cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

Daxili Xəstəliklər🏨

Daxili Orqanların Xəstəliklərinin Müalicəsi💉💊 Əlaqə: @pini85

Show more
The country is not specifiedThe language is not specifiedThe category is not specified
Advertising posts
433
Subscribers
No data24 hours
No data7 days
No data30 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

Salamlar 🖐, sabahınız xeyir 🌞. Şərh bölməsində ilk paylaşımda problem olduğundan dolayı yenidən paylaşıram. MD'lar fikirləri daha önəmlidir👍 Dostlar maraqlı bir xəstəmiz var. 75 yaşında kişi xəstənin bilinən DM(şəkər) və Hipertenziya xəstəliyi mövcuddur. Saat 05:00'da ümumi vəziyyət pozğunluğu, şüur bulanıqlığı və danışa bilməmə şikayəti ilə gətirilib.🚑 Müayinəsində Qlasqo-Koma şkalası 8-9. Sözləri çıxarda bilmir. Bu xəstə haqqında nə düşünürsünüz❓ Necə, hardan başlamaq lazımdı idarə etməyə❓ Diaqnoz olaraq nə çıxar sizcə❓
Show all...
Salam😊. Keçən yazımızda qəbizliyin müalicəsi haqqında yazmışdıq. Bugün Diarreyaların müalicəsi haqqında kiçik başlıqlar şəklində danışacağıq. İshalların-Diarreyaların müalicəsi 1️⃣ Dieta 📍Gavalı 📍Tünd Çay 📍Kakao 📍Suda bişmiş qidalar 📍Düyü və manna kaşaları 📍Suplar 📍Kisel 📍İsti qidalar 2️⃣ Diarreya əleyhinə işlənən dərmanlar. A) Antibakteriyal Terapiya 💊Kolibakterin 💊Tetrasiklin 💊Bifidiumbakterin 💊Kanomisin 💊Oleandomisin 💊Levomisetin 💊Salozopiridazin 💊İntestopan 💊Ampisilin 💊Streptomisin 💊Klaforan 💊Sefosporin B) Parasimpatik sinir sisteminin ingibatorları və adrenergiq maddələr. 💊Belladonna 💊Atropin 💊Platifillin 💊Efedrin C) Bilavasitə bağırsaq peristaltikasına təsir edən dərmanlar. 💊Kodein 💊Mufenaksol 💊Reasek 💊Loperamid D) Öd turşularının nəcislə xaric olunmasına köməklik edən dərmanlar. 💊Alüminium hidroksid 💊Biliqnin 💊Xolestiramin 💊Polifepan E) Antisekretor təsir göstərən dərman maddələri. 💊Salazop prep. 💊İndometasin 💊Berberin Sulfaf 💊 Aspirin 💊Nikotin 💊Aminazin 💊Haloperidol 💊Troftozin
Show all...
Salam.😊 Bugün Anafilaksi haqqında qısa və öz yazmağa çalışacağıq. Əvvəlcə Anafilaksi nədir❓ Ona baxaq👇 Anafilaksi həddindən artıq duyarlılıq reaksiyası nəticəsində immumolojik mexanizma ilə meydana gələn ağır bir tənəffüz və qan-damar pozğunluğudur. Spesifik bir antijenin özünə məxsus bir İgE antikoru ilə reaksiyaya girərək mast hüceyrə və bazofillərdən vazo-aktif aminlərin buraxılması nəticəsində əmələ gələn klinik bir vəziyyətdir. Anafilaksiyə söz olaraq baxsaq 👉 phylaxis=qorunma,an=əksi yəni qorunmanın olmadığı mənasına gələn latınca bir terimdir. Anafilaksi insidenti vəya anafilaksi riski dəqiq olaraq bilinmir. Bununla birlikdə fatal nəticələnən anafilaksi nisbəti 0.004%; Penisilin üçün 0.002%,arı vurmasından sonra isə 0.001% olaraq bildirilir. Fatal olmayan anafilaksi nisbətləri isə 0.7-1% olaraq bildirilir. Bəs Anafilaksinin klinik simptomları nələrdir❓ 1️⃣ Lokal simptomlar: Antijen ilə təmasdan 30 dəqiqə içində ortaya çıxır. 📍Antijenin bədənə giriş yerində kiçik bir papule 📍Qaşıntı 📍Qızarıqlıq 2️⃣ Sistemik simptomlar: A) Erkən simptomlar 📍Qorxu və narahatlıq 📍Halsızlıq və tərləmə B) Yüngül sistemik simptomlar İlk 2 saat içində ortaya çıxar.1-2gün davam edə bilər. 📍Ətraflarda uyuşuqluq və istilik hissi 📍Dodaq ətrafında uyuşma 📍Ağızda metalik dad 📍Udlaqda dolğunluq və boğulma hissi 📍Sinədə sıxılma hissi 📍Ölüm qorxusu 📍Burun tıxanıqlığı və ağız-dodaqda şişlik 📍Asqırıq və gözdə yaşarma 📍Dəri və mukozalarda qaşıntı C) Orta dərəcəli sistemik simptomlar Yüngül sistemik simptomlara əlavə olaraq 📍Bronxospazm 📍Larinks ödemi 📍Nəfəs darlığı,öskürək,xırıltılı tənəffüs 📍Anjioödem və urticaria 📍Bulantı,qusma 📍Dəridə şiddətli qaşıntı 📍Sıxılma və boğulma hissi D) Ağır sistemik reaksiyalar Simptomlar dəqiqələr və saniyələr içində əmələ gəlir. Ağır bronxospazm ilə birlikdə siyanoz və bəzən tənəffüsün durması olur. Udqunma güclüyü,qarında kramp tərzində şiddətli ağrılar,ishal və qusma ortaya çıxır. Hipoksiya,hipotansiya,aritmiyalar,kardiyovaskulyar kollaps və koma meydana gəlir. Anafilaksidə müalicə necə aparılmalıdır❓ ♻️Reaksiya,ətraflara edilən bir iynə vəya bir həşərat məs; arı sancmasına bağlı isə turniket tətbiq edilir və sistem-maye taxılaraq damar yolu açılır. ♻️Ürək və tənəffüs durması varsa təcili olaraq kardiyopulmonar canlandırma edilir. ♻️Anafilaksi müalicəsinin ən önəmli və başda gələn dərmanı 💊ADRENALİN'dir.Adrenalinin 1/1000'likdən 0.3-05ml.Əzələ daxilinə inyeksiya olunmuş,arı sancdığı yerə yeridilir.15-20 dəqiqədə bir bu inyeksiyalar bədən qaldırdığı müddətcə təkrarlana bilər. Şok yüksək dərəcədə isə 0.25ml adrenalin 10ml fizyolojik ilə sulandırılaraq damardan verilə bilər. Kiçik uşaqlar,yaşlılar və ürək xəstəliyi olan xəstələrə daha aşağı dozalarda məs; 0.1-0.15 ml verilməlidir. Unudulmamalıdır ki Adrenalin ürəyin oksigen ehtiyacını arttırır,müxtəlif aritmiyalara və miyokard infarktına səbəb ola bilir. ♻️Adrenalinə əlavə olaraq bir ANTİHİSTAMİNİK preparatı parenteral olaraq verilməlidir. Özəlliklə qaşıntı,ürtiker flushing kimi simptomların düzəlməsində yararlıdır. ♻️Bronxo-spazm varsa astmatik simptomların kontrolunda beta2 aqonistlər və Metilksantinlər verilməldir. ♻️Maye infuziyası damar təzyiqini artırmağa yetərli deyilsə vəya hipotansiya davam edirsə vazopressor dərmanlar istifadə edilir. Bu məqsədlə dopamin tövsiyə edilməsinə rəğmən dopamin təsirsiz qalırsa bu halda noradrenalin verilə bilər. ♻️Kortikosteroidlərin təcili müalicədə yeri yoxdur.Təsiri gec başlayır. Ancaq təkrarlayan simptomların müalicəsində faydalı ola bilər. ♻️Ağır hallarda intubasiya və traxeostomiya göstərişdir.
Show all...
Salam.😊 Bugün Qəbizliyin müalicəsində istifadə olunan preparat başlıqları haqqında danışacağıq. 1️⃣ Absorbsiyanı tormozlayan və sekresiyanı stimullaşdıran dərmanlar: 📍Tərkibində antraqlikozid olanlar👉 Reven kökü,Kora kruşini,Ramnil kofranol,Senadeksin(senade,qlaksen),Tisasen requlaks(kafial) işlədici yığmalar 📍Definil metanın derivatları 👉 İzafenin, İzaman,Fenolftalein,Bisakodil. 📍Gənəgərçək yağı👉 Oil Ricini 📍 İshal törədən duz dərmanları 👉 Natrium sulfat,Maqnezium sulfat,Karlovar duzu. 2️⃣ Bağırsaq möhtəviyyatını təmin edən dərmanlar: 💊Dəniz kələmi 1\2-- 1 çay qaşığı gecələr 💊Laminarid 1t X 3 💊Laktuloza 1-3 xörək qaşığı X 1-2 dəfə 3️⃣ Bağırsaq selikli qişasının sürüşkənliyini artıran və nəcis kütlələrini yumşaldan dərmanlar: 💊 Vazelin yağı 1-2 xörək qaşığı 1 dəfə 💊Mindal yağı 1 çay qaşığı X 2 dəfə verilir. 4️⃣ İşlədici şamlar: 💊Ferrolaks 💊Kolsiolaks 💊Revenli şam 💊Litium karbonatlı şam
Show all...
Salamlar. Bugün tibb dünyasında bir yeniliklə bağlı qısa məlumat verəcəm ✅FDA: Kolon (bağırsaq) xərçənginin potensial nəticələrini müəyyənləşdirmək üçün təsdiqlənmiş Süni zəka olan bir sistem yeniliyindən bəhs edir. Sistem adı: GI Genius 🚨GI Genius; Kolonoskopiya zamanı əldə edilən video görüntüləri tarayaraq, mümkün xərçəng fokuslarını klinisistə bildirir və biopsiya götürməyi tövsiyə edir. 🚨 Biyopsi ocaqlarının patoloji müayinəsində: Yalnız kolonoskopiya tətbiq edildikdə % 42 pozitivliyin aşkar edildiyi və GI Genius rəhbərliyi altında alınan biopsiyalarda bu nisbətin ən az 55% -ə yüksəldiyi göstərilmişdir. Olduqca önəmli bir sistemdir.👍
Show all...
🤗Bəlkə Bilmirsən?
Show all...
🍂Maraqlı məlumatlar
🧍🏻‍♂İnsanlar haqqında
🍏🥦Meyvə və tərəvələrin faydaları
🦐🐆Heyvanlar haqqında
👨🏻‍🦳Faydalı məsləhətlər
💡Yaddaş testi
🤓Diqqət testi
🤗Bütün bunlar hamısı
Bəlkə Bilmirsən?
Show all...
𝑴𝒊𝒓𝒂𝒔𝒉 𝑴𝒖𝒔𝒊𝒄🎧🎶

🎧𝐍𝐨 𝐌𝐮𝐒𝐢𝐜,𝐍𝐨 𝐋𝐢𝐅𝐞 🐊🎶 ↬ 0:00 ● ━━━────3:17 ◁ㅤㅤ❚❚ㅤㅤ▷ 🌍Axtardığınız hər mahnı bu kanalda🎵🎶🎧 ✨Ə𝐥𝐚𝐪ə üçü𝐧✨: @Smdva @Hghgh21 ✨𝐑𝐞𝐤𝐥𝐚𝐦 1𝐬𝐚𝐚𝐭✨

Kilosu çox olan biri bunu göbək problemi vəya qalça problemi olaraq görə bilər. Bu olduqca təbii bir haldır. Bir çox “detoks mərkəzində” şüursuzca ac qalaraq edilən detoks programları görürük. Və olduqca bahalı. Şüursuz aclıq diyetləri,tərəvəz suyundan ibarət diyetlər,adətən aclıqla bərabər görülən qəbizlik səbəbi ilə eliminasiyanın da azalması ilə birlikdə, sistemik toksikliyi artırır. Ancaq qaraciyəri ortaya çıxan toksinlərdən qurtarmaq barəsində dəstəkləmədən yəni: Yaxşı bir protein girişi və zülal həzmi olmadan, yəni lazımlı amin turşuları, minerallar və əlavələr vermədən, glutation sintezi və bərpasını dəstəkləmədən, yaxşı seçilmiş bir fitonid dəstəyi olmadan “detoks” etməyin mənası barədə bir fikir verir. "Niyə kilo verən biri niyə ksenotoksin yükü altında qalsın ki?" Sualını verə bilərsiniz. Sualınıza cavab verək. Obeziteyə yanaşmanın sağlamlıq tərəfində olan bizlərin, arıqlama proqramlarınım hədəfini həftədə 2 kilo, ayda 6 kilo tipində tərəziyə qoyulması çox kilonun və şüursuz arıqlamanın sağlamlıqla əlaqəsinin qoparılması heç düzgün bir şey deyil. Təbii bir hal da hesab oluna bilməz. Bu dəqiqdir ki; Kilo alırsanız vəya arıqlayırsanız toksinlərlə oynuyursuz deməkdir. Bu toksinlərin bədənimizdə immun sistemdən tutun endokrin sistemə qədər bir çox sistemimizdə birbaşa təsiri vardır. Obeziteyə müdaxilə edəcəksək bu sadəcə yemək zamanlanması,tərkibi və glisemik yükü ilə əlaqəli olmamalıdır. İnflamasiyanı azaltmaq, mitoxondrial funksiyanı və redox sistemi tənzimləmək, toksinlərə arıqlayarkən onsuzda çox artan məruziyəti azaldıb detoksifikasiyanı dəstəkləmək,stressi azaldaraq otonom sistemi tənzimləmək, yuxu problemlərini aradan qaldırmaq fitoqida çeşitliliyini artırmaq kimi bütöv bir sağlıq müdaxiləsi planlaması lazımdır. Yoxsa ya qısa zamanda kilolar geri alınacaq ,sonra təkrar veriləcək və bu da hər təkrarlayışda yağlardan beyinə,qaraciyərə və böyrəyə toksinləri səfərbər edəcək ya da arıqlamanın yüksək ölüm riski ilə əlaqəsinə dair var olan çox sayıda məqalənin qeydə keçməmiş bir misalı olmağı risk alacağıq. Bunları oxuduqdan sonra əhəmiyyətli dərəcədə kilo verənlərdə ölüm nisbətinin artması ilə bağlı epidemioloji və kohort tədqiqatlarında qeyd etdiyimiz çalışmalar artıq sizin üçün sürpriz olmamalıdır. Bu, arıqlamağın zərərli olduğu deməkdir❓Əlbəttə yox.‼ Bununla birlikdə, bədəndəki bədxassəli bir endokrin orqan kimi işləyən yağ toxumamızdan qurtularkən detoksifikasiya üçün şüurlu bir tədbir görməməyimizə görə niyə ciddi risk aldığımızı açıqca göstərir. Uzun müddətli problemlər, xüsusən də beyin və ürək problemi yaşaya biləcəyimizi göstərir. Sağlam qalın dostlar🫀
Show all...
Kilonuzu azaldarkən Toksinlərimizə nə olur ❓ Salamlar.😊 Bugün başlıqdan da gördüyünüz kimi toksinlərimizlə bağlı biz kilomuzu azaldarkən nələr olduğuna baxacağıq. Məqaləmiz olduqca uzun məqalədir. Ona görə sizlərdən sıxılsanız da sona qədər oxumağınızı istəyəcəm. Çünki olduqca önəmli bir mövzudur. Sona qədər oxuyanlar "yorumlar" qismindən "➕" işarəti qoysun.👍 Bir kimsəyə kilo verdirmək isdəyirsəniz, saflaşdırılmış karbohidrat istifadəsini azaldıb idmanı biraz artırmağa inandırsanız və bu halda əgər hormonlar gizli gizli pozulmazsa böyük ehtimalla bu etdiyiniz işə yarayacaq. Xəstə tərəzi üzərində istədiyi kimi daha az çəkidə olacaq. Bütün bu vaxtda xəstənin orqanizmasında baş verən proseslərin sağlıqlı olub olmadığı isə tamamilə ayrı bir mövzudur.‼ Bir orqanizmə bu şəkildə müdaxilə etmədən əvvəl vahid idarəetmə üçün səy göstərməsək, itirdiyimiz çəki bizə nə sağlamlıq gətirəcək, nə də qalıcı olacaq.🤷‍♂️ Ac qalaraq yağınızı əridərkən, ərimə yağınızla birlikdə qana daxil olan toksinləri təsirli bir şəkildə dərhal təmizlədiyinizə əmin olmalısınız. Aclıq zamanı detoksifikasiya prosesləri üçün lazım olan xammalın kifayət qədər miqdarda alınması və aclığın təbii nəticəsi olan qəbizliyin toksin atılması ilə uyğun olmayacağını xatırlamaq çox vacibdir.✅ 2016-cı ildə aparılan bir araşdırmadan öyrəndik ki, bir iş adamı mədə kiçiltmə əməliyyatı olduqdan sonra 4 ayda 40 kg arıqlayıbmış. Daha sonra bir xəbərdə həmin iş adamının qaçış kəmərində idman edərkən keçirdiyi infarkt nəticəsində həyatını itirdiyini öyrəndik. Sizcə, bu iş adamın "check-up"ları edilmirdimi? Bu səviyyədə olan birinin ürək damarlarında "oklüziya" olduğu halda, "ən müasir" koronar tomoqrafiyasında bu necə olduda görünmədi? Nə ola bilərdi?  Kardiyometabolik bölümündə daha sonra bu haqqda daha ətraflı məlumat verəcəm bu hadisə isə o bölüm üçün bir başlanğıc olsun. Sizin üçün təəccüblü ola bilər ancaq: Diqqət‼... Ən az ciddi kilo almaq qədər,hətta ondan daha çox,ciddi kilo vermənin yəni arıqlamanın da İnfarkt yəni Qəlb Krizi başda olmaqla ölüm ehtimalını artırdığına dair çoxlu sayda araşdırma, məqalə var.(Andres R, Long-term effects of change in body weight on all-cause mortality: A review, Ann Intern Med 1993) 11 fərqli ölkədə edilən 13 populyasiya çalışmasını birləşdirən bir araşdırmada ciddi kilo alanlar qədər,arıqlayanların da ölüm ehtimalı yüksək çıxmışdır. 10%lik bir kilonu verib geri almaqla zaman keçirən insanların mortalitesi də 50% çox çıxmışdır. Bunlar çox ciddi rəqəmlərdir dostlar‼. Yaxşı bəs zəyifləmək yaxşı bir şey deyilmi? Bu rəqəmlər bizə nə deyir? İndi gəlin 1977-ci ildə Japonya’da edilmiş bir heyvan çalışması bizə nə deyir ya da bizə vaxtında nə demək istəyib də biz heç fikir verməmişik ona baxaq. (Ohmiya O, Effect on starvation on excretion, disribution, and metabolism of DDT in mice, Tohoku J Exp Med 1977) Bu çalışmada sıçanlara radyoaktiv karbon ilə işarətlənmiş DDT tək doz olaraq verildikdən sonra, bir sıçan qrubu normal qidalanmağa davam ederkən digər qrup 8 gün ac buraxılmış və arıqladılmışdır.8-ci gün sonunda heyvanların həm qan, həm bütün orqanlarındakı DDT konsantrasiyaları, həm də bu zaman zərfində sidik və nəcislərində atılan DDT miqdarı da ölçülmüşdür. Görülən şey isə dostlar:🤦‍♂️ Ac qalıb arıqlayan heyvanların sadəcə qanında deyil, skelet əzələsi xaric bütün orqanlarında(ürək,qaraciyər, böyrək, beyin, yağ toxuması) DDT miqdarı ciddi dərəcədə yüksəlmişdir. DDT miqdarının ən çox arttığı orqan isə beyin olmuşdur: Arıqlama sonrasında beyin toxumasında DDT miqdarı 700% artmışdır. Zarafat deyil‼ 700% Yəni nə olub burda❓ Sıçanlar ac qalaraq yağları əriyəndə bu yağlardan ortaya çıxaraq qana qarışan DDT bədəndən ancaq az bir miqdarda atıla bilmişdir deməkdir dostlar. Yaxşı bəs hara gedib❓Təbii ki bədəndə başqa harada yağ varsa ora. Dəri altı yağ toxumasındakı DDT miqdarı da artmışdır. Çünki toplam yağ miqdarı azaldıqca, eyni miqdar DDT, geridə qalan yağda yığılmışdır. Normal olaraq da, yağdan zəngin digər orqanları boş keçməyib: Başda beyin olmaqla ürək,qaraciyər,böyrək kimi həyati orqanlar.
Show all...
AnimatedSticker.tgs0.10 KB
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.