en
Feedback
Hebib Müntezir

Hebib Müntezir

Open in Telegram

Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

Show more
Azerbaijan410The category is not specified

📈 Analytical overview of Telegram channel Hebib Müntezir

Channel Hebib Müntezir (@hebmun) in the Azerbaijani language segment is an active participant. Currently, the community unites 16 874 subscribers, ranking in the Other category and 410 in the Azerbaijan region.

📊 Audience metrics and dynamics

Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 16 874 subscribers.

According to the latest data from 02 December, 2024, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by 0 over the last 30 days and by 0 over the last 24 hours, overall reach remains high.

  • Verification status: Not verified
  • Engagement rate (ER): The average audience engagement rate is 0%. Within the first 24 hours after publication, content typically collects N/A% reactions from the total number of subscribers.
  • Post reach: On average, each post receives 0 views. Within the first day, a publication typically gains 0 views.
  • Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 0.

📝 Description and content policy

The author describes the resource as a platform for expressing subjective opinions:
Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

Thanks to the high frequency of updates (latest data received on 03 December, 2024), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the Other category.

16 874
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
10 gün öncə Kəlbəcərdə itkin düşən Kamiz Mübariz oğlu İbayevin Ermənistan sərhədçiləri tərəfindən tapılaraq Azərbaycana təhvil verildiyi deyilir. Bu barədə məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb.

Dünyanın gözü Tayvandadır: Çin hökumətinin dəfələrlə xəbərdarlıq etməyinə baxmayaraq ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin olduğu deyilən təyyarə paytaxt Teipei eniş etdi. Çin Tayvan dövlətini tanımır və öz torpaqları hesab edir. ABŞ-ın rəsmi şəxsinin səfəri isə qıcıqlandırıcı hesab olunur.

Kürdəmirin keçmiş icra başçısı, 2 ildir həbsdə olan 57 yaşlı Ceyhun Cəfərovun cəzası 8 il 6 aydan 6 ilə endirilib. Onunla birlikdə həbs olunan digər məmurların da həbsi 2-3 il endirilib. Onlar rüşvət alma, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edilirdi. Əslində bu cəzaların minimum həddi 6 ildən yuxarıdır.

Beyləqan rayonun icra başçısı Asif Ağayevdən şikayət edən qazi, Elçin Ədalət oğlu Paşayev damarlarını doğrayaraq intihara cəh
Beyləqan rayonun icra başçısı Asif Ağayevdən şikayət edən qazi, Elçin Ədalət oğlu Paşayev damarlarını doğrayaraq intihara cəhd edib. Qazi deyir ki, dəfələrlə başçının qəbulunda olsa da, onu qəbul etməyib, o da bu addımı atmağa məcbur olub.

Bəzi erməni mənbələri Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Vəngli kəndi istiqamətində, Gəncəsər monastrı yaxınlığında mövq
Bəzi erməni mənbələri Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Vəngli kəndi istiqamətində, Gəncəsər monastrı yaxınlığında mövqelərdə irəlilədiyini iddia edirlər. Erməni rəsmiləri isə bunu təkzib edirlər. Bu arada ABŞ dövlət katibi Blinkenin müavini Ceyhun Bayramova zəng edib. XİN rəhbəri bildirib ki, üçtərəfli razılaşmaya uyğun olaraq, Ermənistan Ordusu Azərbaycan ərazisindən çəkilməlidir.

Separatçı rejim rəsmi bəyanat yayaraq iddia edib ki, Azərbaycan Ordusu Ağdərə (Mardakert) istiqamətində atəşkəsi pozub və hazırda vəziyyət gərginləşib. Erməni mənbələri iddia edirlər ki, Azərbaycan Ordusu Kəlbəcər istiqamətində irəliləyib, hazırda döyüşlər gedir. Azərbaycan MN rəsmi məlumat yaymayıb.

Ekspert Əkrəm Həsənovun hesablamasına görə deputatların maaşı 61%-dən çox artıb: 1. Spiker 5789 əvəzinə 9001,5 manat alacaq; 2. Spikerin birinci müavini 5210,1 əvəzinə 8202,76 manat alacaq; 3. Spikerin müavini 4920,65 əvəzinə 7803,38 manat alacaq; 4. Komitə və komissiya sədri 4631,2 əvəzinə 7404 manat alacaq; 5. Komissiya sədrinin müavini 4341,75 əvəzinə 7003,07 manat alacaq; 6. Sıravi deputat 4052,3 əvəzinə 6537,13 manat alacaq. Bundan əlavə işsizliyə görə müavinət və pensiyaları da 80% olacaq. Üstəlik, 5 il əmək haqqı həcmində (məbləğində) sığortalanıblar. Bakıda evi olmayana xidməti ev, hətta telefonuna qədər dövlət təchiz etməlidir. Bura ofis də daxildir. Ölkə boyunca istənilən nəqliyyatdan istifadəni də dövlət təmin edir, üstəlik xidməti avtomobili də olur. Deputatın köməkçiləri olur və onlar da dövlət büdcəsi hesabına saxlanılır.

Serbiya hökuməti Kosovo ilə sərhəddəki qoşunlarını döyüşə hazır vəziyyətinə gətirib. Sərhəddəki Yeni Bazar bölgəsində atışma səsləri eşidilir. Artıq ilkin məlumatlarda yaralıların olduğu bildirilir. Sərhədyanı kəndlərdə hava hücumu ilə bağlı həyəcan siqnalı verilib, xalq barrikadalar qurub. Ən qısa zamanda Serbiya prezidenti Vuçiçin xalqa müraciəti gözlənilir.

2 gün öncə DTX-nın həbs etdiyi qazilərə qarşı dələduzluq edən şəxs Qubanın icra başçısı Ziyəddin Əliyevin qardaşı oğlu imiş. Bu onun ilk dələduzluğu deyil. O, Prezident Admnistrasiyasının şöbə müdiri adından icra hakimiyyətlərinə zəng edib qazilər üçün birdəfəlik yardım tələb edib mənimsəmişdi.

Azərbaycan Müdafiə Nazirliyi Kəlbəcər və Laçında yerləşən Azərbaycan mövqelərinin atəşə tutulduğunu, qarşı tərəfin susdurulduğunu bildirir. Artıq neçə gündür ki, bu cür xəbərlər yayılır. Dünən isə rus sülhməramlıları Qarabağda Azərbaycan Ordusunun atəşkəsi pozduğunu iddia edirdi, Azərbaycan MN təkzib etmişdi.

Apelyasiya Məhkəməsi Bakı Baş Gömrük İdarəsinin əməkdaşlarından ibarət 7 nəfər haqqında prokurorluğun verdiyi etirazı təmin edərək onları azadlığa buraxan Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü ləğv edilib. Belə ki, rüşvət almaqda təqsirli bilinən gömrükçülər həbs olunub. Böyük inspektor vəzifəsində çalışmış Orxan Zöhrabov isə şərti cəza ilə azadlığa buraxılıb. Səbəb? Çox bəsit, Orxan Zöhrabov Nəsimi Rayon Məhkəməsinin sədri İlham Cəfərovun kürəkənidir.

Müharibə əlillərinin, qazilərin şikayətlərinin səbəbkarlarından biri də son günlər barəsində yazmağa qadağa qoyduğunuz Müdafiə Nazirliyidir. Əsasən də Müdafiə naziri Zakir Həsənovun bacanağı, Müdafiə Nazirliyi Mərkəzi hərbi həkim komissiyasının rəisi, tibb xidməti general-mayoru Elxan İbrahimovdur. Hərbi məktəblərə qəbul üçün tibbi arayışın rüşvətlə verilməsi, MAXE-lər və gizirlərin sağlamlıq arayışlarının pulla verilməsi, MN hərbi müalicə müəssisələrində rüşvət alındığı, müharibə iştirakçıları, yaralananlara bürokratik əngəllər yaradıldığı deyilir. Bir çox qazinin veteran adı ala bilməməsi, travma haqqında arayışlarının təsdiqlənməməsi, bunun nəticəsində də sosial yardımdan, güzəşt və imtiyazlardan məhrum qalmasının səbəbkarlarından biri Tibb Baş İdarəsinin rəis müavininin idarə etdiyi qurumdur. Bunun əsasında da bir çoxları narazı qalaraq xoş olmayan yollara əl atırlar. Generalın Badamdarda hərbi hissə ərazisində milyonluq villası, Yasamalda "Şüşəli bazar"ın arxasında da 4 otaqlı mənzili var. Həm nazirin qohumu olması sayəsində, həm də qeyri-qanuni vəsaitlərdən, hərbçilərin, qazilərin haqqına girərək milyonlarla vəsaitə sahib olub. Son günlər ordudakı qanunsuzluqlardan, özbaşınalıqlardan, Tərtər qətliamından yazanlar dövlət tərəfindən təhdid olunur, hədələnir, şərlənərək həbsə atılır. Bu barədə yazanları yox, ordudakı qohumbazlıqlarınızı, korrupsiyanı, işgəncələri aradan qaldırın, şəhid ailələrinin, qazilərin yediyiniz haqqını qaytarın, baş verən nəməlum ölümləri araşdırın. Vətəndaşların ən çox inandıqları qurumu dərəbəyliyə, ölüm maşınına çevirib, sonra da "ordudan yazmayın, dövlət sirridir" deyə bilməzsiniz.

DTX qaziləri aldadan daha bir dələduzun tutulduğunu bildirir Belə ki, 1987-ci il təvəllüdlü Əliyev Elvin Firudin oğlu internetdə qazilər haqqında məlumat toplayıb, sonra onların yaşadıqları ərazinin icra hakimiyyəti əməkdaşlarına zəng edib, özünü Prezident Administrasiyasının şöbə müdiri kimi təqdim edərək qazilərə birdəfəlik yardım edilməsini tələb edib. Sonra özünə bank hesabı açıb, qazilərdən də müxtəlif məbləğlərdə pullar alaraq, rəsmi qurumlardan gələn pulu da bank hesabı vasitəsi ilə mənimsəyib. Hazırda şəxs həbs olunub, barəsində cinayət işi açılıb.

İlham Əliyev şəxsən özü təsdiqlədi və onların maaşını artırdı: Deputatların, ombudsmanın, hakimlərin, Hesablama Palatası əməkdaşlarının maaşları 40% artırıldı. Deputatlar 3550, hakimlər 3500, Hesablama Palatası 3150, ombudsman 3060 manat maaş alacaqlar.

14 ildir vəzifədə olan Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev istefa verib. Onun əvəzinə VAR (videoköməkçi hakim) layihə rəhbəri Elxan Səmədov PFL prezidenti təyin olunub. Xatırladım ki, Ramin Musayev bir neçə həftə öncə Lex klubuna "Lox" deyərək təhqir etmişdi.

Supernazir Mikayıl Cabbarova yeni vəzifə verildi. O, Azərbaycan ilə Türkmənistan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın həmsədri təyin edilib. Qeyd edim ki, bununla da 15-ci vəzifəyə sahib olub. Bundan əlavə onun tutduğu dövlət vəzifələrinə bağlı qurumların sayı isə 50-dir.

Azərbaycan Milli Elmlər Akademiyası ləğv olundu. Təhsil Nazirliyinin də adı dəyişdirilərək Elm və Təhsil Nazirliyi qoyuldu. AMEA-nın elmi müəssisə və təşkilatları Elm və Təhsil Nazirliyinin tabeliyinə verildi.

Almaniyadan Azərbaycana deport olunandan sonra daha 2 nəfər siyasi mühacir, Emin Məlikov və Anar Əliyev narkotiklə şərlənərək həbs edildi. Bunlar döndükdən sonra həbs edilən 8-ci siyasi mühacirlərdir. Deport olunanlardan Pünhan Kərimli dünən məhkəmədə 6 il azadlıqdan məhrum edildi.

Rəsmi məlumata görə Azərbaycan ordusunun nüfuzunə xələl gətirən informasiyaları yaymaqda ittiham olunan hərbi blogger Tofiq Şahmuradov 1 ay müddətinə həbs edilib. Qeyd edim ki, o, bir neçə gündür ordudadı generalların mal-qara fermasından silsilə paylaşımlar edib, tənqidi statuslar yazırdı.

Dünən Tarif Şurası yeni iclas keçirərək Azərbaycanda bir çox dərmanların qiymətini qaldırıb. Qİymətlər orta hesabla 10-15%, bəziləri isə 35-45% civarında bahalaşıb.