en
Feedback
Hebib Müntezir

Hebib Müntezir

Open in Telegram

Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

Show more
Azerbaijan410The category is not specified

📈 Analytical overview of Telegram channel Hebib Müntezir

Channel Hebib Müntezir (@hebmun) in the Azerbaijani language segment is an active participant. Currently, the community unites 16 874 subscribers, ranking in the Other category and 410 in the Azerbaijan region.

📊 Audience metrics and dynamics

Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 16 874 subscribers.

According to the latest data from 02 December, 2024, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by 0 over the last 30 days and by 0 over the last 24 hours, overall reach remains high.

  • Verification status: Not verified
  • Engagement rate (ER): The average audience engagement rate is 0%. Within the first 24 hours after publication, content typically collects N/A% reactions from the total number of subscribers.
  • Post reach: On average, each post receives 0 views. Within the first day, a publication typically gains 0 views.
  • Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 0.

📝 Description and content policy

The author describes the resource as a platform for expressing subjective opinions:
Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

Thanks to the high frequency of updates (latest data received on 03 December, 2024), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the Other category.

16 874
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
Azərbaycan Müdafiə Nazirliyi məlumat yayaraq bildirib ki, rusların dəstəyi ilə erməni birləşmələrinin alternativ yolla silah-sursat əldə etməsinin qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən lokal zəruri nəzarət tədbirləri həyata keçirilib.

Azərbaycan Müdafiə Nazirliyi rus sülhməramlılarının dəstəyi ilə qanunsuz erməni silahlılarının Qarabağda yeni yol çəkdiyini bildirib. Buna görə bölgədə yeni gərginliyin arta biləcəyi və baş verə biləcək tələfata görə xəbərdarlıq edib.

Azərbaycan vətəndaşı Türkiyədən qayıdan zaman, Dövlət Gömrük Komitəsinin əməkdaşları onu saxlayıblar, əllərində olan baqajları yoxlayıblar. Baqajdan nə silah, nə narkotik, nə də hər hansısa qanunsuz maddələr aşkarlanmayıb. DGK iddia edir ki, 800 manatdan çox başa gələn əşyalar alınıb. Buna görə də camaatın aldığı şəxsi pal-paltarlar, uşaq geyimləri, ayaqqabılar, ucuz zinət əşyalarının fotolarını silah və narkotik kimi çəkib, sosial mediada paylaşıblar. Heç rüşvətxor Səfər Mehdiyev belə şeylər etmirdi, bu "islahatçı"lar camaata göz verib, işıq vermirlər. Xalqın sərvətini talayan oliqarxlar ölkədə hər şeyi monopoliyaya alsın, ölkənin quru sərhədlərini bağla, sadə insanlar da od qiymətinə qonşu ölkəyə səfər edib, gələndə də özü ilə bazarlıq edib gətirsin, sən də rəsmi qurum kimi özünü bandit kimi aparıb, əlindəkiləri tut qamarla. Nə gözəl siyasətdir, nə gözəl islahat...

Qarabağ və Ermənistanla sərhəddə növbəti gərginlik mərhələsi artan surətdə davam edir: 1. Bu gün Ermənistan rəsmi şəkildə bildirdi ki, bir hərbçi yolu azaraq Azərbaycanın nəzarətində olan əraziyə keçib və əsir düşüb. Azərbaycan MN məlumatı təkzib etdi. 2. Sosial mediada Ermənistanın Azərbaycanla sərhədə hərbi texnika yığdığına dair kadrlar öz əksini tapıb. 3. Azərbaycan MN isə rus sülhməramlıların Azərbaycan ərazisinə qanunsuz hərbi yüklərin daşınmasını davam etdirdiyini açıqladı. Və növbəti xəbərdarlıq edildi.

Siyasi-ictimai fəal Bəxtiyar Hacıyev həbsdən azad olunmağı üçün İlham Əliyevdən kömək etməyini xahiş edərək, müraciətdə ünvanlayıb.

ClubHouse platformasında “2vur2” layihəmizdə ilk dəfə qonağımız YAP deputatı Ceyhun Məmmədovdur. Siz də dinləmək istəyir və qonağa suallar vermək istəyirsinizsə buyurun, qeydiyyatdan keçin, otağa daxil olun. Mənə sual verəcəyinizi bildirin və əlinizi qaldırıb sualı səsləndirin. KEÇİD

Yadınızdadırsa ön cəbhədəki hərbçilərə paylanılması üçün müəyyən olunan müxtəlif adda siqaret məhsullarını öz qohum-əqrəbalarına, yaxınlarının adına keçirib, külli miqdarda vəsait əldə edən gömrük generalları həbs edilmişdi. Bəli, bu gün büdcə vəsaitini oğurlayan o generallar Məsum Rəsulov və Ehtiram Xəlilov 1 il keçmədən ev dustaqlığına buraxılıblar. Onların dövlətə vurulan ziyan məbləğini tam həcmdə dövlət büdcəsinə ödədikləri bildirilir.

"Muğanbank"ın Mingəçevir filialının direktoru Vüqar Əsgərov xeyli miqdarda pulu mənimsəməkdə ittiham olunur. Məhkəmə onu mənimsəmə və rəsmi sənədlərin məzmununa yalan məlumatlar daxil etməkdə ittiham edərək həbs edib. 107,5 milyon manat nizamnamə kapitalı olan “Muğanbank”-ın səhmlərinin 67,74%-nə nəzarət edən Mehdiyev Elmir Maqbet oğlu sabiq millət vəkili, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyevin kürəkənidir. Səhmlərin 10,65 %-nə nəzarət edən Vəliyeva Vəfa isə Əhməd Vəliyevin qızıdır. Digər 2 səhmdar isə Əhməd Vəliyevin qudalarıdır.

Şəkidə yaşayan 1982-ci il təvəllüdlü Müşviqə İbrahimxəlilova ailə qurarkən nikah şəhadətnaməsi alıb, bir neçə dəfə şəxsiyyət vəsiqəsini yeniləyib. Amma sosial yardım almaq istəyərkən, ona deyiblər ki, sən ölmüsən. Ölmüş bacısı sağdır, özünü isə rəsmi olaraq öldürüblər. Məlum olub ki, doğulduğu Şirinbulaq kəndində bələdiyyə tərəfindən 5 yaşında olarkən ölmüş kimi qeydiyyata salınıb. O, indi həyatda olmasını sübut etmək üçün məhkəmənin qərarını gözləməlidir.

İkinci Qarabağ müharibəsi və ondan sonrakı hərbi əməliyyatlarda iştirak etmiş Baş Gizir Cəsarət Vəliyev gecə "20 yanvar" metrosu yaxınlığında yerləşən kafelərin birində yemək yeyərkən musiqi sifariş etməyə görə qonşu masada əyləşən şəxslərlə aralarında mübahisə yaranıb. Bu zaman DSX-nin əməkdaşı olan baş gizir bıçaq xəsarəti alıb və həmin xəsarət nəticəsində xəstəxanada ölüb. O, “İgidliyə görə”, “Cəbrayıl və Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilmişdi. Cinayət işi açılıb, şübhəli şəxslər araşdırılır.

Türkiyənin AK Partiyası rəsmi olaraq Erdoğanın prezidentliyə namizədliyini irəli sürdü. Bu il mayın 14-də keçiriləcək olan prezident seçkilərində müxalifətin vahid namizədi isə Kemal Kılıçdaroğludur. Sizcə kim qalib gələcək?

Ağdam rayonu Yusifcanlı kənd ərazisində kənd sakinləri 1999-ci il təvəllüdlü İsrail Həsənov İbrahim oğlu və 1987-ci il təvəllüdlü Həsənov Amid Hüseyn oğlu heyvan otararkən mina partlayışı nəticəsində həyatlarını itiriblər. 

Qafqaz Müsəlmanları İdarəsi açıqlayıb ki, bu il Azərbaycandan Həccə getmək istəyən şəxs 5750 dollar ödəməli olacaq. Ötən il bu qiymət 5350 ABŞ dolları idi. Qeyd edim ki, Azərbaycanda orta aylıq əməkhaqqı 800 manatdır (470 dollar).

"Müdafiə Xətti" hüquq-müdafiə təşkilatının icraçı direktoru, hüquq müdafiəçisi Rüfət Səfərov ona hücum edildiyini bildirib. Belə ki, Rüfət Səfərov Facebook hesabında yazıb ki, indicə avtomobilə əyləşdiyi zaman naməlum bir şəxs ona hücum edib və ona kəllə ilə zərbə endirib.

Saatlıda əhali susuzluqdan əziyyət çəkir, hüquq mühafizə orqanları da buna rezin güllələrlə qarşılıq verib, yaralananlar və həbs edilənlər var. Bəs Saatlıda suyu kimlər istismar edir? Oxuyun və paylaşın: Saatlıda “İD-Aqropark” MMC-yə məxsus əkinçilik və bağçılıq üzrə 7000 hektar ərazini (1000 stadiondan daha böyük) əhatə edən aqropark yaradılıb. "Sahibkarlığın İnkişafı Fondu “İD-Aqropark” MMC-yə 10 milyon manat güzəştli kredit ayırıb. “İD-Aqropark” MMC keçmiş gənclər və idman naziri Azad Rəhimova aid olub. Hazırda şirkətin Paşayevlərə məxsus “PMD Qrup”a aid olduğu deyilir. Bundan əlavə kənd təsərrüfatı naziri İnam Kərimova məxsus “Aqro-Az MMC”, “P-Agro” MMC-lərə aid olan aqroparklar da Saatlının su ehtiyatlarını necə lazımdır əmir. Belə olan təqdirdə əlbəttə ki, kəndlinin suyunu rezin güllələr istifadə edərək kəsib, öz şirkətlərinə axıdacaqlar, bu yaradılan süni aqroparklar da regionlardakı su ehtiyatlarını minimuma endirəcək və xalq susuzluqdan əziyyət çəkəcək.

3 ildir bağlı qalan və dünyanın heç bir yerində analoqu olmayan qapalı quru sərhədlərinin Azərbaycanda mayın 1-dən açıla biləcəyi gözlənilir. Ümumdünya Səhiyyə Təşkilatı dünyada pandemiyanın sona çatdığını rəsmən açıqlasa da Azərbaycanda koronavirusla bağlı məhdudiyyətlər mayın 1-dək qüvvədə saxlanılıb. Ümid edirəm hökumət xalqa qarşı olan və vətəndaşları illərdir ki, təngə gətirən bu qərarı birdəfəlik ləğv edər.

Jurnalistlər üçün tikilmiş üçüncü binadan olan mənzillər jurnalistlərə verilməyəcək. Məlumata görə, Medianın İnkişafı Agentliyinin rəhbəri Əhməd İsmayılov Nazirlər Kabinetinə rəsmi müraciət edərək bildirib ki, mənzillər şəhid ailələrinə verilsin.

Rusiyanın Su-27 döyüş təyyarəsi Qara Dənizdə ABŞ-ın MQ-9 pilotsuz təyyarəsi ilə toqquşub. MQ-9 PUA-sı dənizə düşüb. Pentaqon bildirib ki, Rusiya qırıcıları ABŞ-ın pilotsuz təyyarəsinə hücum edib.

Azərbaycan Prezident Administrasiyası Qarabağın erməni icmasının nümayəndələrini Bakıya dəvət edib. Qarabağ erməniləri ilə reinteqrasiya ilə bağlı təmasların davam etdirilməsi, habelə Qarabağda infrastruktur layihələrinin reallaşdırılması məsələləri müzakirə ediləcək.

Hərbi xidmətə çağırışla bağlı rüşvət alan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (Voyenkomat) Sabunçu Rayon İdarəsinin vəzifəli şəxslərinin saxlanıldığı deyilir. Azərbaycanda istənilən "Voyenkomat"la bağlı saysız-hesabsız rüşvət halları mövcuddur. Gərək hər biri məsuliyyətə cəlb edilsin. Vətən adıyla, əsgər adıyla xalqın cibinə girirlər, qanunsuzluq edirlər.