Ayətullah Sistani
Open in Telegram
📌 Qeyri rəsmi. 📚Şəri suallarınız üçün adminə müraciət edə bilərsiniz. 🔹Telegram ☞ @A_Sistani_admin 🔹Whatsapp ☞ +989397794013 📷 İnstagram səhifəmiz: https://instagram.com/ayetullah_sistani
Show more1 935
Subscribers
No data24 hours
+37 days
+230 days
Posts Archive
1 935
🔰"Çox səfər edən"✴️ sayılan şəxsin qeyri-iş səfərlərində namaz və oruclarının hökmü
✅Ayətullah Xamenei və Ayətullah Məkarim Şirazi: İşlə bağlı "çox səfər edən" şəxsin, yalnız peşəsinə aid olan səfərlərdə namazları tamdır, lakin qeyri-iş səfərlərində namaz və oruclarının hökmü adi səfər edən şəxslərin hökmü ilə eynidir✳️. [1] [2]
✅Ayətullah Sistani:
Bir nəfər "çox səfər edən" sayıldığı təqdirdə namazları tam və orucları düzdür. Bu məsələdə iş səfəri ilə qeyri-iş səfəri arasında fərq yoxdur. [3]
✴️Kəsirus-səfər
✳️ Yəni 4 rükətli namazları qəsr (2rükət formasında) qılacaq və oruc da tuta bilməz.
📌Dipnot:
1- Ayətullah Xamenei, "Fiqh risaləsi", məs:746
2- Ayətullah Məkarim Şirazi, "Risalə", məs:1147
3- Ayətullah Sistani, "Minhacus-salihin", məs:912; "Risale came", c.1 məs:1744
"Səqəleyn" Fiqh və Hüquq Mərkəzi (İstifta heyəti)
Sosial şəbəkələrdə bizi izləyin:
Youtube: https://m.youtube.com/@sqleynfiqhvhuquqmrkzi573
Whatsapp: https://chat.whatsapp.com/JJw9sGhKmiOHCoWwdI579P
Telegram: https://t.me/saqeleyn
İnstagram: https://www.instagram.com/saqeleyn_fiqh_ve_huquq_merkezi?igsh=NXBlbTlqbTB4ZzU4
Tiktok: https://www.tiktok.com/@seqeleyn_fiqh?_t=8oeBaIStLAA&_r=1
1 935
Repost from "Səqəleyn" - Fiqh və Hüquq Mərkəzi
Qəhhar Allahın adi ilə
SƏQƏLEYN FİQH VƏ HÜQUQ MƏRKƏZİNİN QURANIN YANDIRILMASI İLƏ BAĞLI BƏYANATI
"Həqiqətən bu Quran, (insanları) ən möhkəm yola hidayət edir və yaxşı işlər görən möminlərə onlar üçün böyük bir mükafatın olması müjdəsini verir. (Şübhəsiz) Axirətə iman gətirməyənlər üçün ağrılı bir əzab hazırlamaşıq!" (İsra 9 və 10)
Şübhə yoxdur ki, İslama, xüsusilə də islami müqəddəslərə edilən hörmətsizlik pak dinimizin əzəmətinə xələl gətirmir, əksinə inadçı və xainlərin acizliyini göstərir.
Əziz xalqımıza bir neçə məsələni xatırlatmaq istəyirik:
1. Ölkəmizdə Qurani-kərimə və digər dini müqəddəslərə edilən hörmətsizlik Azərbaycan xalqına qarşı edilən dini hücumların ilkin mərhələsidir və bu kimi hadisələrin ciddiyyətlə qarşısının alınması olduqca zəruridir.
2. Böyük əksəriyyətlə müsəlman olan və tarix boyu həmişə öz dini inancına bağlı qalan bir millətdən belə şəxslərin üzə çıxması, yaxud yetişdirilməsi təəssüfləndirici və qəbuledilməz bir haldır.
3. "Tolerantlıq" adı altında Azərbaycan xalqının dini inancını təhqir etmək və dinimizə layiq olmayan davranışlar sərgiləmək şübhəsiz ki, heç bir müsəlman tərəfindən qəbuledilməzdir.
4. Müqəddəs dinimiz bu kimi qanunsuzluqların qarşısını almaq məqsədilə ən ağır cəzaları müəyyən etmişdir.
5. Beynəlxalq qanunlara əsasən, dini ayin və inancları təhqir etmək cinayət hesab edilir.
Son günlərdə Qurani-kərimə edilən həqarət hər bir müsəlman kimi "Səqəleyn" kollektivinin də ciddi narazılığına səbəb olmuşdur.
Dinimizə qarşı edilən bu və bu kimi hörmətsizliyi şiddətlə qınayır, müvafiq orqanlardan bu və buna bənzər özbaşınalıqların qarşısının alınmasını, habelə cinayətkarın layiqincə cəzalandırılmasını tələb edirik.
Həqiqətən bu zikri (Quranı) biz nazil etdik və şübhəsiz, onu biz özümüz qoruyacağıq". (Hicr 9)
Hörmətlə, Səqəleyn Fiqh və Hüquq Mərkəzinin İstifta Heyəti
12 Avqust, 2024.
https://t.me/saqeleyn
1 935
📚Dəyərli kitab oxuyucuları sizlərə yeni kitabı təqdim edirik.
📚
Kitabın Adı: Müsafirin Hökmləri
♦️
Səhifə Sayı: 288
📥
Kitab Yükləmə Linki:
www.kitaboxu.com
1 935
Müsafirin hökmləri 26-cı dərs// Höccətül-İslam Əli Əliyev
https://youtube.com/watch?v=sSB8vAOOaGQ&si=NaVQZxUngMM70YfY
1 935
Müsafirin hökmləri 25-ci dərs// Höccətül-İslam Əli Əliyev
https://youtube.com/watch?v=GFYSSmV8Y68&si=Vj1aWFmCSCqNvmJv
