resPUBLİKaçı
Open in Telegram
Dünyada və ölkəmizdə baş verən hadisələri operativ şəkildə izləyicilərinə çatdıran kanal. Twitter: https://twitter.com/Republic_1918?s=09 Facebook: https://www.facebook.com/Republican18
Show more969
Subscribers
No data24 hours
-67 days
-1530 days
Posts Archive
969
Repost from Caucasian Live
⚡️ İsrail Suriyaya da müdaxilə edəcəkmi?
🔴Türkiyə İsraillə eyni anda əməliyyata başlaya bilərmi?
https://youtu.be/yfk0Bob-7PM?si=nyxi46Padh4zMXd5
969
Repost from Caucasian Live
🟦 Antiterror əməliyyatının ildönümü
✅ https://youtu.be/zbfj_ELMzHU?si=i_aCsz1B13F0yJD3
@CaucasianLive
969
Repost from Caucasian Live
🇦🇿🗣️ “İqtisadiyyat Nazirliyi ləğv edilməlidir.
🔸 Neçənci dəfə təkrarlayım? Bu qiymət artımları - taksi, metro, benzin - hələ işin əvvəlidir. 5 ay əvvəl dediyim kimi olacaq”.
- İlqar Məmmədov REAL Partiyası sədri | @CaucasianLive
969
Repost from Caucasian Live
🇦🇿 Növbədənkənar Parlament seçkilərində hansı partiyanın namizədini dəstəkləyəcəksiniz?
969
Repost from Caucasian Live
⚡️⚡️⚡️⚡️⚡️ Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə və yeni müharibə ocağının yaranmasına görə məsuliyyəti tam şəkildə revanşist siyasət yürüdən Ermənistan rəhbərliyi və Makron diktaturası daşıyacaqdır.
- Azərbaycan MN | @CaucasianLive
969
Repost from Caucasian Live
⚡️ Azərbaycan tərəfinin xəbərdarlığına rəğmən Fransanın Ermənistanı öldürücü və hücum təyinatlı artilleriya qurğuları və digər silah növləri ilə təchiz etməsi Fransanın Cənubi Qafqaz regionunda təxribatçı fəaliyyət aparmasının növbəti sübutudur.
🍵 Fransa Müdafiə Nazirliyi keçən ilin oktyabrında verdiyi açıqlamasında Ermənistana tədarük edilən hərbi texnikanın müdafiə xarakteri daşıdığını iddia etsə də, hazırkı hərbi sövdələşmə ilə Ermənistanın öldürücü silahlarla təchiz edilməsi Fransa rəhbərliyinin riyakarlığının növbəti təzahürüdür.
- Azərbaycan MN | @CaucasianLive
969
Repost from Caucasian Live
🇦🇿📜🇦🇲 Rəsmi Bakı sülh sazişində azərbaycanlıların Ermənistana qaytarmaq hüququnun təsbit edilməsini istəyir.
🔴Ermənistanla sülh sazişinin bir hissəsi olaraq Azərbaycan Sovet dövründə öz doğma torpaqlarını tərk etməyə məcbur edilmiş şəxslərin Ermənistana qayıtmaq və yaşamaq hüquqlarını təmin etməkdə israrlıdır. Bu məsələ Azərbaycanın dövlət strategiyasında əsas məsələyə çevrilməkdədir.
@CaucasianLive
969
Repost from ShahIntel
🔥 Qazax istiqamətində demarkasiya olunmuş sərhəd xətti (⚪️)
🗣️ “Qarabağ Xronikası”nın təqdimatında.
@CaucasianLive
969
Repost from Caucasian Live
⚡️⚡️⚡️ Gürcüstanın baş naziri “Caucasian Live”-ın məlumatını təsdiqlədi.
✅ Gürcüstanın baş naziri İrakli Kobaxidze ölkəsinin 2030-cu ilə qədər suverenliyini sülh yolu ilə bərpa etmək və Aİ-yə daxil olmaq niyyətini açıqlayıb. Bu, daha öncə “Caucasian Live” tərəfindən dərc edilmiş məlumatın təsdiqidir.
🆘 Xatırlatmaq lazımdır ki, diplomatik mənbələrdən əldə etdiyimiz Abxaziya dəmir yolunun bərpası, ondan Ermənistanın istifadə etməsi, Anakliya limanının fəaliyyəti və Avroatlantik inteqrasiyadan imtina şərtləri ilə Cənubi Osetiya və Abxaziyanın Gürcüstana qaytarılması məlumatlarını sizlərlə bölüşmüşdük.
🔴Məlumata əsasən, razılıq əldə olunarsa, Rusiya strateji nöqtələrdə qalacaq, Abxaziya, Cənubi Osetiya və Gürcüstan isə konfederal quruluş altında birləşəcəklər.
@CaucasianLive
969
Repost from Caucasian Bureau || Кавказское бюро
❗️ Главный переговорщик: Основная цель Азербайджана – действовать и двигаться вперед для достижения целей COP
Главный переговорщик COP29, заместитель министра иностранных дел Азербайджана Ялчин Рафиев на церемонии презентации COP29:
🔴 Мероприятие COP28, состоявшееся в прошлом году в Дубае, было благоприятным для всех стран. Сейчас Азербайджан уже начал превращать эти усилия в конкретные действия. Основная цель Азербайджана – действовать и двигаться вперед для достижения целей COP.
🔴 У нас были важные переговоры с Объединенными Арабскими Эмиратами и Бразилией, и мы добились большого прогресса в этой области. Председательство Италии в G7 также пригласило нас провести переговоры. Цели не могут измениться без конкретных действий.
🤒 @Caucasian_bureau
969
Repost from ShahIntel
✈️Türkiyəyə məxsus "Akıncı" PUA-nın İran hava məkanında olarkən "özbaşına" hərəkət etmiş olması, kəşfiyyat məqsədilə müəyyən obyektlərin yaxınlığından uçmuş olması iddiaları tamamilə absurddur.
🔵Bir ölkənin hava məkanında əvvəldən müəyyən edilməmiş xətt üzrə hərəkət etmək mümkün deyil. "Akıncı"nın hərəkət marşrutuna nəzər yetirdikdə, PUA-nın bütün növ uçuşlar üçün müəyyən edilmiş xətt üzrə hərəkət etdiyini görə bilərik.
@ShahIntel1
969
Repost from Caucasian Live
⚠️ Dəyərli "Caucasian Live" izləyiciləri, 24 saatdan çoxdur ki, sizə ən son xəbərləri çatdırmağa çalışırıq. Kanalı bəyənirsinizsə, bizə dəstək ola bilərsiniz.
🔸 Kanalın linkini öz sosial media hesablarınızda paylaşaraq, bizə dəstək ola bilərsiniz.
@CaucasianLive
969
Repost from Caucasian Live
📢 Əldə edilən digər məlumata əsasən, Rusiyanın əsas tələbləri arasında Qara dənizdə donanmasının qalması, Gürcüstan limanlarına nəzarət və regional layihələrdə iqtisadi pay əldə etmək var. Rəsmi Moskva isə xoşməramlı jest olaraq Rusiyada yaşayan separatçı liderlərin ekstradisiyasını müzakirə etməyə hazırdır.
🔴Kremldə iqtisadi komandanın strateji nöqtələrə təyin edilməsi rəsmi Moskvanın indi hərbi güclə yanaşı iqtisadi gücə də əhəmiyyət verdiyini nümayiş etdirir.
@CaucasianLive
969
Repost from Caucasian Live
‼️‼️‼️"Caucasian Live"-dan eksklüziv! Xəbər verdiyimiz kimi, Rusiya tərəfi müəyyən şərtlərlə Abxaziya və Cənubi Osetiyanın Gürcüstana qaytarılmasını nəzərdən keçirir.
⚠️ Bundan əlavə, diplomatik mənbələrdən alınan məlumata görə, Rusiya “Ahıska türklərinin Gürcüstana qaytarılması və hüquqlarının müdafiəsi” təşəbbüsü çərçivəsində Türkiyə ilə əməkdaşlığa hazırdır.
🔴Qeyd edək ki, uzun illərdir AŞPA tərəfindən təklif edilən bu təşəbbüs hələ də həyata keçirilməyib. Bu addımlar Rusiyanın geosiyasi məqsədlərinə çatmaq üçün diplomatik və humanitar vasitələrdən istifadə etmək niyyətini əks etdirir.
@CaucasianLive
969
Repost from Caucasian Live
👨⚖️ Bu strategiya Moskvanın regionda təsirini gücləndirmək üçün yumşaq güc mexanizmlərindən istifadə etmək istəyini əks etdirir.
🔴Çin, Türkiyə və Almaniya kimi güclü oyunçuların da prosesə daxil edilməsi Qafqazda sabitliyin və təhlükəsizliyin təmin edilməsinə çoxtərəfli yanaşmanı nümayiş etdirir. Bu, həmçinin Rusiyanın yeni beynəlxalq əməkdaşlıq formatı çərçivəsində regionun iqtisadi və siyasi inteqrasiyasını təşviq edən geniş koalisiya yaratmaq istəyini vurğulayır.
@CaucasianLive
969
Repost from Caucasian Live
❗️❗️❗️❗️Rusiyanın Qafqazla bağlı yeni siyasətində əsas aspekt sərt gücdən yumşaq gücə keçiddir. Bu kontekstdə Rusiya üç Qafqaz ölkəsi ilə təhlükəsizlik sazişi imzalamağı planlaşdırır.
⚠️ Bu təhlükəsizlik sazişinə üç Qafqaz ölkəsi və Rusiya ilə yanaşı, Çin, Türkiyə və Almaniya da qarant ölkələr kimi daxil edilə bilər.
@CaucasianLive
969
Repost from Caucasian Live
👨⚖️ Rusiya öz strategiyasını dəyişməyə, Çin kimi, hərbi gücdən iqtisadi gücə keçməyə çalışır.
🔵Daha öncə, Soyuq Müharibə başa çatdıqdan sonra Moskva əhəmiyyətli iqtisadi fayda və yeni bazarlara çıxış müqabilində öz qoşunlarını Avropadan çıxarmışdı. Rusiya hazırda Qafqazda oxşar məqsədlər güdür.
🗣 Bu, Rusiya Federasiyasının daha geniş geosiyasi və iqtisadi doktrinasının tərkib hissəsi olan regionda öz təsirini gücləndirmək üçün iqtisadi rıçaqlardan və inteqrasiya mexanizmlərindən istifadəni nəzərdə tutur.
@CaucasianLive
969
Repost from Caucasian Live
‼️‼️‼️"Caucasian Live"-ın diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, Rusiya Federasiyası Qafqazdakı hərbi mövcudluğunu əhəmiyyətli dərəcədə azaltmaq niyyətindədir.
📶 Eyni zamanda, Moskva strateji əhəmiyyətli nöqtələr üzərində nəzarəti saxlamaq şərti ilə regional münaqişələri həll etməyi planlaşdırır. Bu addıma Rusiyanın regionu tərk etməsi kimi yox, daha çox Qafqaz ölkələrini Rusiya iqtisadiyyatı ətrafında birləşdirəcək yeni iqtisadi və kooperativ əməkdaşlıq formatına keçid kimi baxmaq lazımdır.
@CaucasianLive
969
Repost from Caucasian Live
🇦🇿 Qarşıdan gələn parlament seçkilərində hansı partiyanın namizədlərini dəstəkləyəcəksiniz?
