2 544
Subscribers
-224 hours
-217 days
-8130 days
Posts Archive
2 543
+9
04.09.2026-cı il tarixində Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən Əhli-beyt hüseyniyyəsində cümə namazı qılındı. Cümə namazına Höccətül-islam Hacı Rüfət Məmmədov imamlıq etdi.
Bugünkü cümə namazının birinci xütbəsində Höccətül-islam Hacı Rüfət Məmmədov "Nəhcül-Bəlağə" də Əmirəlmöminin Əlinin (ə) 150-ci hikmətli kəlamda "o kəslərdən olma ki, başqalarını moizə edərlər, halbuki özləri moizə qəbul etməzlər",- deyə buyurduğu tövsiyəni izah etdi.
Hacı Rüfət Məmmədov ikinci xütbədə isə tağutun nə demək oladuğundan dandışdı və tağutlara yox deməyin bir vəzifə olduğunu vurğuladı. Hacı, həmçinin bu xütbədə indiki zamanın tağutlarına və zalım hakimlərinə də işarə etdi.
2 543
30.08.2026-cı il tarixdə, saat 19:00-da Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən Əhli-beyt hüseyniyyəsində əziz İslam Peyğəmbəri (s) və cəfəri məzhəbinin rəisi İmam Cəfər Sadiqin (ə) mövlud günü münasibətilə mərasim keçirilib.
Mərasimdə Höccətül-islam Hacı Rüfət Məmmədov Allah Rəsulunun (s) şəxsiyyətinin əzəmət və böyüklüyündən danışıb və təbərrük olaraq o Həzrətdən pis insanların xüsusiyyətləri barədə bir hədis nəql edib.
Daha sonra Hacı Rüfət Məmmədov İmam Sadiqin (ə) öz dövrünün tağut və zalım hakimləri ilə necə mübarizə aparması barəsində məclisdə iştirak möminləri bilgiləndirib.
