💡HƏYATIN_TƏMƏLİ💡
Open in Telegram
🔰 Həyatınızda yenilik etmək istəmirsinizsə, olduğunuz kimi qalmaq istəyi sizdə daha güclüdürsə, vaxtınızı özünüzdən başqa hər şeyə sərf edirsinizsə, kanala qoşulmayın.... :) 👤Admin: @Tural_Salmanov1 ⏳ 28.03.2020 ⏳
Show more803
Subscribers
No data24 hours
-37 days
-1330 days
Posts Archive
Uca Allah buyurmuşdur:
"Mən yer üzündə Öz xəlifəmi yaradacağam." (Bəqərə, 2:30)
Yer üzü qaranlığa büründükdə, haqq nuru hər zaman bir çıraq kimi parlayar. Allahın yer üzündəki xəlifəsi olmaq, Onun hikmətini, ədalətini və mərhəmətini əks etdirmək deməkdir. Bu, yalnız pak qəlbli, haqq yolunun yolçusu olan insanlara nəsib olan ali bir məqamdır. Həqiqi nümayəndə, onu vəzifəyə təyin edənin məqsəd və məramına tabe olmalıdır. Əgər Allah ilə Onun xəlifəsi arasında mahiyyətcə bir bağlılıq yoxdursa, onu ilahi bir nümayəndə adlandırmaq da olmaz.
Həzrət Peyğəmbərdən (s) nəql edilən bir hədisdə belə buyurulur:
“İslam dini mənim on iki xəlifəm olana qədər əzizdir.”
Bu gün – zülmətin içində parlayan nurlu bir səhərdir. Haqqın və ədalətin rəmzi, insanlığa ümid olan Mövla İmam Zamanın (ə) mövludu münasibətilə sevən qəlbləri təbrik edirəm. Qoy bu mübarək gün hər kəsə bərəkət, nur və səadət gətirsin.
Bayramınız mübarək olsun!
Tural Salmanov
https://t.me/salmanovtural
Seyid Mübariz İbrahimov – adı kimi mübariz, ruhu kimi uca, sevgisi kimi sonsuz bir qəhrəmandır. O, ömrünün qısalığını şücaəti ilə əbədiyyətə çevirdi, qorxmazlığı ilə bir millətin qürur simvoluna döndü.
Onun şəhadəti yalnız bir qəhrəmanlıq dastanı deyil, həm də milli ruhun, fədakarlığın ən ali nümunəsidir. Yazıçı Müşfiq Muğanlının "Mübarizdən sonra" əsəri bu igidin ölümsüzlüyünü təsdiqləyən bir yadigardır. Şəhidin mərhum atası Hacı Ağakərim İbrahimovun tövsiyəsi ilə ərsəyə gələn bu kitab, vətən uğrunda canından keçən bir ruhun əbədiliyini oxucuya çatdırır.
Mübariz bir döyüşçü kimi tarixə düşsə də, onun adı bir amal, bir and, bir yol oldu – azadlıq və mübarizə yolu. O, cəddi İmam Hüseynin fədakarlığını özünə örnək götürərək addımladı və bu torpağın hər guşəsinə bir vəsiyyət buraxdı: Mübariz ol....
https://t.me/salmanovtural
Bəzən özümüzü, əslində sahib olmadığımız müsbət xüsusiyyətlərə malik biri kimi aparmaq faydalı ola bilər. Məsələn, bir şeyi bəyənməsək də, bəyənirmiş kimi davranmaq müəyyən hallarda məqsədəuyğun ola bilər. Lakin bu davranış heç bir halda ümumi və davamlı olmamalıdır. Həmişə özümüzdə olmayan bir xüsusiyyətə malik kimi davranmaq, daxili harmoniya və özünə olan münasibəti zədələyə bilər. Belə hallarda insan sonda öz kimliyini itirmək təhlükəsi ilə üzləşər və özünə qarşı yadlaşma hissi yaşayaraq mənəvi yükün ağırlığını hiss edə bilər....
https://t.me/salmanovtural
Hekayənin səbəbini bilmirəm, amma 20 Yanvar hadisəsi sevinc və sevgi rəmzi olan “Qərənfil”i bizim üçün matəm simvoluna çevirdi...
20 Yanvar şəhidlərinin xatirəsi qarşısında baş əyir uca Allahdan onlara rəhmət diləyirəm!
20 Yanvar 1990.
https://t.me/salmanovtural
Hekayənin səbəbini bilmirəm, amma 20 Yanvar hadisəsi sevinc və sevgi rəmzi olan “Qərənfil”i bizim üçün matəm simvoluna çevirdi...
20 Yanvar şəhidlərinin xatirəsi qarşısında baş əyir uca Allahdan onlara rəhmət diləyirəm!
20 Yanvar 1990.
https://t.me/salmanovtural
Ümmətin Müəllimi kimi tanınan Şeyx Müfidin nəzərində böyük və əzəmətli hadisələrin baş verdiyi günlər Allaha yaxınlaşmaq üçün ən gözəl fürsətdir. Şübhəsiz ilahi övliyaların mövludu böyük və əzəmətli günlərdəndir ki, Allah bu insanların varlığını bəşəriyyətə öz neməti olaraq ərməğan etmişdir. Bu gün Allah və onun Rəsulunun sevdiyi İmam Əlinin (ə) kəbə evində dünyaya gəldiyi gündür. Şeyx Müfid bu gün münasibəti yazır "Bu gün iman əhli üçün xoş və şad günüdür".
Sizləri bu gözəl və şad gün münasibəti ilə təbrik edirəm.Ps. Miniatür Mahmud Fərşçianın şah əsəri - İmam Əlinin (ə) Kəbədə mövludu. https://t.me/salmanovtural
Abdullah ibn Həmad İmam Sadiqə "Mənə bir dua öyrət" dedikdə İmam (ə) ona belə dedi;
ان افضل الدعاء ما جري علي لسانك
"Ən üstün dua öz dilindən cari olandır"
31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə dünyanın bütün yerlərində yaşayan soydaşlarımızı təbrik edir, onlara hər bir sahədə uğurlar arzu edirik.
https://t.me/salmanovtural
31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə dünyanın bütün yerlərində yaşayan soydaşlarımızı təbrik edir, onlara hər bir sahədə uğurlar arzu edirik.
https://t.me/edebiyyat_nezeriyyesi/1008
📆 "Cümə günü günlərin ağasıdır."
#HZ_MƏHƏMMƏD(s.ə.s)
Yeni günə bismillah.
Bu gün oyana bilmişiksə şükr Rəbbimizə.Allah ibadətlərinizi qəbul etsin. Amin, inşaAllah
#Cüməniz_mübarək.
@heyatin_temeliQiyamət gününün inanılmaz çətinlik və məşəqqətlərində Peyğəmbər qızı hz Fatimə deyər;
- Ey Allahım! Mənə və mənim övladlarıma kömək edənləri bağışla.
https://t.me/heyatin_temeli
İbn Sinadan həkimə ehtiyac olmadan uzun ömür yaşamaq uçun nə etmək olduğunu soruşmuşlar. İbn Sina demişdir bu "az" lara diqqət elə:
"Az ye, az yat, az danış. hər adamla oturub durma birde əsas odur ki caliş bu aralarda Az-da yaşama..
Ehtimal olunur ki," Az" elə həmin Azərbaycandır))
©
Deyir nə edirəmsə, başa dümür.
Dedim yaxşı o başa düşmür, bəs sən niyə başa düşmürsən ki, o başa düşmür, ya başa düşmək istəmir?
Bəzən problem bizdədir, söhbəti çox uzadırıq.
©
İslam mənbələrində Həzrət Fatimeyi Zəhranın (s.ə) ya 18, ya da 25 il yaşadığı bildirilir. Bu iki dünya xanımlar xanımının həyatı, Peyğəmbərin (s) qadınlar haqqında dediyi və görmək istədiyi müsəlman qadın obrazının nümunəsidir.
#Fatimiyyə_günləri
Əziz məktəbli valdiyenlər!
Bu qurupda İslam dinin və milli uşaq ədəbiyyatımızın təqdim etdiyi təlim və tərbiyə barəsində tövsiyələri, metodları və eləcədə klassik ədəbiyyatdan seçmələr paylaşılacaqdır.
Xahiş olunur ki, qurupa sadəcə valideyinlər üzv olsun.
Üzv olmaq tam olaraq sərbəstdir və hal hazırda keçirilən dərslərlə əlaqəsi yoxdur.
Qeyd: Kiçik yaşlı uşaqlarında valideyinləri qoşula bilər.
https://chat.whatsapp.com/BVI46zJxhOUIxE2ggWdrsb
💡Həyatın_Təməli💡
🗣️Yalnız Xanımlar
Linki paylaşaraq bizlərə dəstəy ola bilərsiniz öncədən təşəkkürlər.🌹
Link👇🏻👇🏻👇🏻
https://chat.whatsapp.com/GP9u6RiXDKVFIxidCEb5x7
Anlamağa başlayırdım ki, inancın verdiyi cavablarda bəşəriyyətin ən dərin hikməti yatır və mənim ağla əsaslanaraq onları inkar etməyə haqqım çatmır. Əsas olan odur ki, yalnız bu cavablar həyat sualının qarşısında duruş gətirə bilirlər.
| Lev Tolstoy
@heyatin_temeli
Ünsiyyətin olmadığı yerdə münasibət, hörmətin olmadığı yerdə sevgi, güvənin olmadığı yerdə davam etmək üçün heç bir səbəb yoxdur.
@heyatin_temeli
