinizi bizim dünyamıza səyahət etməyə, böyük ailəmizin üzvü olamağa, iki gün davam edəcək möhtəşəm tədbirimizdən həzz almağa dəvət edirik! 📍Məkan: Bakı şəhəri, Dənizkanarı bulvar (kukla teatrının arxası) 🕡 Tarix və saat: 24-25 iyun 2022-ci il, saat 21:00-dan 23:00-dək. ⁡Qrup: https://chat.whatsapp.com/JYexeZZ1rkvGmi47tlc5gx

📢 Əziz dostlar! Diqqətinizə Beynəlxalq Parlament Təqaüdü #IPS2023 elanını çatdırmaq istərdik❗ Almaniyanın parlamentində işləmək istəyirsinizmi? Almaniya Bundestaqı Berlin şəhəri azad universiteti, Humboldt adına Berlin şəhəri universiteti, Berlin şəhəri texniki universiteti ilə birlikdə 50 milliyyəti təmsil edən 120 nəfəri Beynəlxalq parlament təqaüdü (IPS) proqramı çərçivəsində beş aylıq Berlin şəhərinə dəvət edir! ⏳Proqram 2023-ci il martın 1-dən iyulun 31-dək davam edəcək. ❗Sənədlərinizi 31 iyul 2022-ci il tarixinə qədər bu ünvana göndərə bilərsiniz: 📨info@baku.diplo.de ℹ️ Müraciət prosesi və proqram haqqında ətraflı məlumatı Alman Bundestaqının veb saytından əldə edə bilərsiniz: https://www.bundestag.de/europa_internationales/ips/aserbaidschan-246166 Qrup: https://chat.whatsapp.com/JYexeZZ1rkvGmi47tlc5gx

Yeni vakansiyalar: Qrup: https://chat.whatsapp.com/JYexeZZ1rkvGmi47tlc5gx 1. Təcrübəçi - https://bit.ly/3zoxhNM 2. Risklərin idarə edilməsi üzrə mütəxəssis - https://bit.ly/3ttZnTT 3. Çağrı mərkəzi operatoru - https://bit.ly/3tvQqcL 4. Maliyyə nəzarətçisi - https://bit.ly/3ts0xPK 5. Senior recruitment specialist - https://bit.ly/3O3YFoj 6. Təchizatçı - https://bit.ly/3H8oHEw 7. Sistem inzibatçısı - https://bit.ly/3HbddA7 8. Videoqraf - https://bit.ly/3aTpddI 9. İstehsalat rəhbəri - https://bit.ly/3mAuQ2U 10. Baş mühasib - https://bit.ly/3H9MqEi 11. Operator - https://bit.ly/3my5ORY 2. Təcrübə proqramı - https://bit.ly/3MAjNBl 3. Xarici satınalma üzrə mütəxəssis - https://bit.ly/3zowAEd 4. Korporativ satış üzrə kiçik mütəxəssis - https://bit.ly/3xih89R 5. İT auditor - https://bit.ly/3xkk4CS 6. Kopirayter - https://bit.ly/3Mzv2Kq 7. Market müdiri - https://bit.ly/39g6Qis 8. SMM menecer - https://bit.ly/3xkfrsq 9. Mühasib - https://bit.ly/3zomzGT 20. Marketinq mütəxəssisi - https://bit.ly/3xkgo4b 21. İnsan resursları köməkçisi - https://bit.ly/3MztwYM 2. Direktor assistenti - https://bit.ly/39eKyxT 3. Təcrübə proqramı - https://bit.ly/3zvC3c7 4. Monitorinq və qiymətləndirmə üzrə mütəxəssis - https://bit.ly/3HapoNR 5. Mal qəbulçusu - https://lnkd.in/enMHNrN4 6. Strategiya və planlama üzrə kiçik mütəxəssis - https://bit.ly/3mDOzPc 7. Full stack proqramçı - https://bit.ly/3xm37bd 28. Satış məsləhətçisi - https://bit.ly/39pCBpn Qrup: https://chat.whatsapp.com/JYexeZZ1rkvGmi47tlc5gx

Könüllü olaraq özünü inkişaf etdirmək istəyən gənclərin nəzərinə ! GNG MMC-nin nəzdində fəaliyyət göstərən POLİQON platforması könüllü vakansiya elan edir ! Vakant Vəzifələr ⬇️ 🔵 Mətn yazar Qeyd: Mətn yazar düzgün yazılış qaydalarını bilməlidir. 🔵 Qrafik Dizayner Qeyd: Qrafik dizayner Adobe Photoshop və Adobe İllustration proqramlarında keyfiyətli posterlər hazırlamağı bacarmalıdır. 🔵 SMM (Sosial Media Meneceri) Qeyd: Sosial Media Meneceri ünsiyyət qaydalarını fikirlərini rahat izah edəcək şəkildə bilməlidir. 🔵 Moderator Qeyd: YouTube üçün layihələrin səsləndirəcək və təlimlərdə aparıcılıq edəcək. Moderator düzgün tələffüz qaydalarını bilməli və düzgün tələffüz etməyi bacarmalıdır 🔵 YouTube Üzrə Smm Qeyd: YouTube Üzrə Smm ətrafına komanda yığaraq YouTube kanalına abunə gətirəcək insanlar toplayacaq. Daha ətraflı iş izah olunacaq Ümumi Tələblər: ☑️ Məsuliyyətli olmalı ☑️ Daimi interneti olmalı ☑️ Yaş həddi 17+ Ətraflı məlumat və əlaqə üçün ⬇️ +994 51-518-44-66

📣Erasmus+ Training course in #Hanover, #Germany 🇩🇪 🖇Partner organisation from Azerbaijan: “Common Sense” Youth Organization 🇦🇿 👥Participants per country: 3 participants aged at least 18 years 🚀Erasmus+ TC – 05-14 August 2022 ⏳Deadline – 15 June 2022 | 23:59 (Only shortlisted candidates will be contacted by email) ℹ️More detailed information: ⤵️ https://csyo-az.org/2022/06/07/erasmus-training-course-in-hanover-germany/ Qrup: https://chat.whatsapp.com/JYexeZZ1rkvGmi47tlc5gx

I qrup üzrə perspektivli ixtisasların hansılar olduğunu öyrənmək istəyərsiniz? Dövlət Məşğulluq Agentliyi, Bir Könüllü və ixtisas.az-ın əməkdaşlığı ilə həyata keçiriləcək "İxtisas bələdçisi"nə qoşularaq bu imkanı qazana bilərsiniz! Elə isə gəlin I qrup üzrə perspektivli hesab edilən ixtisaslardan bəhs edəcək spikerlərimiz və danışacaqları mövzular ilə tanış olaq: ▪︎ Elnur Xəkili - "SƏTƏM mühəndisi peşəsi, aktual peşə olma səbəbi". Bakalavr səviyyəsi üzrə Azərbaycan Dövlət İqtisad Universitetinin Ətraf Mühitin İqtisadiyyatı ixtisasında, daha sonra isə "ATM Health and Safety University" üzrə təhsilini başa vuran spikerimiz hal-hazırda ACG beynəlxalq şirkətində regional Keyfiyyət və SƏTƏM üzrə departament müdiridir. ▪︎ Nicat Abbasov - "Memar kimlərə deyilir?" Bilkent Universitetində Memarlıq üzrə bakalavr səviyyəsini bitirmiş Nicat bəy Archiless memarlıq bürosunda baş memardır. ▪︎ Azər Sanılı - "Robot texnikası (robotics) sahəsində karyera imkanları" Azərbaycan Dövlət İqtisad Universitetinin İnformatika və İdarəetmə ixtisası üzrə bakalavr, Azərbaycan Dövlət Neft və Sənayə Universitetinin Kompüter İnformasiya Sistemləri ixtisası üzrə isə magistr təhsili almışdır. Hal-hazırda Azərbaycan Dövlət Neft və Sənayə Universitetinin SABAH qruplarında müəllim və Start IT təlim mərkəzinin direktorudur. ▪︎ Lalə Rəsulova - Karyera Məsləhətçisi Beynəlxalq akjreditasiyalı kouç və karyera məsləhətçisi olan Lalə Rəsulova, həmçinin, Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının Layihələr və monitorinq şöbəsinin müdiri olaraq çalışır. 📍Görüşlər Zoom platforması üzərindən keçiriləcək. 🗓️ Başlanma tarixi: 11 iyun, saat 19:00 Qeydiyyat linki: https://forms.gle/BNZ3sQvBxbGAz1pP9 Xəbəri dostlarınızla bölüşməyi və I qrup üzrə hazırlaşan abituriyentləri şərhdə işarələməyi unutmayın. #ixtisasSeçiminiet #ixtisas #təhsil #DMA #ixtisasaz Qrup: https://chat.whatsapp.com/JYexeZZ1rkvGmi47tlc5gx

İncəsənət gender bərabərliyinə çatmağımıza kömək edə bilərmi? İsveçrə Səfirliyinin Azərbaycandakl nümayəndəliyinin və İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin maliyyə və "FemACT" platformasının təşkilati dəstəyi ilə Gender Hub Azerbaijan sosial platforması tərəfindən "Gizli Hekayələr" layihəsi həyata keçiriləcəkdir. Layihə ölkədə sosial bərabərsizlik və gender-əsaslı zorakılıq nəticəsində qadınların üzləşdiyi çətinlikləri qısametrajlı filmlər vasitəsilə təqdim edərək gender bərabərsizliyinə təsir etmək məqsədini daşıyır. Layihə haqqında⬇️ 📍Lənkəran 🗓2 İyul - 2 Sentyabr 🔹Qeydiyyat linki və ətraflı məlumat BİO bölməsində Ətraflı məlumat və layihədə iştirak üçün qeydiyyat linki: https://cutt.ly/NFWa9ju İŞTİRAK ÖDƏNİŞSİZDİR! Embassy of Switzerland to Azerbaijan and Turkmenistan #HiddenStories Qrup: https://chat.whatsapp.com/JYexeZZ1rkvGmi47tlc5gx

Sən tam da axtardığımız komanda yoldaşı ola bilərsən. İşinə qarşı məsuliyyətli, ünsiyyətcil, komandada işləmə bacarığı olan ali təhsilli 22-35 yaş arası xanım "Satış Meneceri" axtarırıq. İş qrafiki:9.30- 18.30 Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq Uyğun xanım namizədlərdən öz Cv-lərini info@crazyinnovations.az e-mail ünvanına "satış meneceri" başlığı ilə göndərmələri xahiş olunur.

Loqoped və Psixoloqların 1-ci forumu keçiriləcək: ❗️12 İyun 10:00-16:00 Forumda iştirak edə bilər: Loqopedlər, psixoloqlar, valideynlər, tələbələr, pedaqoqlar,inklüziv təhsil müəllimləri,yaşam koçları ❗️Mütəxəssislər üçün -25m ❗️Tələbələr üçün-20m ❗️Valideynlər üçün ödənişsiz. 🔺5 iyuna qədər qeydiyyatdan keçənlər endirim alaraq forumda iştirak edə bilər. Loqoped və psixoloqların 1-ci forumunda iştirak edənlərə sertifikat və material veriləcək. https://chat.whatsapp.com/KVozJmsY1hoHKMSfzohRsw

Elə bir yerdə paylaşıram indi Loqoped və Psixoloqların 1-ci forumu keçiriləcək: ❗️12 İyun 10:00-16:00 Forumda iştirak edə bilər: Loqopedlər, psixoloqlar, valideynlər, tələbələr, pedaqoqlar,inklüziv təhsil müəllimləri,yaşam koçları ❗️Mütəxəssislər üçün -25m ❗️Tələbələr üçün-20m ❗️Valideynlər üçün ödənişsiz. 🔺5 iyuna qədər qeydiyyatdan keçənlər endirim alaraq forumda iştirak edə bilər. Loqoped və psixoloqların 1-ci forumunda iştirak edənlərə sertifikat və material veriləcək. https://chat.whatsapp.com/KVozJmsY1hoHKMSfzohRsw

Uğur nədir? Cavabı onu əldə etmiş şəxslərdən dinləməyə hazırsınızsa, sizi "Uğur çıxışları" adlı layihəmizdə gözləyirik. 🤩 Dövlət Məşğulluq Agentliyi və ixtisas.az-ın birgə əməkdaşlığı ilə keçiriləcək layihənin məqsədi abituriyent və şagirdləri karyera və təhsil həyatında uğur qazanmış insanlar, onların hekayələri və təcrübələri ilə tanış etməkdir. Görüş boyunca ixtisas seçimi zamanı yaranan problemlər, karyera həyatında üzləşə bilinəcək çətinliklər, bütün bunlara ətraf mühitin təsiri kimi mövzulara həll yolları ilə birgə toxunulacaq. 📍Qeyd! Onlayn şəkildə keçiriləcək layihə Zoom platforması üzərindən baş tutacaq və iştirak tamamilə ödənişsizdir. 🗓️ Görüşün keçiriləcəyi tarix: 5 iyun, saat 19:00. 🕐 Son qeydiyyat tarixi: 4 iyun, saat 23:59. İştirak üçün qeydiyyat tələb olunur və qeydiyyatdan keçmək üçün şərhdə #uğur yazmağınız kifayətdir. 💚 Uğurlu olmasını istədiyiniz dostlarınızı şərhdə işarələyin ki, onlar da xəbərdar olsunlar. 😉 Daha detallı məlumatlar yaxın günlərdə paylaşılacaq, elə isə bizi izləmədə qalın. 😊 https://www.instagram.com/p/CeEZg7oDJTB/?igshid=YmMyMTA2M2Y=